Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Hərəkət vasitələrinin əsas yazıları və iĢarələri



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə87/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   105
Demir yollari kitab tam — 1

7.7. Hərəkət vasitələrinin əsas yazıları və iĢarələri 
 
Texniki Ġstismar Qaydalarına əsasən hərəkət vasitələri-vaqon və 
lokomotivləri bir-birindən xüsusi fərqləndirici iĢarə və yazılarla 
səciyyələnirlər. Yük vaqonları bütün dəmiryol Ģəbəkəsində hərəkət 
etmək qabiliyyətinə malikdir. Onlar ölkənin ümumi vaqon parkına 
aid olub, hər hansı bir depoda qeydiyyata alınmır. SərniĢin vaqonları 
isə müəyyən bir dəmir yolunda və ya depoda qeydiyyata alınaraq, 
ona orada texniki xidmət olunur. Lokomotivlər isə dəmir yolunun hər 
hansı bir deposunda qeydiyatda olub, müəyyən bir dəmir yolu 
sahəsinə xidmət edir. 
Son zamanlar elektron hesablama maĢınlarının və kompüter 
texnikasının sürətli inkiĢafı ilə əlaqədar olaraq, dəmiryol nəqliy-
yatında hərəkət vasitələrini səkkiz rəqəmli dövlət qeydiyyat nömrəsi 
ilə kodlaĢdırırlar. Yük vaqonunun nömrəsinə görə, onun texniki 
xarakteristikasını, hesabat uzunluğunu, tarasını və s. təyin etmək olur. 
Yük vaqonun əsas yazıları və iĢarələri onun yan divarında göstərilir. 
SərniĢin vaqonlarınm da nömrəsinə görə vaqonun növü, daxili 
quruluĢu (planı), qeyd olunduğu dəmir yolu sahəsi, depo və s. 
müəyyən olunur. Birinci rəqəm vaqonun tipini və digər dəmir yolu 
texnikasının növünü göstərir:
0 - sərnıĢin vaqonu; 
1- lokomotivlər, yol maĢını, kranlar və digər mexanizmlər; 
2 - örtülü yük vaqonu, 
3-xopper-dozator, 4-oxlu tpansporter və dumpkar vaqonları;
4 -platforma; 
5-baĢqa nazirliyin və təĢkilatların müəssisələrinin tabeçiliyində və 
qeydiyyatında olan yük vaqonları; 
6 - yarımvaqonlar; 
7 - dörd və səkkiz oxlu sistern vaqonları; 
8 - izotermik vaqonlar; 
9 - digər dörd-oxlu xüsusi yük vaqonları. 
Altı və çox oxlu transporter vaqonlar da digər növ vaqonlara aid 
olunur, yük vaqonlarının 175-dən çox növü var ki, onların da 70 
yaxını transporterlərə aiddir. 


Yük vaqonlarının ikinci rəqəmi vaqonun oxluğunu və əsas 
xarakteristikasını göstərir. 0-8 rəqəmi vaqonun 4-oxlu, 9-rəqəmi isə 
vaqonunu 8-oxlu olduğunu göstərir. Üçüncü rəqəm vaqonda əlavə 
xarakteristikalar haqqında məlumat olduğunu bildirir. IV, Y, YI və
YII rəqəmlər ardıcıl olaraq vaqonun inventar nömrəsini göstərir. 
Vaqonlarda səkkizinci rəqəm isə elektron hesablama maĢını üçün 
yoxlama kodunu göstərir. Bu rəqəmin köməyi ilə vaqonun 
nömrəsinin düzgün yazılması və daĢıma sənədlərində nömrənin 
düzgün yazılması yoxlanılır. Yük vaqonun nömrəsində yoxlama 
iĢarəsinin təyin olunma ardıcıllığı aĢağıdakı kimidir: vaqonun ilk
yeddi nömrəsi çəki sırasına vurulur. Bu zaman sağdan baĢlayaraq 
vaqon nömrəsinin tək rəqəmləri 2-yə, cüt rəqəmləri isə 1-ə vurularaq 
alınan 
həddlər 
toplanır. 
AlınmıĢ 
cəm 
onluqlara 
qədər 
yuvarlaqlaĢdırılır və alınan rəqəm isə vaqonun 8-ci yoxlama rəqəmi 
kimi qəbul olunur. Misal: tutaq ki, vaqonun ilk yeddi nomrəsi: 
6284772-dir. 8-ci yoxlama rəqəmini təyin edək.
6 2 8 4 7 7 2 
x 1 1 1 1 2 2 1 
6 2 8 4 14 14 2 
6+2+8+4+14+14+2=50. Deməli, yoxlanılan 8-ci rəqəm 5 olacaq. 
Beləliklə, vaqonunu yoxlama ədədlə birlikdə inventar nömrəsi və ya
dövlət qeydiyyat nömrəsi belə olar: “62847725”. 
SərniĢin vaqonlarınin da inventar nömrəsi səkkiz rəqəmli dövlət 
qeydiyyat nömrəsi (kod mühafizəsi) ilə iĢarə olunur. Birinci rəqəm 
"0" vaqonun növünü (sərniĢin) göstərir. 
II və III rəqəmlər vaqonun qeyd oluduğu dəmir yolunun kodunu 
("55" Azərbaycan dəmir yolu) göstərir. 
IY rəqəm sərniĢin vaqonunun tipini ("0"- yumĢaq, "1"-kupeli, 2 - 
sərt acıq, "3"-oturacaq kreslolu, "4"-poçt, "5"-baqaj, "6"-restoran, 
"7"-texniki xidmət, "8"-nazirliyin xüsusi vaqonu,"9"-ehtiyat vaqonu 
göstərir. Y, YI və YII rəqəmlər vaqonun ardıcıl sıra nömrəsini 
(inventar) göstərir. 
Səkkizinci rəqəm isə yük vaqonunda olduğu kimi EHM üçün 
yoxlama nömrəsidir. Vaqonlar qeydiyyat yerindən asılı olmayaraq 


eynı koleyalı yollar Ģəbəkəsində hərəkət etmək qabiliyyətinə 
malikdirlər. 
MDB dövlətlərinin bütün sərniĢin vaqonları eyni iĢarə və yazılara 
malikdir. Kuzanın yan kənar divarında ölkənin gerbi, dəmir yolu 
nazirliyinin xüsusi iĢarəsi, vaqonun nömrəsi, vaqonun tipi, yerlərin 
sayı, tara, kuzov qaldırıcısının yeri qeyd olunur. Kuzovun ön-arxa 
divarlarında vaqonun qeydiyyatda olduğu deponun kodu, vaqonun 
istehsalı, təmiri və texniki xidmətinin yerinə yetirildiyi zavod və 
deponun yeri və vaxtı, avtomatik tormozun sınanmasının yerinə 
yetirildiyi yer və vaxt göstərilir. 
Beynəlxalq əlaqəli sərniĢin vaqonlarında qatarın keçdiyi ölkələr, 
vaqon bazası, avtotormozun tipi, 1435 mm koleyalı yoların qabaritinə 
uyğunluğu-"MC" iĢarələri, arabacığın uzununa tirində vaqonun və 
arabacığın nömrəsi və arabacığın qeyd olunduğu dəmir yolunun sıra 
nömrələri göstərilir. Yük vaqonlarının kənar yan divarlarında sərniĢin 
vaqonlarının iĢarə və yazılarından əlavə olaraq vaqonun 
yükgötürməsi, tarası və kuzovunun həcmi də göstərilir. Təhlükəli 
yükləri daĢıyan sistern vaqonlarının qazanında zolaqlı rənglər çəkilir 
və "Təhlükəli" sözü yazılır. 
Lokomotivlər də 8 rəqəmli dövlət qeydiyyat nömrəsi ilə iĢarə 
olunaraq kodlaĢdırılır. Lokomotivlərin, elektrik qatarlarının, dizel 
qatarlarının, motovozların, avtomatrislər və digər rels hərəkətli xüsusi 
maĢın və mexanizmlərin kodu həmiĢə 1 rəqəmi ilə baĢlayır. Kodun 2-
ci rəqəmi lokomotiv və ya maĢının kod iĢarəsini bildirir: 0-paravoz, 
1-bir seksiyalı elektrovoz, 2-iki seksiyalı elektrovoz, 3-elektrik qatarı, 
4-metropoliten vaqonu, 5- bir seksiyalı teplovoz, 6-iki seksiyalı
teplovoz, 7-dizel qatarı və avtomatrislər, 8- xüsusu dartı hərəkət 
(motovoz və s.) tərkibləri, 9-yol maĢınları. Kodun 3 və 4-cü rəqəminə 
görə lokomotivin texniki xarakteristikası; seriyası, ötürmənin tipi, 
hərəkət növü və s. müəyyən olunur. Kodun 5-7-ci rəqəmləri isə 
lokomotivin inventar nömrəsini bildirir. Səkkizinci rəqəm isə
vaqonda olduğu kimi EHM üçün yoxlama nömrəsi hesab olunur. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə