Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


tələblərinə uyğun olmalıdır. 2.2. Dəmir yollarında qabaritlər



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə13/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   105
Demir yollari kitab tam — 1

 
tələblərinə uyğun olmalıdır.
2.2. Dəmir yollarında qabaritlər 
 
Qatarların hərəkət təhlükəsizliyi üçün, lokomotivlər, vaqonlar və açıq 
hərəkət tərkiblərində daĢınan yüklər yolun kənarında yerləĢən tikili və 
qurğulara toxunmadan, onlara dəymədən və qonĢu yoldan keçən hərəkət 
tərkibinə mane olmadan dəmir yolunda sərbəst hərəkət etmək inkanına 
malik olmalıdırlar. Dəmir yolunda bütün bu təlabatlar qabaritlə (əndazə) 
təmin olunur. Dəmir yol nəqliyyatında qabaritlər qatarların və manevr 
hərəkət tərkiblərinin təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunma-
sına xidmət edir. “Qabarit” fransız sözü olub, azərbaycan dilinə 
tərcüməsi qabarit, əndazə, xarici görünüĢ və görkəm deməkdir. Qabarit 
- cisimlərin, tikililərin, hərəkət vasitələrinin və qurğuların xarici həndəsi 
hədd ölçülərinin planda sxematik təsviridir. Dəmiryol nəqliyyatında 
üç 
növ qabaritdən
istifadə olunur: hərəkət vasitələrinin (vaqon, lokomotiv) 
qabariti -T, yükləmə qabariti-Cnn və tikililərin yola yaxınlaĢma qabariti –
“C” və “Cn”. C qabariti - ümumi magistral dəmir yolları xəttində və 
stansiyalardan xarici keçid yollarına qədər olan yerlərdə istismar olunan 
hərəkət vasitələri üçün tətbiq olunur. Cn qabariti - sənaye və nəqliyyat 
muəssisələri arasında olan yollarda və sənaye dəmiryol stansiyalarında 
tətbiq olunur [4,5]. 
Tikililərin yola yaxınlaĢma qabariti - yolun oxuna perpendikulyar 
eninə istiqamətdə yönəlmiĢ elə qapalı sahəyə deyilir ki, onun daxilinə 
hərəkət vasitələrindən baĢqa, qurğu və tikililərin heç bir hissəsəsi daxil 
olmasın (ġəkil 2.1). Tikililərin yola yaxınlaĢma qabariti yeni yolların 
tikintisində, ikinci xətlərin çəkiliĢində, dəmir yolunun elektrikləĢməsində 
və ümümi magistral və dalan yollarının rekonstruksiyasında istifadə 
olunur. Stansiyalarda tikililərin yola yaxınlaĢma qabaritinin maksimal 
hündürlüyü 6900/6750, maksimal eni isə 4900 mm müəyyən olunub. 
Mənzillərdə isə maksimal hündürlük 6400/6250 mm, (hündürlük 


ölçülərində sürətdə olan rəqəm kontakt Ģəbəkəsi aparıcı trosla olan 
hallarda) maksimal en isə 4900 mm-ə bərabərdir. Qabarit ölçülər 
hündürlük üzrə rels baĢlığından, en üzrə olan ölçülər isə yolun oxundan 
hesablanır. Kəsrlə ğöstərilən olan hallarda, məxrəcdə olan rəqəm isə 
kontakt Ģəbəkəsi aparıcı trosla olmayan hallarda qəbul olunur. 
Şəkil 2.1. Dəmir yolunda tikililərin-C yola yaxınlaşma qabariti. 
RBS - rels başlığından olan məsafə; I-II-III süni tikililərinin sər-
hədlərində yerləşən, elektrikləşdirilmış dəmir yolu xətlərində yeni tikilən 
tikili və qurğuların yaxınlaşma xətləri (mənzillərdə və hərəkət vasitəsinin 
dayanması mümkün olmayan stansiya yollarında); 1а-Iiа- IIIа -IVа - 
elektrikləşdirilmış dəmir yolu xətlərində yeni tikilən tikili və qurğuların 
yaxınlaşma xətləri (stansiyanın qalan yollarında); - х elektrikləşdirmə 
olmayan hallarda tikili və qurğuıarın yola yaxınlaşma xətti; 
Qabaritdəki I-II-III xətləri süni tikililərinin sərhədlərində yerləĢən, 
elektrikləĢdirilmıĢ dəmir yolu xətlərində yeni tikilən tikili və qurğuların 
mənzillərdə və hərəkət vasitəsinin dayanması mümkün olmayan stansiya 
yollarında yola yaxınlaĢma xətlərini göstərir. 1а-IIа-IIIа-IVа-
elektrikləĢdirilmıĢ dəmir yolu xətlərində yeni tikilən tikili və qurğuların 
stansiyanın qalan yollarında yola yaxınlaĢma xətlərini göstərir. x-xətti isə 


teplovoz dartısı ilə iĢləyən dəmir yolu sahələrində (elektrikləĢdirmə ol-
mayan hallarda) tikili və qurğuıarın yola yaxınlaĢma xəttini göstərir. 
Tikililərin yaxınlaĢma qabaritinin-C eni bütün hallarda 4900 mm-ə 
bərabərdir. Qabaritdə mənzillər üçün yolun oxundan 1745 mm olan 
məsafədə müəyyən olunmuĢ və rels baĢlığından 1070 mm olan çəp 
hündürlük, korpülərin, estekadaların və digər süni tikililərin sürahiləri 
üçün nəzərdə tutulur. Yolun oxundan tikililərin yaxınlaĢma xəttinə (yeni 
tikilən binalar, hasarlar, kontakt Ģəbəkəsi və rabitə xətti dayaqları) qədər 
olan məsafə bütün hallarda 3100 mm təĢkil edir. 
Dəmir yolunda C-tikililərin yaxınlaĢma qabaritindən müəyyən 
ölçüləri ilə fərqlənən (Cn qabaritində hündürlük 5500 mm-ə bərabərdir) 
Cn qabaritindən də istifadə olunur. Bu qabarit əsasən deponun tikili və 
qurğularına, emalatxanalara, anbarlara, limanlara, sənaye müəssisələrinə 
və bu müəssisələrin əraziləri arasındakı dəmir yollarına olan təlabatlarını 
ödəyir və hərəkət sürəti az olan digər hallarda tətbiq olunur. 
Hərəkət tərkibi qabariti yolun oxuna perpendikulyar eninə istiqamətdə 
yönəlmiĢ elə qapalı sahəyə deyilir ki, onun daxilində düz üfüqi yol 
üzərində hərəkət vasitəsi istər yüklü, istərsə də yüksüz halda kənara 
çıxmamaq Ģərti ilə tam yerləĢsin. Lokomotivlər, yol maĢınları, yük, 
sərniĢin və refrejerator vaqonları ölçülərinə görə DÜĠST 9238-83 üzrə 
hərəkət vasitələrinin qabaritinə uyğun gəlməlidir. Hərəkət sürəti 160 
km/saata qədər olan 1520 və 1435 mm koleyalı hərəkət vasitələri üçün
1-T və T (1520 mm koleyalı yollar üçün), 1-BM, 0-BM, 02-BM və 03-
BM (1435 və 1520 mm koleyalı yollar üçün) qabaritlərindən istifadə 
olunur. Qabaritlərin əsas ölçüləri cədvəl 2.1-də verilir. ġəkil 2.2-də 
tikililərin yaxınlaĢma qabariti-C ilə hərəkət vasitələrinin qabariti-T 
birlikdə verilmiĢdir.
Şəkil 2.2. Hərəkət vasitəsilə 
tikililərin yaxınlaşma 
qabaritinin yerləşmə sxemi. 
 
T-Hərəkət vasitələrinin 
qabariti. 
C- Tikililərin yaxınlaşma 
qabariti. 
RBH-Rels başlığından olan 
hündürlük. 


Dəmir yolunda qarıĢıq xətli yollar arasındakı məsafə, qatarların hərəkət 
təhlükəsizliyini və yollar arasında olan insanların Ģəxsi təhlükəsizliyinin 
təmin olunmasında əsas amildir (ġəkil 2.3). 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə