153
-YaxĢı. Elə olsun. ancaq, mən heçnədən oynayan
deyiləm. Uduzsam mənə öz əllərinlə yemək biĢirəcəksən,
köməksiz.
-Uduzmağın ən çox mənə sərf eləməyəcək. – Rona
üzünü Dənizə tutub dedi.
-Tamam. Mən qazansamda sənə bir söz deyəcəm və
sən onunla razı qarĢı çıxmadan məni dinləyəcəksən. –
Dəniz dedi.
-Nəsə edib və oyunu qazanaraq bağıĢlanmaq istəyir.
Maraqlı siyasətdi...
-Tamam?
-YaxĢı, anasına oxĢamıĢ. – Emin yanında əyləĢən
həyat yoldaĢına baxıb, gülümsədi.
Səhər yeməklərin bitirdikdən sonra Dəniz süfrəni
yığmasında anasına yardım elədi. Evin təmizlənməsində
xadiməçi tutsalarda, yeməkin hazırlanmasını Rona edirdi,
bəzəndə Dəniz anasına yardım edər, yüngül yeməkləri isə
özü hazırlayardı.
Hazırlıq bitdikdən sonra Dəniz Ģahmat taxtasını
götürüb atasının qarĢısına keçdi. Dəniz uĢaqlıqda Ģahmat
dərsi alsa da atası qədər güclü oynaya bilmirdi. Atasını
“Təhsilsiz ustad” adlandırırdı. ġahmat dərsi almamasına
baxmayaraq gediĢata yaxĢı bələd idi. Fiqurların hərəkətini
izləyə bilir, özünə məxsus stategiya qura bilirdi.
Dəniz daĢları düzələk hazır vəziyyətə gətirib atasını
masaya dəvət elədi. Ġlk gediĢi Dəniz baĢladı.
-DanıĢ görüm, mənə nə deyəcəkdin? – Emin gediĢ
edərək qızına baxdı.
-Deyəcəm. Ancaq, ilk öncə məni dinləyəcəksən.
-Nə olub ki, belə? Sənin belə həyəcanlı olduğunu
görməmiĢdim.
Emin qarĢısında Dənizin həyəcandan əsdiyin, oyunu
belə səhvlər buraxa – buraxa oynadığın görüb təlaĢlanırdı.
-Necə deyəcəyimi bilmirəm... Ģey, mənim...
-Mat – Emin vəziri ilə Ģahı yıxdı. – yeməyimi axĢama
hazır elə.
154
-... sevgilim var. – Dəniz nəfəsin dərib atasına baxdı
sonra Ģahının yıxıldığın gördü.
Emin hərəkətsizcəsinə olanları anlamağa çalıĢırdı.
Qızından indiyəcən eĢitmədiyi bir söz eĢidirdi.
Hərəkətlərindən, sevincli olmağından qızında dəyiĢiklik
olduğun anlamıĢdı. Lakin, sevgilisi olacağın ağlınada
gətirməmiĢdi. Dəniz onun üçün hələ körpə bir qız idi.
Yeriməyə təzə baĢlamıĢ, qısa saçını hörmüĢ bir qız
görürdü. Qaçaraq təzə öyrəndiyi sözləri deyir, atata
deyərək atasının qucağına qaçıb onu qucaqlayırdı. Ġndi isə
Dənizin bu sözləri onu ayıltdı. QarĢısında dayanan
qızının artıq uĢaq deyildə, böyüyüb sevgili olduğu, biraz
sonra isə evlənəcəyin anladı.
-Ata, nəsə deyəcəksən? – Dəniz atasını ayıltmağa
çalıĢdı.
-Hə, nədi? – nə vaxtdan bəri, kimdi?
-Bizim universitetdəndi. Həmdə qrup yoldaĢımdı.
Uzun vaxtdı artıq. Ġki ildən çox olar.
-Və atana demək indi yadına düĢür? – Emin fikrini
toplayıb, qəti düĢünməyə çalıĢırdı.
-Xeyr. Ġstəmirdim ki, məni yolda buraxan birini
qarĢısna çıxartım. Ġlk öncə ona özüm güvənim, onun nə
qədər ciddi olduğun dəqiqləĢdirim sonra sənin qarĢına
çıxartım.
-Adı nədi?
-RövĢən.
-Belə anlarda nə deyirlər bilmirəm. Nə etməliyəm onu
da bilmirəm. QarĢı çıxmalıyam, çıxa bilmirəm. Normal
qarĢılamalıyam, qarĢılaya bilmirəm.
Dəniz söz demədən atasının ayılmasını gözləyirdi.
-Anan bilir? Ona deyərsən yəqin. – Emin incikmiĢ
kimi Dənizə baxdı. daha sonra masanın üzərində ki
Ģahmat taxtasına gözün zilləyib mənasızcasına fiqurları
seyr elədi.
Dəniz gülümsəyərək, anama deməmiĢəm... O, özü
öyrənib. – dedi.
155
-Anan bəzi məsələlərdə məndən daha ayıq davranır.
Bəzən onun hərəkətini, çevikliyini, ağılını qısqanıram.
Yəqin xalqından keçmə bir xüsusiyyətidi.
-Nə deyirsən indi? TanıĢ eləmək istəyirəm sizi.
Sənində onu tanımaq və qiymət verməyini istəyirəm.
-DüĢünməliyəm. TanıĢ olmaqdan əvvəl araĢdırmaq,
onu birdə özüm öyrənmək istəyirəm. – Emin dedi.
-YaxĢı.
-Mən uduzsamda sözümü tutdum. Sən sözünü nə
zaman tutacaqsan?
-Bu axĢam. Nə istəyirsən, de. Hazırlayacam.
-Hmm. Yarpaq dolması. Əgər hazırladığın dolmaların
forması xoĢuma gələrsə dostunla tanıĢ olacam. Yox, əgər
xoĢuma gəlməsə.... – sözünü bitirmədən susdu.
-Gələr, narahat olma, atacan. Mən biĢirərəmdə sən
bəyənməzsən?
-Bunu axĢam görəcəyik.
Rona gələrək – deyin görüm kim qazandı?!
-Oyunu mən. Mərci qızın.
-Dedin? –Dənizə baxaraq dedi.
-Hə, dedi. Sənində xəbərin varmıĢ və məndən
gizləmisən.
-Deyəcəkdim. Sadəcə bunu qızından eĢitməyinin daha
uyğun olduğun düĢündüm.
-Hə, bu arada. AxĢama yeməklər Dənizlikdi. Kömək
eləməyəcəksən ona. EĢitdin? – Emin barmağı ilə Ronaya
iĢarə edib gülümsədi.
-Ac qaldıq. – Rona əlini üzünə tutaraq dedi.
-Biz ac qalsaq, o, da bilir baĢına gələcəklərni.
-BiĢirəcəm. Tamam. – Dəniz gülümsəyib ayağa qalxdı.
– mən yuxarı çıxıram.
Emin baĢı ilə təsdiq elədi.
Dəniz pilləkənləri tez qalxaraq cibindən telefonu
çıxartıb, atasına dediyin və atasının qarĢı çıxmadığın
RöĢənə dedi.
156
İyirmi üçüncü hissə
Çoxda qalın olmayan mavi rəngdə köynək, qara cins
Ģalvar hazır vəziyyətdə yatağının üzərində geyinilməsini
gözləyirdi. Bu axĢam hər çox gözəl olmalı idi. RövĢən
Dənizlə danıĢanda atası ilə görüĢə kostyum geyinmək
istədiyin desədə Dəniz atasının rəsmiyəti sevmədiyin, tam
tərsi sərbəstliyi sevən biri olduğun dedi. Atasının hətta,
ona, bura iĢ görüĢünə gəlməmisən, bu nə geyimdi deyə
ona sözdə deyəcəyin deyəndən sonra RövĢən bunları
geyinmək qərarına gəldi.
GörüĢləri axĢam saat yeddidə məĢhur bir restoranda
təyin olunmuĢdu. RövĢən Dənizgilin ailəsi restorana
çatandan sonra daxil olacaqdı. Çünki, həm onlar dəvət
eləmiĢdi, həm də tez getməsi düzgün sayılmazdı. Evdən
restorana yarım saatlıq məsafə vardı. RövĢən, qolunda ki,
Dənizin ad günündə ona hədiyyə elədiyi saata baxdı. Saat
altıya on beĢ dəqiqə qalmıĢdı. Telefonun çıxartaraq
Dənizə hardasız? - deyə mesaj yazdı. Ġki dəqiqə sonra
Dəniz hazırlaĢdıqlarını birazdan çıxacaqların dedi.
Hava bu gün gözəl idi. Havanın təmizliyi insana
fərahlıq verirdi. Əksər insanlar Ģəhərin havasının çirkli
olduğun deməsinə baxmayaraq Ģəhərin havası gözəl idi.
RövĢən saatına yenə baxır. Saat yeddiyə beĢ dəqiqə
iĢləmiĢdi. Telefonun cibindən çıxartaraq mesaj gəlib –
gəlmədiyin yoxladı. Cibinə qoyanda isə yadına anası
düĢdü. Ġki gündən çox idi ki, danıĢmamıĢdı. Axırıncı dəfə
danıĢanda da Nərgizin xəstələndiyin demiĢdi. Hətta bir
dəfə həkimdə çağırıblarmıĢ. Anasının nömrəsin yığaraq,
dəstəyi götürməsin gözlədi. Və səs gəlir – alo, oğlum.
-Salam, ana. Necəsən? – RövĢən anasının həvəslə,
oğlum, dediyin eĢidib cavab verdi.
-Zəng elədin daha yaxĢı oldum.
-Nərgiz necədi? YaxĢı olub? – RövĢən dedi.
Dostları ilə paylaş: |