Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə50/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   46   47   48   49   50   51   52   53   ...   167

Əvvəllər yalnız dinin bildiklərini və təsdiq etdiklərini bu gün elm də 

təsdiq  edir.  Son  elmi  kəşflər-xüsusən  də  inamı  olmayanlar  üçün 

olduqca gözlənilməz oldu və heç də hamı üçün tam aydın deyildir. 

Ölüm  haqqında  müasir  elm  tibbin  cavan  sahəsi  olsa  da  olduqca 

sürətlə inkişaf' edir. Məşhur alimlər bu sahədə böyük işlər görürlər. 

Müşahidələr  və  tədqiqatlar  elmi-tibbi  institutlarda  və  böyük 

xəstəxanalarda  aparıhr-ciddi  elmi  əsərlər  nəşr  olunmuşdur.  Bu 

sahədə yeni üfıqlər, müşahidələr, təcrübələr, sonra isə reanimasiya 

təcrübəsi  ilə,  yəni  ölən  adamın  dirilməsi  praktikası  ilə  açılır. 

Hal-hazırda ölümün iki mərhələsi-klinik ölüm, adətən bu elə ölüm 

adlandırılır  və  orqanik  ölüm-orqanizmin  toxumalarında  struktur 

dəyişikliyi  ilə  müşahidə  olunan  ölüm-fərqləndirilir.  Toxumalar 

dağılana qədər dirilmə mümkündür, yəni adam ölmüş olsa da onun 

toxumaları  dağılmayıbsa  onun  dirilmə  ehtimalı  var-toxuma 

dağıldıqdan sonra heç bir reanimasiya kömək edə bilməz. Ölmüş və 

artıq  ölü  elan  olunmuş  adamların  heç  bir  kənar  kömək  olmadan 

dirilməsi ilə bağlı çoxlu məlumatlar məlumdur. Ona görə də adamlar 

yenicə  dünyasını  dəyişən  adamı  qaytannağa  cəhdlər  edirlər.  Ən 

qədim  cəhd  olduqca  primitiv  olmuşdur-canım  yenicə  tapşıran 

adamın  qarnını  qızdırmışlar  və  onun  bədənini  gicitkənlə 

döyəcləmişlər,  ciyərinə  hava  vurmuşlar,ata  otuzdunnuşlar  və 

düşünmüşlər  ki,  atın  silkələnməsi  ilə  öləni  həyata  qaytarmaq 

mümkün olar. Bu gün də elektrik şoku verməklə düşünürlər ki, güclü 

titrəmə  ürəyin  yenidən  fəaliyyətə  başlamasına  kömək  edə  bilər. 

Əlbəttə bütün bu cəhdlər çox az hallarda uğurlu olmuşdur-bununla 

belə insanlar həmişə ümid edirlər ki, bu yolla öləni geri qaytarmaq 

mümkün olacaqdır-alimlər isə yalnız ümid etmir, həm də problem 

üzərində çalışırlar. 

Son  vaxtlara  qədər  insanın  həyat  əhəmiyyətli  orqanlarının 

fəaliyyəti dayanan kimi o ölürdü. Məsələn,ürəyin dayanması ölüm 

hesab  olunurdu  və  bununla  heç  nə  edə  bilmirdilər.  Lakin  tibb 

alimləri dirilmənin yeni metodunu işləyib hazırladılar: süni 

150 



nəfəs  vermə,qan  köçürmə,  adrcnalinin  ürəyə  yeridilməsi,  yeni 

dərman  percparatları.  Yeni  kəşf  olunan  cihazla  dayanan  ürəyi 

elektrik  cərəyanı  vasitəsilə  hərəkətə  gətimıək  mümkün  olur.  Əgər 

ölüm vəziyyəti uzun sürmürsə və orqanizmdə toxumalar dağılmırsa 

dayanan  ürəyi  yenidən  işləməyə  məcbur  etmək  mümkündür, 

hərəkətsiz  qan  yenidən  dövran  etməyə,  beyni  və  digər  orqanları 

oksigen,qlükoza  və  digər  həyat  əhəmiyyətli  materiallarla 

qidalandırmağa  başlayır.  Yenicə  ölən  insanı  bəzən  diriltmək 

mümkün  olur.  Müvəqqəti  ölüm  vəziyyətini  yaşayan  adamlar 

sonradan  “o  biri  dünyada”  olarkən  keçirdikləri  həyəcanı 

danışmışlar.  Onlar  ətrafda  baş  verənləri  hiss  etməkdə  davam 

etmişlər; məsələn, kənardan öz ölmüş bədənlərini,həkimlərin və tibb 

bacılarının  onu  həyata  qaytannaq  üçün  göstərdikləri  cəhdləri 

müşahidə  etmiş,  onların  söhbətlərini  eşitmiş  və  başa  düşmüşlər. 

Beləliklə,  həyata  qayıdan  adam  baş  verənləri  yadda  saxlayır  və 

bədənləri ölü olarkən gördüklərini və eşitdiklərini danışa bilmişlər. 

Ruh  bədənlə  eyni  vaxtda  ölmür,  bədəndən  asılı  olmayaraq 

yaşamaqda davam edir. Əgər öləni diriltmək mümkün olursa, onda 

ruh  bədənə  qayıdır.  Tibbin  bu  yeni  sahəsinin  pionerlərindən  biri 

Reymond Mudi olmuşdur. 1975-ci ildə onun “Ölümdən sonra həyat” 

kitabı  “Bədənin  ölümündən  sonra  həyatın  davam  etməsi 

fenomeninin  tədqiqi”  başlığı  altında  nəşr  olundu.  1977-ci  ildə 

“Həyatdan  sonra  həyat  haqqında  düşüncələr”  kitabı  çapdan  çıxdı. 

Mudi 150 hadisə qeydə ahnışdır-o xəstələrin keçirdiyi xəstəliyi və 

bunun  nəticəsində  yaranan  klinik  ölümü,ölümün  xarakterini  və 

reanimasiya metodlarını, o cümlədən pasientlərin danışığını qələmə 

almışdır.Mudi  yazır  ki,ilk  dəfə  1965-ci  ildə  tələbə  olarkən 

psixiatriya professorunun mühazirəsində onun söhbətini eşitmişdir; 

professor iki dəfə ölmüş, ancaq yenidən həyata qaytarılmışdır, o ölü 

olarkən keçirdiyi hissləri danışmışdır. Professorun fantastik görünən 

bu  söhbəti  Mudini  maraqlandırmışdır,  aneaq  şəxsi  təcrübəsi 

olmadığından heç nə 

151 



edə bilməmişdir. Bir neçə il sonra buna oxşar bir hadisə ilə yenidən 

rastlaşır və onu təəccübləndirən o olur ki, yaşlı, savadsız qadın da 

professor  kimi  eyni  şeyləri  təsvir  etmişdir.  Bundan  sonra  Mudi 

bədənin ölümündən sonra həyatın davam etməsi fenomeni ilə ciddi 

məşğul olmağa başladı. Kitabda çoxlu hadisələr verilir.Onlardan biri 

ürək  ağrıları  ilə  xəstəxanaya  qəbul  olunan  qadının  danışıqlarıdır. 

Qadın  xəstəxana  çarpayısında  uzanmışdır.Bu  vaxt  sinəsində  bərk 

ağrı  başlayır  və  qadın  tibb  bacısını  çağırmaq  üçün  düyməni  zorla 

basa  bilir.  Onlar  gəlir  və  nə  isə  etməyə  başlayırlar.  Arxası  üstə 

uzanmaq onun üçün narahat olduğundan qadın böyrü üstə çevrilir və 

birdən nəfəsi dayanır və ürəyinin vurmadığını hiss edir. Qadın tibb 

bacısının qışqırmağını eşidir və hiss edir ki, bədəni tərk edir və aşağı, 

döşəməyə  düşür,çarpayının  altından  keçib  sonra  yavaşca  yuxarı 

qalxmağa  başlayır.  Qadın  başqa  bir  tibb  bacısını  və  onu  müalicə 

edən həkimin otağa gəldiyini görür. “O niyə buradadır? O burada nə 

edir?” deyə təəccüblənir. O tavandan asılan lampanın yanına qalxır 

və onları tam aydın görür. “Mən sanki üfürməklə doldurulan kağız 

parçası kimi tavana qalxmışdım”. O tavanın yanında üzür və aşağı 

baxırdı;  “Məni  diriltməyə  göstərilən  cəhdləri  yaxşı  görürdüm. 

Bədənim  aşağıda  çarpayının  üstünə  sərilmişdir.  Onu  aydın 

görürdüm,hamı  onun  ətrafına  toplaşmışdır.  Mən  tibb  bacısının 

birinin  “Ay  Allah,  o,  ölüdür!”deməsini  eşitdim.  O  biri  tibb  bacısı 

ölünün  üstünə  əyilib  süni  nəfəs  verməyə  başladı.  Mən  onun 

boynunun  dalına  baxırdım.  Mən  onun  qısa  vurulmuş  saçlarını 

xatırlayıram.  Sonra  palataya  elektrik  şoku  vermək  üçün  cihaz 

gətirdilər  və  elektrodları  mənim  sinəmə  düzdülər.  Cihazı 

qoşdular,mənim bədənim yuxarı atıldı,hətta sümüklərimin səsini də 

eşitdim.Bu  dəhşətli  idi.  Onların  mənim  sinəmi  döyəcləməklərinə, 

ayaqlarımı və əllərimi sürtməklərinə yuxarıdan baxdıqca “nə üçün 

onlar  məni  narahat  ediıiər?Mən  özümü  yaxşı  hiss  edirəm-“deyə 

düşündüm”. 

152 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə