Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə20/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   105
Demir yollari kitab tam — 1

3.3. Dartı Ģəbəkəsi 
Dartı Ģəbəkəsi kontakt (qidalandırcı) və rels (sorma) Ģəbə-kələrindən 
ibarətdir. Rels Ģəbəkəsi çalaqlı elektrik birləĢmələrinə malik olan relsləri 


təĢkil edir. Kontakt Ģəbəkəsi- naqillərin, kon-struksiyaların, və 
avadanlıqların toplusundan ibarət olub, dartı yarımstansiyasından elektrik 
enerjisinin qəbul edərək elektrik hərəkət vasitəsinin cərəyan 
qəbuledicisinə ötürməkdir.
Qatarların hərəkətinin sürətindən, iqlim və atmosfer Ģəraitindən asılı 
olmayaraq kontakt Ģəbəkəsi konstruksiyasının əsas təlabatı cərəyan 
qəbuledicisinin kontakt naqililə (məftilin) etibarlı daimi əlaqəsinin 
təminatıdir. Kontakt Ģəbəkəsində əlavə əvəzedici element yoxdur, ona 
görə də onun dağılması qatarların hərəkət qrafiknin pozulması hallarına 
gətirib çıxarır. 
ElektrikləĢdirilmiĢ yolların təyinatına uyğun olaraq sadə və zəncirli 
hava kontakt Ģəbəkələrindən istifadə edilir. Kiçik hərəkət sürətli ikinci 
dərəcəli stansiya və depo yollarınında sadə kontakt asqı sxemindən 
istifadə olunur. Bu halda dayaqlarda bərkidilən sərbəst asılı naqillərdən 
istifadə olunur.
 
Şəkil 3.2. Kontakt şəbəkəsinin zəncirli asması. 1- dayaq,
2-dartı, 3-konsol, 4, 9-izolyatorlar, 5-aparıcı tros,
6- kontakt naqili, 7- struna, 8-fiksator, 
Yüksək hərəkət sürətli dəmir yolu sahələrində kontakt naqilinin 
(məftilinin) sallanması minimal olmalıdır. Bunun üçün belə sahələrdə 
zəncirli asmadan istifadə olunur. Zəncirli asmanın konstruksiyası elə 
təmin olunmalıdır kı, (ġəkil 3.2), dayaqların arasında kontakt məftili 
sadə asmada olduğu kimi sərbəst asılmasın və bu halda bir-birinə yaxın 


Şəkil 3.3.МF-kontakt 
naqilinin profili
yerləĢdirilmıĢ məftil simlərinin köməyi ilə aparan buraza bərkidilsin. 
Bunun sayəsində rels baĢlığından kontakt naqilinə qədər olan məsafə
praktik olaraq həmiĢə sabit qalır. Sadə asma sxemindən fərqli olaraq 
zəncir asmasında daha az dayaq tələb olunur və dayaqlar arası məsafə 
70.. .75 m təĢkil edir. TĠQ-nın tələblərinə görə stansiya və mənzillərdə
kənar yolun oxundan kontakt Ģəbəkəsi dayaqlarının daxili hissəsinə qədər 
olan məsafə 3100 mm olur. TĠQ-nın tələblərinə uyğun olaraq mənzillərdə 
və stansiyalarda relsin baĢlığından kontakt naqilinə qədər olan məsafə 
5750 mm-dən və yol keçidlərində isə bu məsafə 6000 mm-dən az 
olmamalıdır. Kontakt naqili asmasının hündürlüyü 6800 mm-dən çox 
olmamalıdır.
Kontakt naqili horizontal müstəvidə yolun oxuna nəzərən hər bir 
dayaqda ±300 mm olmaqla meyllənmə ilə ziqzaqvari quraĢdırılır. Bunun 
sayəsində kontakt naqilinin küləyə davamlılığı təmin olunur və cərəyan 
qəbuledicisinin kontakt lövhələri bərabər yeyilməyə məruz qalır. 


Kontalkt naqili möhkəm dartılmıĢ elektrotexniki mis materialdan 
hazırlanır. Mis naqilinin en kəsiyi 65, 75, 100, 120, 150 və 194 mm
2
olur. MDB ölkələrinin dəmir yollarında MF-75, MF-100, MF-120 və 
MF-150 modelli mis naqillərindən istifadə olunur (ġəkil 3.3). Xarici 
ölkələrin dəmir yollarında en kəsiyinin sahəsi 65-194 mm
2
olan 
kontakt naqillərindən istifadə olunur. Dəmir yollarının bəzi 
sahələrində bimetallik (mis+polad və aliminium+polad) kontakt 
naqillərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Kontakt naqillərinin 
xidmət müddətinin artırmaq və yeyilməsini azaltmaq üçün cərəyan 
qəbuledicisinin lövhələrinin səthi qrafitlə yağlanır. 
Yeni tikilən magistral dəmir yollarında metallik (hündür-lüyü 15 
m və daha çox) və dəmir-beton (15,6 m-a qədər) kontakt Ģəbəkəsi 
dayaqlarından istifadə olunur (ġəkil 3.4). Düz xətli dəmir yolu 
sahələrində kənar yolun oxundan dayaqların daxili kənarına qədər 
olan məsafə ən azı 3100 mm təĢkil etməlidir. Kontakt Ģəbəkəsiylə 
təchiz edilmiĢ mövcud xətlərdə və elektrikləĢdirilən xüsusi xətlərdə 
bu məsafənin stansiyalarda 2450 mm-ə qədər, mənzillərdə isə 2750-ə 
qədər azaldılmasına icazə verilir.
Stansiya yollarının kontakt naqiliylə təchizatı sxemi onların 
təyinatından və stansiyanın tipindən asılı olaraq seçilir. Yol 
dəyiĢənlər üzərindəki kontakt Ģəbəkəsi, iki kontakt asmasının 
kəsiĢməsiylə yaradılan hava yoldəyiĢənlərə malik olmalıdır. 
Hərəkət tərkibin etibarlı elektrik təchizatı sistemı və kontakt
Ģəbəkəsinə xidmət edən iĢçilərin təhlükəsizliyi, kontakt Ģəbəkəsində 
hava aralıqlarından, neytral taxmalardan (izoleedici birləĢmələrin), 
eləcədə seksiyalı və bölmə izolyatorlardan istifadə etməklə 
seksiyalaĢdırılması yolu ilə (ayrı ayrı sahələrə bolünməsi) təmin 
olunur.
Neytral taxmalar bir-biri ilə ardıcıl birləĢən hava aralıqlarından 
ibarət olub, elektrik hərəkət vasitəsinin hərəkəti prosesində cərəyan 
qəbuledicisiylə kontakt Ģəbəkəsinin yanaĢı seksiyalarında elektrik 
birləĢməsinin qısa qapanmasını aradan qaldırır. Neytral taxmalar 
müxtəlif fazalardan qidalanan üç fazalı dəyiĢən cərəyan sahələrində 
tətbiq olunur.


Mənzillər və aralıq stansiyaları, iri stansiyalarda isə elektrik-
ləĢdirilmıĢ yol qrupları ayrı-ayrı seksiyalara bölünürlər. Seksiyaların 
birləĢmə və ya ayrılması kontakt Ģəbəkəsinin dayaqlarında 
yerləĢdirilən bölmə ayırıcıları vasitəsilə həyata keçirilir. 
Kontakt Ģəbəkəsini, qonĢu dartı yarımstansiyaları arasındakı qısa 
qapanmadan mühafizə etmək məqsədilə avtomatik ayırıcılarla təchiz 
edilmiĢ seksiyalara ayırma postları yaradılır. 
Şəkil 3.4. Kontakt şəbəkəsinin dayaqları. a) dəmir-beton konsol 
dayaq, b) elastiki eninə tirli metallik dayaq. c) sərt eninə tirli dəmir-
beton dayaq. 1- lejen, 2-diofraqma, 3-şəp-eninə çərçivə, 4-dayaq, 5-
rigel,6- fiksasiyaedici tros.
 
 
 


Bundan baĢqa, xidmət edən heyyətin və baĢqa Ģəxslərin təhlü-
kəsizliyin təmin olunması məqsədilə və eləcədə avtomatika və tele-
mexanika sistemlərinin qısa qapanma cərəyanlarından mühafizəsi 
üçün kontakt Ģəbəkəsinin elementlərilə qarĢılıqlı əlaqədə olan və 
onlarlardan 5 m radiusda yerləĢən bütün metallik konstruksiyalar 
torpaqlanmalı (yerlə birləĢdirilməli) və ya söndürücü qurğularla 
təchiz edilməlidir. Yeraltı metal tikililəri dolaĢan cərəyanlardan 
qorumaq onları torpaqdan izolyasiya edirlər. 
Xətti dəmir yolu istehlakçılarının elektrik enerjisiylə təchiz etmək 
üçün kontakt Ģəbəkəsinin dayaqlarında 10 kV gərginliklə üçfazalı 
elektrik ötürücüsü xətti yerləĢdirilir.
ElektrikləĢdirilmiĢ dəmir yollarında relslərdən eyni zamanda dartı 
cərəyanı keçir. Elektrik enerjisinin itkilərini azaltmaq, avtomatika və 
telemexanika qurğularının normal iĢ Ģəraitini təmin etmək məqsədilə 
belə xətlərdə yolun üst quruluĢuna aĢağıdakı təlabatlar qoyulur: rels 
baĢlıqlarının xarici tərəfində mis calaq birləĢdiriciləri qaynaq edilir 
(ġəkil.3.5).
Şəkil 3.5. Calaq birləşdiricisi. 
Nəticədə rels calaqlarının elektrik müqaviməti azalır; dəmir-beton 
Ģpallar relslərdən rezin altlıqların köməyi ilə izolyasiya olunur və 
ağac Ģpallara isə kreozit yağı hopdurulur: yolun üst quruluĢunda 
yaxĢı dielektrik xüsusiyyətlərə malik olan çınqıl ballastından istifadə 
edilməli və relsin altlığı ilə ballast arasında ən azı 3 sm araboĢluğu 


olmalıdır; avtobloklama və elektrik mərkəzləĢdirilməsiylə təchiz 
edilmiĢ xətlərdə izoledici calaqlar tətbiq olunur. Belə sahələrdə dartı 
cərəyanını buraxmaq üçün, drossel-transformatorlar və ya tezlik 
süzgəclərindən istifadə olunmalıdır. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə