35
şəhəri görkəm etibarilə rəngarəngdir və İrəvan və Naxçıvandan daha çox ürəyəyatandır. Orada xarabalıqlar,
demək olar ki, yoxdur. Küçələr bütün
Asiya şəhərlərində olduğu kimi, dolanbac olsalar da kildən tikilmiş
divarlar və binalar bir bütövlük təşkil edirlər, binaların arasında gözəl bağlar görünür. Hər addım başında olan
su ətrafa sərinlik yayır və bir çox həyətlərdə fəvvarələr yaradır»
67
.
Ordubad şəhəri Zəngəzur dağlarının ətəklərindən başlayan və iki dağ silsiləsinin ardınca
uzanan maili
düzənlikdə yerləşirdi. Şəhər şimaldan Aşağı Andemiç, şərqdən Kəntan, qərbdən Dəstə kəndləri ilə həmsərhəd
idi
68
. Ordubad çayı şəhəri iki hissəyə bölürdü... Çayın üstündən daşdan körpü tikilmişdi
69
.
Naxçıvana nisbətən kiçik şəhər olan Ordubadda məhəllələrin də sayı nisbətən az idi. Osmanlı
dəftərlərinin verdiyi məlumatlardan aydın olur ki, XVIII əsrin birinci rübündə burada dörd məhəllə — Anbaras,
Minkis, Sərşəhər və İşterenke məhəllələri olmuşdur
70
. XVIII əsrin birinci rübündən XIX əsrin əvvəllərinədək
keçən müddət ərzində şəhərdə olan məhəllələrin sayında elə bir ciddi dəyişiklik müşahidə olunmur. XIX əsrin
əvvəllərinə aid mənbələrdə Ordubadda
[70-71]
beş məhəllə olduğu göstərilir
71
. Məhəllələrin adları da elə bir
ciddi dəyişikliyə uğramamışdı. Osmanlı dəftərlərində İştərənkə kimi qeyd olunan məhəllənin adı rusdilli
mənbədə Üç düdankə (Uç dudanqa) kimi verilir. Bütövlükdə XIX əsrin əvvəllərində Ordubad şəhərində
aşağıdakı məhəllələr var idi: Anbaras, Kürdüdal (çox güman ki, «Kürdtala»nın təhrif olunmuş formasıdır),
Minkis, Sərşəhər və Üç düdəngə.
72
Nisbətən kiçik olmasına baxmayaraq, Ordubad şəhərində ictimai binalar və tikililər Naxçıvandan çox
idi. Şəhərdə üç meydan var idi ki, bunlardan da ən səfalısı Kürd meydanı adlanan dördbucaqlı meydan idi
73
.
Vaxtilə buraya alver məqsədi ilə çoxlu kürdlərin gəldiyi güman olunur. Bu meydanda yerləşən şəhər bazarı
bütün Azərbaycan şəhərlərində olduğu kimi, Ordubadda da ticarət dükanlarının və sənətkar emalatxanalarının
cəmləşdiyi əsas mərkəz idi. Burada dükan və emalatxanaların sayı 197-yə çatırdı
74
.
Dini obyektlərin sayına görə də Ordubad şəhəri Naxçıvandan üstün idi. XIX əsrin əvvəllərində tərtib
edilmiş mənbələrdən birinin verdiyi məlumatdan aydın olur ki, həmin vaxt şəhərdə altı məhəllə məscidi
fəaliyyət göstərirmiş. Bu məscidlərdən ən böyüyünün nəzdində mədrəsə mövcud idi
75
.
Ordubad şəhəri uzun müddət Naxçıvan bölgəsinin mühüm ticarət mərkəzlərindən biri olmuşdur. Bu,
şəhərdə tikilmiş karvansaraların timsalında özünü daha aydın göstərirdi. XVIII əsrin sonu — XIX əsrin
əvvəllərində Ordubadda karvansaraların ümumi sayı altıya çatırdı. Lakin bölgədə gedən siyasi çəkişmələr və
ümumi iqtisadi tənəzzül bu sahədə də özünü göstərirdi. Belə ki, şəhərdə mövcud olan altı karvansaradan yalnız
ikisi fəaliyyət göstərirdi. Yerdə qalan dörd karvansara isə dağıdılmış vəziyyətdə idi. Onların birində dulusçuluq
emalatxanası fəaliyyət göstərirdi
76
.
Öyrəndiyimiz dövrdə Ordubadın mühüm sənətkarlıq mərkəzlərindən biri olması da onun ümumi
görkəminə
[71-72]
təsir göstərən mühüm amillərdən birinə çevrilmişdi. Ordubadda başqa sənət sahələri ilə yanaşı
12 dabbaqxana fəaliyyət göstərirdi
77
. Məlumdur ki, orta əsrlərdə dabbaqxanalar sənətin spesifik xüsusiyyəti ilə
əlaqədar şəhərlərin kənarlarında olan su hövzələrinin yaxınlığında tikilirdi. Lakin Ordubadda adicə səhlənkarlıq
ucbatından bu dabbaqxanalar düz şəhərin ortasında çayın üstündə tikilmişdi. Burada çoxlu su tələb edən iki
ipəksarıma emalatxanası da fəaliyyət göstərirdi. Nəticədə buradan bağlara axan su çirklənirdi
78
.
Naxçıvan bölgəsinin şəhərlərindən bəhs edərkən XIX əsrin əvvəllərində tərtib olunmuş mənbələrdə
adı çəkilən Abbasabad qalası haqqında da danışmaq yersiz olmaz. Mənbələrin verdikləri məlumatlardan aydın
olur ki, həmin qala hərbi zərurətdən yaranmış bir obyekt olmuşdur. Birinci Rusiya-İran müharibəsinin gedişində
(1804 — 1813-cü illər) dəfələrlə ağır məğlubiyyətə uğrayan İran tərəfi Naxçıvan xanlığının ərazisində özünün
hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. İran komandanlığı bu məqsədlə qalaları təmir
etdirir və özünün dayaq nöqtəsi ola biləcək yeni qala tikdirirdi
79
. Belə qalalardan biri şahzadə Abbas Mirzənin
arzusu ilə fransız mühəndisləri tərəfindən Naxçıvan yaxınlığında tikilmiş və İran taxt-tacının vəliəhdinin
67
Azərbaycan MDTA, f. 24, I
SIY
., 372-
ÇI SƏNƏD
,
V
. 5-6.
68
İ Şopen. Göstərilən əsəri, s. 481.
69
Azərbaycan MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 9.
70
M. Bünyadov, H. M. Məmmədov. Naxçıvan dəftəri. — «Ədəbiyyat və incəsənət» qəz., 13 sentyabr 1985.
71
Azərbaycan MDTA, f 24, I siy., 372-ci sənəd, v. 3; İ Şopen Göstərilən əsəri, s. 481.
72
Yenə orada.
73
İ. Şopen. Göstərilən əsəri, s. 483
74
Azərbaycan MDTA. f. 24, I siy., 372-çi sənəd, v. 9
75
İ. Şopen. Göstərilən əsəri, s. 482
76
Yenə orada.
77
Azərbaycan .MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 9.
78
Yenə orada, v. 13; İ. Şopen. Göstərilən əsəri, s. 484.
79
Mərkəzi hərbi Dövlət Tarix Arxivi (MDHTA), f. VUA, 6164-cü sənəd, III hissə, v. 16.