Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Kontakt Ģəbəkəsindəki gərginlik və cərəyan sistemləri



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə19/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   105
Demir yollari kitab tam — 1

3.2. Kontakt Ģəbəkəsindəki gərginlik və cərəyan sistemləri 
MDB ölkələrinin dəmir yollarında elektrik təchizatının iki sistemindən 
istifadə edilir: sabit cərəyanlı və birfazalı dəyiĢən cərəyanlı. Kontakt 
Ģəbəkəsinin iki fazasının (üçüncü faza rels adlanır) bir-birinə yaxın 
yerləĢdiyindən onlara izolyasiya etmək texniki cəhətdən mürəkkəbdir və 
buna görə də dəmir yolunda üçfazalı dəyiĢən cərəyanlı dartı sistemindən 
geniĢ istifadə olunmur. 
Elektrik hərəkət tərkibləri sabit cərəyanla iĢləyən dartı mühərriklərilə 
təmin edilirlər, çünki dəyiĢən cərəyan mühərriklərinin təklif edilən 


modelləri güc və etibarlılıq üzrə təqdim edilən tələblərə cavab vermir. 
Buna görə dəmiryol xətləri birfazalı dəyiĢən cərəyanlı sistemlə təchiz 
edilır və lokomotivlərdə dəyiĢən cərəyanı sabit cətrəyana cevrən xüsusi 
avadanlıqlardan istifadə olunur. Elektrik hərəkətli tərkiblərinin qəbul 
etdiyi cərəyanın nominal qiymətləri Texniki Ġstismar Qaydalarınana görə 
tən-zimlənir: 3 kV-sabit cərəyanlı və 25 kV-dəyiĢən cərəyanlı. Qatarların 
hərəkət stabilliyinin təmin olunması üçün gərginliyin buraxilabilən 
qiymətləri sabit cərəyanlıda - 2,7.. .4 kV, dəyiĢən cərəyanlıda isə - 21.. 
.29 kV olmalıdır. Dəmir yollarının ayrı sahələrində gərginliyin 
buraxılabilən ən aĢağı qiyməti sabit cərəyanlı elektrik təchizatı 
sistemində 2,4 kV, dəyiĢən cərəyanlı sistemdə isə 19 kV olmalıdır 
ElektrikləĢdirilmiĢ dəmir yollarının elektrik təchizatının sistemini 
xarakterizə edən əsas parametrlərə dartı yarımstan-siyalarının gücü, 
onların arasında məsafə və kontakt asqısının (naqilinin) en kəsik sahəsi 
daxildir. 
Sabit cərəyanlı elektrikləĢdirilmiĢ dəmir yollarında dartı yarım-
stansiyaları iki funksiyanı yerinə yetirir: gətirilən üçfazalı cərəyan 
gərginliyini aĢağı salır və onu sabit cərəyana çevirir. DəyiĢən cərəyanı 
ötürən bütün avadanlıqlar açıq meydançalarda, amma düzləndiricilər və 
köməkçi aqreqatlar isə bağlı yerlərdə yerləĢdirilir. Dartı 
yarımstansiyalarından elektrik enerjisi qidalandıran xətt-fider üzrə 
kontakt Ģəbəkəsinə daxil olur. 
Sabit cərəyanlı elektrik təchizatı sisteminin əsas çatıĢma-mazlıqlarına 
onun polyarlaĢması, nisbətən aĢağı gərginlik və yolun üst quruluĢunun alt 
quruluĢdan tam elektroizolyasiyasının təmin etmək imkanının 
yoxluğunun olması və s. daxildir. Müxtəlif qütblü cərəyan naqilləri 
(keçiriciləri) kimi xidmət edən relslər və torpaq yatağı elektrokimyəvi 
reaksiyanın getməsinin bir sistemini təĢkil edir ki, bu da metalların 
korroziyasına gətirib çıxarır. Nəticədə relslərin və süni tikintilərin xidmət 
müddəti azalır. Bunun qarĢısını almaq üçün müvafiq qoruyucu qurğular-
dan istifadə olunur (anod torpaqlayıcıları, katod stansiyaları və 
baĢqaları). 


Sabit cərəyanlı elektrik təchizatı sistemində olan çatıĢma-mazlıqları 
aradan qaldfırmaq üçün dartı yarım stansiyalarının bir-birinə çox yaxın 
(10... 20 kilometr) yerləĢdirilir və kontakt naqilinin en kəsik sahəsini 
artırırlar.
DəyiĢən cərəyanlı sistemdə elektrik dartısından istifadə etmənin 
səmərəliliyi yüksəlir, kontakt Ģəbəkəsi üzrə sabit cərəyanlı sistemlə 
müqayisədə daha kiçik cərəyanın gücü tələb edilir. Dartı
yarımstansiyaları bu halda bir-birindən 40... 60 km məsafədə yerləĢir. Bu 
halda dartı yarımstansiyasının əsas vəzifəsi gərginliyi 220kV-dan 25 kV-
dək azaltmaqdır. Buna görə onların texniki təchizatı sabit cərəyan 
dartıyarımstansiyasına nisbətən daha sadə və ucuzdur. Bundan baĢqa, 
birfazalı dəyiĢən cərəyanın sistemində kontakt Ģəbəkəsinin naqillərinin 
en kəsik sahəsi iki dəfə kiçikdir. DəyiĢən cərəyan dartı 
yarımstansiyalarında avadanlığın yerləĢdirilməsi üçün açıq 
meydançalardan istifadə edirlər. Ancaq dəyiĢən cərəyanla iĢləyən 
lokomotivlərin və elektrik qatarlarının konstruksiyası daha mürəkkəb 
olub, maya dəyəri daha yuxarıdır. DəyiĢən cərəyanlı elektrik təchizatı 
sahəsində dəmiryol yollarının uzununa yerləĢdirilmiĢ metal konstruksi-
yalarında və kommunikasiyalarında dəyiĢən cərəyanın elektromaqnit 
sahəsinin təsiri nəticəsində insanlar üçün təhlükəli gərginlik meydana 
çıxır. Kontakt naqillərində, avtomatika və rabitə xətlərində maneələr 
yaranır. Buna görə də dəmir yolu tikililərində xüsusi mühafizə tədbirləri 
tətbiq edilir. Belə qoruyucu tədbirlərə çəkilən xərclər; relslə torpaq 
arasında elektrik izolyasiya etmənin tətbiqi, hava xətlərinin kabel və 
radirele xətləri ilə əvəzedilməsitməsi elektrikləĢdirilməyə sərf edilən 
ümumi xərclərin 20-25 %-i təĢkil edir. 
Sabit və dəyiĢən cərəyanla əlaqələndirilmiĢ kontakt Ģəbəkəsi xətlərinin 
birləĢməsi xüsusi dəmir yolu stansiyalarında həyata keçirirlər. Bəzi 
hallarda, belə stansiyaların yaradılması məqsədə uyğun olmadıqda ikiqat 
dartı ilə qidalanan elektrovozlardan istifadə etmək daha faydalıdır [9,25].

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə