Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə46/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   42   43   44   45   46   47   48   49   ...   167

gəlmir.Həlta  o  gəlsə  belə  bu  cür  adamlar  onun  gəlişinə 

sevinərdilər,çünki o böyük yüngüllük gətirir.Onlar həyatdan hər şey 

almışdırlar-onlar o qədər fəal,yaxşı həyat sürmüşlər ki,ölümü dost 

kimi qarşılayırlar.Ağır iş günündən sonra gecə gəlir və özü ilə yuxu 

formasında  istirahət  gətirdiyi  kimi  ölüm  də  dərin  yuxu  olub 

həyaldan sonra istirahət gətirir. Ölümdə çirkli heç nə yoxdur-ondan 

təmiz  heç  nə  tapmaq  mümkün  deyildir.  Əgər  insan  ölümdən 

qorxursa,  deməli,  o,  özünü  həyata  tam  həsr  etməmişdir.  Qorxu 

yalnız  gözəl  indikator  olmayıb,həm  də  köməkçidino  göstərir 

ki.in.san  öz  rəqsini  bir  az sürətləndirməlidir,o  həyat məşəlini  eyni 

vaxtda  hər  iki  tərəfdən  yandırmahdır.O  qədər  sürətlə  oynamaq 

lazımdır  ki,rəqqas  tam  yox  olsun  və  təkcə  rəqs  qalsın.Onda  ölüm 

qorxusu  həmişəlik  insanı  tərk  cdəcəkdir.Əgər  insan  indinin 

içərisində  əriyə  bilsə  gələcək  haqqında  düşünməyəcəkdir.Gələcək 

özünün  qayğısına  qala  özü  haqqında  narahat  ola  bilər.Allahdan 

“ıMənim  gündəlik  ruzimi  ver!”  deyə  xahiş  edən  İsa  peyğəmbər 

haqlıdır.O  gələcəklə  bağlı  xahiş  etmir,bu  günlə  kifayətlənir.İnsan 

dərk  etməlidir  ki,hər  anın  sonu  var.İnsan  öz  həyatının  hər  anı  ilə 

yaşamağı  bacaranda  qorxu  gücdən  düşür-əks  halda  zaman,əql  və 

məkan sadəcə olaraq yox olardı.Bəşəriyyətin başının üstünü almış 

ölüm  təhlükəsi  adamları  elə  bu  andan  gündəlik  həyatla  yaşamağa 

məcbur cdəcəkdir,çünki .sabah olmaya da bilər.Bu gün bəşəriyyətin 

tarixində xüsusi vəziyyət yaranmışdır. Əvvəllər adamlar həmişə öz 

işlərini  .sonraya  qoya  bilirdilənindi  adamlar  üçün  bu  cür  imkan 

yoxdur.Bundan  istifadə  etmək,bülüıı  narahatlığı,həyəcanı  kənara 

almaq  lazımdır-bu  narahatlıq  və  həyəcan  dünyanın  sonunun 

gəlməsinin qarşısını ala bilməz.Hər kəs öz həyatını mənalı və zəngin 

ctməlidir,elə  etmək  lazımdır  ki,yaşanan  on  il  əsrə  bərabər 

olsun.İnsan həyatının dəyərini dərk cdərsə,ona doğma olan insanın 

həyatına  hörmətlə  yanaşarsa  qəlbən  bağlı  olan  insanla  harmonik 

yaşayarsa  onda  ölüm  heç  vaxt  onlara  yaxın  gələ  bilməz.İlanın 

yarpızdan zəhləsi gedən kimi ölümün də məhəbbətdən xoşu 

137 



gəlmir.Mən əminəm ki,qəlbən bağlı olduğun insanla keçirdiyin hər 

gün  ən  azı  bir  ilə  bərabərdir.Bir  tacirdən  “Neçə  yaşın  var?”  deyə 

soruşanda  o  “Üç  yüz  altımış”  deyə  cavab  verir.  “Necə  yəni  sizə 

altımış  yaş  ancaq  vermək  olar?”-müsahibi  təəccübünü  gizlədə 

bilmir.Tacir  deyir.  “Doğrudur,mənim  pasportda  ə.sasən  altımış 

yaşım var,ancaq həyal təcrübəm istənilən başqa adama nisbətən altı 

dəfə  çoxdur.  Altımış  il  ərzində  mən  üç  yüz  altımış  illik  təcrübə 

toplaya bilmişəm”.Hər şey həyatın səmərəliliyindən asılıdır. 

Həyatın iki üsulu var: məsələn, bu həyatda kəl kimi yaşamaq 

olar-o  üfqi  bir  xətt  üzrə  yaşayır.Eyni  zamanda  Budda  kimi  də 

yaşamaq  olar-o  şaquli,yüksək  və  dərin  yaşayır-bu  vaxt  hər  an 

əbədiliyə çevrilir. Əgər insan öz həyatında hər anı əbədiliyə çevirə 

bilmirsə,  deməli,  o,  həyatını  başa  düşə  bilməmişdir.  Məni 

qmamayım-dünyanın  məhv  olub  olmaması  məni  maraqlandırmır. 

Sadəcə olaraq onu demək istəyirəm ki, əgər dünya dağılmalı olsa da 

o insanları oyatmaq üçün dağılacaqdır. Ona görə də vaxtı boş yerə 

keçimıəyin,  yaşayın,rəqs  edin,  ətrafı  nəvazişlə  seyr  edinıbax  onda 

hər  cür  qorxudan  xilas  olacaqsınız  və  sabah  nə  olacağı  ilə  bağlı 

narahatlığınıza,  həyəcanınıza  son  qoyulacaqdır.Sən  bu  gününlə 

yaşamağı öyrən-belə olduqda,yəni həyatın dolu olanda narahatçılığa 

yer qalmır.Yox əgər insan yaşamayıb sadəcə olaraq sürünürsə onda 

qorxu,təlaş  yaranır.Dünyanm  sonunun  gəlməsi  haqqında  danışan 

yalnız  mən  deyiləm-sadəcə  olaraq  baş  verənlər,  dünyadakı 

vəziyyət,təbiətdə olan dəyişiklik gəldiyim bu qənaəti təsdiq edir.İki 

min il əvvəl İsa peyğəmbər də bunu demişdir,iyinni beş əsr əvvəl 

Budda  da  bu  məsələdən  danışmışdır.İnsanm  özünü  oyatmasının 

köhnə  üsulu  var.İnsan  nə  qədər  ki,evin  bütün  alovun  içində 

olduğunu dərk etməyirsə küçəyə qaçmayacaqdır. Vaxtilə adamları 

tam oyatmaq üçün peyğəmbərlər müəyyən cəhdlər etmişlər. Ancaq 

dünya  heç  vaxt  bu  gün  olduğu  kimi  qlobal  təhlükə  qarşısında 

qalmamışdır-  dünya  ilk  dəfə  olaraq  qlobal  məhvlə  üz-üzə 

dayanmışdır.İnsan 

138 



sadəcə  olaraq  yaşamalı  və  hər  anını  ekstaza  çevinııəlidir-bütün 

qorxulardan  xilas  olmaq  vaxtı  çatmışdır.  Əgər  bütün  dünya 

vəziyyətin  ağırlığını  dərk  etsə  onda  bəlkə  də  dünyanı  xilas  etmək 

şansı olsun.Qoca ölə bilər və onun yerini sabah yeni dəyərlərə malik 

olan  cavan  tutacaqdır.Bəşəriyyətin  sabahı  naminə  həyatınızı 

dəyişin,ən  azı  yaşamağı  öyrənməklə  sabahınızı  qlobal  məhv 

olmaqdan  xilas  etmək  olar.İnanmaq  istərdim  ki,hər  bir  insan  bizi 

gözləyən təhlükəni dərk edib həyatını dəyişəcək və bəşəriyyəti xilas 

etməyə cəhd edəcəkdir.Allah in.sanlara kömək olsunlUlu Tanrının 

nəvazişi və məhəbbəti sizlərlə olsun! 

139 



İNSAN HƏYATININ ÖLÜMQABAĞI DURUMU 

Son illər can vermə və ölüm proseslərini öyrənən alimlər xeyli 

yeni  kəşflər  etmişlər-çox  vaxt  bu  kəşflər  həyat  və  ölüm  haqqında 

geniş  yayılmış  baxışlara  zidd  olur.  Hal-hazırda  tibb  elmi  də  öz 

əvvəlki fikirlərini yenidən nəzərdən keçirir. Belə ki, yeni məlumatlar 

göstərir  ki,  ölüm  şəxsiyyətin  həyatının  sonu  olmayıb  onun  başqa 

mövcudluq şəraitinə keçididir. XX əsrdə adamların əksəriyyəti ölüm 

haqqında can vcnTiə vaxtı və ondan sonra nə baş verməsi haqqında 

çox  az  bilirdilər.  Ölüm  haqqında  fikirləşməmək  daha  çox  dəbdə 

olmuşdur.  Qəribə  səslənsə  də  qeyd  edək  ki,  ölüm  insanın  yer 

həyatındakı  ən  mühüm  hadisədir  və  hər  birimizin  başına  gələn 

hadisədir.  Bu  hamıya  aydındır,  bununla  belə  biz  günümüzün 

keçməsini izləyir  və  ölüm  haqqında  düşünməməyə  çalışırıq-ancaq 

qəlbimizin  dərinliklərində  labüd  və  qarışıq  olan  bir  həyəcan 

qalmaqdadır. Ölüm haqqında fikir çətin və xoşagəlməzdir, ona görə 

də  biz  onun  haqqında  düşünmək  istəmirik.  Biz  bütün  günü 

məşğuluq,  günümüz  tam  dolu  olur;  gələcək  haqında  düşünmək 

lazımdır,  nəyə  isə  nail  olmaq,  nəyi  isə  çatdırmaq,  nəyi  isə 

tamamlamaq lazımdır. Birdən ölümlə üz-üzə dayanırıq. Elə həmin 

an  bütün  planlarımız  və  ümidlərimizin  sonu  çatır.  Bu  qəribə, 

anlaşılmaz,  qeyri-məntiqi  görünə  bilər.  Necə  ola  bilər?  Görmək 

istədiyim işlərə yenicə başlamaq istəyirdim ki, birdən bu vəziyyət 

yarandı. Biz ölümü tanımırıq və ona görə də onun layiq olmadığı 

səviyyədən  də  çox  ondan  qorxuruq.  İlk  növbədə  bizi  ən  çox  nə 

qorxudur?  Çoxları  üçün  ölüm  yuxugönnəsi  olmayan  yuxudur. 

Gözlərini  yumub  yuxuya  gedirsən-daha  heç  nə  yoxdur.  Zülmət. 

Yuxu  səhər  başa  çatır,  ölüm  isə  əbədidir,  əlbəttə  burada 

sevdiklərimizi  itirməyimizə  təəssüflənirik,  bu  qorxudan  daha  çox 

kədərdir.  İnsanlar  başlarına  nə  gələcəyini  bilmədiklərinə 

görə-naməlumluqlardan  qorxurlar.  Ona  görə  də  ölümün  labüd 

olduğunu  unutmağa  çalışırlar.  Hər  birimiz  bu  həddi  keçməliyik, 

ancaq biz ən əsas olan haqqında düşünmürük 

140 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə