Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə49/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   45   46   47   48   49   50   51   52   ...   167

hərəkətsiz  atom  yoxdur.  Bu  qüvvəyə  malik  olmayan  canlı  varlıq 

yaşaya  bilməz,  o  dağılacaq,  xırda  hissələrə  bölünəcəkdir.  Ətrafda 

olan  hər  şey-qalibiyyətli  dinamizmdir.  Kosmik  dinamizin  dünyanı 

idarə  edir-Nyuton  onu  “cazibə  qüvvəsi”adlandırmışdır.  Ancaq  bu 

dəqiq  verilən  tərif  deyildir.  Əgər  Kainatda  yalnız  cazibə  təzahür 

etsəydi, onda bütün ulduzlar bir tam halda birləşərdilər. Ancaq bu 

olmadı, belə ki, daha bir güclü amil-hərəkət mövcuddur. Görünməz

düşünən  güc  olan  Kainat  dünyaların  və  atomların  üzərində 

hökmranlıq  edir-materiya  isə  itaətkarcasma  ona  tabe  olur.  Bütün 

şeyləri  təhlil  edərkən  onların  hamısında  görünməz  ruhun  təzahür 

etməsi  qənaətinə  gəlmək  olur.  Bu  universal  ruh  hər  bir  atomda, 

molekulda,  hiss  olunmayan,  görünməyən  olducda  kiçik  olan  hər 

şeydə hiss olunur, bu ruh - məhvedilmez və əbədidir. Materializm 

tam  olmayan,  yetkin  olmayan  təlim  olduğundan  ruhla  bağlı 

məsələnin  aydmiaşdırılmasmda  çətinlik  çəkir.  O  təsdiq  edir  ki, 

müəyyən  xassələrə  malik  olan  materiya  elmi  təhlil  olunması 

mümkün  olmayan  fərziyyədir.  Pozitivistlər  də  səhvə  yol  verirlər, 

belə  ki,  bu  cür  fərziyyənin  həqiqətə  yaxın  olduğunu  sübut  edən 

dəlillər var. Özünü elmi nəzəriyyə kimi təsdiq edən materializm çox 

şeyləri təhlil etmək istəmir, bununla da özünün acizliyini göstərir. 

Materializm  psixi  fiziologiyanı  qəbul  etmək  istəmir,  onu  reallığa 

zidd kimi qələmə verir. Axı insanda molekullardan başqa kimyəvi 

proseslərdə  iştirak  edən  daha  nə  isə  var,  qeyri-maddi,  mənəvi 

ünsürlər  göz  qabağındadır.  Bütün  məlum  faktların  qərəzsis  təhlili 

buna  bizi  əmin  edir  və  biz  insanın  fiziki  duyğularından  asılı 

olmayaraq fəaliyyət göstərən mənəvi prinsplərin olmasını sübut edə 

bilərik. 

Bəşəriyyətin  müdrik  insanları  dünyanın  mənəvi  tərəfini 

görmüş, Allahın varlığım və ruhun ölməzliyinə inanmışlar. Qədim 

dövrün  bütün  filosofları,  o  cümlədən  Platon  və  Sokrat  ölməzliyə 

inanmışlar.  Platon  yazırdı ki,  “insanın ruhu  ölməzdir.  Onun  bütün 

ümidləri və cəhdləri o biri dünyaya keçirilmişdir. 

147 



Həqiqi  müdrik  ölümü  yeni  həyatın  başlanğıcı  kimi  arzulayır”. 

Nyuton,  Qaliley,  Paskal,  Paster,  Eynşteyn,  bir  çox  görkəmli 

Azərbaycan mütəfəkkirləri inamlı insanlar olmuşlar.Tolstoy yazırdı 

ki,  “ölüm  haqqında  ciddi  düşünməyən  insanlar  ruhun  ölməzliyinə 

inanmırlar”. Sadə zəhmətkeş həyatı yaşayanlar, təbiətə daha yaxın 

olanlar Allahın varlığını instinktiv hiss etmişlər. Müdrik insanlar bu 

hissi öz bilikləri ilə təsdiq etmişlər. Adətən ortada olanlar-birindən 

çıxan,ancaq  hələ  o  birinə  çatmayanlar-hiss  etmir  və  inanmırlar. 

İngilislər  deyirlər  ki,  “səthi  bilik  çox  təhlükəkli  olur”.  Bu  düzgün 

deyimdir-adətən  ciddi  fikirləşməyi  bacarmayanlar  hiss  etmir  və 

inanmırlar. Əgər insan gündəlik həyatın mənasız qayğıları arxasınca 

qaçmasa  Allahın  həyatımızdakı  varlığını  hiss  edə  bilər.  Adamlar 

sadəcə olaraq düşünmədiklərinə görə, buna vaxtları olmadığına görə 

inanmırlar.  Çoxlarına  yalnız  gözə  dəyən,  real  hiss  olunanları 

duymaq xasdır. Görünməyənlər, ancaq real olaraq mövcud olanlar 

inkar olunur və ya sadəcə olaraq hiss olunmur. İnsan görür ki, can 

verən  adam  artıq  hərəkət  etmir,  nəfəs  almır,  bəbəkləri 

dayanıb-deməli hər şey qurtardı. 

Bundan  dayanmadan  yan  keçir,düşünmür,özü  üçün  nəticə 

çıxarmır.  Axı  siz  adamın  yanında  dayananda  aydın  şəkildə  hiss 

edirsiniz ki, nə isə görünməz, dərin və əhəmiyyətli, bizim üçün izah 

olmayan  bir  şey  baş  verir.  Bizə  məlum  olan  çoxlu  hadisələr 

olmuşdu: qadın və ya kişi gecə yarısı oyanır və onlara elə gəlir ki, 

həmin  vaxt  onlardan  xeyli  uzaqlıqda  yaşayan  anası,  arvadı,  atası 

yanında  dayanıb-sonra  aydın  otur  ki,  həmin  insan  oyanan  adamın 

onu yanında hiss etdiyi an dünyasını dəyişmişdir. Artıq çoxdan etiraf 

olunur ki, ölüm vaxtı rəhmətə gedənin ruhu istənilən məsafəni qət 

edərək  özünə  doğma  olanların  yanına  gəlmişdir-həmin  adamlar 

öləni  yanlarında  görmüş,  hiss  etmişlər.  Heyvanlar  çox  vaxt 

görünməz ruhu insanlardan daha yaxşı hiss edirlər. Pişik belini içəri 

əyir, onun tükləri dik dayanır, it ulamağa başlayır. Ruhun həyatını 

sübut edən çoxsaylı müşahidələr məlumdur: ruha inam heç vaxt 

148 



insanları  tərk  etməmişdir.  Son  20-30  ildə  ölümdən  sonrakı  həyata 

inam  obyektiv  təsdiqini  tapmışdır-çoxlu  kəşflər  edilmişdir. 

Reanimasiyanın  müasir  metodları-yenieə  ölmüş  adamın  həyata 

qaytarılması-pərdəni  qaldırmış  və”  o  biri  tərəfə”  nəzər  salmağa 

imkan  vennişdir.  Məlum  olmuşdur  ki,  bədənin  ölümündən  sonra 

ruhun  yaşaması  davam  edir.  Skeptik  olan,  ruhun  mövcudluğuna 

inanmayan həkimlər və psixoloqlar öz müşahidələrini aparmaqla bu 

məsələ  ilə  bağlı  fikirlərini dəyişməli  olmuşlar.  Son  vaxtlara  qədər 

ruhun  varlığı  haqqında  danışanlar  az  olmuşdur-ancaq  elm  yerində 

dayanmır  və  bu  gün  ölüm  problemini  araşdıran  alimlər  bədənin 

ölümündən  sonra  ruhun  yaşamasına  şübhə  etmirlər.  Əsas  elmi 

nəzəriyyələrə yenidən baxılır, materiyanın birinciliyi inkar olunur. 

Materializm  artıq  keçmişdə  qalmışdır.  Onun  yerinə  tamam  yeni 

dünya anlamı gəlir: Kainat-yalnız materiya deyil, ondan bir az çox 

olan... 

Elə  adamlar  var  ki,beşikdən  qəbrə  qədər  olan  bir  həyat 

yaşasalar da ölüm haqqında heç vaxt ciddi düşünməmişlər. Onların 

fikrincə  ölüm-bizim  bildiyimiz  Yer  həyatının  sonudur,  eyni 

zamanda  şəxsiyyətin  mövcudluğunun  yekunudur.  Bu  heç  də  belə 

deyildir.  Bədən  ölür,  ancaq  insanın  hansısa  hissəsi  yaşamaqda 

davam  edir,  o  görmək,  eşitmək,  hiss  etmək  bacarığını  saxlayır. 

Əvvəllər ölüm haqqında müxtəlif cür düşünürdülər, 0 biri dünyada 

həyatın  varlığına  şübhə  ilə  yanaşırdılar,  “inanmaq”  və  ya 

“inanmamaq”  prinspi  mövcud  idi:  “inanmamaq”  daha  xoş  və 

əlverişli  idi-adamlar  da  bu  cür  edirdilər-onlar  fikirləşmir  və 

inanmırdılar.  Lakin  indi  ölüm  haqqında  elmin  nailiyyətlərindən 

qorxmayan  və  onunla  tanış  olanların  artıq  heç  bir  tərəddüdləri 

yoxdur, çünki bu gün nəzəriyyəni yox, faktı görmək və qəbul etmək 

lazım  gəlir.  Son  illər  elmdə  böyük  kəşOər  olmuşdur.  Ölümün 

mahiyyət etibarı ilə nə olması, can vermənin necə keçməsi, ölənin nə 

hiss etməsi aydın olmuşdur və elm ən əsas məsələ-ölümdən sonra 

bizi nə gözləməsi məsələsi üzərindəki pərdəni açmağa başlamışdır. 

149 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə