Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

95
 
 
ed
ərək, müdafiə edici bir siyasət həyata keçirməyin məqsədəuy-
gunlugunu göst
ərmişdir. 
Layih
ənin  müzakirəsi  zamanı  beynəlxalq  ekspertlər  iştirak 
etmi
şlər. Beynəlxalq ekspertlər əvvəlki 15 faizin maksimum rüsum 
d
ərəcələrindən yuxarı çıxmamaq şərti ilə, yəni 0-la 15 faiz arasında 
variasiya  etm
ək  şərtilə  bu  dərəcələrdə  dəyişiklik  aparılmasının 
m
əqsədəuyğunluğu  qəbul  olundu.  Bu  prosesin  başlangıcında  bir 
s
ıra hallarda beynəlxalq təşkilatların ekspertləri maksimum dərəcə-
sinin  15  faizd
ən  12  faizə  salınması  məsələsini  qoyurdular.  Bu 
gömrük tarif sistemi q
əbul olunmandan sonra Azərbaycanın göm-
rük  idxal  rüsumlar  orta  d
ərəcəsi 7,8 faizlə bərabər oldu. Əlbəttə, 
bu r
əqəm əvvəlki, yəni 6,7 faizə nisbətən irəliyə doğru bir addımdır. 
Lakin onu son h
ədd kimi qəbul etmək düzgün olmazdı. Ona görə də 
yax
ın dərəcədə, təbiidir ki, gömrük siyasətinin həyata keçirilməsin-
d
ə  bir  sıra  parametrlərə  yenidən  baxılması  zərurəti  ortaya  çıxa-
caqd
ır.  Bildiyimiz  kimi,  2001-ci  ilin  dövlət  büdcəsinin  tətbiqi  ilə 
əlaqədar ölkə prezidentinin imzaladığı fərmanda da diferensiallaş-
d
ırılmış  gömrük  tarif  sisteminə  keçirilməsi  nəzərdə  tutulmuşdur. 
Art
ıq respublikamızda bu sistem tətbiq edilir. 
 
4.2. Gömrük tarif t
ənzimlənməsinin dünya təcrübəsi 
 
Beyn
əlxalq iqtisadi inteqrasiya son dövrdə müxtəlif istiqa-
m
ətlərdə  təhlil  edilir.  İqtisadçılardan  Y.A.Şerbanin  göstərir ki, 
beyn
əlxalq iqtisadi inteqrasiya özündə özütənzimlənən və inkişaf 
ed
ən potensiala malik sistem olmaqla milli təsərrüfat sistemləri-
nin  obyektiv  düşünülmüş  və  istiqamətli  yaxınlaşması,  qarşılıqlı 
uyğunlaşması və qovuşdurulmasıdır. Daha sonra, o bu sahədə təd-
qiqat aparan bir 
sıra iqtisadçıların (Y.Şişkov, V.Zuyev, Y.Borko 
v
ə b.) fikirləri ilə razılaşaraq göstərir ki, real beynəlxalq, dövlət-
l
ərarası  iqtisadi  inteqrasiya  bazar  mexanizmləri  əsasında  müm-
kündür.  
Beyn
əlxalq  iqtisadi  inteqrasiyanın  əsaslandırılması  üzrə 
n
əzəri konsepsiyalar XX əsrin 50-60-cı  illərində  irəli  sürülmüş-


96
 
 
dür. Müxt
əlif istiqamətlərdə  irəli sürülən bu konsepsiyalarda 
dövl
ətlərin iqtisadi yaxınlaşması və dövlətlər arasında yeni müna-
sib
ətlərin  yaradılması  qeyd  edilir. Məsələn, ticarət prinsiplərinin 
işlənib hazırlanması, yeni ticarət axınının yaradılması və s.  
Beyn
əlxalq iqtisadi inteqrasiyadan danışarkən, ilk növbədə, 
onu  şərtləndirən amillər qeyd edilməlidir. Beynəlxalq iqtisadi 
münasib
ətlərin təhlili nəticəsində inteqrasiyaya səbəb olan və onu 
şərtləndirən aşağıdakı amillər mövcuddur: 
-
 
Dövl
ətlərin iqtisadi inkişaf səviyyəsinin nisbətən bərabər-
liyi v
ə inteqrasiya edən ölkələrin bazar münasibətləri səviyyəsinin 
yaxınlığı; 
-
 
İnteqrasiya  edən ölkələrin  coğrafi  yaxınlığı  və  nəqliyyat 
əlaqələri; 
-
 
İnkişaf,  maliyyələşdirmə,  iqtisadiyyatın  tənzimlənməsi, 
siyasi 
əməkdaşlıq  və  s. sahələrdə  dövlətlər  qarşısında  dayanan 
iqtisadi v
ə digər problemlərin ümumiliyi. 
Qeyd etm
ək  lazımdır  ki,  dünya  ölkələrində  inteqrasiya 
prosesinin müv
əffəqiyyətlə  keçməsi inteqrasiya edən ölkələrin 
iqtisadiyyatının yüksəlişdə olmasını tələb edir. Birmənalı şəkildə 
qeyd etm
ək olar ki, böhran şəraitində olan ölkələr adətən bir-biri 
il
ə çətin inteqrasiya edirlər və istiqamətdə dövlətlərin əməkdaşlığı 
ç
ətinləşir. 
Beyn
əlxalq iqtisadi inteqrasiya proseslərini müəyyən edən 
amill
ərə aşağıdakılar aid edilir: təsərrüfat həyatının qloballaşması; 
beyn
əlxalq əmək bölgüsünün dərinləşməsi; elmi-texniki inqilabın 
öz xarakterin
ə görə ümumdünyəvi olması; milli iqtisadiyyatların 
açıldığının  yüksəldilməsi beynəlxalq  iqtisadi  inteqrasiyanı  şərt-
l
əndirən amillər kimi inteqrasiya edən ölkələrin rəhbərliyinin si-
yasi irad
əsi də qeyd olunur və buna misal kimi  Avropa  İttifaqı, 
Şimali  Amerika  Azad  Ticarət  Assosiasiyası  (NAFTA),  Cənubi 
Konus Ölk
ələrin Ümumi Bazarı (MERKOSUR) kimi inteqrasiya 
birlikl
ərinin yaradılmasında maraqlı ölkələrin siyasi rəhbərliyinin 
t
əşəbbüsü qeyd edilir. 


97
 
 
Dünya iqtisadiyyatına inteqrasiyada Azərbaycan tərəfindən 
d
ə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Belə ki, Azər-
baycan Respublikası Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında 
GÜÖAM t
əşkilatı  çərçivəsində  bir  sıra  istiqamətlər üzrə, o 
cüml
ədən  gömrük  işi  sferasında  əməkdaşlığın  qurulması  və 
inkişaf etdirilməsində bilavasitə yaxından iştirak edir.  
Dünya ölk
ələrində azad ticarət zonası və gömrük ittifaqları 
yaradılarkən iştirakçı dövlətlər bazarın genişləndirilməsini və öz 
aralarında  ticarət üçün əlverişli  şəraitin  yaradılmasını  müəyyən-
l
əşdirmiş, azad ticarət zonasının və gələcəkdə gömrük ittifaqları-
nın yaradılması üçün hüquqi əsas kimi çıxış etmişdir.  Bu qlobal 
m
əqsədin realizəsi isə  1986-cı  il  tarixli  Vahid  Avropa  aktı  ilə 

əyyənləşir və həmin akta təsərrüfat fəaliyyətinin prioritet sahə-
l
ərində ümumi sahəsi və elmi-texniki siyasətin həyata keçirilməsi, 
iştirakçı  dövlətlərin sosial-iqtisadi  inkişafını  müəyyən etmək 
m
əqsədilə vahid regional siyasətin, ümumi xarici siyasətin, siyasi 
əməkdaşlığın işlənib hazırlanması, reallaşdırılması və s. daxildir. 
İqtisadi  inteqrasiyanın  iştirakçı-dövlətlər üçün müsbət sə-
m
ərə  gətirməsi  şübhəsizdir. Belə  ki,  inteqrasiya  bloklarının 
formalaşdırılması dövlətlərin iqtisadi potensialını gücləndirir, mal 
dövriyy
əsinin  genişlənməsinə, istehsal əlaqələrinin  artmasına 
s
əbəb  olur.  Bundan  başqa,  dövlətlərin  iqtisadi  yaxınlaşması 
iqtisadi 
inteqrasiya  iştirakçılarının  ərazisində  yerləşən firmalar 
üçün 
əlverişli şərait yaradır.  
Beyn
əlxalq  iqtisadi  inteqrasiyanın  güclənməsində  məqsəd 
regionun  iqtisadiyyatının  üstünlüklərindən istifadə  edilməsi, 
əlverişli  xarici  siyasət  mühitinin  yaradılması,  ticarət siyasətinin 
düzgün h
əyata keçirilməsi, iqtisadiyyatın struktur cəhətdən yeni-
d
ən qurulmasına kömək edilməsi, birgə gömrük tarif münasibət-
l
ərinin tənzimlənməsi, milli iqtisadiyyatın inkişafı və gənc sahib-
karlığın  inkişafına  kömək edilməsindən ibarətdir. Qeyd etmək 
la
zımdır ki, inteqrasiyada iştirak edən ölkələrin bazar iqtisadiyyatı 
s
əviyyəsinin  uyğunluğu,  coğrafi  yaxınlığı,  onların  qarşısında 
duran probleml
ərin  ümumiliyi,  bazar  islahatlarının  sürətləndiril-


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə