Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə53/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   49   50   51   52   53   54   55   56   ...   167

yazırdı:  “o  uzun  müddət  xəstə  yatırdı  və  xəstəlik  onu  haldan 

salmışdır.  Gündən-günə  onun  ağrıları  şiddətlənirdi.  O  həddindən 

artıq arıqlamışdı, çarpayıda artıq görünməz hala düşmüşdür. Ancaq 

onun ruhu olduqca güclü idi-bədən zəifləsə də mühakimə qabiliyyəti 

əvvəlki  kimi  aydın  və  parlaq  idi.  Ölümünə  bir  neçə  gün  qalmış  o 

kitabxanadan riyaziyyatla bağlı kitablar gətirməyi məndən xahiş eldi 

ki, bəzi yeni tədqiqatlar aparsın. Son günə qədər o fikrin ölümdən 

güclü  olduğunu  bizlərə  nümayiş  etdirdi.  “Puankara insan  ruhunun 

gücünə  inandığını  dəfələrlə  bəyan  etmişdir.  Məgər  insana  verilən 

aşağıdakı  təriflərlə  razılaşmaq  olar,məsələn,  “sklelə  dartılmış 

bədən”,  “oksigen,  hidrogen,  azot  və  karbon  molekullarmın 

birləşməsi”, “altı kiloqram sümük,on beş fibrinli (qanın laxtalanmış 

zülalı), albumin (zülalı maddə) üstəgəl on beş litr su. “Fikrimcə ən 

yaxşı tərifi Bonald vermişdir: “İnsan daxili orqanların xidmət eldiyi 

əqldir”. Daha dəqiq tərif verək:insan- daha çox məlum və naməlum 

olan ruhdur. 

Kimin  ədalət  hissi  haqqında  təsəvvürü  yoxdur?  Hətta  haqlı 

olaraq cəzalandırılan balaca uşaq belə şikayət etmir. Ancaq o haqsız 

olaraq  cəzalansa  mütləq  etiraz  edəcəkdir.  Əxlaqla  bağlı  bu 

təsəvvürlər  haradandır?  Şübhəsiz  ki,lap  uzaq  keçmişdə  yaşayan 

.əcdadlarımızın  beyni  əxlaq,xüsusən  də  ədalət  hissi  ilə  bağlı 

təsəvvürləri  yarada  bilməzdi:bu  hiss  indi  uşaqlarda  anadangəlmə 

hissdir. Əlbəttə belə güman etmək olar ki,bu hiss nəsillərdən gəlir, 

həm də tərbiyə və təhsil vasitəsilə formalaşır. Bəs bu təhsil harada 

alınır?  Təhsil  və  tərbiy.ə-  mənəvi  ruhi  aləmin  sahələridir.  Bu 

intellektual,mənəvi,  əxlaqi  dünya  ilə  beynin  toxumalarda  gedən 

fıziki-kimyəvi  proseslər  arasında  heç  bir  əlaqə  yoxdur.  İnsanın 

iradəsini  götürək.Bu  çox  güman  ki,intellektual  qaydada  olan 

enerjidir.  Bir  nümunə  deyək:  Napaleon  bütün  dünyanı  zəbt  etmək 

istəyirdi  və  bunun  üçün  öz  ambisiyasının  səcdəgahına  istənilən 

qurbanı  gətirməyə  hazır  idi.  Onun  bütün  fəaliyyətini-Misir 

kompaniyasından  başlamış  Valerlooya  qədər-təhlil  edin.  Heç  bir 

fiziologiya, heç 

159 



bir kimya, fizika və ya mexanika ilə bu cür görünməz inadkarlığı, 

qarşıya  qoyduğu  məqsədə  diqqətcilliyi,  ideya  fimatını,bu  cür 

qəddarlığl izah etmək mümkün deyildir. Onun davranışının əsasında 

nə  dayanır?  Beyin  titrəyişi?  Güman  etmirəm.  Bu  kifayət  deyildir. 

Beyində  düşünən  varlıq  yaşayır,onun  üçün  beyin  yalnız  əlverişli 

alətdir.Göz  gönnür  və  beyin  düşünmür.Ulduzların  teleskop 

vasitəsilə  öyrənilməsini  qanuni  əsasla  cihazın,gözün,beynin  işi 

hesab etmək olmaz-bu astronomun ruhudur.O lazım olanı axtarır və 

tapır.  Bir  insan  iradəsi  kifayətdir  ki,  psixi  aləmin,düşünən 

aləmin,görünən  və  duyulan  maddi  aləmdən  fərqlənən  aləmin 

mövcudluğu  sübut  olunsun.  İnsan  iradəsinin  təzahürü  hər  yerdə 

özünü  göstərir.  Sadə  bir  nümunəımən  kresloda  oturub,əllərimi 

dizimin  üstünə  qoyuram.  Əylənmək  üçün  sol  əlimin  barmağının 

birini qaldırıram. Sonra buraxı ram: əgər mən istəsəm ki, o yuxarıda 

dayansın,onda o aşağı düşməyəcək. Əlimin əzələlərinə nə təsir edir? 

Cavab  çox  sadədinmənim  iradəm.  Beləliklə,materiyaya  təsir  edən 

psixi mental qüvvə var. O mənim beynimlə assosasiya yaradır. Onlar 

fıkrən bir-biri ilə bağlanır və burada qəribə heç nə yoxdur.  Ancaq 

son nəticədə söhbət materiyaya təsir edən fikirdən,ideyadan gedir. 

İlkin səbəb mənim beynim deyildir,belə ki,onun reaksiyası nəticədir. 

Öz iradəsini həyata keçirən insan,öz xoşbəxtliyinin dəmirçisidir.İndi 

isə  insanın  fikrinə  nəzər  salaq-bu  ruhun  mövcudluğunun 

nümayişindən  başqa  bir  şey  deyildir.  Biz  düşünəndə,hətta  sadəcə 

olaraq  “mən  fikirləşirəm”  və  ya  “mən  istəyirəm”  dcyəndə-yəni 

hansısa  problemlə  bağlı  düşünəndə  mücərrəd  fikirləşmək 

bacarığımızdan  istifadə  edəndə,  bununla  biz  insanda  ruhun 

olduğunu  nümayiş  etdiririk.  İnsan  fıkri-onda  olanların  ən 

dəyərlisidir,azad  olandır.  Fikrin  azadlığını  kəsmək,  ləğv  etmək 

olmaz.  İnsanın  bədəninə  işgəncə  vermək  olar,  onu  həbsxanaya 

salmaq, güc vasitəsilə onu dəyişdirmək olar, ancaq insan fikri ilə heç 

nə etmək olmaz. Siz nə etsəniz də, nə desəniz də ona heç vaxt güc 

tətbiq edə bilməzsiniz. O hamıya məzəmmətlə 

160 



yanaşır,  hamıya  nifrətlə  baxır,  hamıya  hökmranlıq  edir.  Hətta  o 

komediya açanda da,dünyəvi və dini riyakarlıq onu aldatmağa vadar 

edəndə də siyasi və işgüzar ambisiyalar onu saxta maska geyinməyə 

məcbur edir, edəndə də, həmişə öz-özlüyündə qalır, hamıya və hər 

kəsə qarşı köklənir və nə istədiyini bilir. Məgər insanın beynindən 

asılı olmayaraq mövcud olan psixi varlığın sübutuna bundan əlavə 

daha nə isə ola bilər? Bu sizin üçün materiya deyil, fikirləşə bilən 

molekul birləşmələri də deyildir. Bizim beynimizin hiss etdiyini və 

fikirləşdiyini etiraf etmək uşaqlıq və səfehlikdir; bu ona bənzəyir ki, 

biz  teleqramda  olan  ideyaları  ifadə  etmək  bacarığını  teleqraf 

cihazının elektrik batareyasına şamil edirik. İnsanın ruhu, onun fikri, 

mental rəhbərlik materiya və ya hər hansı xüsusi qüvvə deyildir. Yer 

Günəş ətrafında fırlanır, daş yerə düşür, su axır, bizim bədənimizi 

təşkil edən atomlar arasındakı əlaqəni gücləndirən və ya zəiflədən 

istilik, bir tərəfdən, materiya, digər tərəfdən isə enerjidir. Müəyyən 

istiqamətdə gedən fikir, təfəkkür-nə isə tamam başqa bir şeydir. Ruh 

Kainatı idarə edir və biz insanda onu öyrənəndə əmin oluruq ki, o nə 

materiya,  nə  də  fiziki  enerji  deyildir.  Çətin  anda  göstərilən 

mətanətlik, kasıbçılıqdan çıxmaq üçün göstərilən fəaliyyət, xeyirxah 

işə  sadiqlik,Vətənin  azadlığı  naminə  öz  həyatını  qurban  vermək, 

qələbəyə olan iradə, həqiqətin təntənəsi üçün əzablara düçar olmaq 

,elmi  və  dini  fədakarlıq-ruhun  mövcudluğunu  sübut  edən  bu  cür 

hadisələri çox sadalamaq olar. Ağır cərrahiyyə əməliyyatları vaxtı 

iynə vurmaqla insanın ümumi hissiyyatını ləğv edirlər-bu vaxt xəstə 

heç  nə  hiss  etmir,  o  ağrıdan  qışqırmır,əksinə  onda  xoş  hisslər 

olur,hətta  nonnal  həyatda  hiss  etmədiyi  şirin  anlar  yaşayır.Bütün 

bunlar şirin  dərin  yuxu  yaradan ruhun  mövcudluğunun  sübutudur. 

Bu vaxt pasientin bədəni və ruhu ayrılır-bədən hiss etməsə də ruh 

hiss  edir,  fikirləşir  və  cərrahın  apardığı  işləri  seyr  edir.  Bu  insan 

“mexanizminin”  iki  hissəsi  sanki  anesteziya  vasitələri  ilə 

ayrılmışdır.  Hipnoz,  somnambulizm,  maqnetizm,  şəxsiyyətin 

ikiləşməsi və s. 

161 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə