Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə55/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   51   52   53   54   55   56   57   58   ...   167

səyahət vaxtı aldığı təəssüratlardır, o gümüş iplə bir növ televiziya 

kabeli  kimi  sahibinə  ötürülür-daha  dəqiq  onun  beyninə  ötürülür. 

Bütün dövrlərdə hiyləgər və pis niyyətli adamlar olmuşdur. Təbii ki, 

onlar  ruhun  quş  kimi  uçmasından  istifadə  etməyə  bilməzdilər.  Bu 

adamlar ruhu tutmaq üçün tələ qururdular, bu yolla ruh sahibini ram 

edirdilər. 

Bir  çox  cadugarlar  tutulan  ruhlar  üçün  əsil  “ev”  də 

yaratmışdılar.  Cadugar  ruhu  tutmaqla  onun  sahibini  qorxudur  və 

çoxlu  pay-böyük  ət  parçası,quş-alırdılar.  O  vaxtlar  adamlar 

inanırdılar  ki,cadugarlar  və  kahinlər  onların  ruhlarını  tuturlar  və 

buna  görə  də  ruhu  geri  almaq  üçün  bütün  şərtləri  qəbul  edirdilər. 

Bununla  belə  yatan  adamın  ruhunun  “oğurlanmasının”  qarşısını 

almaq  üçün  müxtəlif  üsullar  da  fikirləşib  tapmışdırlar.  Qədim 

Misirdə öz düşməninə pislik etmək istəyən hər kəs onun ruhlarının 

birinin  adını  papirus  parçasının  üstünə  yazır  və  sonra  onu 

yandırırdılar.  Bu  cür  təsəvvürlər  son  vaxtlara  qədər  Avropada 

mövcud  olmuşdur.  Rumunlar  belə  düşünürdülər  ki,əgər  adamın 

kölgəsinin(yəni  ruhunun)  üstünə  daş  yığılsa  o  mütləq  öləcəkdir. 

Ruhu  yalnız  adama  ziyan  vurmaq  və  ya  onu  öldünnək  üçün 

tutmurdular.  Toraca  qəbiləsində  ruhu  xilas  etmək,onun  sahibini 

təhlükədən qorumaq üçün tuturdular. Eyni zamanda ruhun sahibini 

həmişə  yanlarında  saxlamaq  üçün  də  ruhu  tuturdular.  Yamaya 

cadugarları hələ keçən əsrdə sevdikləri qadının ruhunu çalmaları ilə 

tutur, gündüz onu bellərinə bağlayıb gəzir,gecələr isə yastığın altına 

qoyurdular. İnsan ruhu və onun “ovu” ilə bağlı qədim baxışlar bizim 

günlərə  ibtidai  xalqların  inamının  qalıqları  kimi  gəlib 

çatmamışdır-müasir  dini  rituallarda  da  belə  bu  inam  qalmaqdadır. 

Bu gün Filippin arxipelaqında olan şimali Luzen xalqlarından olan 

kankanaşlar  yuxu  vaxtı  bədəndən  çıxıb  gedən  ruhun  oyananda 

qayıtması üçün xüsusi mərasim keçirirdilər və bu vaxt ona qayıtması 

üçün  xahiş  olunurdu.  Hələ  XX  əsrin  əvvəllərində  Tici  adasında 

yaşayan əhali ruh qayıtmayanda yerə uzanıb ucadan qışqırır,ruhun 

165 



qayıtmasını xahiş edirdilər. Bəzi xalqlarda elə təsəvvürlər də vardır 

ki, ruh yalnız yatanda yox,həm də ayıq vaxtı bədəndən çıxa bilər, bu 

da  xəstəliyə  və  ölümə  səbəb  olurdu.  Şimali  Luson  xalqlarının 

baxışlarına  görə  yanğın  vaxtı  sağ  qalan  adamların  ruhları  göylərə 

can  atan  alovun  dili  və  tüstü  ilə  uçub  gedə  bilərdi.  Onlar  səma 

Allahlarına dua edirdilər ki, ruhlarını qaytarsınlar. Hundulara görə, 

insan əsnəyəndə belə ruh bədəndən çıxa bilər. Buna yol verməmək 

üçün  əsnəyən  adam  görən  kimi  barmaqlarını  şıqqıldadırdılar. 

Şıqqıltının səsi ruhu dayandırır və o sahibinin bədənini tərk etmirdi. 

Ruslarda da buna oxşar adət var: kimsə asqıranda ona “sağlam ol” 

deyirlər.Bu elə bir qədim inamla bağlıdır ki, insan asqıranda ruh çıxa 

bilər  və  insan  xəstələnər.  Bu  baş  vennəsin  deyə  ətrafdakılar  ona 

sağlamlıq  arzu  edirlər,  deməli  ruhun  bədəndə  qalmasını  istəyirlər. 

Lamaistlərdə  xəstələnmiş  adamın  ruhu  çağırışla  qayıtmayanda 

xüsusi  mərasim  təşkil  edirlər.  Xəstəyə  ən  yaxşı  paltarını,zinnət 

əşyalarını  geyindirirlər.  Dostları  və  qohumları  üç  dəfə  evin 

həndəvərində fırlanıb ruhu adı ilə çağırırlar. Bu vaxt lama müqəddəs 

kitablardan xəstənin bədəninə qayıtmayan ruhu gözləyən cəhənnəm 

əzablarını  oxuyur,  onu  gözləyən  təhlükələri  sadalayır.Mərasimin 

sonunda hamı bir ağızdan deyir ki, ruh qayıtdı və xəstə sağalır.Əgər 

ruh  xahişlə  qayıtmasa  bəzi  xalqların  adəti  ilə  onu  tutmağa  cəhd 

edirlər,  ona  tələ  qurub  zorla  geri  qaytarırlar.Birmada  karenlər 

xəstənin  ətrafında  qaçır,  onun  azmış  ruhunu tutmağa  cəhd edir  və 

onu  “tutub”  xəstənin  başına  atırlar.Şimal  xalqlarında  olan  inama 

görə  ruh  öz  iradəsi  ilə  də  bədəni  tərk  edə  bilər.Düzdür  bu  yalnız 

şamanlara aiddir. Şamanın ruhu xəstəni müalicə etmək üçün o biri 

aləmə, əcdadlarından xəstəliyin səbəbini öyrənməyə gedə bilər. Ruh 

pis ruhlar tərəfindən oğurlananda da xəstəlik yarana bilər. Bu vaxt 

şamanın  vəzifəsi  ruhu  azad  etməkdir.  Buna  görə  də  o  axirət 

dünyasına gedir ki,bu dünyanın Allahından xahiş etsin ki,xəstə hələ 

müəyyən  vaxt  həyatdan  ləzzət  aIsm.Oğurlanan  ruhu  ələ  keçirən 

şaman onu 

166 



paltarının altında gizlədir ki,onu sağ-salamat qaytara bitsin. Şaman 

yalnız bədəndən kənarda qalan ruhları qaytarmır,lazım olanda onlar 

“o biri dünyadan” hələ doğulmamış uşağın ruhunu da gətirə bilər. 

Sibir  xalqlarından  olan  oroçilər  düşünürdülər  ki,şamanlarm  ruhu 

hətta  Günəşə  belə  səyahət  edə  bilərlər,  ancaq  bunu  olduqca  az 

edirlər, belə ki, heç kəsi qəhrəmanlıq göstərməkdən başqa ora heç nə 

cəlb  etmir.  Bu  səyahət  vaxtı  təhlükə  mənbəyi  Günəşdə  yaşayan 

qızdır. Onun sifətinə baxmaqla kor olmaq olar, ona yaxın gələndə isə 

ölmək mümkündür. Günəşə çatmaq üçün şamanın ruhu əvvəlcə Aya 

uçmalıdır-Günəşə  olan  yol  buradandır.  Əlbəttə  şamanın  ruhu  özü 

Aya  uça  bilər,  lakin  bunu  atla  etmək  daha  əlverişlidir-həm  də  bu 

qanadlı atdır: bu atla daha tez Aya çatmaq olar.Ancaq nağılların dili 

yüyrək olur, iş isə bu cür sürətlə görülmür. Səyahətin şərtinə görə bu 

yolu yalnız qanadlı atla qət etmək lazım deyildir. Atla yolun yalnız 

müəyyən hissəsini keçmək olar. Yolun qalan hissəsini isə şamanın 

ruhu ip yumaqcığı ilə,qanadlı parça topla qət edə bilər. Bununla o 

ulduzlar topası,bürclərin arası ilə uça bilər. Bununla iş bitmir. Sonra 

ruh  quşa  oturur,Günəşə  isə  qanadlı  dəmir  lodkalarda  yaxınla- 

şır.Geriyə qayıdan yol daha ekzotikdir:ruh bunu necə deyərlər. Yerə 

enən  kosmik  cihazla  edir,  əfsanələrdə  o  qanadlı  dəmir...tabuta 

oxşayır, Yerə yaxınlaşanda tabut yox olur və ruh rahat yerə enib öz 

sahibinin  yanma  qayıdır.  Nanay  şamanlarının  ruhları  da  Günəşə 

uçurdular,  bu  qəhrəmanlıq  naminə  olan  səyahət  deyildir,onlar  iş 

üçün-uşağı  olmayan  qadınlara  kömək  etmək,orada  olan  uşaqlann 

ruhları  üçün  gedirdilər.Səyahətə  yalnız  şamanın  ruhu  getmirdi. 

Xüsusi günlərdə qohumların ruhu da şamanın ruhuna qoşula bilərdi. 

Sibirdə yaşayan ketilərə görə payız və qış vaxtı ziyanverici qüvvələr 

ətrafda dolaşanda Şaman tayfa üzvlərinin ruhlarını özündə qoruya 

bilərdi:  Qış  yaxınlaşanda  o  bütün  ruhlan  toplayıb  xüsusi  yerdə 

saxlayırdı. 

167 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə