Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə51/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   47   48   49   50   51   52   53   54   ...   167

ikinci hadisə öz qohumunu maşınla evə gətirən on doqquz yaşlı 

oğlanın başına gəlmişdir. O, danışır ki, yol ayrıcında başqa bir maşın 

onlarla toqquşdu.“Mən maşının səsini eşitdim və elə həmin an hiss 

etdim ki, qaranlıqla hərəkət edirəm,hardasa qapalı bir yerdir. Bu bir 

an  oldu,sonra  sanki  mən  küçədən  iki  metr  kənara  üzdüm,artıq 

maşından  dörd  metr  aralıda  idim  və  maşının  toqquşmadan  sonra 

yaranan  səsinin  necə  sakitləşdiyini  eşidirdim”.  Sonra  o  maşının 

ətrafına  toplaşan  adamları,maşının  içindən  şok  vəziyyətdə  çıxan 

qohumunu,  qan  içində  olan  öz  bədənini  gördü.Adamlar  onu 

salondan  çıxarmağa  çalışırdılar.  O  həyata  qaytarıldı  və  sonra 

gördüklərini danışdı. 

Yuxarıda  təsvir  olunan  hadisələrə  və  klinik  ölümün  özünə 

inanmayanlar da ola bilər. Hətta bəziləri'əgər klinik ölümdən sonra 

adam  dirilərsə,  deməli  bu  ölüm  deyif’deyirlər.  Bu  etirazlara  necə 

cavab  vermək  olar?  Axı  məsələ  hansı  sözün-  “klinik  ölüm”  və  ya 

“ölüm  əiraff’-işlədilməsində  deyil,  burada  əsas  məsələ  qəribə 

fenomenin olmasındadır-bu vaxt adamın bədəninin hansısa hissəsi 

bədəni  tərk  edir  və  həm  bədəni,həm  də  ətrafda  baş  verənləri 

müşahidə edə bilir. Yalnız bu özü sübut edir ki, şüurlu həyat fiziki 

bədəndən asılı olmayaraq və onsuz davam edə bilər.Bu fenomenin 

inkar edilməsi insanın onu başa düşmək və öz şüuruna qəbul etmək 

istəməməsini göstərir və o hansısa sözdən istifadə edərək-“deməli bu 

ölüm  deyil”-bu  fenomen  haqqında  düşünmək  istəmir.  Tibbi 

ədəbiyyatlarda bədənin ölümündən sonra həyatın davam etməsi ilə 

bağlı çoxlu məlumatlar verilir. Kaıi Qustav Yunq və başqa alimlər 

bədəndən kənarda olan həyatı yaşamış və onu təsvir etmişlər. Həyata 

qayıdanların bəziləri müvəqqəti ölüm vəziyyətində bir saatdan artıq 

qalmışlar.  Bu  fenomenlə  mormonlar  (Şimali  Amerikada 

çoxallahlıqla  xristianlığın  qarışığından  ibarət  dini  təriqət)yaxşı 

tanışdırlar.Müasir 

həkim- 

reanimatorların 



əsərlərinin 

çap 


olunmasına qədər də ruhun bədəndən çıxması və yenidən qayıtması 

ilə müşahidə olunan 

153 



müvəqqəti  ölüm  hadisəsi məlum  olmuşdur.  Vaxtaşırı  bu  hadisələr 

təsvir  olunurdu,ancaq  ona  inanmırdılar,  deyilənlər  olduqca  qəribə 

səslənirdi.  K.İkskul  adlı  birisi  başına  gələnləri  danışandan  sonra 

monastra  getmişdir.İkskul  əvvəllər  heç  nə  fikirləşməyərək 

müqəddəs  kitablar  oxuyurdu,  orada  yazılanların  hamısını  həqiqət 

kimi qəbul edir, ancaq onda dərin inam olmamışdır və ölümü o insan 

varlığının  sonu  kimi  qəbul  edirdi.  O  formal  xrisian  idi:kilsəyə 

gedirdi,  əslində  isə  onda  ciddi  inam  olmamışdır.  Uzun  illər  sakit 

həyatdan sonra qəflətən ciyərləri soyuqlayır. Uzun müddət və ağır 

xəstəlik keçirir,ancaq bir gün səhər özünü yaxşı hiss edir. Öksürək 

dayanmış,hərarət  aşağı  düşmüşdür.  Həkimlər  narahat  oldular, 

oksigen  gətirildi.  Birdən  üşütmə,  titrəmə  və  ətrafa  qarşı  tam 

biganəlik  yarandı.  O  deyir:  “Mənim  bütün  diqqətim  özümə 

cəmləndi,  sanki  ikiləşdim-  daxili  adam  yarandı,  onda  ətrafa  qarşı 

olan biganəlik tam özünü göstərdi. Qəribə idi, hər şeyi görür,ancaq 

heç  nə  hiss  etmirdim.  Həkim  sual  verir,  mən  onun  dediklərini 

eşidirəm,ancaq cavab vermirəm-ona deməyə sözüm yoxdur. Birdən 

məni  böyük  güclə  aşağı  dartdılar,  mən  sanki  uçurdum.  “Can 

verir”-deyə  həkim  dilləndi.  Mən  hər  şeyi  başa  düşürdüm,ancaq 

qorxmadım.  Məni  aşağı  dartırdılar,hiss  edirdim  ki,  nə  isə 

ayrılacaq,mən xilas olmağa cəhd etdim və birdən bir yüngüllük hiss 

etdim,  rahatlandım.Sonra  hər  şeyi  aydın  xatırlayıram.  Mən  otağın 

ortasında  dayanmışam.  Mənim  sağımda,çaı*payınm  ətrafında 

həkimlər və tibb bacıları dayanmışlar. Mənə qəribə gəldi; onlar niyə 

orda dayanıblar, axı mən orda dcyiləm,burdayam. Mən yaxına gəlib 

baxdım.  Çarpayıda  uzanan  mən  idim.  Öz  oxşarımı  görüb 

qorxmadım, bu mənə qəribə gəldi, təəccübləndim, bu necə ola bilər? 

Mən  özümə  toxunmaq  istədim-əlim  boşluqdan  keçən  kimi 

bədənimdən  keçdi.  Mənözümü  ayaq  üstə  dayananda  da 

gördüm,ancaq toxuna bilmədim - əlim boşa getdi. Bədənimə toxuna 

bilmədim-hansı cinsdən olduğumu bilmək üçün toxunmaq istəsəm 

də alınmadı. Mən həkimi çağırdım, ancaq o reaksiya vermədi. Başa 

düşdüm ki,təkəm və bu məni 

154 



çox  həyəcanlandırdı.”  üz  ölmüş  bədəninə  baxıb  ölüb-  ölmədiyini 

düşündü.“Bunu  təsəvvür  etmək  çətindir-mən  əvvəlki  halımdan  da 

gümrah  idim,hər  şeyi  hiss  edir  və  dərk  edirdim.  İyundan  başqa 

ruhun  həyatına  əvvəllər  inanmırdım”.  Sonradan  yaşadığı  hissləri 

xatırlayan  İkskul  deyir:  “Bədəndən  çıxan  kimi  ruhun  hər  şeyi 

bilməsini və başa düşməsini güman etmək səhvdir. Mən bu dünyaya 

köhnə  dünyaya  getdiyim  kimi  gəldim.  Bədən  ruhun  titrəməsi 

olmayıb  onun  qanuni  mənzili-  dir,ona  görə  də  ruh  yeni  dünyaya 

bədənlə  birgə  yaşayış  vaxtı  nail  olduğu  inkişaf  və  yetkinlik 

səviyyəsində gəlir”. O qoca qadının “Allah rəhmət etsin” dediyini 

və  iki  mələyin  gəldiyini  görmüşdür.  Onlardan  birinin  onun 

qoruyucu  mələyi  olduğunu  fıkirləşdi,o  birini  tanıya  bilmədi. 

Mələklər onun əlindən tutub,palatanın divarlarından çıxarıb küçəyə 

apardılar.Sonra  o  “eybəcər  varlıqları”  gördüyünü  və  Günəş 

işığından  da  parıltılı  olan  işığın  göründüyünü  danışır:  “Hər  yer 

işıqlıdır,  kölgə  yoxdur,işıq  o  qədər  parıltılı  idi  ki,  o,  heç  nə  görə 

bilmirdi.  “Sanki,zülmət  idi.Birdən  yuxarıdan  amiranə.ancaq 

qəzəbsiz bir səs “hazır deyil”dedi və sürətəl aşağıya doğru hərəkət 

başladı”.  O  bədənə  qayıtdı.Xilaskar  mələk  “sən  Allahın  hökmünü 

eşitdin,bədənə gir və hazırlaş” dedi. Hər iki mələk gözəgörünməz 

oldu,cansıxıcı və .soyuq hiss yarandı,itirilənlər üçün qəm-qüssə ona 

hakim  kəsildi,  o,  huşunu  itirdi  və  palatadakı  çaqDayıda 

ayıldı.İkskulu  müşahidə  edən  həkimlər  xəbər  verdilər  ki,  ölümün 

klinik  əlamətləri  açıq  görünürdü  və  ölüm  vəziyyəti  otuz  altı  saat 

davam etmişdir. 

Alimlərin  fikrincə  ölüm  darvazasının  arxasında  yeni  varlıq 

başlamır, köhnə davam edir. 1 ləyatda fasilə baş vermir, adamlar o 

biri  dünyada  həyatlarını  buradakı  həyatlarının  davamı  kimi 

yaşayırlar.  Görünür  Yerdə  olan  həyal  yalnız  başlanğıcdır,  bizi 

bədənin  ölümündən  sonra  gözləyən  həyata  hazırlıqdır.  Burada 

başlanan  orada  davam  edir,  güman  ki,buradakı  əməllərimizə  görə 

orada bizi hansısa cəza da 

155 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə