Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə59/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   55   56   57   58   59   60   61   62   ...   167

yaxınlarda  yapon  Asaxara  ölənin  ruhunun  qadının  bədəninə  necə 

keçməsinə  aydınlıq  gəlirməyə  cəhd  etmişdir.  Onun  fikrincə  adam 

öləndən  sonra  onun  ruhu  qırx  doqquzuncu  gün  o  biri  dünyaya 

keçir,yalnız  bundan  sonra  özünə  yeni  “ev”axtarır.  Mayalanmanın 

sınaq borusunda olduğu anda ruhun ora necə daxil olması sualına da 

birmənalı cavab hələlik yoxdur. 

Buddislərə  görə  ruh  xırda  hissəcik  olan-dxarmdan  təşkil 

olunmuşdur.  İnsanın  ruhu  bu  dxarmm  parçalanmasına  səbəb  olur, 

onlar  görünməz  su  buxarı  kimi  azad  olurlar.  Sonra  isə  Allahın 

müdaxiləsi olmadan,hansısa əməllə bu dxanu yenidən birləşir-bir az 

formasını  dəyişib  yeni  doğulacaq  uşağın  ruhuna  çevrilir.  Ruhun 

yaradılmaması  və  onun  mövcudluğunun  əbədiliyi  fikri  dünyanın 

bütün  dinlərində  məşhur  olmuşdur.  Adamların  ruhunun  necə 

olmasını  izah  edə  bilməyən  möminlər  güman  edirlər  ki,o  insanın 

doğulmasına  qədər  həmişə  mövcud  olmuşdur  və  nəsildən  nəsilə 

keçir.  Sibir  xalqlarının  ruhun  mənşəyi  ilə  bağlı  fikirləri  də 

maraqlıdır.  Nanaylar  belə  güman  edirdilər  ki,adamların  ruhu  quş 

formasında yaşayır və ağaclardan qidalanırlar-bu səma dünyasında 

olan  ağaclardır.  Onları  Allah  yox,şamanlar  gətirir.  Şaman  səma 

dünyasına  gəlir,  Günəş  Allahından  hər  hansı  bir  qadına  uşaq 

verməsini xahiş edir və burada ruhu-quşu tutub torbaya salıb yerə 

qayıdır-indi  həmin  qadın  uşaq  doğa  bilər.Şamanm  gətirdiyi  ruhun 

uşağın bədəninə nə vaxt qoyulması ilə bağlı vahid fikir yoxdur. Bəzi 

inamlara görə bu ruh uşaq dünyaya gələndə, başqa inamlara görə isə 

xeyli sonra-uşaq yeriməyə  başlayanda ruh onun bədəninə qoyulur. 

Şamanların ruhları isə mifik şaman ağacında olur və buradan şamana 

xas  olan  xüsusiyyətlərlə  bəhrələnir.  Ağacın  budağının  yuxarı 

hissəsindəki  yuvada  böyüyən  şaman  ruhu,  aşağı  budaqlarda  olan 

ruhlardan  güclü  olur.  Şaman  ruhu  bir  ildən  doqquz  ilə  qədər  bu 

ağacda tərbiyə ala bilər. 

Son vaxtlar dini təşkilatların fəallaşması,dini təlimlər haqqında 

məlumatların çoxalması ilə bağlı ölməzlik,əbədi həyat məsələləri də 

olduqca fəal şəkildə müzakirə 

177 



olunur.insanlar  əbədi  həyatı  yaratdıqları  Allahlara  şamil 

etmişdirlər-ancaq  bəzi  Allahlar  da  insan  kimi  ölümə  məhkum  idi. 

Bununla  belə  onlar  həyatın  ölümlə  başa  çatmasına  inanmaq 

istəməmişlər.Dünyanm  bir  çox  xalqlarında  ölmüş  adamın  “həyat 

suyu”ilə dirilməsi haqqında çoxlu əfsanələr olmuşdur. Lakin, əsrlər 

keçir, ölmüş adamın, heyvanın, bitkinin bədəni çürüyür, ancaq hələ 

də “həyat suyu” yoxdur. Ona görə də bütün xalqlarda, bütün dinlərdə 

dirilmə əsasən əbədi ruhla bağlanır. Qədim hind təsəvvürlərinə görə 

,insan ruhu əbədidir, bədən öləndə o məhv olmur. Yəhudilər deyirlər 

ki, adam öləndə onun bədəni yarandığı torpağa, ruhu isə onu verən 

Allaha qayıdır. Sizə qəribə gəlsə də, heç də həmişə və heç də hamı 

ruhun əbədi olduğunu qəbul etməmişdir. Demokrit və Epikürə görə 

həm  bədən,hım  də  ruh  çürüməyən  məhkumdurlar-əvvəlcə  bədən, 

sonra  isə  ruh  çürüyür.Stoiklər  də  bildirirlər  ki,ölümdən  sonra  ruh 

müəyyən müddət yaşasa da əvvəl-axır o da dağılır. Eyni zamanda 

ruhun ölməzliyi fikri qədimdən hakim olsa da, belə bir fərziyyə də 

mövcud 

olmuşdur 



ki,heç 

də 


hamının 

ruhu 


ölməz 

olmur,yalnız,müqəddəs adamların ruhları əbədi yaşayır- xüsusən də 

başçıların ruhları ölməz olur. Bu cür baxışlar müasir dövrdə primitiv 

tayfalarda  hələ  də  qalmaqdadır.  Həm  də  düzgün  yaşayan,Allaha 

sonsuz  məhəbbəti  olanların  ruhu  da  əbədi  ola  bilər.Konqo 

tayfasından  olanlar  əksər  adamların  ruhunun  ölümə  mıhkum 

olunduğunu  qəbul  edirlər.  Onlar  “ikili  ölüm”  haqqında 

danışmışlar-əvvəl insanın bədəni ölür,ruh xeyli yaşayır və sonradan 

o  da  ölür.  Müəyyən  vaxt  ruh  ağacda,  çayda,  göldə  yaşayır-yalnız 

müəyyən  vaxtdan-bir  aydan  bir  neçə  ilə  qədər-sonra  ruh  da  ölür. 

Müasir  yəhudilər  də  ruhun  əbədi  olması  fikri  ilə  razılaşmırlar- 

“mhun  əbədi  olması  həqiqətə  uyğun  deyil  və  bu  fəlsəfi  və  dini 

mühakimələrin 

mövzusudur”-deyə 

yəhudilər 

etiraz 


edirlər.Xristianlıqda  isə  lap  əvvəllərdən  ruhun  ölməzliyi  qəbul 

edilmişdir.Ruhun  ölməzliyi  ideyasını  irəli  sürən  din  sanki  birdən 

oyanmışdır.“Belə  çıxır  ki,  Allah  onu  öldürə  bilməz?”sualı  onları 

çaşdırmışdır və tələsik 

178 



bəyan  etdilər  ki,  ruh  Allah  istəyən  qədər  yaşaya  bilər.  Müasir 

mistiklərin ruhla bağlı fikirləri də olduqca maraqlıdır: onlar inanırlar 

ki,axirət  dünyasında  həyatın  uzunluğu  fərdin  əqli  inkişafından  və 

əxlaqi  simasından,onun  “mən’Mnin  zənginliyindən  asılıdır.Onlara 

görə ruhlar orta hesabla 90-120 il yaşayırlar,bəziləri özlərini 200 il 

yaşada bilirlər-sonra isə hamısı ölürlər. 

Ruhun maddi orqanizmdən ayrı mövcud olduğunu sübut edən 

bir  sıra  xüsusiyyətləri  var-onlardan  ən  geniş  yayılanı  qabaqcadan 

hiss etmə, ürəyə damma, duymadır. İnsanın real həyatı ilə heç bir 

əlaqəsi  olmayan  ruhun  daxili  görməsini  təsdiq  edən  nümunələr 

kifayət  qədər  çoxdur.  Baş  verəcək  təhlükəni,  gözlənilən  hansısa 

xəbəri əvvəlcədən duymağın insanın bədəni ilə yox, ruhu ilə əlaqəsi 

vardır.Bu  duymanı  itlərdə  olan  hissiyyatla  müqayisə  etmək  olar. 

Ancaq bu iki duyma arasında böyük bir uçurum vardır. Gərgin siyasi 

vəziyyət vaxtı gözləniləcək təhlükəyə hazır olmaqla, gələn təhlükəni 

tam aydın duymaq arasında fərq vardır. Çox təəssüf ki, bu gün elm 

insanda olan duymanın bacarığını tam izah edə bilməmişdir.Burada 

söhbət  kiminsə  düşüncə  ,mühakimə  bacarığından,  fikrin  məsafəyə 

ötürülməsindən,telepatiyadan  getmir.Bu  divinasiyanm  (yuxarıdan 

gələn  ruhlandırma,  bəsirətlik,qabağı  gönTiə,gələcəkdən  xəbər 

vermə)müəyyən növüdür. Bu bizə tanış olmayan bir aləmdir və biz 

bu  cür  hadisələrin  daxili  təbiətini  qavramağa  hazır  olmalıyıq. 

Beləliklə  insanın  ayıq  vaxtı  və  yuxugörmədən  duyduqlarından 

söhbət açaq.Paris observatoriyasının direktoru Delonda belə bir hiss 

var idi ki,onun dənizlə görüşü onun üçün faciə ilə nəticələnəcəkdir 

və  hər  dəfə  də  dəniz  səyahətindən  imtina  edirdi.  Bir  dəfə 

qohumlarından  biri  onu  dilə  tutub  dincəlmək  üçün  dəniz  sahilinə 

gətirdi. Onların hər ikisi dənizdə batdılar.Bir nəfərin dediklərindən:

 

“Dostumgildə qonaq 



idim,gec  olduğundan  onlarda  qalmağı  qərara  aldım-birdən  hiss 

etdim ki,evdə nə isə baş verir, bu qeyri-adi hiss məni 

179 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə