Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Ġzotermik hərəkət vasitələrinin təyinatı və təsnifatı



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə84/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   105
Demir yollari kitab tam — 1

7.5. Ġzotermik hərəkət vasitələrinin təyinatı və təsnifatı 
Dəmiryol nəqliyyatında tez xarab olan yükləri (ət, balıq, yağ, 
meyvə-tərəvəz, süd, kolbasa və s. məhsulları) daĢımaq üçün izo-


termik hərəkət vasitələrindən istifadə edirlər. Belə izotermik hərəkət 
vasitələrinin (ĠHV) xarakterik xüsusiyyəti ondan ibarətdir ki, vaqon 
kuzovunun konstruksiyasında daxili və xarici səthlər arasında istilik 
mübadiləsini təmin etmək məqsədilə istilik izolyasiya qatından 
istifadə olunur və vaqonda əlavə olaraq soyuducu qurğu olur. 
ĠHV daĢınan yüklərin növünə, soyutma sisteminə, soyutma 
avadanlıqlarının konstruksiyasına, kuzovunun konstruksiyasına, 
tərkibdə olan vaqonların sayına və s. göstəricilərə görə təsnif 
olunurlar. DaĢınan yüklərin növünə və tipinə görə vaqonlar universal 
və xüsusi növlərə bölünürlər. Universal izotermik vaqonlarda bütün 
növ tezxarabolan yükləri daĢımaq olar. Xüsusi izotermik vaqonlarda 
isə eyni adlı yükləri (süd, çaxır və çaxır məhsulları, təzə balıq və 
balıq məhsulları və s.) daĢımaq olar.
Tərkibdə olan vaqonların sayına görə izotermik hərəkət tərkibləri 
(vasitələri) bir vaqonlu (avtonom refrijerator vaqonu), vaqon 
seksiyalı və vaqon-qatarlara bölünürlər. Hal-hazırda dünya 
təcrübəsində, əsasən, 5 vaqondan ibarət izotermik (refrijerator) 
seksiyalarından geniĢ istifadə olunur.
MDB və Baltikyanı ölkələrin dəmir yollarında Almaniya istehsalı 
olan ZA-5 və ZB-5 tipli (Dessau vaqonqayırma zavodu) və Rusiya 
(Bryansk maĢınqayırma zavodu) istehsalı olan BMZ-5 tipli 
refrijerator seksiyalarından (5 vaqonlu) geniĢ istifadə olunur. 
Refrejeratorlu hərəkət vasitəsi də soyutma üsuluna görə mərkəzi-
rassol və fərdi hava sistemli növlərə bölünürlər. Mərkəzi rassol 
sistemində soyuducu qurğu mərkəzi vaqonda yerləĢərək sulu duz 
məhlulunu soyudur. SoyudulmuĢ duz məhlul nasos vasitəsilə 
yükləmə vaqonlarının batareyalarına vurularaq vaqon havasını (və ya 
məhsulu) soyudur. Fərdi hava sistemli soyutmada isə hər bir yük 
vaqonunda soyuqluq qurğusu quraĢdırılır. Refrejeratorlu vaqonlar 
fərdi (avtonom) və seksiyalı tərtibdə istehsal olunurlar. Cədvəl 7.8-də 
refrijerator hərəkət vasitəsinin texniki xarakteristikası verilir.
MaĢınlı soyutmalı və elektrik isitməli ZB-5 tipli vaqon seksiyası 
Dessau vaqonqayırma zavodunda (AFR) və BMZ-5 tipli PC-4 vaqon
seksiyası isə Bryansk maĢınqayırma zavodunda (Rusiya) istehsal 


olunur. Bu vaqon-BMZ-5 seksiyası, "Dessau" zavodunun istehsal 
etdiyi vaqon bazası əsasında quraĢdırılmıĢdır.
ZB-5 refrijerator seksiyası xidmət Ģöbəli və dizel-elektrik stansiyası 
olan bir dizel vaqonundan və dörd yük vaqonundan ibarətdir. Bu 
seksiya belə tərtib olunur: 1-2 yük vaqonu-dizel vaqonu və 3-4 yük 
vaqonu. Dizel vaqonunda səs izolyasiyalı arakəsmə ilə ayrılmıĢ dizel-
elektrik stansiyalı dizel Ģöbəsi, xidmət Ģöbəsi və idarəetmə kabinəsi 
olur. Dizel Ģöbəsində 4-taktlı iki ədəd 4HBD-21 markalı əsas və bir 
ədəd 4HBD12,5 markalı köməkçi mühərrikləri və digər köməkçi 
aqreqatlar quraĢdırılır. 
BMZ-tipli 5-vaqon seksiyası da bir dizel-xidmət vaqonundan və 
dörd yük vaqonundan ibarətdir. Dizel vaqonu seksiyanın ortasında 
yerləĢir. Dizel Ģöbəsində (xüsusi staninada) iki ədəd DГМA-75 tipli 
dizel-generator yerləĢdirilır. Vaqonda iki ədəd bir cərgəli 4-taktlı K-
461 markalı dizel quraĢdırılır.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə