Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə52/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   48   49   50   51   52   53   54   55   ...   167

gözləyir.  Bütün  böyük  dinlərdə  bu  xüsusi  vurğulanır.Ona  görə  də 

yeni dünyaya qəzəbsiz, rahat keçmək daha yaxşı olardı. 

Bəli  materialist  nəzəriyyənin  heç  də  hər  şeyi  dəqiq 

göstərmədiyinə və inandırıcı izah etmədiyinə əmin olduq. Əslində 

onlar  dediklərindən  fərqli  olaraq  sanballı  əsaslar  üzərində  öz 

təlimlərini  qurmamışdırlar.  İzah  olunması  tələb  olunan,möcüzəli 

görünən fenomenlərdən ustalıqla yan qaçan bu nəzəriyyəçilər yersiz 

olaraq öz həndəsi və riyazi dəqiqlikləri ilə öyünmüşlər. Ona görə də 

bəzi məsələlər haqqında fikir söyləmək, hər hansı təhlillər vermək 

pis  olmazdı.  Ruhun  bədəndən  sonra  yaşamasına  və  onun  bədənlə 

birlikdə  ölməməsinə  əmin  olmaq  üçün,  ilk  əvvəl,  insan  ruhunun 

həqiqətən də mövcud olmasına tam əmin olmaq lazımdır. Mövcud 

olmayan  hər  hansı  bir  şeyin  əbədiliyindən  danışmaq,  ən  azı 

sadəlövhlükdür. Əgər insanın fikri onun beyninin məhsuludursa,o da 

beyin  toxumalarının ölməsi  ilə sönməlidir.  Bu  cür  nəticəyə  yalnız 

pozitiv eksperimental müşahidə əsasında gəlmək olar və biz insan 

ruhunun təbiətinin determinasiyası üçün və onun bacarığının aşkar 

edilməsi üçün bundan istifadə etməyə cəhd edəcəyik. Təəssüflə qeyd 

edək ki, hələ bu günə qədər bu məsələ əsaslı şəkildə öyrənilməmişdir 

və  idrakın  sərhəddindən  kənarda  qalıblar.  Bədənin  dağılmasından 

sonra  həyatın  davam  etməsi  üçün  ruhi  mövcudluq  zəruridir.  Bəs 

bizim  ruhumuz?  O  ayrıca  öz-özünə  mövcuddur?  Bizim  ruhumuz 

varmı? Bəlkə sualı bir az da peşəkarcasına qoyaqıinsan ruhdur,yoxsa 

nə  isə  başqa  bir  şeydir?  Bu  inandırıcı  cavab  tələb  edən  əsas 

suallardandır. Beləliklə, ruh nədir? Bu söz hardan yaranmışdır, onun 

mənası nədir? 

İnsan ruhuna inam bu günə qədər metafizik traktatlarda izah 

olunur  və  mövcudluğu  heç  kim  tərəfindən  sübut  olunmayan  ilahi 

kəşflərə  əsaslanır.  Dini,inamı,insanın  hissini,  onun  arzularını, 

qorxunu-kifayət  qədər  olan  sübut,dəlil  kimi  qəbul  etmişdirlər. 

Adamlar  təsəvvür  edirdilər  ki,  nəfəs  almaq  bacarığı-insanın 

ruhu-onun ölümü anında bədəni tərk edir və 

156 



haradasa başqa bir yerdə yaşamağa gedir və orada öz istədiyi kimi 

yaşamağa başlayır. Bir çox dillərdə “ruhu buraxmaq“üadəsi işlədilir 

və bu da “ölmək” deməkdir. Əgər kimlərsə burada həyatın görünməz 

formada saxlanmasını nəzərdə tutursa,başqaları bu sözlə öz təəssüf 

hisslərini bildirir, ölənə qarşı öz məhəbbətlərini biruzə verirlər və bu 

iki  nəzəriyyə  qədim  dövrlərdən  üzü  bəri  bir-biri  ilə  mübarizə 

şəraitində  yaşayırlar:  bir  tərəfdə  spiritualizm,digər  tərəfdə 

materializm  dayanır.  Ancaq  onların  hər  ikisi  də  səthi  müşahidələr 

əsasında öz fikirlərini bildirmişlər. 

“Ruh” və “Qəlb”sözlərini əsaslı şəkildə təhlil etmək lazımdır, 

lazım  gələrsə,onlarm  mənalarını  da  dəyişmək  olar.Axı  canlı 

orqanizmlər və onların psixi elementlərinin xassələri güclü şəkildə 

ayrılırlar. Əslində insanlar əmindirlər ki,dünyada yalnız bir danılmaz 

reallıq 


var- 

bu 


da 

predmetlərin, 

yəni 

materiyanın-görmək,toxunmaq,hiss  edilməsi  mümkün  olan  reallıq 



vardır.  Bu  cür  yanaşma  nümunələrini  çoxaltmaq  vaxtı  əbəs  yerə 

itirməkdir. Adamların əksəriyyəti deyir: bizdə bu və ya başqa hiss 

yaranır,bizdə  bu  və  ya  digər  ideya  yaranır,  bizi  müəyyən  emosiya 

bürüyür  və  dünyanın  bilavasitə  və  inandırıcı  şəkildə  qavranılması 

budur-təcrübə vasitəsilə əldə olunan həqiqət budur və tam və mütləq 

inama  layiq  olan  da  budur.  Beləliklə,  obyekt  haqqında  təsəvvür 

duyğunu,  qavra-  manı,dərketınəni  nəzərdə  tutur.Bütün  bunlar  nə 

deməkdir? Bu müşahidə olunan obyektin xassəsidir? Əlbəttə yox. Bu 

cür duyğu, b’i cür qavrama sübut edir ki, müşahidə olunan, duyulan, 

qavranılan obyektlərin qarşısında hiss edən, qavrayan və duyan nə 

isə var.Həqiqət.həm də təkzibolunmaz həqiqət ondan ibarətdir ki,biz 

həqiqi reallığı,xarici aləmin şeylərinin mahiyyətini inkar edirik-belə 

ki, bizim hiss orqanlarımız yalnız gördüklərini qəbul edə bilir. Biz 

hiss orqanlarımızın köməyi ilə tamın yalnız bir hissəsini qəbul edə 

bilirik, həm də çox vaxt reallığı təhrif olunmuş halda qavraya bilirik. 

Tutaq ki, əgər bizim planet həmişə sıx buludla örtülü olsaydı, onda 

biz Günəş 

157 



vo  Ay  haqqında,digor  planetlər  və  ulduzlar  haqqında  heç  nə 

bilməzdik  və  bütün  dünya  sistemi  bizim  üçün  tam  naməlum 

qalardı,insanın  biliyi  həmişəlik  çaşqın  və  yalançı  təsəvvürlərə 

məhkum olunardı. Bizim bildiklərimiz və bizə məlum olmayanlarla 

müqayisə  edilməz  dərəcədə  azdır.  Eyni  zamanda  bizim  görmə 

qabiliyyətimiz  reallığın  qərəzsiz  təfsirçisi,şərhçisi  deyildir. 

İllyuziya-bizim bütün ideyalarımızın ən möhkəmidir. Bəşəriyyət bu 

gün də ən dərin biliksizlik, cəhalət vəziyyətində yaşamaqdadır-onun 

heç ağlına da gəlmir ki,bizim təbii quruluşumuz ətrafda olan reallığı 

həqiqi mənada dərk etməyə imkan vennir.Bizim hisslər bizi daimi 

olaraq aldadır.Yalnız elmi təhlil öz parlaq işığı ilə bizim yolumuzu 

işıqlandıra  bilər.Əgər  problemlərə  tam  ciddiliyi  ilə  yanaşsaq  onda 

bizim  Yer  quruluşunda  hiss  orqanları  üçdür.Məhz  onlar  bizim 

bədənimiz  vasitəsilə  xarici  aləmdən  qavradıqlarımız  üçün 

məsuliyyət  daşıyırlar.  Yerdə  qalan  iki  hiss  üzvü-dadbilmə, 

toxunma-birbaşa əlaqə yolu ilə fəaliyyət göstərir. Bu olduqca azdır 

və istənilən anda bizim hiss orqanlarımız real mənzərəni tam şəkildə 

vermir. Bizim ətrafımızda qavraya bilmədiyimiz müxtəlif titrəmələr, 

hava hərəkəti və axını,görünməz qüvvələr və predmetlər çoxdur. Bu 

da  səmərəli  elm  tərəfindən  sübut  olunmuşdur.  Deməli  bizim 

ətrafımızda  yalnız  görünməz  şeylər  deyil,  həm  də  görünməz, 

duyulmayan  və  sürüşkən  varlıqlar  da  ola  bilər;  bunları  da  hiss 

orqanlarımız  qəbul  etməyə  bilər.  Mən  onların  varlığını  təsdiq 

etmirəm,sadəcə  olaraq  güman  edirəm  ki,onlar  ola  bilərlər. 

Məsələn,mikrobların elm tərəfindən kəşfinə qədər onların varlığını 

heç  kəs  bilmirdi-bununla  belə  onlar  hər  tərəfdə  milyardlarla 

fırlanırdı və onların müxtəlif canlı orqanlardakı rolu isə heç kəsdə 

şübhə  yaratmır.  Beləliklə  istənilən  görüntü  bizə  reallığı  tam 

açmır.Yalnız  bir  fikir  bizdə  lazımı  qiymətini  almışdır.O  realdır, 

ancaq insanda daha çox təkzibolunmaz reallıq ruhdur. 

Fransız riyaziyyatçısı,fizik və filosofu Puankara bir neçə illər 

ərzində xəstəlikdən əzab çəkən dostu Puatye haqqında 

158 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə