Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə159/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   155   156   157   158   159   160   161   162   ...   184

 

353


Məmməd müəllimin bu «hə?»ləri bir müddət şairin yadından çıxmadı və şair bu 

«hə?»lərdə heç bir perspektiv görməsə də, bir müddət narahat oldu. 

 

* * *

 

 



Illər ötürdü, elə bil, zaman da meşədən gətirilən odun kimi bir yük idi və o yükü 

də eşşək arabası çəkib irəli aparırdı, aylar günləri, illər ayları əvəz edirdi və illərin 

eləcə  eşşək arabasının sürətilə ötməyinin qəribə bir ab-havası var idi, o ab-havanı 

söz ilə ifadə etmək mümkün deyildi və şair, bəzən, elə bil ki, o ab-havanın rəngini 

görürdü, amma bu, nə  rəng idi? qırmızı idi? yaşıl idi? sarı idi? – bunu da demək 

mümkün deyildi, bəzən o rəng (naməlum rəng!), elə bil, çönüb meh kimi bir şeyə 

çevrilirdi – o uzaq illərdən gələn meh – amma o meh də tez əsib (?) keçirdi. 

Və bir-birini eləcə aramla əvəz edən illər o eşşək arabasındakı odun yükünün 

təpəsində oturmuş o uşağı şair elədi, sonra o illərin araba sürəti şairi Bakıya gətirən 

qatarın sürəti ilə  əvəz olundu, sonra da illərin o qatar sürəti Moskvaya, Kiyevə, 

Cakartaya, Daşkəndə, Havanaya, Kəraçiyə, Akkraya, daha nə bilim, haralara uçan 

təyyarə sürətinə çevrildi, illər uçdu... 

uçdu... 

uçdu... 


uçdu... 

 

* * *

 

 

Şair başa düşürdü ki, bu, gerçəklik deyil, amma bu, yuxu da deyildi, bu, yuxu ilə 

gerçəklik arasındakı bir görüm idi (hadisə idi? əhvalat idi?) və  şair ağappaq uzun 

qıvrım saçları pırpızaqlı, sifətini qırış basmış, dişləri töküldüyü üçün, alt çənəsi, az 

qala, burnunun altına qədər gəlib çıxan o qoca zənci qadını görən kimi, tanıdı: 

əlbəttə, bu qarı – Anjela Devis idi. 

Şair, heyrət içində, bu dərəcə qocalmış o zənci qarıya baxırdı. 

Qarı da iri və görkəminə heç cürə yaraşmayan canlı qara gözləri ilə  şairin 

gözlərinin içinə baxırdı, elə bil, bu ilk görüşdən şairin içinə daxil olmaq istəyirdi və 

ən təsirlisi də bu idi ki, şair bütün vücudu ilə hiss edirdi ki, bu qarının baxışları, 

həqiqətən, onun, yəni  şairin içinə daxil olur, içini gəzir, beynindəki kirəcləşmiş 

qatları bir-bir qaldırıb altına baxmaq istəyir və baxır. 

Bu, müdhiş bir hissiyyat idi və  şair istəmirdi ki, o baxışlar onun bütün içini 

görsün, amma heç nə edə bilmirdi, qarının baxışlarını heç cürə içindən qovub çıxara 

bilmirdi. 

Və birdən o zənci qarı iri və canlı qara gözlərini qırpdı və onun baxışları şairin 

içindən çıxdı (şair bunu cismən hiss etdi) və qarı uzaqlaşıb həmişəlik yox olmazdan 

əvvəl şairə (nədənsə, rus dilində) dedi: 

– Durak! 

 

* * * 

 

Yazılmamış şerlərdən: 

 

 anasının dolu əmcəyini 



 əmən çağanın 

 ağzının kənarlarından 




 

354


 axan süd 

 damcı damcı 

 düşdü 

 döşəmənin üstünə 



 

 milçək uçdu 

 o damcıların üstünə 

 ayaqlar altında qaldı damcılar 

 kirləndi 

 qara yapışqan kimi 

 ləkələr saldı döşəməyə 

 

 kirli ləkə düşdü 



 çağanın gözlərinə 

 kirli ləkə düşdü 

 dodaqlarının təbəssümünə 

 kirləndi 

 dolu əmcəkdən gələn su 

 kir iyi gəldi 

 çağanın nəfəsindən 

 kir qoxudu 

 qırmızı göy güllü gözəl papağı 

 ağappaq bələyi kirləndi. 

 

 kirli çağa 



 dolu əmcəkdən 

 kirli süd əmirdi 

 dünyaya yeni insan gəlirdi 

 

* * *



 

 

Həmin qış günü səhərə yaxın birdən-birə gilavar əsməyə başladı, get-gedə 



bərkidi, mənzilin pəncərələrinin, eyvan qapılarının səsi küləyin vıyıltısına qarışdı və 

şairin çarpayısının qabağındakı kresloda oturub arabir huşa gedən Əminə xanım, hər 

dəfə gözü yumulduqca, elə bil, küləyin o pəncərə, qapı titrəməsinə qarışmış vıyıltısı 

onu götürüb hansısa bir boşluğa aparırdı və o boşluq içində Əminə xanım, birdən, 

elə bil ki, büdrəyirdi, səksənib, təzədən gözünü açırdı  və Bakının o küləkli qış 

səhərini Əminə xanım eləcə kreslonun üstündə açdı. 

Şair hərdənbir gözlərini qıyıb tavana baxırdı, hərdənbir də inildəyirdi və Əminə 

xanım bütün bu həftələr  ərzində ilk dəfə  şairin gözlərində belə bir diqqət, zənd 

gördü, elə bil, şair, keçən il təmir olunmuş ağappaq hamar tavana yox, nəsə başqa 

bir şeyə baxırdı, hətta, elə bil ki, nəsə oxuyurdu, amma Əminə xanım o saat orasını 

da başa düşdü ki, bu diqqət, bu zənd, elə bil, şairi özü ilə çəkib aparmaq istəyir və 

şairin o iniltisi də onun bir qucaqlıq olmuş cisminin zəif müqavimətidir. 

Əminə xanım yavaşdan şairi səslədi, sonra ovcu ilə şairin bir dəri, bir sümüyü 

qalmış və saralmış alnını sığalladı, amma şairin heç bir reaksiyası olmadı və onun 

alnı da Əminə xanıma əvvəlkindən sərin gəldi və Əminə xanım gözlərini yumub bir 

müddət küləyin o vıyıltısına, qapı-pəncərənin səsinə qulaq asdı, sonra dərin bir köks 

ötürdü, oğlunun, qızının yatdığı otaqlara gedib onları yuxudan durğuzdu: 

– Durun, papa, deyəsən, pisdi. 

Bu evdə hamı belə bir məqama hazır idi (əslində, bu evdə hamı belə bir məqamı 

gözləyirdi).  




 

355


Oğlan da, qız da gec yatıb, gec duran olduqları üçün, güclə yerlərindən 

qalxdılar, Əminə xanım böyük qızın da evinə zəng edib onları da yuxudan durğuzdu 

və xahiş elədi ki, Məmməd müəllimə  də desinlər ki, gəlsin (belə vaxtlarda evdə 

təcrübəli bir kişi xeylağı olmalı idi, Əminə xanımın da ilk ağlına gələn Məmməd 

müəllim oldu) və o küləkli qış  səhəri Məmməd müəllim  şairin mənzilinə daxil 

olanda hamı şairin otağına yığışmışdı. 

Məmməd müəllim bir söz deməyib başının işarəsi ilə otaqdakılara salam verdi, 

sonra yaxınlaşıb, hərdən halsız inildəyən və gözlərini də hərdən eləcə qıyıb tavana 

zilliyən şairə baxdı və acı-acı, daha doğrusu isə, mənalı-mənalı gülümsəyib Əminə 

xanımdan soruşdu: 

– Vəsiyyət eləyibdür? 

Əminə xanımın üzülmüş gözləri bərəldi: 

– Nə? 

Məmməd müəllim sualını təkrar etdi: 



– Vəsiyyət də... Vəsiyyət eləyibdür? 

Əminə xanım: 

– Yox...– dedi. 

Kiçik qız nigarançılıqla şairə baxdı, sonra Əminə xanıma, sonra böyük bacısına, 

sonra da onun qayınatasına, yəni Məmməd müəllimə baxdı və pıçıldadı: 

– Papa eşidər axı... 

Məmməd müəllim bir balaca tənə ilə gülümsəyib, kiçik qıza yox, oğluna baxdı 

və: 


– Gərək son arzusunu biləsüz, ya yox?– dedi. 

Gilavar birdən-birə  bərkidiyi kimi, birdən-birə  də azalmışdı  və indi küləyin 

vıyıltısı, elə bil, çox uzaqlardan gəlirdi və elə bil, qapı-pəncərələr də  Məmməd 

müəllimin sözlərinə qulaq asmaq üçün, səslərini kəsib sükuta dalmışdılar. 

Məmməd müəllim  şairin çarpayısına yaxınlaşdı  və  şairin qulağına tərəf  əyilib, 

yaşıl gözlərini  şairin başının üstündən divardakı naməlum bir nöqtəyə zilləyərək 

yavaş səslə soruşdu: 

– Bir sözün yoxdu? Nə istəyirsən? 

Kiçik qız gözlərini yumub üzünü yana çevirdi. 

Böyük qız ani olaraq fikirləşdi ki, bu səhər  Əminaşkanı, gərək, bağçaya 

aparmayaydı, özü ilə bura gətirəydi, düzdü, bağçada ingilis dili dərsi keçirdilər və bu 

dərsi ötürmək düz deyildi, amma, buna baxmayaraq, gərək, uşağı özü ilə bura 

gətirəydi, çünki şair indi Əminaşkanı arzulaya bilərdi, onu görmək istəyərdi və 

böyük qız sidq-ürəkdən özünü suçlayaraq hiss etdi ki, elə belə də olacaq. 

Məmməd müəllim gözlərini  şairin başının üstündən eləcə naməlum nöqtəyə 

tuşlayıb, ağzını bir az da onun qulağına yaxınlaşdırdı  və  səsini də bir az qaldırıb 

təzədən soruşdu: 

– Bir şey istəyirsən? 

Şairin tamam arıq və qansız sifətindən güclə seziləcək bir təbəssüm ötüb keçdi 

və şair eləcə tavana baxa-baxa zəif səsiylə: 

– Araba...– dedi.– Araba istəyirəm... 

Məmməd müəllim: 

– Nə?– soruşdu.– Araba? 

Şair gözlərini tavandan çəkməyib eləcə zəif səsi ilə təkrar etdi: 

– Hə... Araba... Araba istəyirəm... 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə