36
şərəfinə adlandırılmış Abbasabad qalası idi. Mənbədə göstərilir ki, Abbasabad qalası «...Abbas Mirzə tərəfindən
Avropa zövqündə tikdirilmişdir»
80
. Bu qala Naxçıvanın cənub-qərbindən 10 kilometr məsafədə yerləşirdi.
Abbasabad qalası Araz çayı üzərində olan keçidin (körpünün) qorunmasını təmin
etməklə yanaşı, həm də
Cənubi Azərbaycana gedən yola nəzarət edir, lazım gəldikdə bu yolu bağlaya da bilirdi. Qala İran mövqelərinin
rus ordusunun hücumlarından qorunması üçün də mühüm məntəqə hesab edilirdi. Mənbələrin verdikləri
təsvirlərdən aydın olur ki, qala düzgün beşbucaqlı formasında tikilmişdi. Qalada olan çoxlu istehkamlardan ikisi
— qərb istiqamətində Araz çayına
[72-73]
söykənirdilər
81
. Belə istehkamların başlıca vəzifəsi zərurət nəticəsində
qala qarnizonu geri çəkilərkən onun Araz çayının sağ sahilinə təhlükəsiz keçməsini təmin etməkdən ibarət idi.
O. Yevetski yazırdı ki, «Abbasabad qalası fransız və ingilis zabitləri tərəfindən tikilib
möhkəmləndirilmiş bürcləri olan beşbucaqlı poliqondur»
82
. Abbasabad qalası vaxtilə bu bölgədə mövcud olan
qədim Astabad yaşayış məntəqəsinin yerində birinci Rusiya-İran müharibəsi dövründə inşa edilmişdi. 1834 —
1835-ci illərdə Naxçıvan bölgəsində olmuş F. Korf qalanın tikilmə tarixindən bəhs edərək yazırdı: «Mən 25 il
əvvəl bu ölkədə Abbas Mirzə tərəfindən tikdirilmiş Abbasabad qalasını gördüm. O, Abbas Mirzənin yanında
xidmət edən bir fransız mühəndisinin planı əsasında tikilmişdir»
83
.
Abbasabad qalası rus tarixçisi N. Nsfedovun 1839-cu ildə nəşr olunmuş yol qeydlərində daha ətraflı
təsvir olunur «...Naxçıvanın əks tərəfində zərərli iqliminə görə tərk edilib dağıdılmış Abbasabqd qalası görünür.
Mən fransız mühəndislərinin tikdikləri bu tikiliyə baş çəkməyi özümə borc bildim. Məhz həmin mühəndislər
otuz il əvvəl qarışıq bir zamanda onun tikintisi ilə məşğul olmuşlar. Daşla hörülmüş və lazım gəldikdə su ilə
doldurulan dərin xəndək, ikiqat mazğalı olan divar, bürclər, daşla örtülmüş yollar və istehkamın müdafiə
vasitələri göstərir ki, İranın əvvəlki dostları burada həqiqətən çox böyük məharətlə çalışmışlar. Onu da xüsusi
qeyd etmək lazımdır ki, onlar böyük uzaqgörənliklə qalanı elə tikmişlər ki, körpü üzərinə çıxan qarnizon Arazın
o tayına, öz ölkələrinin içərilərinə təhlükəsiz çəkilə bilsinlər»
84
.
Mənbələrin verdikləri məlumatlara əsasən
belə fikir söyləmək olar ki, Abbasabad qalası birinci
Rusiya-İran müharibəsinin gedişində fransızlar tərəfindən tikilmiş, Gülüstan müqaviləsindən (1813) sonra
ingilislər tərəfindən bərpa edilərək yeni
[73-74]
dən qurulmuşdur. Çox güman ki, Naxçıvan xanlığı Rusiya
tərəfindən işğal edildikdən sonra baxımsızlıq ucbatından yararsız hala düşmüşdür. Ümumiyyətlə isə, kim
tərəfindən tikilməsindən asılı olmayaraq, Abbasabad qalası İran ordusunun Cənubi Qafqazda mühüm dayaq
məntəqələrindən biri olub, Azərbaycanın cənubuna gedən yolun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb
edirdi.
Mənbələrdə Abbasabad qalasının daxili quruluşu, burada mülki əhalinin yaşayıb-yaşamaması barədə
hələlik məlumata təsadüf etməmişik. Yalnız P. Zubovun əsərində göstərilir ki, əvvəllər bu yerdə Astabad adlı
böyük kənd olmuşdur
85
. Lakin müəllifin yazısından aydın olmur ki, qala tikilərkən burada əhali yaşayırdımı və
əgər yaşayırdısa, onların sayı nə qədər idi və əsas məşğuliyyətləri nədən ibarət idi. Bununla belə, qalanın
yerində olmuş yaşayış məntəqəsinin Astabad adlandırılması bizdə şübhə oyatmır.
Orta əsrlərdə, xüsusilə öyrəndiyimiz dövrdə şəhər əhalisinin sayı və ictimai tərkibindən danışarkən
həmin dövrdə yaranmış gərgin siyasi vəziyyəti nəzərə almamaq olmaz. Çünki bu zaman Azərbaycanın əksər
şəhərlərin ya bilavasitə və yaxud da bivasitə ya xarici işğalçıların, ya da feodal ara müharibələrinin nəticəsində
dağıntıya məruz qalmışdı. Bu isə şəhər əhalisinin tərkibinə öz mənfi təsirini göstərirdi.
Yeri gəlmişkən onu da qeyd etməliyik ki, feodalizm dövründə Azərbaycanda şəhər əhalisinin
formalaşması bu günə kimi dəqiq şəkildə tədqiq olunmamışdır. XVIII əsrdə, xüsusilə xanlıqlar dövründə
Azərbaycan şəhərlərinin əhalisinin miqdarı və ictimai tərkibi də, demək olar ki, öyrənilməmişdir. Halbuki bu
məsələlərin tədqiqi şəhərlərin ictimai-iqtisadi quruluşunu, ölkənin iqtisadi vəziyyətini daha dəqiq öyrənməyə
imkan verərdi. Həm də əhalinin sayca və ictimai tərkibcə öyrənilməsi şəhərlərdə sənətkarlıq məhsullarının,
ticarətin vəziyyətini və miqdarını öyrənməyə, yerli bazarların və şəhər əhalisinin tələbatını dəqiqləşdirməyə
imkan verir.
Naxçıvan və Ordubad şəhərlərindəki bu vəziyyəti dəqiqləşdirmək üçün, demək olar ki, faktiki material
yox dərəcəsindədir. Yalnız Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra yeni torpaqlarda
[74-75]
əvvəllər mövcud olan qayda-qanunu və vəziyyəti öyrənmək məqsədi ilə çarizm öz məmurlarına
həmin yerləri
yazılı surətdə təsvir etməyi tapşırdı. Rus məmurlarının müstəmləkəçilik baxımından tərtib etdikləri «təsvirlər»
80
П. Зубов. Картина последней войны России с Персией. – СПб. 1836, с. 131.
81
П. Зубов. Göstərilən əsəri, s. 131.
82
О. Евецкий. Статистическое описание Закавказского края. – СПб. 1833. с. 200.
83
.Ф. Корф. Воспоминание о Персии. 1834-1835 гг. – СПб, 1838, С. 7.
84
Н. Нефедов. Взгляд на армянскую область в путевых записах. – СПб., 1839, с. 47
85
П. Зубов. Göstərilən əsəri, s. 131