Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə48/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   44   45   46   47   48   49   50   51   ...   167

əlçatmaz  faktlar  açır.  Əlbəttə  bütün  bunları  insan  beyninin 

özünəməxsusluğu 

kimi 

qələmə 


vermək, 

şəkərdən 

duz 

hazırlanmasını,  balığın  sudan  kənarda  yaşaya  bilməsini  demək 



kimidir. Çoxsaylı müşahidələr və aparılan təcrübələr sübut edir ki, 

insan-yalnız maddi bədən deyildir, həm də psixoloji varlıqdır. Kont, 

Litrc,  Bertelo  kimi  görkəmli  alimlərə  görə  bizi  əhatə  edən 

reallıq-yalnız  məhdud  duyğular  dairəsidir,  o  bizim  hisslərimizlə 

verilir,məhdud  və  yetkin  deyildir.  Balıq  tam  əmin  ola  bilər  ki, 

dünyada onun üçün zəruri olan su mühitindən başqa heç nə yoxdur; 

it başqa itləri görmə ilə yox, iy vasitəsilə tanıyır; göyərçin öz daxili 

hissləri  hesabına  böyük  bir  məsafəni  qət  edə  bilir;  qarışqalar  öz 

bığları hesabına hərəkət edirlər və s. Ruh bədən üzərində hakimdir, 

atomlar idarə etmir, onu idarə edirlər. Bu nəticəni bütün Kainata aid 

etmək olar. Universal ruh hər yerdə təzahür edir, bütn dünya onunla 

doludur,  ruhun  heç  bir  beyni  olmur.  Fikrin-  beynin  funksiyası 

olmasını  təsdiq  edən  doktrina,  beynin  və  fikrin  işində  paralelliyi 

qəbul  edən  doktrina  kifayət  qədər  əsaslı  deyildir.  İlahiyyatçı  və 

psixoloq Anri Berkson da bu fikirdədir-o təsdiq edir ki, ruh maddi 

deyildir, insanın ruhu da beynin funksiyasıdır, o beyin toxumalarıdır 

və  insanla  birlikdə  ölür.  Beyin  şübhəsiz  ki,  insanın  düşünən 

orqanıdır-bunu  heç  kəs  inkar  etmir.  Ancaq  beyinin  fikir  üçün,  o, 

cümlədən bütövlükdə həyat üçün zəruriliyi ilə bağlı baxışlar xeyli 

şişirdilmişdir.  Əgər  bu  gün  patoloqoanotomlar  meyidi  yararkən 

kəllədə, qafa tacında ruha oxşar heç nəyi aşkar edə bilmirlərsə, bu 

hələ heç nə demir. Əgər həkimlər və fizioloqlar psixoloji bacarığa 

yalnız  beyin  qişasının  funksiyası  kimi  baxırlarsa,  onlar  yanılırlar. 

İnsanda  kəllənin  içində  olan  boş  kütlədən  başqa  daha  nə  isə  var. 

İnsanın  düşünmə  qabiliyyətinin  bütövlükdə  beyinin  vəziyyətindən 

asılı  olmasını,  yaşa  dolduqca  onun  zəifləməsini,  həm  də  beynin 

zəifləməsini təsdiq edən baxışlara da etiraz etmək olar. Bədən, alət 

zəifləyir,  insanın  ruhu  zəifləmir.  Əksər  görkəmli  mütəffəkkirlərin 

ruhları həyatlarının son anına qədər möhkəm 

144 



və  enerjili  olmuşdur.  “Homo  sapiensi”-  “ağıllı  adam”ı  insanların 

əcdadı  hesab  edirlər.  Yəni  doğrudanmı  insanın  beynini 

fomıalaşdıran  maddi  atomlar  bu  ada  layiqdirlər.  Doğurdanını 

oksigen, hidrogen, azot və karbon qazının molekullarının kimyəvi 

birləşmələri  düşünməyə  qadirdir?  Nə  isə  inanmaq  olmur. 

Biologiya-nisbətən  cavandır.  Bizim  duyğular,  həyat  gücümüzün 

prinspləri artıq neçə əsrlərdir ki, öz sirrlərini bizə açmırlar, müasir 

elmin  insanın  toxumalarının  fıziki-kimyəvi  prosesləri  ilə  bağlı 

kəşfləri də  bu  sirri açmağa  kömək  etmir.  Hər  bir insanda  fizioloji 

hadisələrlə  yanaşı  və  ya  onun  həddindən  kənarda  fəal,  avtomatik 

fəaliyyət  göstərən  intelektual  prinsplərin  varlığını  qəbul  etməmək 

olmur, onları nəzərə almadan heç nəyi izah etmək mümkün deyildir, 

məhz  onlarla  hər  şey  aydın  olur.  Etiraf  edək  ki,  tibb  bu 

mühakimələrə  heç  vaxt  biganə  münasibət  bəsləməmişdir,  o  yalnız 

bizim orqanizmimizə deyil, həm də intelektual dinamizmimizə təsir 

etməyə  cəhd  etmişdir.  Farmakoloji  müalicəyə  tabe  olmayan 

müəyyən xəstəlikləri psixoloji təsir vasitəsi ilə müalicə edirlər. Bu 

cür  müalicə  uğurları  çoxdan  məlumdur:  müqəddəs  ocaqlara  olan 

inam  çoxları  üçün  möcüzə  kimi  görünə  bilən  uğurlar  əldə  elməyə 

imkan  vermişdir.  Hər  il  minlərlə  adamın  ayrı-ayrı  müqəddəs 

ocaqlarda şəfa tapması ilə bağlı əlimizdə kifayər qədər faktlar var. 

Özünüinandırma yolu ilə qəbul etdiyimiz homeopatik kürəciklərin 

təsirini  inkar  etmək  olmaz.  Yaxşı  deyirlər  ki,  inam  dağı  yerindən 

tərpədə bilər. 

Ruh bədən deyildir, onun emanasiyası da deyildir, o tamamilə 

fərqli  özünü  təsdiq etmiş, muxtar  bir  şeydir.  İnsanın iradəsinin  nə 

olduğu  hamıya  məlumdur.  Xeyirli  və  ziyanlı  olan  hər  bir  şeyə 

tərsliklə inad etmək, özünü nəyə isə qurban vermək, qəhrəmanlıq, 

ağrıya nifrətlə yanaşmaq, əziyyət çəkənlərin,özlərini şəhid edənlərin 

düşüncəsiz  hərəkətləri,  ən  ağır  işgəncələri  belə  gülümsəyərək 

müşahidə  etmək,  günah  və  xeyirxah  əməllər-məgər  bütün  bunlar 

insan beynindən asılı olmayaraq ruhun mövcud olduğunun sübutu 

deyil? Əlbəttə elə 

145 



adamlar var ki, heç vaxt heç nə haqqında düşünmürlər. Ümumiyyətlə 

isə  insan,  hətta  ən  savadsız  və  cahil  olan  adam  belə  hiss  edir  ki, 

dünyada yeməyin, içməyin fiziki zəruriliyindən başqa daha yüksək 

nə isə var və bu bizim müvəqqəti, tez keçən hisslər aləmi-hədd deyil, 

son  deyil,  o,  hansısa  ali  prinspin  təzahürüdür-bu  prinspi  biz  başa 

düşə, mənimsəyə bilmirik, biz yalnız onun solğun kölgəsini hiss edə 

bilirik. Dünyanın bütün dinləri də bu məsələyə aydınlıq gətirməyə 

cəhd edirlər. Əgər insanın bədənini, onun bütün təbii funksiyalarını 

təhlil  etsək,  onun  duyğularının  köməyi  ilə  aldığımız  xoş  hisslərə 

baxmayaraq  ümumiyyətlə  materiya  nöqteyi-nəzərindən  onun 

olduqca vulqar predmet olduğunu etiraf etməyə bilmərik. İnsanın əsl 

alicənablığı,  nəcibliyi  onun  ruhunda,  qəlbində,  hisslərində,  onun 

əqlində, təbliğ etdiyi incəsənət və elmdə təzahür edir. İnsanın həqiqi 

dəyəri  onun  dəyişkən,  olduqca  incə  və  əbədi  olmayan  örtüyündə 

yox,  ruhundadır-o  artıq  həyatda  uzun  müddətli  mövcudluğa  olan 

qəribə qabiliyyətini nümayiş etdirir. Bizim bədən-süst, fəaliyyətsiz 

kütlə,  canlı  avtomatdır.  Lakin  istənilən  varlığın  təbii 

quruluşu-insanın, 

heyvanın, 

bitkinin-hansısa 

təşkiledici 

qüvvənin-ruhun-mövcudluğnu göstərir. Əgər dünya yalnız heç kəsin 

idarə  etmədiyi  maddi  molekullardan,  atomlardan  təşkil  olunsaydı, 

onda  o  dünyaya  bənzəməzdi,  o  heç  bir  riyazi  qanunları  olmayan 

əbədi,  qeyiı-adi  xaos  olardı  və  Kosmosda  heç  bir  qayda  olmazdı. 

Məxluq intellektual bir aləmdir, o kökündən dəyişərək müəyyən bir 

şey  olur  və  fikir  yaranır,  sirli  təbiət  dünyada  olan  hər  şeyi  ruhla 

qidalandımıışdır. Bu sirli qüvvə bizi hara aparır? Bunu biz bilmirik. 

Həyat  öz  qanunlarını  bizlərə  diqlə  edir,  məskunlaşdığımız  planet 

fövqəlsurətlə  kosmik  məkanda  fırlanır,  ancaq  o  Kainatın 

istiqamətverici qüvvəsinə tabedir. Biz-Günəşdən milyon dəfə balaca 

olan  hərəkət  edən  atomların  içərisində  olan  düşünən  atomlarıq- 

Günəş  də  Kanopus  ulduzundan  milyon  dəfə  balacayıq.  Bu  cür 

hərəkətverici qüvvə atomda anadangəlmə böyüklükdür, çünki 

146 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə