37
və arayışlar hazırda obyektiv olaraq Azərbaycan tarixi üçün əvəzedilməz mənbəyə çevrilmişdir. «Naxçıvan
ölkəsinin təsviri»ndə Naxçıvan şəhərinin əhalisi və əhalinin ictimai tərkibi haqqında həqiqətə yaxın
dəlillər əldə
etmək mümkündür. Həmin «təsvir»dən müəyyən etmək olur ki, Naxçıvan xanlığı Rusiyaya ilhaq olunduqdan
əvvəlki dövrdə, həm də Rusiya dövlətinin tərkibində olduğu müddətdə də Naxçıvan şəhəri xalis feodal şəhəri
olmaq etibarilə qalmaqda davam etmişdir. «Təsvir»də bir də göstərilir ki, feodal ara müharibələri və xarici
işğalçıların tez-tez baş verən basqınları nəticəsində şəhər əhalisi öz doğma evini və ocağını tərk etməyə məcbur
olmuşdur. Qaçqın şəhər əhalisi öz əmlakları ilə birlikdə əlçatmaz yerlərdə gizlənirdi. Belə bədbəxt hadisələr
dövründə şəhər əhalisi soyuqdan və aclıqdan məhv olurdu. Bu cür hadisələr Azərbaycanın şəhərlərində, o
cümlədən Naxçıvanda da baş vermişdir.
Naxçıvan bölgəsindəki şəhərlərin əhalisinin sayı, onun sosial və milli tərkibi, əhalinin məşğuliyyəti
əsrlər boyu siyasi hadisələrlə bağlı olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, xanlıqlar dövründə Azərbaycanda
elə bir şəhər yox idi ki, bu və ya digər dərəcədə feodal ara müharibələrindən zərər çəkməsin.
Naxçıvan və Ordubad şəhərlərində əhalinin siyasi və sosial tərkibini özündə əks etdirən faktiki
materiallar olduqca azdır. Tam inamla demək olar ki, XVIII əsrin ikinci yarısında göstərilən şəhərlərdə əhalinin
sayına dair materiallara hələlik təsadüf edilməmişdir. Bu sahədə mövcud boşluğu doldurmaq üçün əlacsızlıqdan
yenə də XIX əsrin əvvəllərində tərtib olunmuş müxtəlif xarakterli mənbələrdən istifadə etməyi məqsədəuyğun
hesab edirik.
XIX əsrin əvvəllərinə aid arxiv materiallarını və digər mənbələri diqqətlə izlədikdə aydın olur ki,
müharibə şəraitinin olmasına baxmayaraq şəhər əhalisinin sayında nisbi təbii artım müşahidə olunur. Bu,
yuxarıda qeyd etdiyimiz kimin, şəhərlərin daha yaxşı müdafiə olunması və rus çarizminin köçürmə siyasəti ilə
bağlı idi. Rus ordusunun zabiti mayor Matuşeviç öz raportunda 1806-cı ildə Naxçıvanda 5 min nəfərdən
[75-
76]
çox adamın yaşaması haqqında məlumat verir. Matuşeviç öz raportunda həm də başqa bir maraqlı məsələyə
toxunur. Onun məlumatından aydın olur ki, qış vaxtı şəhərə daha «1000-ə qədər köçəri ailəsi toplaşırdı»
86
. Əgər
bu məlumatın həqiqətə uyğunluğunu
qəbul etsək, onda ilin qış fəslində Naxçıvanda təxminən beş mindən daha
çox adamın yaşadığı haqqında mülahizə söyləyə bilərik.
Matuşeviçin verdiyi məlumat XIX ərpin 30-cu illərinin əvvəllərində tərtib edilmiş digər materiallarda
da təsdiq olunur. Naxçıvan şəhərinin 1831-ci ildə quberniya katibi Zolotnitski tərəfindən tərtib olunmuş kameral
təsvirində göstərilir ki, Türkmənçay müqaviləsi bağlanan dövrdə şəhərdə 873 ev var idi
87
. Bu evlərdə 1330 ailə
yaşayırdı və əhalinin ümumi sayı 5470-ə
çatırdı
88
.
Öyrənilən dövrdə Naxçıvan şəhərində əhalinin sosial tərkibi haqqında məlumat o qədər də çox deyil.
Lakin həmin məlumatlardan aydın olur ki, şəhər əhalisi öz sosial vəziyyətinə görə iki böyük qrupa bölünürdü:
vergi ödəyənlər və vergidən azad olunanlar. Şəhərdə yaşayan ailələrdən ancaq 12.7-si hər cür vergidən azad
edilmişdilər
89
. Bu ailələrin tərkibinə diqqət verdikdə aydın olur ki, onlardan 2-si xan, 45-i bəy və sultan, 11-i
hərbçi, 2-si
ali müsəlman ruhani, 36-sı axund və molla, 22-si seyid, 34-ü dərviş, 6-sı isə mirzə ailəsi olmuşdur
90
.
Sənətkar və tacir ailələri şəhər əhalisinin əksəriyyətini təşkil edirdilər. Naxçıvan şəhərində xeyli kəndli ailəsi də
yaşayırdı.
Naxçıvanla müqayisədə daha kiçik şəhər olan Ordubadın əhalisi də nisbətən az idi. Ordubad şəhərinin
kameral təsvirindən aydın olur ki, Türkmənçay müqaviləsinin bağlandığı dövrdə burada 635 ev var idi
91
.
Şəhərdə yaşayan ailələrin ümumi sayı isə 803-ə bərabər idi. Əhalinin ümumi sayı 3444 nəfər idi
92
.
Göstərilən rəqəmləri XIX əsrin əvvəllərində tərtib olunan statistik materiallarda və arxiv sənədlərində
olan rəqəmlərlə müqayisə etdikdə istər Naxçı
[76-77]
anda, istərsə də Ordubadda şəhər əhalisinin artımı haqqında
əvvəlcədən söylədiyimiz fikir bir daha təsdiq olunar. Belə ki, Naxçıvan vilayətinin statistik təsvirindən aydın
olur ki, XIX əsrin əvvəllərində Naxçıvan şəhərində dörd məhəllədə yerləşən 700 ev var idi
93
. Həmin dövrdə
şəhərdə yaşayan ailələrin 260-ı vergi verməkdən azad idi. Bütövlükdə 700 evin hər birində orta hesabla 5
nəfərin yaşadığını nəzərə alsaq, işğal olunmazdan əvvəl Naxçıvanda 3500 nəfər əhalinin yaşadığını söyləyə
bilərik. Lakin bu mənbənin verdiyi məlumat əsasında göstərilən dövrdə şəhərdə həqiqətən də 3500 nəfərin
yaşaması barədə qəti hökm vermək olmaz. Çünki evlərin sayı ilə heç da həmişə ailənin sayı uyğunluq təşkil
86
MDHTA. f. VUA, 4259-cu sənəd (1806), IV hissə, v. 69.
87
Yenə orada, v. 8-9.
88
Azərbaycan MDTA, f. 24, I siy., 353-cü sənəd, v. 8.
89
İ. Şopen. Göstərilən əsəri, s. 479.
90
Yenə orada.
91
Azərbaycan .MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 8.
92
Yenə orada, v. 8-9.
93
NƏST, s. 68.
38
etmir. Məsələn. Naxçıvan şəhərinin 1831-ci ildə tərtib olunmuş təsvirindən aydın olur ki, bu dövrdə şəhərdə 873
ev olduğu halda, onlarda 1330 ailə yaşayırdı
94
. Bunu onunla izah etmək olar ki, adətən, yaxın qohumluq
əlaqəsində olan bir neçə ailə bir evdə yaşayırdı.
XVIII əsrin sonlarından XIX əsrin 30-cu illərinə qədər keçən müddət ərzində Ordubad şəhərində həm
evlərin, həm də əhalinin sayında müəyyən dəyişikliklər olmuşdur. Belə ki, 1800-cü ildə burada 2 min nəfər
95
,
bir qədər sonra isə 2575 nəfər
96
əhali yaşamış və yuxarıda qeyd edildiyi kimi, 20-ci illərin sonlarında şəhərdə
əhalinin sayı 3444 nəfərə çatmışdı
97
.
Ordubad şəhərində əhalinin sosial tərkibi Naxçıvan şəhərindən o qədər da fərqlənmirdi.
Burada ali
zümrə 74 ailə ilə təmsil olunmuşdu. Onların 13-14-ü bəy və sultan, 2-si yüksək rütbəli ruhani, 31 -i axund və
molla, 21-i seyid, 5-i mirzə, 1-i dərviş, 1-i isə hərbçi ailəsi idi
98
.
Müasir. dövrdə erməni ekstremistləri Qarabağ kimi, Naxçıvana da «erməni torpağı» kimi baxdıqları
üçün Rusiyanın işğalı dövründə, bu hadisədən sonra da Naxçıvan bölgəsində əhalinin milli tərkibində dəyişiklik
əmələ gəldiyinə və həmin problemin hazırda ak-
[77-78]
tuallığına görə Naxçıvan
bölgəsinə rus çarizminin
xristianları köçürməsi məsələsi üstündə dayanmağı məqsədəuyğun hesab edirik.
Dəlillərə müraciət etməzdən əvvəl tarixi aksiomaya əsaslanaraq qeyd etməliyik ki, Azərbaycan
şəhərləri olmaq etibarilə Naxçıvan və Ordubadda əhalinin mütləq əksəriyyəti də azərbaycanlılardan ibarət idi.
Həmin şəhərlərin əhalisinin milli tərkibinin kökü qədim keçmişimizə təsadüf edir. Orta əsrlərin son dövrlərinə
aid mənbələr də bu fikri təsdiq edir. Lakin bu heç də o demək deyildir ki, Naxçıvan diyarında başqa xalqların
nümayəndələri yaşamamışdır. Burada Azərbaycanın qədim tayfalarından olan albanların qalıqları, həmçinin
kilikiyadan gəlmiş bir neçə erməni ailəsi də yaşayırdılar. Lakin onların xüsusi çəkisi nəzərə çarpmaz dərəcədə
az idi. Bununla belə qeyd etməliyik ki, bölgənin sosial-siyasi tarixinə toxunan əsərlərdə şəhər əhalisinin etnik-
milli tərkibinə dair heç bir statistik məlumata hələlik təsadüf etməmişik. Buna baxmayaraq əldə olan bilavasitə
materiallar əsasında şəhər əhalisinin milli tərkibi haqqında müəyyən fikir söyləməyə çalışacağıq.
Orta əsrlərdə Naxçıvan şəhərində bir neçə məhəllənin olmasını yuxarıda qeyd etmişik. Osmanlı
dəftərindən aydın olur ki, bu məhəllələrin, demək olar ki, hamısında ancaq azərbaycanlılar yaşayırdı
99
. Həmin
dövrdə şəhərdə olan məhəllələrdən biri «Məhəlləyi-gebran» adlanırdı
100
.
Çox güman ki, bu məhəllədə atəşpərəstlər (gebrlər) yaşayırmışlar. Əgər nəzərə alsaq ki, Naxçıvanda
olan məhəllələrdən hər biri orada yaşayanların adı ilə adlanırdı, o zaman hazırda Naxçıvana əl uzatmaq
iddiasında olan ermənilərin adına Naxçıvanda məhəllənin olmaması göstərir ki, müasir ermənilərin əcdadları
burada məskun olmamışlar, ata-babaları isə buraya çarizmin "istilasından sonra köçmüşlər. Adi məntiqə görə,
əgər erməni ideoloqlarının uydurduqları kimi onlar Naxçıvanda yüz illər boyu yaşamış olsaydılar, məhəllələrdən
biri hökmən «erməni məhəlləsi» adlandırılardı.
Ordubad şəhərinin milli tərkibi də təxminən Naxçıvandakı tərkibə uyğun gəlirdi. Burada olan beş mə
[-
78-79]
həllədən dördündə azərbaycanlılar yaşayırdılar. Qondarma «ermənilər məhəlləsi» isə burada yalnız
Türkmənçay müqaviləsindən sonra yaranmışdır
101
. Fikrimizi faktiki dəlillərlə əsaslandırmaq məqsədi ilə bir
qədər keçmişə nəzər salaraq qeyd etməliyik ki, 1727-ci ildə tərtib edilmiş «Naxçıvan sancağının müfəssəl
dəftəri»ndən də aydın olur ki, keçən müddət ərzində şəhər əhalisinin milli tərkibində elə bir əhəmiyyətli
dəyişiklik olmamışdır. Dəftərdəki məlumatlara görə, bu dövrdə Naxçıvanda vergi verənlərin sayı 877 nəfər
olmuşdur. Bunlardan 799 nəfəri azərbaycanlı, yalnız 78 nəfəri xristian idi
102
. Bundan belə nəticə çıxarmaq olar
ki, XVIII əsrin əvvəllərində Naxçıvanda əhalinin təxminən 7,8%-i «ermənilərdən» ibarət idi. Ordubad şəhərinə
gəldikdə isə «dəftərin» materialları göstərir ki, XVIII əsrin əvvəllərində burada azərbaycanlılardan başqa digər
xalqların nümayəndəsi yaşamamışdır
103
.
XIX əsrin əvvəllərində Rusiya-İran və Rusiya-Türkiyə müharibələri ilə əlaqədar Azərbaycanın digər
bölgələrində olduğu kimi, Naxçıvan bölgəsində də əhalinin həm ümumi sayında, həm də milli tərkibində ciddi
dəyişikliklər müşahidə olunur. Məlumdur ki, çar Rusiyası həm apardığı müharibələrin gedişində, həm də
94
Azərbaycan MDTA, f. 24, I siy., 353-cü sənəd, v. 8-9.
95
А. Г. Искендеров. Классовая структура городского и сельского населения Азербайджана в период трети XIX в. – Города
Азербайджана в период капитализма. Баку. 1987.
96
X. R. Vahidova. Göstərilən əsəri, c. 15.
97
Azərbaycan MDTA, f. 24, I siy., 372-ci sənəd, v. 8.
98
İ. Şopen. Göstərilən əsəri, s. 482.
99
İrəvan əyalətinin müfəssəl dəftəri, s. 276—296.
100
Yenə orada, s. 306.
101
İrəvan əyalətinin müfəssəl dəftəri, s. 306.
102
Naxçıvan sancağının müfəssəl dəftəri, s. 14.
103
Yenə orada.