Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə43/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   39   40   41   42   43   44   45   46   ...   167

Xəstəxana yoxlama və müalicə üçün labüd olan yer ola bilər.Ancaq 

bu mərhələ arxada qalandan sonra xəstənin tanış şəraitdə,evdə,onu 

sevənlərin  əhatəsində  olması  daha  məqsədəuyğundur.  Xəstəxana 

qayda, qanunu, effektli müalicəni, təmizliyi, peşəkar xidməti təmin 

edir.ancaq  burada  bürokratizm  və  ondan  irəli  gələn  biganəlik 

vardır.İnsan  həyatının  axırına  qədər  öz  ləyaqətini  saxlamağa 

çalışır-ancaq xəstəxana şəraitində buna nail olmaq çətindir.Ümidsiz 

xəstəliyə  düçar  olan  xəstəni  xəstəxanaya  gətirirlər.Xəstəyə 

sakitlik,rahatlıq lazımdır-yol  boyu  ‘‘təcili  yardımın’'  çıxardığı səs, 

siqnal, yaratdığı gərginlik, artıq qəbul şöbəsində daha da güclənir: 

təlaş,  boş-boşuna  vurnuxma,  hay-küy,  parlaq  işıq-xəstənin 

gətirilməsi çox vaxt ölümün yaxınlaşması hissini yaradır. Xəstənin 

simasızlaşdırılması 

onun 


xə.stəxanaya 

çatdırılması 

ilə 

başlanır.Qəbulu 



gözləmək, 

müxtəlif 

formal 

sənədlərin 



doldurulması,soyundurulma,hətta  ehtiyac  olmasa  belə  paltarın 

dəyişdirilməsi və s.Xəstə xəstəxanın qaydalarına tabe olmalıdır. Onu 

fərdilikdən,  qərar  qəbul  etməkdən,azadlıqdan,istədiyi  kimi  hərəkət 

etməkdən məhrum edirlər;ona uşaq kimi əmr edirlər,ona qarşı qayğı 

və  nəvaziş  olmur,  həkimlərin  hökmlü  tələbləri  bir-birini  əvəz 

edir.Qadın,ana,arvad  olmaqdan  o  altıncı  palatanın  dördüncü 

çarpayısının  pasisentinə  çevrilir.  Bütün  vaxt  nə  isə  baş  verir; 

həkimlər,tibb  bacıları,laborantlar,təcrübədə  olanlar,analiz,  rentgen 

və s. Qadın sakitlik və rahatlıq istəyir,özünə qarşı hörmət gözləyir, 

əvəzində  isə  qan  köşürülməsi,iynə  vurulması,müxtəlif  tibb 

cihazları,dərmanlar alır. Əzginlik,əziyyət çəkmə artır.”Mən özümü 

nümunəvi aparmalıyam,yoxsa mənə yaxşı baxmazlar” - deyə xəstə 

fikirləşir. Xəstənin yaninda həmişə adamlar olsa da o özünü tənha 

hiss edir. Xəstəyə baş çəkmə adətən belə olur:qabaqda professor və 

ya şöbə müdiri, onun arxasınca həkimlər,tibb  bacıları,bir 

dəstə 


tələbələr gəlir.Sağalmaz 

xəstəliyə  düçar  olan  xəstənin  çarpayısına  yaxınlaşan  professor. 

‘‘Özünü neçə hiss edirsən? İştahan var? Bağırsaqlarında 

128 



problem yoxdur ki?” deyə soruşur,xəstənin nəbzini yoxlayır,xəstəlik 

kağızına  göz  gəzdirir  və  tibb  bacısının  vurduğu  iynələrə,  verdiyi 

dərmanlara  baxır.Professor  dərhal  tələbələrə  izah  edir  ki,ağrılar 

hansı  halda  kəskinləşə  bilər.Müalicəsi  mümkün  deyil,ancaq  hər 

anını  uzatmaq  olar.  Beləcə  hamı  gedir,xəstənin  halı  həkimlərin 

gəlişindən  əvvəl  olduğundan  da  pis  olur,  onda  təklik  hissi 

güclənir.Xəstəlik  yaxınlaşdıqca  xəstəxananı  bir  o  qədər 

soyuyur.Ətrafdakı  yad  sifətlər  və  narahat  divarlar  xəstəni 

sıxır.Ölənin  həyatının  son  saatları  məhəbbətsiz  ötür,o  isə 

doğmalarının  əhatəsində  olmaq  onların  məhəbbətini  hiss  etmək, 

onlara  olan  səmimi  hissini  bildirmək  istəyir.Evdə  olan  xəstə  adı 

həyat  tərzini  daha  uzun  müddətə  saxlaya  bilər.Nəyi  isə  dəyişmək 

lazımdır,o  heç  bir  məhdudluq  olmadan  qəyyumluğu  qəbul  edə 

bilir,doğmaları ona elə qayğı göstərir ki,o baş verən dəyişikliyi hiss 

etmir,özünün  köməksiz  olduğunu  və  kimdənsə  asılılığını  duymur. 

Xəstəyə imkan vermək lazımdır ki, o istədiyi qədər işləsin, ailəsinin, 

doğmalarının qayğısına qalsın, özünə və ailəsinə aid olan məsələləri 

həll  etsin.Bu  cür  xəstələrə  ən  yüksək  səviyyədə  komfortlu  şərait 

yaratmaq  lazımdır.  Heç  bir  ağrı  olmamalıdır.Ağrıları  yox  etmək 

üçün  minlərlə  üsul  mövcud-  dur.Bu  həkimlərin  işidir,ancaq 

doğmalar da bu məsələdə fəal olmalıdırlar. Həkimlər öz pasienlərini 

hər  saat  görmürlər,çox  vaxt  hər  gün  onlara  baş  çəkə  bilmirlər.  O 

xəstə  üçün  ağrıkəsici  vasitələri  təmin  edir,ancaq  ondan  bacarıqlı 

istifadə  etmək  ailənin  işidir.Bu  dərmanları  zorla  xəstəyə  qəbul 

etdirmək  də  yersizdir.  Əgər  ağrı  yüngüldürsə  və  xəstə  dərmansız 

keçinə bilirsə- həkim dənnanı gündə dörd dəfə qəbul etməyi tələb 

etsə  də-onda  dənnanı  zorla  vermək  lazım  gəlmir.  Adətən  xəstələr 

qorxur  ki,  ağrı  şiddətlənəndə  o  çox  əziyyət  çəkəcəkdir.  O  əmin 

olmalıdır  ki,ilk  xahişə  qədər  onun  ağrıları  oradan  qalxacaqdır. 

Dərmana öyrəşməkdən qorxmaq lazım deyildir.Dərmandan düzgün 

istifadə  etməklə  və  onu  vaxtında  dəyişdirməklə  ondan  ciddi 

asılılıqdan azad olmaq olar. Əgər xəstə dərmana öyrəşsə 

129 



də bu 0 qədər faciə deyildir.Ölüm ayağında olan adamın dərmana 

vərdiş  edəcəyindən  qorxaraq  onu  ağrıdan  əzab  çəkməyə  məcbur 

etmək  qəddarlıqdır  və  lazım  deyildir.Həkim  xəstəyə  və  ailə 

üzvlərinə dayaq olmalı, “mən sizi tək qoymaram,sizə 

kömək 

edəcəm”deməlidir.Əvvəllər 



xəstəxanalarda  və  evdə  bu  cür  xəstələrə  monaxlar  qulluq 

edirdilər.Bclə bir fikir söylənilirdi ki, əgər ağrını Allah göndərirsə 

onu yox etmək olmaz. İndi heç kəs belə düşünmür- dərmanı Allah 

xəstə  üçün  göndərmişdir,  yuxu  dərmanlarından,narkotik  tərkibli 

dərmanlardan  son  anda,  kəskin  təlabat  yarananda  istifadə  etmək 

məsləhətdir-xəstənin beyni aydın olmalıdır.Çox vaxt xəstədə “mən 

doğmalarıma  yük  oldum,  onlara  əziyyət  verirəm”  fikri 

yaranır,çalışın  bu  hiss  yox  olsun.Əgər  ölüm  ayağında  ailə  başçısı 

olursa,onu çox şey narahat edir. Ailənin sabahı necə olacaq? Arvad 

uşaqları  təkcə  tərbiyə  edə  biləcəkmi?  Uşaqlar  özlərini  necə 

aparacaqlar?  Ailədə rahatlıq,  dinclik  qorunacaqmı?  Ölənin  ruhuna 

və  əqlinə  sakitlik  lazımdır.Bu  həyatın  həyacanı  və  narahatlığı 

olmayanda bu dünyadan getmək asan olur. 

Ümidsiz xəstə ilə nə danışmaq olar?Onunla xəstəlik haqqında 

danışmaq olar?Bəs ölüm haqqında necə?Əlbəttə olar,ancaq həmişə 

yox.Bu cür söhbətə başlamaq onun üçün asan dcyildir,ancaq o bunu 

’  ıtəyir.Dostlarınm  və  yanına  gələnlərin  mənasız  söhbətləri  onu 

yorur.Hamılıqla susma tilsimini qırmaq mümkün olanda bu xəstə və 

doğmaları  üçün  yaxşı  olur.Bunu  necə  etmək  olar?Burada 

ehtiyatlıq,xəstənin 

əhval-ruhiyyəsini 

duymaq 


olduqca 

vacibdir.Ümidsiz  xəstələr  emosiya  sahəsində  uşaq  kimi 

olurlar-onların 

qayğıya,məhəbbətə 

ehtiyacları 

olur-əgər 

bacarırsınızsa  ona  bunları  verin.Bir  ağır  xəstənin  tibb  bacısına 

yazdığı  məktubdan:  “Mən  ölürəm,həm  də  bərk  qorxuram.Siz  hər 

gün mənim təzyiqimi yoxlayırsınız və mən hiss edirəm ki,siz mənim 

tezliklə öləcəyimi bilirsiniz,siz mənə görə qorxursunuz,bu da mənim 

qorxumu lap artırır.Siz qorxursunuz, nə edəcəyinizi 

130 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə