Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə57/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   53   54   55   56   57   58   59   60   ...   167

ovucda, 29-cu gün baldırda, 30-cu gün bütün bədəndə. Bax beləcə 

aylar keçir,ruh səyahətini davam etdirir və özünə layiq olduğu Yeri 

tapa bilmir. Görünür bu cədvəlin müəllifi ruha layiq olduğu yer tapa 

bilməmişdir,ona  görə  də  ruh  bütün  bədəni  dolaşır.  Bəs  gecə 

səyahətindən  qayıdan  ruh  səhər  harada,  bədənin  hansı  hissəsində 

olduğunu  necə  bilir?Yəqin  onun  təqvimi  var  və  harada  olmasını 

əvvəlcədən bilir. 

Ruhun  bədəndə  dolaşmaq  bacarığından  əlavə  şüa,nur 

buraxmaq  bacarığı  da  vardır.  Bundan  başqa  dini  inamlara  əsasən 

insanın ruhu onun bədənindən öz istəyi ilə, eyni zamanda Allahın 

əmrinə  əsasən  yaşayır.  Evenklər,nanaylar  və  başqa  xalqların 

inamlarına  görə  ilahi  varlıq  insanın  ruhunu  diqqətdən  kənarda 

qoymur  və  onu  idarə  edir.  O  bunu  ruha  bağlı  olan  xüsusi  iplərlə 

həyata  keçirir.  Əgər  bu  ip  qırılsa  adam  xəstələnər  və  ölə  bilər, 

[.amaistlərə görə ruh bədəni tərk etməkdən qorxsa da, bununla belə o 

azaddır və fikir sürəti ilə hara gəldi uça bilər. Bir sözlə lamaizm ruha 

fiziki bacarıq- uçmaq-vcrməklə yanaşı, onun həm də düşündüyünü - 

yəni  ağlının  olduğunu-  qeyd  edirlər.  Rus  pravoslov  kilsəsi  ruhun 

düşündüyünü deməklə yanaşı,onun həm də yaddaşının və iradəsinin 

olduğunu bildirirlərnnsan ruhunun ağıldan əlavə, vicdanı, xeyir və 

şər hissi, şərəf və insan həyatının gedişi ilə bağlı məsuliyyət hissi 

vardır.  Ruha  əqlin  və  vicdanın  xas  olduğunu  bəyan  etməklə 

kifayətlənməyən  Avqustinə  görə  ruhun  gücü  bədənədə  qürətliyin 

yeddi  mərhələsini  yaradır.  Ruhi  gücün  birinci  mərhələsi  ondan 

ibarətdir  ki,  o  öz  varlığı  ilə  bədənə  həyat  verir,  qidanı  bədənin 

orqanları arasında bərabər bölüşdürür, onların hər birinə lazım olanı 

verir,  onun  qamətini,  ölçüsünü  saxlayır.  İkinci  mərhələ  ruhun 

duyğularda  yayılmasına,  isti  və  soyuğa,  kələ-kötürlüyü  və 

hamarlığı,bərk  və  yumşağı  hiss  etməyə  imkan  verir.  Ruhi  gücün 

üçüncü  mərhələsi  insana  hər  hansı  sənətlə  və  incəsənətlə  məşğul 

olmaq  imkanı  verir,təsəvvür  gücü  və  danışmaq  bacarığı  verir. 

Dördüncü mərhələ ruha hər cür tərifə layiq işləri görməyə güc 

171 



verir. Beşinci mərhələ ruha imkan verir ki, o özünə görə qorxmasın, 

öz  vəziyyəti  ilə  bağlı  həyəcanlanmasın.  Altıncı  mərhələ  həqiqət 

olanları başa düşməyə imkan verir. Yeddinci mərhələ ruha kömək 

edir ki, həqiqəti daimi olaraq seyr edə bilsin. Diqqətlə fikir versəniz 

Avqustinin  bu  təliminin  yaxşılığını  hiss  edərsiniz.  Hər  bir  insan 

bilməlidir ki,insan rəngi, temperaturu, təzyiqi toxunmanı və s.yalnız 

hiss orqanları,əsəb sistemləri olduğuna görə yox,həm də onun ruhu 

olduğuna  görə  qavraya  bilir.  O  eyni  zamanda  inanmalıdır  ki,  hiss 

orqanlarının  fiziologiyası  ilə  yanaşı,  həm  də  ruhun  mifik  gücü 

vardır. Buradan da həkimlər üçün labüd olan belə bir nəticə çıxır ki, 

konkret hiss orqanının xəstəliyini yox, ruhu və onun gücünü müalicə 

etmək lazımdır-əgər həkimlər bu təlimə  əməl etsəydilər, tibb elmi 

böyük uğurlara imza ata bilərdi. 

Müxtəlif  dinlərdə  adamların  ruhunu  yalnız  onların  sayı  ilə 

deyil,həm  də  dərəcələri  ilə  fərqləndirirlər.  Konfutsi  təliminin 

davamçıları  belə  hesab  edirlər  ki,  insanda  aşağı  və  ali  ruhlar  var. 

Daha  əvvəl  Çində  olan  baxışlar  isə  ruhu  işıq  və  zülmət  hisslərinə 

ayırırdılar. Eyni zamanda ruhun nədən təşkil olunması məsələsi də 

adamlarda  maraq  doğurmuşdur,yalnız  bəzi  dinlər  bu  suala  cavab 

verməyə  cəhd  edirlər.  Demokrit  yazırdı  ki,ruh  da  bədənin  orqanı 

olduğundan,onlar  da  bədən  quruluşuna  malikdirlər  və  şaraoxşar, 

xırda, daha çox hərəkətli atomlardan təşkil olunmuşdur. O dövr üçün 

bu  olduqca  mütərəqqi  baxış  idi,belə  ki,bu  baxışlara  görə  canlının 

xassəsi-  bədənin  ən  aşağı  funksiyasından  psixikaya,əqlə  qədər- 

materiyanın  özünün  xassəsidir.  Çinlilərə  görə  isə  insan  ruhu  fərdi 

“yan” ünsüründən və qeyri-maddi həyat gücü olan “in”- dan təşkil 

olunmuşdur. Buddistlərin də öz baxışları olmuşdur- onlar belə hesab 

edirlər  ki,  insan  ruhu  xırda  qeyri-maddi  hissəciklərdən-dxarmdan 

təşkil  olunmuşdur.  Hind  tayfası  olan  mutkalara  görə  ruh  olduqca 

nazik  materiyadan təşkil olunmuşdur-ancaq  0 xırda olsa da maddi 

predmetə girəndə,onu tərpədə bilir. 

172 



Ruhun necə görünməsi ilə bağlı baxışlar da fərqlənir; müxtəlif 

xalqlarda  ruhun  xarici  görünüşü  haqqında  təsəvvürlər  üst-üstə 

düşmür.  Məsələn,  eskimoslar  belə  hesab  edirlər  ki,  ruh  bədənin 

formasında  olur,ancaq  o  nazik  və  hava  formasında  olur. 

Malayalılara  görə  ruh  kimin  bədənində  məskunlaşırsa  onun  tam 

oxşarıdır.Bir  çox  Afrika  xalqlarının  inamına  görə  ölmüş 

cadugarların, eyni zamanda cinayətkarların,avaraların ruhlan pis və 

zalım, balaca, eybəcər, uzun, sarı, yun örtüyündə olurlar .Xambukuş 

tayfasından  olanların  baxışların  görə  pis  cadugarların  ruhu  balaca 

qara,  üçayaqh,  qırmızı  gözlü,  meymun  kimi  uzun  quyruqlu 

adamcıqlara  oxşayır.  Tibetlilər  isə  ruhu-həyat  gücünü  meyid 

fomıasında  təsvir  edirlər.  Adamlar  kimi  ruhlar  da  yoğun  və 

arıq,uzun  və  qısa,  ağır  və  yüngül  olurlar.  Bütün  dinlərdə  Allah 

insanın necə ruh istəməsi ilə maraqlanmadığı halda İndoneziyanın 

Nias  adasının  sakinlərinin  Allahı  hər  bir  adamdan  anadan  olana 

qədər necə ruh istəməsini, hansı uzunluqda,çəkidə olmasını istəməsi 

ilə maraqlanır. Lazım olan cavabı alan Allah adamın istəyinə qayğı 

ilə  yanaşır,onun  ölçüsünü  və  çəkisini  dəqiqləşdirir.  Bu  adanın 

sakinlərinin  fikrincə,  bu  vaxta  qədər  verilən  ruhların  ağırlığı 

təqribən  on  qram  olmuşdur.  Xristian  kilsəsinin  ruhun  görkəmi  ilə 

bağlı  baxışları  olduqca  qarışıqdır.Onlar  ruhu  görməyin 

mümkünlüyünü qeyd etsələr də, bu fikirlərinə onu da əlavə edirlər 

ki,bacarıq  hər  adama  verilmir,yalnız  müqəddəslər  bu  ruhu  görə 

bilərlər. Avqustinə görə ruhun mələk kimi siması və görkəmi vardır. 

Bununla  belə  ruh  haqqında  “uzunluğu,eni,çəkisi”  olan  varlıq  kimi 

danışmaq olmaz,onun məkan ölçüsü yoxdur. Çinlilər isə belə hesab 

edirlər ki, istənilən adam öz ruhunu görə bilər. Doğrudur,bunu ildə 

yalnız bir dəfə-ay təqviminin beşinci ayında etmək olar. Bunun üçün 

evin  damının  üstünə  qalxmaq  lazımdır.  Lakin  heç  kəs  öz  ruhunu 

görməyə can  atmamışdır, belə ki,bu qəflətən ölümlə də nəticələnə 

bilərdi.  Eyni  zamanda  öz  ruhuna  baxmağın  tamamilə  təhlükəsiz 

olduğunu bildirən xalqlar da 

173 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə