Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə56/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   52   53   54   55   56   57   58   59   ...   167

Dünya  xalqlarının  əksəriyyəti  belə  düşünürlər  ki,adamda  bir 

ruh  var,  həm  də  adam  yaşa  dolduqca  ruhun  ölçüsü  də  böyüyür. 

Ancaq  insanın  bir  neçə  ruhu  olmsını  deyən  xalqlar  da  vardır.  Bu 

baxışların  mənbəyi  olduqca  qədimdir.  Köhnə  dövrdə  yaşayan 

misirlilər  belə  hesab  edirdilər  ki,  adamın  çoxlu  ruhu  var:  oxşarı, 

təzahürü,kabus,güc,ad,kölgə  və  s.  Eyni  zamanda  bir  adamda  eyni 

ruhdan  bir  neçəsi  ola  bilər.Ruhlar  həm  insanla  eyniyyət 

şəklində,həm də ondan kənarda ola bilərdilər. Oxşara nə isə etmək 

adamın özünə nə isə etmək kimi bir şey idi. Sonralar misirlilərdə belə 

bir təsəvvür yarandı ki,insan öləndən sonra onun varlığının üç tərkib 

hissəsi-adı, adam başlı quşa oxşar bədəndən çıxan və göylərə qalxan 

ruh və nəhayət,insanın sirli oxşarı-yaşamaqda davam edir. Göylərə 

qalxan ruh öz müvəqqəti qabığını tərk etdikdən sonra istənilən an ora 

qayıda  bilərdi,belə  ki,o  ölməz  idi.  Ona  görə də  qabığı,yəni  bədəni 

saxlamaq  arzusu  yaranmışdır.  Meyidin  mumyalanması  da  bu 

inamdan  əmələ  gəlmişdi.  Əgər  ruh  geri  qayıda  bilərsə,  bəs Totam 

Allahı  (müdriklik,hesabat  və  məktub,eyni  zamanda  ölülərə 

pərəstişlikdə  mühüm  yer  tutan)  qarşısında  kim  dayanır?  Bu 

məqsədlə  hər  bir  misirlilərin  oxşarı,onun  ikinci  “mən”i  mövcud 

idi-bunu  başında  tac  olan  saqqallı  adam  kimi  təsvir  edirdilər.  Bu 

qeyri-adi  ruh  ,adamın  görünməz  oxşarı  idi,  onun  ölümdən  sonrakı 

taleyi bədənin taleyi ilə sıx bağlı idi. Oxşar ölməz deyildir, o acından 

və susuzluqdan ölə bilərdi. Mumiya və ya heç olmasa ölənin heykəli 

saxlananda  bu  ruh  da  xeyli  müddət  yaşaya  bilərdi.  Oxşar  ruhu 

ağacdan düzəldir, gildən hazırlayır,daşdan kəsir,fayansdan,saxsıdan 

düzəldirdilər  və  o  Totom  Allahı  qarşısında  cavabdeh  olan  adı 

almışdır.  Cavabdehi  adamın  özü  kimi  yola  hazırlayırdılar-bu 

mumiyadan  hazırlanmışdır,  əlləri  sinəsində  çarpaz  vəziyyətdə  idi, 

sifəti  açıq  və  ölənə  tam  oxşar  vəziyyətdə  idi.Onu  xüsusi  tabuta 

qoyurdular- bu tabutun üstündə ölənin portretini çəkirdilər, bəzən bu 

bütün ailənin portreti olurdu-bunu belə ona görə edirdilər ki,axirətdə 

onlar biri-birini tanıya bilsinlər.Qara ieroqliflə “Ey cavabdeh 

168 



ruh  axirət  dünyasında  öləni  öz  vəzifəsini  yerinə  yetirmək  üçün 

çağıranda-tarlanı  becərməyə,çayın  sahilində  bənd  qurmağa-sən 

“mən  burdayam”  de”  yazırdılar.Şübhəsiz  ki,axın  çox  olduğundan 

Allah originalı və ya surəti seçməyə vaxtı olmayacaqdır. Bax beləcə 

adamlar  Allahı  növbəti  dəfə  aldatmış  olurlar.  Müəyyən  vaxt 

keçdikdən sonra misirlilər gördülər ki, “oxşar” tabutdan yox olmur, 

deməli Allah qarşısında cavab vermir. Bax onda Misir tarixində ilk 

dəfə olaraq yeretiklər, yəni başqa cür düşünənlər yaranmağa başladı. 

Bizə gəlib çatan yazılarda bu yeretiklər adamları bu həyatdan ləzzət 

almağa,mövcud  olmayan  gələcək  arzularını  kənara  atmağa 

çağırmağa başladılar. Bizim günlərdə də adamın bir neçə ruhunun 

olmasına inananlar vardır. Məsələn,evenklərə görə adam doğulanda 

onun ruhu kibrit dənəsinə oxşayır,yaşa dolduqdan sonra isə bu ruh 

onun özünə oxşamağa başlayır. Maraqlıdır ki, gün çıxanda bu ruh 

sahibinin  yanında  dayanıb  pişik  kimi  özünü  günə  verib  qızınır  və 

sahibinin yanı ilə hər yana gedir. Antik dövrdə və orta əsrlərdə belə 

bir  fikir  var  idi  ki,  adamda  düşünən,hiss  edən  və  bitki  ruhu  var. 

Platona  görə  düşünən  və  ya  ağıllı  ruh  başda,hiss  edən  ruh 

sinədə,bitki  ruhu  isə  sinədən  aşağıda  yerləşirlər.  Afrika  qəbilə 

üzvlərinin fikrincə adamın iki ruhu -nəfəs ruhu və kölgə ruhu vardır. 

Yuxu vaxtı birinci ruh sərbəst yer dəyişə bilər, bu vaxt ikinci ruh 

yerində qalır. Başqa bir afrikalı qəbilə üzvlərinə görə insanın dörd 

ruhu  olur-parlaq  kölgə,  qara  kölgə,  himayədarlıq  edən  kölgə  və 

görünməz kölgə. Hind-Çin qəbilə üzvlərində ruhların sayının otuz 

iki  olduğu  bildirilir.  Yüz  iyirmi  ruhun  olmasını  deyən  tayfalar  da 

olmuşdur.Hətta bu say da son olmamışdır.Daosizmin ardıcılları otuz 

min ruh olduğunu da bildirmişlər. 

Əksər  dini  inamlara  görə  insanda  bir,onun  şəxsi  ruhu  olur. 

İndoneziyadakı  Bali  adasının  sakinlərinin  fikrincə  isə  adamda  öz 

şəxsi ruhu ilə yanaşı həm də valideynlərinin ruhu olunsağ gözündə 

Ayın simvolu kimi atanın ruhu,sol gözündə isə Günəş simvolu olan 

anasının ruhu yaşayır. Ata və ananın ruhlarının 

169 



simvolunu  balililər  “atma”  adlandırırlar  və  inanırlar  ki,onlar  ər  və 

arvad  kimi  həqiqi  həyatda  birləşməyə  can  atııiar-bu  birləşmə 

qaşların arasıdır. 

İnsanın ruhunun harada olması ilə bağlı vahid fikir yoxdur-hər 

bir din öz cavabını ortaya qoyur. Ruhun insan bədənindəki yeri bu və 

ya  digər  xalqın  fantaziyasının  zənginliyindən  və  onun  mədəni 

inkişafının səviyyəsindən asılıdır. Bəzi xalqlar belə hesab edirdilər 

ki,ruh  başda  olur,  başqaları  onun  ürəkdə,qarmda,ciyərdə  olduğunu 

deyirdilər.  .Başqaları  ruhun  saçda  olduğunu  deyir,  qulaqda  da 

yaşadığını  söyləyən  olmuşdur.  Qədim  yəhudilərə  görə  ruh  qanda 

olurdu.  Yəhudilərin  məntiqinin  güclü  olması  burada  da  özünü 

göstərir.axı  qanla  bərabər  insanın  həyatı  da  yox  ola  bilər. 

Eskimoslara  görə  ruh  onurğa  sütununda  yerləşirdi.  Ruhun  bədəni 

əhatə etməsini bildirən təsəvvürlər də olmuşdur. Tibetlilərə görə isə 

ruh  həm  insanın  bədənində,  həm  də  ondan  kənarda  məskunlaşa 

bilər-ağaclarda,  göldə,  quşlarda,  heyvanlarda  və s.İnsanın  ruhunun 

bədəndən  kənarda  yerləşməsinin  təsviri  sehirli  nağıl  kimi  verilir. 

Ruhun  bədəndə  daimi  yerinin  olması  ilə  yanaşı  o  həm  də  bütün 

bədəndə səyahət edə bilər. İnsanın bədənində nıhun yerini dəyişməsi 

Tibet  astroloqları  tərəfindən  daha  ətraflı  verilir;ayın  müxtəlif 

günlərində ruh bədənin müxtəlif yerlərində olur: ayın birinci günü 

o-ayağın 

baş 

barmağında, 



ikinci 

gün 


topuqda,üçüncü 

gün-əzələlərdə,4-cü  gün  diz  sahəsində,  5-ci  gün-dizin  büküyündə, 

6-cı gün omba ətrafında,7-ci gün-ombada, 8-ci gün-böyrəklərdə,9-cu 

gün-qabırğada, 10-cu gün-kürəkdə, 11-ci gün-onurğanın çiyinqabağı 

hissəsində, 12-ci gün-ovucda, 13-cu gün-sinənin üst tərəfi süysünün 

yanı,  14-cü  gün  qulaqlarda,  15-  ci  gün-bütün  bədəndə,  16-cı  gün 

daxili qulaqlarda, l7-ci gün- döş hissədə, 18-ci gün-əlin içində, 19-cu 

gün-çiyinin  qabağında,  20-ci  gün  kürəkdə,  21-ci  gün  böyrəklərdə, 

22-ci gün qabırğada, 23-cü gün döş hissədə, 24-cü gün ombada,25-ci 

gün diz əyrisində, 26-cı gün dizdə, 27-ci gün əzələlərdə,28-ci gün 



170 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə