Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə47/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   43   44   45   46   47   48   49   50   ...   167

və  ona  hazırlaşmırıq.  Çoxları  “no  fikirləşmək  lazımdır?  nəyə 

hazırlaşmaq vacibdir? Bizdən heç nə asılı deyil, vaxI gələcək və biz 

öləcəyik”  deyirlər.  Bununla  belə  hər  kəsin  beyninə  bəzən  belə  bir 

llkir də gəlir”: Bəlkə bu belə deyil? Bəlkə ölüm heç də son deyildir, 

bəlkə  bədənin  ölümündən  sonra  in.san  tamamilə  yeni  bir  şəraitə 

düşəcək,  burada  da  görmə,  eşitmə,  hissetmə  qabiliyyətini 

saxlayacaqdır?” Ən-əsası bəlkə o biri dünyadakı vəziyyətimiz bizim 

bu  həyatda  necə  yaşamağımızdan,  ölüm  darvazasını  necə 

keçməyimizdən asılı olacaqdır? Hər kəs bu həddi aşacaq və orada 

heç vaxt gözləmədikləri, fikirləşmədikləri hadisələrlə üzləşəcəklər. 

Çoxları  ölümdən  sonrakı  həyatın  varlığım  qəbul  etmir.  Kimin 

inanmağından  və  ya  inanmamağından  yox,  məsələni  məntiqi  - 

nöqteyi-nəzərdən təhlil etmək daha məqsədə uyğundur. 

Dərhal gözümüzə həqiqətə uyğun olmayan, ağla batmayan bir 

şey sataşır. İnsanda ağıl var; bu və ya digər problemlə üzləşəndə o 

bütün  imkanları  götür-qoy  edir.  Hətta  problem  sadə  olsa  da  ağıllı 

adam mütləq bir neçə imkan düşünür. Bəs nə üçün bu ciddi problemi 

nəzərdən  keçirəndə  çoxları  başqa  cür  hərəkət  edirlər?  Ölüm 

labüddür və ondan sonra məntiqi olaraq iki variant var-ya tam heç 

nə,ya da necəsə mövcudluğun davam etməsi. Biz əvvəllər ölümdən 

sonrakı  mövcudluğun,  mümkünlüyü  haqqında  danışırdıq,  indi  isə 

tibbin  və  elmin  bir  sıra  kəşfiərindən  sonra  artıq  bu  həyatın 

olduğundan əminliklə danışnıağa başlamışıq. Bununla belə ölümdən 

sonrakı  taleyimi/.!.,  bağlı  məsələ  öz  təhlilini  tələb  edən  vacib 

məsələdir.  Ölümdən  sonra  həyatın  varlığına  inamsızlıq  necə 

yaranmışdır- axı həmişə belə olmamışdır. Bütün böyük dinlərə görə 

insanın yalnız bədəni deyil, həm də ruhu var: ölüm vaxtı ruh bədəni 

tərk  edir  və  yeni  şəraitdə  yaşamaqda  davam  edir.  Tutaq  ki, 

xristianlığın artıq iki min ildən artıq yaşı var və onun ideyaları ilə 

Avropa  sivilizasiyası  böyümüş  və  yaşamışdır.  Onun  tarixində 

inamsızlıq  dövrləri  də  olmuşdur  və  həmişə  bu  vaxtlar  olduqca 

hərc-mərclik dövrü olmuşdur. Bu vaxt əxlaqsızlıqla, 

141 



sakitliyin  və  rahatlığın  pozulması  isə  səciyyələnirdi.  Müharibələr, 

daxili  çəkişmələr,  yoluxucu  xəstəliklər,  aclıq  daha  çox  özünü 

göstərirdi.  Sanki  hansısa  həyatverici, ruhlandırıcı  qüvvə  xalqı  tərk 

edirdi.  Bu  qarışıqlıq  dövrünü  sadə  təsadüf  kimi  izah  etmək  düz 

olmazdı.  Fransız  tarixçisi  Ten  yazırdı  ki,  insanlarda  dini  inam 

unudulanda  gözümüzün  qabağında  savadlı  adamların  və  bütöv 

siniflərin  vəhşiləşməsi  baş  verirdi.  Din-insanı  özündən  yüksəklərə 

qaldırmaq  üçün  zəruri  olan  bir  cüt  qanaddır-hər  dəfə  bu  qanad 

zəifləyəndə  və  ya  onu  qıranda  ictimai  əxlaq  xeyli  aşağı  düşürdü. 

Yalnız həqiqət əbədidir, yalanın ömrü isə uzun olmur. Bütün dinlər

hətta ibtidai bütpərəstlər, vəhşilər də bu və ya digər fomıada axirət 

dünyasının  varlığına  və  mövcudluğun  ölümlə  başa  çatmağına 

inanmışlar.  Ruhun  varlığına  inam  bəşəriyyət  yaranan  gündən 

yaranmış və bu günə kimi yaşamaqdadır. 

Allahın və ruhlar aləminin inkar olunması son 150 ildə inkişaf 

etmişdir- o materialist fəlsəfədən inkişaf etmişdir. Bu fəlsəfə yalnız 

hiss orqanları ilə qəbul olunanların varlığını təsdiq edirdi. Marksist 

fəlsəfə hal-hazırda öz elmi əhəmiyyətini itirməkdədir, onun nəzəri 

və praktiki nəticələri iOasa uğramışdır. O artıq bir təlim kimi tarix 

səhnəsindən gedir. Çoxlarımız materialist ideyalar üzərində tərbiyə 

almışıq.  Materializm  yalnız  elmdə  və  incəsənətdə  deyil,  eyni 

zamanda 


məktəblərdə, 

universitetlərdə,mətbuatda, 

insanlar 

arasındakı  münasibətdə,  bir  sözlə  hər  yerdə  hökmranlıq  edirdi. 

Onların  fikrincə  axirət  dünyası-can  verənlərə  təsəlli  vermək  üçün 

uyudurulmuş nağıl idi. Materialistlərə görə insan materiyadan təşkil 

olunub. Həyat-orqanizmdə gedən kimyəvi və molekulyar proseslərin 

axınıdır;  hətta  fikir  belə-beyin  hüceyrələrinin  sekresiyasıdır. 

Materiyanın ölümü ilə insan beyni dağılır və bir şəxsiyyət kimi onun 

mövcudluğu  dayanır.  Materialist  fəlsəfə  elə  budur-onlar  üçün  hər 

şey sadə və aydındır. Onlar bunların necə olması və həyatın mənası 

suallarını vermirlər. Bu suallara onlarda cavab yoxdur. Mənəvi həyat 

təzahürlərini onlar rədd edir, onu lağa 

142 



qoyurlar.  İnsanın  güclü  hissetmə  qabiliyyətini,  peyğəmbərcəsinə 

olan  yuxuları  və  görmələri,  bəsirətliyi,  aydın  görmə  və  aydın 

eşitməni,  ekstrasensliyi  onlar  inkar  edirdilər.Yunqun  və  digər 

psixoloqların  ruhun  həyatı  ilə  bağlı  fikirlərini  təkzib  edə 

bilmədiklərindən susmağa üstünlük verirdilər. Müasir materializmin 

elmi metodla heç bir əlaqəsi olmadığı halda siyasi məqsədlər üçün o 

hələ  də  istifadə  olunur.  Bir  sıra  ölkələrdə  materializm  dövlət 

fəlsəfəsi səviyyəsinə qaldırılmışdır, bu ölkələrin başçıları materialist 

fəlsəfəni  müdafiə  edirlər,  belə  ki,  mənəvi  dəyərlərdən  ayrı  düşən 

əhalini  idarə  etmək  asan  olur.  Dövlət  başçıları  gözəl  bilirlər  ki. 

Kainat  materiya  ilə  məhdudlaşmır  və  bundan  praktiki  nəticə 

çıxarırdılar.  Belə  ki,  bədəndən  kənarda  olan  həyat  və  digər 

transendental 

problemlər 

xüsusi 

dövlət 


institutlarında 

öyrənilir-buradakı  tədqiqatlar  gizli  aparılır  və  əhalinin  onun 

nəticələrindən xəbəri olmur. Bu da aydındır, belə ki, əyani şəkildə 

sübut  olunmuşdur  ki,  insanın  hansısa  hissəsi  bədəni tərk  etdikdən 

sonra  materiya  ilə  heç  bir  əlaqəsi  olmadan  yaşaya  bilir.  Dünya 

təsadüfi yox, ağılla qurulmuşdur. Bunu hiss etməmək üçün ən azı 

hər addımda gözlərimizi yummalıyıq. 

Bütün dünya xalqlqrının dili göstərir ki, dünyada maddi və 

mənəvi  anlayışlar  var.  Elə  şeylər  var  ki,  onu  ölçmək  və  çəkmək 

mümkündür, bir və bir neçə hiss orqanları ilə onu görmək, eşitmək, 

qavramaq  olur.  Eyni  zamanda  başqa  anlayışlar  da  var:  məhəbbət, 

nifrət,  paxıllıq,  əzab,  arzu,  vicdan  və  s.  onları  ölçnək,  çəkmək 

mümkün deyildir, ancaq onlar da maddi aləmdə olan şeylər kimi real 

mövcuddur.  Materiya  deyərkən  hiss  üzvlərimizlə  duyduğumuz, 

gördüyümüz,  toxuna  biləcəyimiz,  çəkisi  olan  hər  şeydir.  Bundan 

başqa insanlarda həm də gömıə, duyma, toxunma hissləri ilə yanaşı 

maddi hisslərdən asılı olmayan, müəyyən xassəyə malik olan mental 

psixi  mərkəz  var-o  fikirləşir,  hərəkət  edir,  müəyyən  məsafədən 

arzuları  ifadə  edir,  gözsüz  görür,  qulaqsız  eşidir,  hələ  mövcud 

olmayan gələcəyini onun köməyi ilə müəyyən edir, özü üçün 

143 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə