Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə157/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   153   154   155   156   157   158   159   160   ...   184

 

348


və şair yenə gözlərini onlardan çəkib tavana zillədi, düzdü, şair qızdırmalı beyni 

ilə hiss elədi ki, belə bir biganəliyi cavan ananın könlünə toxundu, hətta, böyük 

qızının pərtlikdən gözlərinin dolduğunu da gördü, amma daha bir söz, ümumiyyətlə, 

nəsə deməyə həvəsi olmadı... 

yad idi... 

hamı və hər şey yad idi... 

və həmişə də belə olmuşdu... 

 

* * *

 

 

1953-cü ilin yas içində olan həmin soyuq mart axşamlarından birində, kəndin 

camaatı, həmişəki kimi, kolxoz idarəsinin qabağına toplaşıb, uzun bir dirəyin 

başında quraşdırılmış radio aparatında rəhbərin ölümü ilə bağlı matəm verilişlərinə 

qulaq asırdı və bu zaman, atası o aparatdan «gənc şair» kimi oğlunun adını eşidəndə, 

məşhur diktor Soltan Nəcəfovun ifasında oğlunun şerinə qulaq asanda ürəyi uçundu, 

əvvəlcə kişiyə elə gəldi ki, rəhbərin ölümü ona elə təsir edib ki, qulağına qeybdən 

səs gəlir, amma bütün ətrafındakıların onun özündən də beşbetər bir heyrət içində 

olduğunu görəndə, tamam mat qaldı: bilmədi rəhbərin ölümünə  ağlasın, ya o 

radiodan oğlunun adını  eşitdiyinə, kənd camaatının da beləcə mat qalıb, gah ona, 

gah da, məktəbin binasından var gücü ilə qaça-qaça kolxoz idarəsinin qabağına tərəf 

gələn oğluna baxmağına sevinsin? 

 

*** 


  

Yazılmamış şerlərdən: 

  

BIRINCI ŞER  



(Yazılmamış yazı?)

 

 

 dağılır payızın 



 boz buludları 

 görünür günəş 

 kolun dibi ilə 

 sürünən ilanın haça dili 

 – donur havada 

 quruyub düşür yerə 

 qarışır xəzələ 

 

 ötür payız 



 keçir qış 

 gəlir yaz 

 qalxır torpaqdan 

 haça başlı 

 qırmızı gül 

 solur 


 çıxanda günəş 

 açır 


 gecənin qaranlığında 

 

 



 

 IKINCI ŞER 

 



 

349


 qara şeh düşmüşdü 

 o təzə tər lalənin 

 qara ləçəklərinə 

 

 sökülürdü qapqara dan yeri 



 

 ölə ölə 

 qara dağa dırmaşan 

 karbüratoru xarab  

 sınıq sökük avtobusun 

 tüstüsü və tırıltısı 

 basmışdı aləmi 

 

 çaşmışdı təbiət 



 rəngləri səhv salmışdı 

 hissləri korşalmışdı 

 

 qara şəfəq saçdı dan yeri 



 

 qapqara köpüklərlə 

 köpüklənə köpüklənə 

 tökülürdü yarğan boyu 

 qara şəlalə 

 

 



 ÜÇÜNCÜ ŞER 

 

 bir boz payız səhəri 



 hələ sökülməmiş dan yeri 

 bir boz külək əsdi 

 bakının küçələrində 

 

 bir boz külək əsdi 



 bakının küçələrində 

 süpürüb apardı 

 xəzan yarpaqlarını 

 küçəyə atılmış 

 boş koka-kola bankalarını 

 işlənmiş qandonları 

 kağız qırıntılarını 

 qəzet parçalarını 

 çirkli polietilen torbaları 

 və mənim yaşadığım illəri 

 polietilen torbalar 

 quş kimi 

 ağaclara qonurdu 

 

 uzaqlardan 



 səsi gəlirdi 

 bir birinə dəyib 

 danq danq fəryad edən 

 boş bankaların 

 

* * *

 

  



 

350


O zaman – 70-ci illərin əvvəllərində – Amerika imperializminə qarşı mübarizə 

aparan Anjela Devis uzun, arıq, gözlərində iri şüşəli eynək, qara qıvrım saçları da 

qırxılmış çay koluna oxşayan bir qız idi və şair o zaman gözəl bir zürafəyə oxşayan 

o zənci qızın  şərəfinə böyük bir şer yazmışdı  və  həmin  şer çox populyar oldu, 

məşhur və boğazı möhkəm artistlərin ifasında 7 Noyabr, Sovet hakimiyyətinin 

yaradılmasının ildönümündə, zəhmətkeşlərin 1 May bayramına həsr olunmuş 

təntənəli rəsmi bayram gecələrində, rəhbərlərin iştirak etdiyi konsertlərdə, 

televiziyada oxundu, rus dilinə  tərcümə olunub, SSRI-nin baş  qəzeti (qəzetlər 

müdiri!) «Pravda»da dərc edildi, dərsliklərə salındı  və o uzun şeri o dərsliklərdən 

əzbərləyən  şagirdlər, indi, yəqin, Anjela Devisi çoxdan yaddarından çıxarıblar, o 

şerin hansısa misraları  bəlkə kiminsə hafizəsində ilişib qalıb, amma, görəsən, 

müəllifin kim olduğunu necə, xatırlayırlar? kim indi gedib onlardan soruşacaq ki, 

otuz il bundan qabaq Amerika Birləşmiş  Ştatlarında imperializmə qarşı mübarizə 

aparan və zürafəyə oxşayan bir zənci qız – Anjela Devis var idi, yadınıza gəlir? bir 

şer də yazmışdılar ona, sizin dərslikdəydi, o şeri necə, xatırlayırsız?  

Yüz faiz xatırlamırlar. 

Bəs, deyirlər, yazıya pozu yoxdu? 

Bütün sözlər kimi, bu da – boş sözlərdi. 

Guya, birinci, söz yaranıb – nə olsun? 

Bir də ki, şagirdlər bu gün o şeri və o şerin müəllifini xatırlayırlar, ya 

xatırlamırlar, bunun nə mənası var? 

Heç bir mənası yoxdur. 

Bəs basketbolçuya oxşayan o qız (o zaman gözəl bir zürafəyə oxşayırdı, indi 

əgər sağdısa, kim bilir, kimə oxşayır? bəlkə indi zürafəyə yox, filə oxşayır?) bilsə ki, 

dünyada Azərbaycan adında bir məmləkət var və o Azərbaycan məmləkətində otuz 

il bundan əvvəl onun şərəfinə şer yazılıb, şagirdlər məktəbdə o şeri əzbər söyləyib, 

qiymət alıblar – kimi «2», kimi «5» – nə fikirləşər? hansı hissləri keçirər? necə 

mütəəssir olar? 

Amma o zənci qız nə fikirləşəcək, hansı hissləri keçirəcək, bunun da – yüz faiz 

– heç bir mənası və bir qara qəpiklik qədər qiyməti yoxdur. 

 

* * *

 

 

– Toş!.. Toş!..– atası eşşəyin ipini dartırdı. 



Həmin gün – şairin dəqiq yadındaydı – o araba yolunu da, bütün o ətrafları da 

çən basmışdı, narın-narın çiskinləyirdi və odunların üstündən yerə enmiş o altı yaşlı 

oğlan gah sinəsini, gah kürəyini, təkəri palçığa batıb yerindən tərpənməyən arabanın 

arxasına dirəyib hıqqana-hıqqana güc verərək, tez-tez də nazik belindən sürüşüb 

düşən şalvarını yuxarı çəkərək, arabanı itələyirdi və axır ki, araba yerindən dəbərdi, 

o altı yaşlı  oğlan da dörd-beş addım arabanın dalınca gedib yenə öz yerinə – 

odunların üstünə dırmaşdı və bir müddət o çənin-çiskinin içi ilə eləcə getdilər, sonra 

birdən atasının gözü oğlunun yükün üstündən sallanmış ayağına sataşdı: 

– Qaloşun hanı? 

Oğlan ayaqlarına baxdı: birində qaloş var idi, o biri isə yalın idi – bayaq arabanı 

itələyəndə qaloşun bir tayı ayağından çıxıb palçıqda qalmışdı  və  oğlan qanrılıb 

arxaya baxdı, elə bil, o çənin-çiskinin içində o balaca qaloş tayını görəcəkdi. 

Bayaqdan bəri çarxın palçığa batmağından və  eşşəyin də  əzvaylığından 

hirslənmiş kişi, acığını uşağın üstünə tökdü: 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə