Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

101
 
 
fa
tı  məhsulları  istehsalının  yüksəldilməsi və  s. digər  başlıca 
m
əqsədlər  qarşıya  qoyulur.  Məsələn,  Avropa  İttifaqı  daxilində 
k
ənd təsərrüfatı məhsullarına vahid qiymətin və ona yardım üzrə 
vahid mexanizminin mü
əyyən olunması; tarif və digər məhdud-
laşdırmaların  nəzərdə  tutulmadığı  kənd təsərrüfatı  məhsulları 
ticar
ətinin azadlığı (Avropa İttifaqı daxilində); kənd təsərrüfatının 
vahid maliyy
ələşdirilməsi və s.  
Bundan başqa, Avropa İttifaqı çərçivəsində üçüncü ölkələr-
l
ə münasibətdə vahid siyasətin yeridilməsindən də söhbət gedir. 
Avropa valyuta siyas
ətinin və  sosial siyasətin həyata keçirilmə-
sind
ə də ciddi irəliləyişlər əldə edilmişdir. 
Bel
əliklə, dünyada ən yüksək inteqrasiya qrupu kimi Avro-
pa  İttifaqı  fəaliyyət göstərir. Hal-hazırkı  dövrdə  Avropa  İttifaqı 
bütün 
əsas inteqrasiya proseslərini  keçmişdir,  iqtisadi  ittifaqın 
t
əkmilləşməsi və  inkişafı  mərhələsini  yaşayır.  Avropa  İttifaqı 
ç
ərçivəsində  malların  və  istehsalın  bütün  faktorlarının  sərbəst 
h
ərəkəti təmin edilməklə  ümumi  gömrük  tarifi  bazasında  xarici 
ticar
ət siyasəti yaradılır, kənd təsərrüfatı, energetika, nəqliyyat və 
dig
ər sahələrdə vahid siyasət həyata keçirilir.  
A
vropa  İttifaqına  inteqrasiya  Azərbaycan  Respublikası 
qarşısında  duran  ciddi  məsələlərdəndir. Belə  ki, müxtəlif istiqa-
m
ətlər üzrə əməkdaşlığın, o cümlədən xarici investisiyaların cəlb 
edilm
əsi istiqamətində  mühüm  addımların  atılmasını  nəzərdə 
tutan Az
ərbaycan  Respublikası  ilə  Avropa  Birliyi  arasında  22 
aprel 1996-
cı  il  tarixdə  imzalanmış  Tərəfdaşlıq  və  Əməkdaşlıq 
sazişi bu cəhətdən xüsusi qeyd edilə bilər.  
Dig
ər regionlar üzrə də bu məsələləri bir qədər geniş təhlil 
ed
ək. Belə ki, 1992-ci ildə Macarıstan, Polşa, Slovakiya və Çexi-
yanın iştirak etdiyi azad ticarət zonası haqqında Mərkəzi Avropa 
sazişi imzalanmışdır. Sonradan ona bir sıra dövlətlər də (Rumıni-
ya, Bolqarıstan) qoşulmuşdur. Sazişlə sənaye və kənd təsərrüfatı 
sah
əsində  gömrük  rüsumlarının  ləğvinə  qədər  onların  tədricən 
aşağı  salınması  və  digər qeyri-tarif məhdudlaşdırmaların  aradan 
qaldırılması  nəzərdə  tutulur.  Saziş  Standstill  prinsipinə  əsaslan-


102
 
 
mışdır.  Belə  ki, tariflər birtərəfli  qaydada  gömrük  rüsumlarını 
qaldıra və yeni ticarət maneələri müəyyən edə bilməzlər. Hazırkı 
dövrd
ə  sənaye  malları  nomenklaturası  üzrə  gömrük  rüsumları 
80%, k
ənd təsərrüfatı  malları  üzrə  isə  təqribən 50% ləğv 
edilmişdir. 1994-cü ildə üzv-dövlətlər qarşılıqlı ticarətdə gömrük 
rüsumlarının  tam  ləğv  edilməsi istiqamətində  həyata keçirilən 
t
ədbirləri sürətləndirməyi nəzərdə tutmuşlar.  
Şimali  Amerika  regionunda  inteqrasiya  prosesinin  tənzim-
l
ənməsində 17 dekabr 1992-ci ildə ABŞ, Kanada və Meksika ara-
sında  yaradılmış  NAFTA  (1  yanvar  1994-cü ildə  qüvvəyə  min-
mişdir) xüsusi yer tutur. Bu zaman nəinki gömrük baryerlərinin 
aradan  qaldırılmasına,  həmçinin  vahid  kontinental  bazarın 
formalaşmasına  mühüm  yol  açılmışdır.  Eyni  zamanda,  3  qonşu 
ölk
ə  arasında  iqtisadi  münasibətlərin tənzimlənməsində  bir  sıra 
qarşılıqlı  vəzifələr  qarşıya  qoyulmuşdur.  Məsələn, 2010-cu ilə 
q
ədər  bütün  gömrük  rüsumlarının  ləğvi,  ticarətdə  çoxlu sayda 
qeyri-tarif baryerl
ərin  aradan  qaldırılması,  Meksikada  Şimali 
Amerika kapital qoyuluşu rejiminin yumşaldılması və s.  
İnteqrasiya  prosesləri Asiya-Sakit  Okean regionunda da 
inkişaf etmişdir. Belə ki, Asiya-Sakit okean regionu mürəkkəb bir 
sistemi 
– Yaponiya – Çin yeni s
ənaye ölkələrini (Cənubi Koreya, 
Tayvan, Honkonq, Sinqapur), ASEAN-
ı  əhatə  edir. ASEAN – 
C
ənub-Şərqi Asiya Dövləti Assosiasiyası 1967-ci ildə  formalaş-
maqla  İndoneziyanı,  Malaziyanı,  Tailandı,  Filippini,  Sinqapuru, 
Bruneyi v
ə Vyetnamı birləşdirir. Bundan başqa, 1989-cu ildə ya-
ran
mış Asiya-Sakit okean iqtisadi birliyi xüsusi qeyd edilə bilər. 
Yeni  formalaşma  mərhələsini keçməsinə  baxmayaraq,  həmin 
inteqrasiya birliyi ç
ərçivəsində  2020-ci ilə  qədər  daxili maneə-
l
ərin və  gömrüyün  olmadığı  azad  ticarət  zonasının  yaradılması 
n
əzərdə tutulur.  
Bundan 
əlavə  1981-ci ildə  Fars körfəzi  Ərəb Dövlətləri 
Əməkdaşlığı Şurası yaradılmışdır ki, bu da özündə altı neft döv-
l
ətini  –  Səudiyyə  Ərəbistanını,  Bəhreyni, Qətəri, Küveyti, Bir-
l
əşmiş Ərəb Əmirliklərini və Omanı birləşdirir. 


103
 
 
 Bü ölk
ələrə  münasibətdə  vahid gömrük tarifi müəyyən edir. 
MERKOSUR dövl
ətləri digər dövlətlərlə birlikdə (bütövlükdə 11 
dövl
ət) Latın Amerikasında iri inteqrasiya birliyinin Latın Ameri-
kası  İqtisadi  Assosiasiyasının  üzvüdürlər.  İnteqrasiya  prosesləri 
Afrika  regionunda  da  formalaşmışdır.  Məsələn, Afrika Birliyi 
(1994), Q
ərbi Afrika Dövlətləri  İqtisadi Birliyi (1975), Şərqi və 
C
ənubi Afrika Ümumi Bazarı (1993), Mərkəzi Afrika Gömrük və 
İqtisadi Birliyi (1967) və s. 
İndi  isə  keçmiş  postsovet  məkanında  inteqrasiya  prosesini 
t
əhlil edək. Uzun müddət özündə 15 müttəfiq respublikanı birləş-
dir
ən  SSRİ-nin  dağılmasından  sonra  həmin regionda iqtisadi 
münasib
ətlərin əlaqələndirilməsi və son nəticədə iqtisadi inteqra-
siy
anın  formalaşması  zəruriliyi  açıq-aydın  hiss  edilir.  Uzun 
müdd
ət iqtisadiyyatın bir-biri ilə sıx bağlılığı və qarşılıqlı asılılığı 
bel
ə əməkdaşlığın yaradılmasını zəruri etmişdir.  
1991-ci ild
ə  Müstəqil Dövlətlər  Birliyinin  (MDB)  yaradıl-
ma
sı  qərara  alınmış  və  1993-cü ildə  MDB-nin Nizamnaməsi 
q
əbul  edilmişdir.  MDB-nin Nizamnaməsinin iqtisadi, sosial və 
hüquqi sah
ədə əməkdaşlığa həsr olunmuş bölmələrində razılaşdı-
rılmış iqtisadi siyasətin ümumi istiqamətləri müəyyən edilmişdir. 
Qeyd etm
ək lazımdır ki, MDB çərçivəsində bir sıra mühüm 
s
ənədlər qəbul edilmişdir. Məsələn, «Müstəqil Dövlətlər Birliyi-
nin  inteqrasiya  inkişafının  əsas istiqamətləri»  -  MDB Dövlət 
Başçıları Şurasının Memorandumu, İnvestisiya fəaliyyəti sahəsin-
d
ə əməkdaşlıq haqqında saziş, azad ticarət zonasının yaradılması 
haqqında saziş və s.  
1995-ci ild
ə  MDB çərçivəsində  gömrük  ittifaqı  formalaş-
mışdır. 13 mart 1992-ci ildən MDB çərçivəsində gömrük siyasəti-
nin prinsipl
əri haqqında saziş imzalanmışdır. Həmin sazişə uyğun 
olaraq Gömrük Şurası yaradılmış və fəaliyyətə başlamışdır.  
MDB ç
ərçivəsində  bu istiqamətdə digər sənədlər də  qəbul 
edilmişdir. Məsələn, Tranzit qaydaları haqqında 8 fevral 1992-ci 
il  Razılaşması,  Tranzit  yüklərin rəsmiləşdirilməsi  haqqında  2 
aprel 1992-
ci  il  Razılaşması,  Gömrük  sərhədlərində  gömrük 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə