Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Vaqonların resor asma elementləri



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə91/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   105
Demir yollari kitab tam — 1

7.10. Vaqonların resor asma elementləri 
Vaqonların resor asmaları hərəkətin yumĢaqlığını təmin etməklə, 
vaqonun yola və yolun vaqona olan dinamiki təsirini azaltmaq 
məqsədilə istifadə olunur. 
Resor asmaları elastiki elementlərdən, qaytarıcı qurğulardan və 
rəqs söndürücülərdən ibarətdir. Elastiki elementlər, verlikal 
müstəvidə yolda hərəkət edən vaqona olan zərbə və silkələnmələrini 
yumĢaldaraq amortizasiya edir. Elastiki elementlər həm də horizontal 
müstəvidə qaytarıcı qurğularla birlikdə vaqona olan zərbə və 
silkələnmələri də azaldır. 
Vaqona təsir edən yan qüvvələrin zərbələrini və silkələnmələrini 
azaltmaq üçün resor asmalarında qaytarıcı qurğular yerləĢdirilir. 
Qaytarıcı qurğular kimi sərniĢin vaqon arabacığında isə nənnilərdən 
(beĢik) istifadə edirlər. 
Elastiki elementlər təkər cütü ilə vaqon kuzovu arasında yerləĢə-
rək, təkər cütu tərəfdən baĢ verən dinamiki qüvvələrin təsirindən 
deformasiyaya uğrayır və kuzov ilə birlikdə dalğalanma hərəkəti 
yaradır. Bu dalğalanmaların periodu həyəcanlandırıcı qüvvələrin 
periodundan dəfələrlə çoxdur. Bunun təsirindən vaqon kuzovunda 
yaranan təcil və qüvvə azalır. 
Elastiki elementlərdən silindrik, konusvari və spiral yaylar, 
vərəqvari resorlar, rezin-metallik elementlər, pnevmatik, torsion, 
halqavari, nimçəvari və s. tipli resorlardan vaqonqayırmada geniĢ 
istifadə olunur. Bütün bu elementlər texnikada ümumi termin altında 
-“resor” adlanır. 
Bir çox hallarda resor asma sisteminə sürtünmə qüvvəsi (mü-
qavimət qüvvəsi) xeyli az təsir göstərir ki, o da, bəzən heç nəzərə 
alınmır. Bu ən çoxu vaqon hərəkət edərkən kuzovun qeyri-bərabər 
dalğalanmasından, resorlarda yaratdığı dalğalanmanın böyük 
amplitudundan, əsasən də, rezonans hadisəsindən baĢ verir. Onda 
belə hallarda dalğalanmanı söndürmək uçün resor asma sistemində 
xüsusi söndürücülərdən istifadə olunur. Deməli, rəqs söndürücülər 
vaqonun hərəkəti zamanı yaranan dalğalanmaları söndürmək üçün 
tətbiq olunur. 


Vaqon resor asmalarında ən çox silindrik yaylardan istifadə olu-
nur. Vərəq resorlara nisbətən yaylar kiçik kütlə və qabarıt ölçülərə 
malik olmaqla lazımi elastiki xassələr təmin etməyə imkan verır. 
Bundan baĢqa yaylar horizontal zərbə və silkələnmələri yumĢaldır. 
Onların istehsalı və təmir olunması daha sadə olub, az əmək 
tutumuna və maya dəyərinə malikdir. Vaqon yayları DÜĠST 14959-
79 üzrə hazırlanır. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə