Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə15/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   105
Demir yollari kitab tam — 1

 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


ları “1520 mm koleyalı yollarda qabaritsız və ağır kütləli yüklərin da-
Ģınması üzrə” Təlimatla yerinə yetirilir. 
 
2.3. Dəmiryol nəqliyyatında idarəetmə strukturu 
 
Dəmir yol nəqliyyatının iĢinin spesifikasına qatarların hərəkəti 
ardıcıllığının istənilən vəziyyətlərdə təmin edilməsi, dəmir yol 
müəssisələri arasındakı qarĢılıqlı əlaqələrin məqsədyönlü formada təĢkili 
daxildir. 
Dəmir 
yolunun spesifik iĢi idarəetmənin əsas 
xüsusiyyətlərindən, dəmir yolu konveyri bəndlərinin birgə qarĢılıqlı 
əlaqəsindən, istənilən Ģəraitdə qatarların hərəkətinin müntəzəmliyinin 
təmin olunmasından və ölkənin bütün ərazisi boyu yerləĢməsindən 
asılıdır. Bu struktura dəmir yolu nəqliyyatının idarə olunmasının əsas 
prinsipləri ilə səciyyələnir: vahid mərkəzi hakimiyyətin olması; vahid 
rəhbərliyin təmin edilməsı; ərazi-idarəetmə prinsipinə görə idarəetmənin 
təĢkili. Bu strukturun əsasını vahid rəhbərliyin təmin edilməsi, sahələr 
üzrə lokal rəhbərliyin yaradılması təĢkil edir [22]. 
Azərbaycanda dəmir yolunun idarə olunması Azərbaycan Demokratik 
Respublikası dövründə Yollar Nazirliyi tərkibində “Dəmir yolu idarəsi” 
formasında təĢəkkül tapmıĢdir. Hələ 1919-cu il may ayının 8-də Türkiyə 
Cümhüriyyəti ilə Azərbaycan Respublikası arasında “Dəmir yollarına 
dair iki tərəfli qarĢılıqlı texniki iqtisadi yardım haqqında” beĢ illik saziĢ 
imzalanmıĢdır. Sovet hakimiyyətinin ilk illərindən baĢlayaraq (1921 il) 
Azərbaycanda dəmir yolunun idarə olunması SSRĠ Yollar Nazirliyinin 
“Zaqafqaziya Dəmir Yolları” idarəsinin tabeçiliyinə verilir. Müharibə 
qurtardıqdan sonra 1945-ci il iyulun 6-da SSRĠ dövlət Müdafiə 
Komitəsinin qərarı ilə müstəqil Azərbaycan dəmir yolu yaradıldı. SSRĠ 
Yollar Nazirliyinin 1945 il 28 iyun əmri ilə Azərbaycan dəmir yolu 1 
oktyabr 1945-ci ildən təĢkil edildi. 1953-cu ilin may ayında Azərbaycan 
və Zaqafqaziya dəmir yolları vahid Zaqafqaziya dəmir yolu adı ilə 
birləĢdirildi və onun mərkəzi idarəsi Tiblisdə oldu. Dəmir yolunun 
Azərbaycan sahə si 1955-ci ilin oktyabrınadək həmin strukturda iĢlədi və 
yenidən 


sərbəst dəmir yolu kimi ayrıldı. 1962-cu ildə Azərbaycan və Zaqafqaziya 
dəmir yollarının tərkibində yenidən struktur dəyiĢikliyi oldu. Bu iki yol 
idarələri yenidən birləĢdirilərək, mərkəzi idarəsi Tbilisidə olmaqla, 
Zaqafqaziya dəmir yolu adlandırıldı. 
Dəmir yolunun Azərbaycan sahəsi 1967-ci ilədək həmin strukturda iĢlədi 
və Azərbaycan dəmir yoluna yenidən sərbəstlik verildi. O vaxtdan bu 
günlərə kimi Azərbaycan dəmir yolu polad magistralda daĢıma iĢlərini 
uğurla yerinə yetirərək, dəmir yolu maddi-texniki bazasını geniĢləndirdi 
və onun infrastrukturunu qoruyub saxladı. Azərbaycan Dəmir Yolu 1993-
cü ildən MDB və Baltik Yanı ölkələrin Dəmir Yolları ġurasınin üzvü 
olmaqla bərabər 1996-cı ilin aprel ayından Azərbaycan Dövlət Dəmir 
Yolu idarəsinə çevrildi.
Bu gün ölkəmizin dəmir yolu Ģəbəkəsində texniki siyasəti Azərbaycan 
Respublikasinin Nəqliyyat Nazirliyi ilə birlikdə yerinə yetirən və onun 
iĢinə vahid rəhbərlik “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar 
Cəmiyyəti tərəfindən həyata keçirilir. “Azərbaycan Dəmir Yolları” 
Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2009-
cu il 20 iyul tarixli 383 saylı Sərəncamına əsasən Azərbaycan Dövlət 
Dəmir Yolunun yenidən təĢkili yolu ilə yaradılmıĢdır. Cəmiyyətin əsas 
məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi Ģəxs-
lərin dəmir yolu ilə daĢımalara və dəmir yolu sahəsində digər xidmətlərə 
olan təlabatın təmin edilməsindən, dəmir yollarının, habelə ümumi 
istifadə də olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkiĢaf 
etdirilməsindən və təkmilləĢdirilməsindən, dəmir yollarında hərəkətin 
idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyatı vasitələri 
parkının, maddi-texniki bazasının müasirləĢdirilməsindən və səmərəli 
istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından 
ibarətdir. Azərbaycan DY QSC departamentlər, Məhdud Məsuliyyətli 
Cəmiyyətlər, Məlumat-Hesablama Mərkəzi, həkim sanitar xidməti 
Ģöbələrdən ibarət olub, aĢağıdakı müvafiq sahələr və Ģöbələr üzrə dəmir 
yolunun fəaliyyətinə operativ və texniki rəhbərliyi yerinə yetirir; sərniĢin 
daĢımaları, yük daĢımaları, rabitə və iĢarəvermə, yol təsərrüfatı, elektrik 
təchizatı, iqtisadiyyat və statistika, maliyyə, beynəlxalq əlaqələr, 


marketinq və taarif siyasəti, kommersiya iĢləri, daĢıma prosesini idarə 
olunması, maddi-texniki təminat və s. 
ġəkil 2.5-də Azərbaycan DY QSC-nin struktur sxemi göstərilib. 
Azərbaycan DY QSC-nin icra orqanı Ġdarə Heyyətidir. Ġdarə Heyyətini 
iĢinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən 
Cəmiyyətin sədri rəhbərlik edir. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə