Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Elektrik təchizatı qurğularının istismarı



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə21/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   105
Demir yollari kitab tam — 1

 
3.4. Elektrik təchizatı qurğularının istismarı 
Elektrik təchizatı sahəsinə dartı yarımstansiyaları, kontakt Ģəbə-
kələri, təmir emalatxanaları, təmir-təftiĢ sexləri, anbar təsərrüfatı və s. 
aiddir. Bu sahə 150-200 km sabit cərəyanlı və ya 200-300 km dəyiĢən 
cərəyanlı sahəyə xidmət edərək elektrik təchizatı distansiyası adlanır. 
Dartı yarımstansiyaları telemexaniki və əl ilə idarə olunurlar. Ġkinci 
idarə üsulunda yarımstansiyalarda çoxlu sayda iĢçi heyyətləri iĢtirak 
edirlər və əmək məhsuldarlığı aĢağı olur. Telemexaniki sistemdə isə 
idarəetmə inteqral sxemlər, mikroprosessorlar və digər elementlər 
üzərində yığılmıĢ sistem vasitəsilə aparılır. Telemexaniki sistemin 
tətbiqi ilə enerji dispetçerinin postu tərəfindən distansiyon idarə 
olunan elektrik təchizatı obyektlərində əmək məhsuldarlığı yüksəlir 
və iĢçi heyyətinin ixtisarı baĢ verir.
Kontakt Ģəbəkəsi, elektrik təchizatının xətti naqilləri, MBĠ-nin 
yüksək gərginlikli xətləri, mənzillərdə 400 kV-dək olan yüksək 
gərginlikli xətlərin istismarına rayon kontakt Ģəbəkələri xidmət 
göstərir. ElektrikləĢdirilmiĢ dəmir yolunun enerji sahəsinin tərkibinə 
istismar uzunluğu 30-50 km olan rayonlar olur. Rayonun növbətçi 
məntəqələrində xidməti iĢçilər üçün otaqlar, təmir yerləri, avtomatris 
və avtoletuçkalar üçün qarajlar, anbarlar yerləĢir. Növbətçi 
məntəqələrinin yeri elə seçilir ki, təmirçilər qısa müddətdə özlərini 
qəza yerlərinə çatdıra bilsin. Operativ əlaqə yaratmaq məqsədi ilə 
növbətçi xidmət məntəqələri selektor-dispetçer və digər rabitə 
vasitələri ilə təmin olunurlar. 
Enerji-dispetçer qrupu kontakt Ģəbəkəsini elektrik enerjisi ilə 
fasiləsiz təmin etməlidir. Enerji-dispetçer növbətçisinin tabeliyinə 
dartı yarımstansiyaları, rayon kontakt Ģəbəkəsini və elektrik ötürmə 
xətlərinin iĢçiləri daxildir. Kontakt Ģəbəkəsinin iĢçiləri Ģəbəkənin 


vəziyyətini yoxlayır, onun cari saxlanmasını təmin edir, bərpa və 
təmir iĢlərini yerinə yetirir, lazımı açılma-vurulma əməliyyatları 
aparırlar. Kontakt Ģəbəkəsində bəzi xidmət və təmir iĢləri Ģəbəkəni 
cərəyan mənbəyindən ayırmadan və qatarların hərəkətinin fasilə 
vaxtlarında da aparıla bilər. Bu zaman təhlükəsizlik texnikası 
qaydalarına ciddi nəzarət olunmalıdır.
Dəmir yolunun elektrik təchisatı sistemində aparılan iĢlər zamanı 
Texniki Ġstismar Qaydalarına ciddi riayyət olumalıdır. TĠQ-ə [1] görə
elektruik hərəkət tərkibinin cərəyan qəbuledicisində. gərginliyin
həddi sabit cərəyanda 2,7 k V-dan az və 4,0 kV-dan çox 
olmamalıdır. ĠMB qurgularında dəyiĢən cərəyanın nominal gərginliyi 
115, 230 və ya 380 V olmalıdır. Stansiya və mənzillərdə kontakt 
naqilinin asma hündürlüyü relsin baĢlığı səviyyəsindən stansiya və 
mənzillərdə 5750 mm-dən, kecidlərdə isə 6000 mm-dən aĢağı 
olmamalıdır. Kontakt naqili asmasının hündürlüyü 6800 mm-dən 
çox olmamalıdır. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik ötürücü 
hava xətlərinin ən böyük sallanma vəziyyətində aĢağı nöqtəsindən 
yerin səthinə qədər olan masafə aĢağıda gösrərilənlərdən az 
olmamalıdır: mənzillərdə 6,0 m, avtomobil yolları ilə kəsiĢmələrdə, 
stansiya və yaĢayıĢ məntəqələrində 7,0 m. Gərginliyi 1000 V-dan 
yuxarı olan hava elektrik ötürücü xətləri dəmir yollarının üzərindən 
keçdikdə, həmin xətlərin ən aĢağı nöqtəsindən elektrikləĢdirilməmiĢ 
yolların relslərin baĢlığına qədər olan məsafə 7,5 m-dən az olma-
malıdır. Gərginliyi 1000 V-dan yuxarı olan hava elektrik ötürücü 
xətləri elektrikləĢdirilmiĢ dəmir yollarının üzərindən keçdikdə, 
həmin xətlərin ən aĢağı nöqtəsindən elektrikləĢdirilmiĢ yolların rels-
lərin baĢlığına qədər olan məsafə dəmir yolunun texniki Ģərtlərinə 
uğun müəyyən olunur [4,40].

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə