Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə54/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   50   51   52   53   54   55   56   57   ...   167

vaxtlarda  da  bədən  və  ruh  ayrılır.  Bir  sözlə  insan  ruhu-onun 

bədənindən  fərqlənən  substansiyadır.  Sözün  etimaloji  kökünün 

əksinə  olaraq  ruh  “nəfəs”olmayıb  intellektual  mahiyyətdir.  Sözlər 

çox vaxt öz əhəmiyyətlərini itirirlər. 

Məşhur  etnoqraf  və  ibtidai  dinlər  tarixçisi  Teylorun  fikrincə 

ibtidai insanlar, belə hesab edirdilər ki,ruh-nazik, qeyri-maddi insan 

surətidir, öz təbiəti etibarilə buxara, havaya və ya kölgəyə oxşayır; o, 

canlandırdığı  varlığın  həyatının  və  fikirlərinin  səbəbidir.Bununla 

belə elə təsəvvür edirlər ki, ruh- heç bir cihazla ölçülməsi mümkün 

olmayan  enerji  yığınıdır.  Caynistlər  də  bu  gün  bu  fikirdədirlər. 

Upanişadlar deyirlər ki,ruh həqiqi “mən” beş qabıq ilə örtülüdür. Üst 

qabıq-  qida  qabığıdır,  yəni  fiziki  bədəndir;  onun  daxilində  həyat 

gücünün  qabığı,  əqlin,  intellektin  və  yalançı  eqonun  qabıqları 

yerləşir. 

İbtidai  insanların  inamına  və  bu  baxışları  qəbul  edən  dini 

baxışlara görə bədənin ölümündən sonra ruh insanı tərk edir. Lakin 

bu gün qədim vaxtlarda olduğu kimi bir çox xalqlarda belə bir inam 

var  ki,  əgər  ruh  qalırsa  onda  bədənin  həyatı  davam  edəcəkdir. 

Adamlarda hələ də belə bir inam var ki, əgər insanlar ruhu götürüb 

gizli yerdə saxlaya bilsələr,onda o özünə əbədi ölməzlik qazanmış 

olur.  Bu  inama  əsasən  təhlükə  olan  vaxtı  adamlar  özlərinin  və 

doğmalarının ruhlarını çıxarıb etibarlı yerdə gizlədirlər. Bu gün də 

cənub- şərqi Asiyada çoxları belə hesab edirlər ki, yeni evə köçmək 

ruhun ölümü üçün təhlükəli olan bir andır. Tselcbes adasında kahin 

yeni evə köçərkən bütün ailə üzvlərinin ruhunu bir torbaya yığır və 

təhlükə  sovuşana  qədər  onu  saxlayırdı.  Alyaskadakı  eskimoslar 

xəstələnən uşağın ruhu üçün özünəməxsus ehtiyat tədbirləri yerinə 

yetirirlər:ara həkimi müəyyən dualar oxumaqla ruhu gözmuncuğuna 

qovub  salır  və  onu  öz  “tibbi  çantasında”  gizlədirdi-ruh  burada 

etibarlı  yerdə  olduğu  kimi,  təhlükədən  uzaq  olurdu.  Yuxu  vaxtı 

insanın ruhunun davranış ilə bağlı çoxlu maraqlı inamlar da vardır. 

Məsələn,upanişadlarda  dərin  yuxu  vəziyyətinə  həyat  və  ölüm 

arasında olan hədd kimi 

162 



baxırdılar. Bu həddə insanın həyati başlanğıcı “öz-özünə çatır” və 

“yorğunluqdan xilas olurdu, insanın mənəvi başlanğıcı,onun ruhu bir 

növ ondan ayrılırdı. Ölən adamdan fərqli olaraq yatanın ruhu əbədi 

uçub  getmirdi.  Oyanmaq  vaxtı  çatanda  ruh  yenidən  bədənə 

qayıdırdı.  Həm  də  bu  ruhun  hansı  məsafədə  olmasından  asılı 

olmayaraq bir anda baş verirdi”. Bəzi dinlər elə hesab edir ki,geeə 

gəzintisi üçün bədəndən çıxan ruhun onunla heç bir əlaqəsi olmur. 

Eyni zamanda buddizmdəki istiqamətlərdən olan lamaizmə görə ruh 

və fiziki bədən bir-biri ilə gümüş iplə bağlı olurlar: bu ip sonsuzluğa 

qədər  uzanır.  Ruh  bədəni  tərk  etməkdən  qorxur  və  ona  görə  də 

həmişə  bu  iplə  bədənə  bağlı  olur.  İpin  olmasına  baxmayaraq  ruh 

azaddır və hara gəldi uça bilər. O olduqca surətlə yer dəyişir: aneaq 

ruh həddindən artıq uzaqlaşanda gümüş ip qısalmağa başlayır və ruh 

təcili bədənə qayıdır. 

Qədim  dövrlərdə  yaranan  bu  cür  baxışlar  ilkin  vaxtlarda 

olduğu şəkildə bu gün də yaşamaqdadır. Məsələn, bu gün də, XXI 

əsrdə  mömin  yəhudi  inanmalıdır  ki,Yahva  Allahı  gecələr  ruhu 

qorumaq üçün götürür,səhərlər isə sahibinə qaytarır. Buna görə də 

yəhudi səhər duası vaxtı özünün qadın yox,kişi yaradılmasına görə 

Allaha minnətdarlığını bildirdiyi vaxt,həm də ruhu qaytardığına görə 

ona  dua  etməlidir.  Qəribə  olan  odur  ki,  Yahva  ruhları  geri 

qaytaranda kimə hansı ruhun məxsus olduğunu xatırlayır, dünyanın 

müxtəlif yedərində yaşayan və müxtəlif vaxtlarda oyanan yəhudiləri 

oyatmağa  gecikmir.  Başqa  dinlərin  davamçıları  yəhudilərə  həsəd 

aparırlar,  belə  ki,  onların  Allahları  Yahva  qədər  onlara  qarşı 

diqqətcil deyildir. Ruhun bədənə qayıtması inamı ilə bağlı bir sıra 

mövhumat  yaranmışdır. Məsələn,  yatan  adamın  sifətini  rəngləmək 

olmaz; belə olanda qayıdan ruh sahiblərini tanıya bilməz və ona girə 

bilməz.  Digər  mövhumat  yatan  adamın  yerinin  dəyişdirilməsi  ilə 

bağlıdır-bu vaxt qayıdan ruh öz sahibini tapmayıb aza bilər və bir də 

heç  vaxt  həmin  adamın  bədəninə  qayıtmaz.  O  adam  isə  ruhsuz 

xəstələnib öləcəkdir. Evenklərə görə yatanı oyatmaq 

163 



olmaz,belə  ki,  ruh  bu  vaxt  bədənə  qayıtmağı  çatdırmaya  bilər. 

Görünür  heç  kəs  onu  xəbərdar  edə  bilməz  ki,  təcili  evə,  yəni, 

sahibinin bədəninə qayıtsın.Upanişadlar insanı oyadarkən ehtiyyatlı 

olmağı  tövsiyyə  edirdilər,  belə  ki,bu  vaxt  onun  ruhu  hiss 

orqanlarından hər hansı birinə qayıtmaya bilər,bunun da nəticəsində 

karlıq,korluq və digər xəstəliklər yarana bilər. 

Bəs sahibi yatarkən ruh nə ilə məşğul olur? Etnoqrallar aşkar 

etmişlər ki,hələ XIX əsrə qədər, bəzi yerlərdə bu gün də (Hindistanın 

ucqar  yerlərində,  cənub-şərqi  Asiyada,  Cənubi  Amerikada)elə 

tayfalar var ki, onlar belə hesab edirlər ki,yatan adamın ruhu səyahət 

edir və insanın ayıq vaxtı gördüyü işlərlə məşğul olur-iri və xırda 

heyvanların  ovuna  çıxır,  balıq  tutur,  quşlara  tələ  qururlar.Bəzi 

xalqların inamına görə ruhun adi səyahəti ilə yanaşı yatan adamın 

ruhu,xüsusən  də  cadugarin  ruhu  həm  də  xoşagəlməz  əməllərlə 

məşğul  ola  bilər.  Məsələn,öz  bədənini  tərk  edən  ruh  saman  çöpü 

formasında qapının deşiyindən keçib başqa yatan bədənə hücum edə 

bilər. Əgər yatan bədən vaxtında oyanıb bu incə ruh örtüyünü tuta 

bilsə,onda  onun  köməyi  ilə  öz  düşmənindən  qisas  ala  bilər.  Eyni 

zamanda vampir ruhlar haqqında da baxışlar mövcuddunölənin ruhu 

basdırılan bədəndən çıxıb, sağ olanların qanını sora bilər. Nəticədə 

həmin  adam  anqlayır,gücünü  itirir  və  ölür.  İnsan  ruhu  haqqında 

miflərdə yalnız yuxu yox, həm də yuxugörmə haqqında da danışılır. 

Ruh və yuxugörmə arasında əlaqə olduğunu söyləyən miflər çoxdur. 

Bir  çox  xalqlarda,  məsələn,  Cənubi  Amerika  hindlilərində 

yuxugörmə yuxuya gələn adamın və ya predmetin ruhunun həmin 

adama baş çəkməsi nəticəsidir. Digər tərəfdən yuxugörmə səyahət 

üçün sahibinin bədənindən çıxan ağıllı ruh üçün açılan mənzərə kimi 

təqdim  olunur,  bu  vaxt  o  biri  ruh-  hiss  edən  ruh  bədəndə  qalır. 

Beləliklə,  bu  baxışlara  görə  yuxugörmə-gəzməyə  çıxan  ruhun 

gördükləridir. Ətrafı seyr edən ruh yeni təəssüratlarla zənginləşərək 

sahibinin  bədəninə  qayıdır.  Lamaistlər  belə  hesab  edirlər  ki, 

yuxugörmə ruhun 

164 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə