Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə148/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   143   144   145   146   147   148   149   150   151

Qonaq otağına kofe və likör gətirilməmişdən əvvəl Coys zərif səslə soruşdu: 
– Cənab Kloson, gedib uzansam, siz inciməzsniz ki? Ərimin köhnə dostlarından biri ilə tanış olduğuma 
şadam, amma özümü yaxşı hiss etmirəm, dincəlməyim pis olmazdı. 
– Ledi hersoginya, mənim özüm də hiss etdim ki, siz bir o qədər də yaxşı görünmürsünüz… 
– Nə?... Gecəniz xeyirə qalsın. 
Martin və Klif qonaq otağında köhnə dostların xoşbəxt görüş səhnəsini ciddi cəhdlə oynamağa 
çalışırdılar. Onlar böyük kreslolarda rahatlandıqları vaxt bir-birlərinə tərəf baxmırdılar da. 
Klif iki-üç dəfə söyüş söydü, bu zamana qədər yalnız Coysa görə özünü saxladığını sübut etmək 
məqsədilə üç ədəbsiz lətifə danışdı və dedi: 
– Hə! İngilislərin dediyi kimi, nə həqiqət elə həqiqətdir! Sənin madamının, görürəm ki, məndən xoşu 
gəlmədi. Buz parçası kimi səmimi və nəvazişli idi. Amma mən tələbkar deyiləm. O, uşaq gözləyir və bütün 
qadınlar belə vəziyyətdə vasvası olurlar. Amma… 
O hıçqırdı, sifətinə ağıllı ifadə verdi və beşinci konyak qədəhini aşırdı. 
– Amma mən bir şeyi başa düşə bilmirəm… Bilirsən, sənin madamını mən qınamıram. Kübar xanımdır, 
elə belə də olmalıdır. Mənim üçün bir şey anlaşılmazdır: Leoradan sonra  – o, əsl insan idi – Coys kimi 
kraxmallanmış birinə necə dözə bilirsən? 
Martin birdən partladı. Terri getdikdən sonra uzun aylar idi ki, işləri düz gətirmirdi və kədər onun içini, az 
qala, didib-parçalayırdı. 
– Qulaq as, Klif. İstəmirəm ki, mənim arvadım haqqında fikir yürüdəsən. Çox təəssüf edirəm, o, sənin 
xoşuna gəlməyib, amma bu vəziyyətdə, qorxuram ki… 
Klif bir qədər səndələyərək ayağa qalxdı, amma səsində və gözlərində əminlik var idi: 
– Əla, mən elə belə də gözləyirdim, sən mənim qarşımda lovğalanmağa başlayırsan. Düzdür, mənim varlı 
arvadım yoxdur. Sadə qoca sərsəriyəm. Təbii ki, belə bir evdə mənə yer olmayacaqdı. Lazım olan kimi 
bəzək-düzəkli deyiləm, heç lakeyliyə də yaramıram. Amma əvəzində sən yarayarsan, Martin. Lap yaxşı! 
Sənə uğurlar diləyirəm. Hələlik isə rədd ola bilərsən, mənim mehriban dostum!  
Martin onu heç dəhlizə qədər də ötürmədi. 
Otaqda tək qalaraq köksünü ötürdü: 
– Çox şükür ki, əməliyyat başa çatdı! 
O, özü-özünə Klifin fırıldaqçı, axmaq və piyli avara olduğunu düşünürdü. Deyirdi ki, Klif heç bir müdrikliyi 
olmayan ədəbsizdir, heç bir cazibədarlığı olmayan sərxoşdur və filantropdur. Yalnız bir məqsədlə 
səxavətlilik nümayiş etdirir ki, bu, onun şöhrətpərəstlik hissinə zövq verir. Amma bu həqiqətləri dərk 


etməsi  əməliyyatı heç də ağrısızlaşdırmadı. Məgər appendiksin eybəcər və səmərəsiz olduğunun xəstəyə 
söylənilməsi  əməliyyatı yüngülləşdirir ki?!... 
O, Klifi sevirdi, sevirdi və sevməkdən də əl çəkməmişdi. Amma daha  onu heç vaxt görməyəcəkdi. Heç 
zaman! 
Nə həyasızlıqdır! Bu piyli əclaf Qotlibi ələ salmağa cəsarət etdi. Yontalanmamış kütbeyin! Yox, həyat 
həddindən artıq qısadır… 
"Lənət şeytana! Klif – donuzdur, amma elə mən də pis deyiləm. O fırıldaqçıdır. Bəs mən? Məgər mən 
Sent-Hubertdə taun statistikasında fırıldaq işlətməmişəm? Mən ikiqat fırıldaqçıyam, çünki öz 
saxtakarlığıma görə hələ bir əhsən də almışam!" 
O, tərəddüdlə Coysun yanına yollandı. Coys möhtəşəm bir çarpayıda pərdənin altında uzanmışdı, "Piter 
Uiffl"i oxuyurdu.  
– Əzizim, elə də xoş deyildi, hə? –  dedi, – O, getdi? 
– Hə… Getdi… Mən ən yaxşı dostumu qovdum, dostlarımın içində ən yaxşısını, demək olar ki, qovdum, 
imkan verdim ki, çıxıb getsin. Elə bir hisslə getdi ki, guya, əclafdır, uğursuz adamdır. Onu belə yola 
salmaqdansa, öldürsəydim yaxşıydı … Ohh, nə üçün sən onunla sadə və şən ola bilmədin?! Sən elə 
təhqiramiz şəkildə nəzakətli idin ki! O, xəcalət çəkirdi, süni danışırdı və özünü olduğundan daha pis 
təqdim etdi. O, əclaf deyil… Öz varlığını gizlədən iqtisadçılardan daha yaxşıdır… Zavallı! Yəqin ki, indi 
gölməçələri şappıldada-şappıldada gedir və öz-özünə deyir: "Həyatımda sevdiyim və nəsə elədiyim 
yeganə insan məndən üz çevirib, nə var-nə var gözəl arvadla evlənib… İnsana yaxşılıq eləməyə dəyərmi?"  
Nə üçün sən özünü sadə apara bilmədin və həyatında bircə dəfə kübar ədalarını yaddan çıxarmadın? 
– Qulaq as! Sən də elə mənim kimi onu dözülməz hesab edirdin. İcazə vermərəm ki, bütün günahı 
mənim üstümə yıxasan. Sən onu ötüb keçmisən. Sən həmişə aləmə car çəkirsən ki, "Faktlar! Faktlar!" Nə 
üçün indi faktlara göz yumursan? Hər halda, burada mənlik bir şey yoxdur. Mənim kralım, icazə verin sizə 
xatırladım ki, bu gün, ümumiyyətlə, ortaya çıxmamaq, onunla görüşməmək kimi ağıllı bir təklif 
etmişdim… 
– Hə… Lənət şeytana… amma…. Hə, sən haqlısan, amma bununla belə… Yaxşı, hər şey bitdi…  
– Əzizim, sənin hisslərini çox yaxşı başa düşürəm. Amma məgər hər şeyin bitdiyi pisdir ki? Öp məni və 
"gecən xeyirə qalsın" de.  
"Amma yenə də…" – Martin özü-özünə dedi. Özünü çılpaq və evsiz hiss edərək ipək xalatda oturmuşdu, 
bu xalatı Coys ona Parisdə almışdı.  
"…Amma hər halda, Coysun yerində Leora olsaydı… Leora bilərdi ki, Klif fırıldaqçıdır  və bunu fakt kimi 
qəbul edərdi (o, mənəm faktlara göz yuman..). O bütün axşamı hakim görkəmi ilə oturmazdı. "Bu, mənə 
bənzəmirsə, deməli, pisdir" fikirləşməzdi. O, deyərdi: "Bu mənə bənzəmir, deməli, maraqlıdır"… Ah, 
Leora…." 


Onun gözləri qarşısında dəhşətli bir dəqiqliklə xəyal canlandı: Leora Penrit dağlarındakı bağda – yumşaq 
torpağın altında, tabutsuz uzanıb. 
O ayıldı və xatırlamağa başladı. 
"Klif nə deyirdi? "Sən onun əri deyilsən, sən onun lakeyisən, sən həddindən artıq bəzək-düzəklisən". O 
haqlıdır! Məsələ də elə bundadır: mənə istədiyim adamla görüşməyə icazə verilmir. Mən özümü elə ağıllı 
təqdim etmişəm ki, Coysun və Rip Holaberdin quluna çevrilmişəm". 
… Həmin gündən sonra hər gün hazırlaşsa da, Martin daha Klif Klosonla görüşə bilmədi. 
 

 
Məlum oldu ki, həm Coysun, həm də Martinin ata babasının adı Con olub. Bunu əllərində bayraq tutaraq 
onlar öz oğullarını da Con Erousmit adlandırdılar. Amma bir şeydən xəbərləri yox idi ki, Con Erousmit adlı 
biri İspan armadası  ilə döyüşdə həlak olub; hətta beş nəfər rəşadətli hidalqonu  da özü ilə bərabər o 
dünyaya aparıb.  
Coys çox əziyyət çəkdi, amma Martinin əvvəlki məhəbbətini yenidən qazana bildi (o bu qamətli qadını 
sevir və ona rəhmi gəlirdi). 
– Ölüm bricdən daha maraqlı oyundur, burada partnyorunuz sizə heç nə ilə kömək edə bilməz! – o əzab 
və utanc kreslosunda uzanaraq ayaqlarını eybəcər şəkildə aralı qoydu və dedi. Nə qədər ki, Coysa narkoz 
verməmişdilər, onun sifəti əzabdan yaşıl rəngə çalırdı. 
Con Erousmitin düz kürəyi və düz ayaqları vardı, anadan olanda on funt ağırlıqda idi və o büzüşmüş ət 
parçası kimi balaca adamcığaza çevriləndə, gözləri şən halda baxırdı. Coys onu çox sevirdi, Martin isə elə 
ki bu balaca aristokratın, var-dövlət üçün anadan olan özünəvurğun uşağın nə zamansa ona yuxarıdan 
aşağı baxacağını anladı, qorxmağa başladı. 
Uşaq anadan olandan üç ay sonra Coys hər zaman olduğundan daha güclü şəkildə tennislə, qolfla, 
şlyapalarla və rus emiqrantları ilə maraqlanmağa başlamışdı. 
 

 
Coys elmə böyük hörmət hissi ilə və heç bir anlayışı olmadan yanaşırdı. Tez-tez Martindən öz işi ilə bağlı 
danışmağı xahiş edirdi, amma Martin qızışmağa və dırnağı ilə süfrənin üzərində sxemlər çəkməyə 
başlayanda, Coys onun sözünü yavaşca kəsirdi: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə