Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

107
 
 
dir. Bu qanun 
əsasında ABŞ 1934-cü ildən 1954-cü ilə qədər 28 
bel
ə ölkə ilə, o cümlədən İngiltərə, Kanada, 15 Latın Amerikası 
ölk
əsi, bir sıra Avropa regionu ölkələri ilə ticarət sazişləri imza-
lan
mışdır.  Bu  sazişlərlə  ABŞ  digər ölkələrdən  əhəmiyyətli  tarif 
güz
əştlərinə nail olmuşdur.  
1947-ci ild
ə Tariflər və Ticarət üzrə Baş Sazişin imzalanma-
sı  ilə  ABŞ  onun  iştirakçılarından  Amerika  ticarət  mallarına 
rüsumların  aşağı  salınmasına  nail  olmuşdur  (ABŞ  ixracında  bu 
ölk
ələrin çəkisi, 1939-cu il məlumatlarına  görə, 65 faiz təşkil 
edirdi). 
Bu zaman ayrı-ayrı ölkələr tərəfindən olunan güzəştlər də 
xüsusi 
əhəmiyyət kəsb edirdi. Məsələn, Fransa 1939-cu ildə ABŞ-
dan g
ələn  bütün  idxalın  85,  İngiltərə  60, Kanada 72, Benilüks 
ölk
ələri 70, Kuba 90, Çili 58, Braziliya 50 faiz həcmində gömrük 
rüsumlarını bu və ya digər dərəcədə aşağı salmışdır.  
Qeyd etm
ək  lazımdır  ki,  dünyanın  aparıcı  dövlətlərindən 
olan Almaniyada 1879-cu ild
ə proteksionist gömrük tarifi tətbiq 
edilm
əyə  başlanılmışdır.  Almaniya  özündə  gömrük maneələrini 
n
əinki milli istehsalın ayrı-ayrı sahələrini mühafizə etmək, həm-
çinin xarici malları öz bazarından kənarlaşdırmaq və bu bazarı öz 
s
ənayesini təmin etmək məqsədi üçün saxlamışdır. 
XX 
əsrin 90-cı illərindən başlayaraq Almaniya proteksionist 
siyas
ətindən bir qədər uzaqlaşaraq bir sıra Avropa dövlətləri ilə 
ticar
ət müqavilələri  imzalamışdır.  XX  əsrin 30-cu illərində 
Almaniya öz s
ənaye məhsullarının həcminə görə digər kapitalist 
ölk
ələri arasında 2-ci yerə çıxmışdır.  
1949-1951-ci ill
ərdə bir çox sənaye və kənd təsərrüfatı mal-
larına qoyulan rüsumlar, həmçinin idxal edilən mallardan yığılan 
vergi v
ə yığımlar əhəmiyyətli dərəcədə artırılmışdır. 1951-ci ilin 
axırında  Almaniyada  yeni  gömrük  tarifi  qüvvəyə  minmişdir. 
1902-ci il tarifind
ən onun əsas fərqi ondan ibarət idi ki, bütün rü-
sum
lar  malların  dəyərindən faizlə, yəni advalor rüsumlarla 

əyyən  edilirdi.  Eyni  zamanda,  vergitutmanın  səviyyəsi  əhə-
miyy
ətli dərəcədə  qaldırıldı.  Xüsusən yüksək  rüsumlar  hazır 


108
 
 
m
əhsullara, o cümlədən Qərbi Almaniyada geniş yayılan sahələ-
rin m
əhsullarına qarşı qoyulmuşdur.  
QATT-a daxil olduqdan sonra Almaniya dig
ər ölkələrlə mü-
nasib
ətlərini yeni istiqamətdə qurmağa başladı. Belə ki, 1951-ci il 
danışıqlarında AFR QATT-ın, demək olar ki, digər bütün iştirak-
çılardan kimya texnologiya malları, optika, bir sıra cihaz növləri, 
tikiş  və  ilk növbədə  müharibəyə  qədər  Almaniyanın  güclü ix-
racatçısı olduğu mallara qarşı 1533 adda güzəştə nail oldu. Eyni 
zamanda, AFR 760 mövqed
ə  rüsumları  aşağı  salmağa  razılaşdı. 
Bununla b
ərabər, AFR müxtəlif planlar üzrə  Qərbi Avropada 
iqtisadi inteqrasiyanın təşəbbüsçülərindən biri olmuşdur. Belə ki, 
Almaniya 1951-ci ild
ə Avropa Kömür və Polad Birliyi haqqında 
Müqavil
əni  imzalamış,  bununla  da  kömür  və  qara  metalların 
ticar
əti üzrə  müqavilə  iştirakçıları  arasında  rüsumlar aradan 
qaldırılmışdır. 1957-ci ildə AFR bir qədər də irəli gedərək Avropa 
İqtisadi Birliyi haqqında müqaviləni imzalamışdır. 
XIX 
əsrin 90-cı illərində Fransada proteksionizmə meyilli-
lik yüks
ək gömrük tariflərinin mövcudluğu ilə müşaiyət olundu. 
Yüks
ək gömrük tariflərini,  ilk növbədə  fransız  sənayesi tələb 
edirdi. XX 
əsrin 30-cu illərinin sonundan başlayaraq baş tarif də-
r
əcələri, xammal istisna olmaqla, demək olar ki, bütün mallara 
qarşı  qadağanedici  rüsumlar  xarakteri  kəsb edirdi. Nəhayət, 
bilavasit
ə fransız sənayesinin tələbi əsasında bütün büdcə ehtiyat-
la
rının səfərbər edilmə zərurəti ilə 8 iyul və 8 sentyabr 1937-ci il 
tarixli dekretl
ərlə  gömrük  rüsumları  yenidən  14%  qaldırıldı. 
1948-
ci il yanvar ayının 1-dən qüvvəyə minən yeni gömrük tarifi 
is
ə  proteksionist xarakter kəsb etsə  də, ödənilmə  üsuluna görə 
d
əyişilmişdir. 
Lakin XX 
əsrin 60-cı illərindən başlayaraq inkişaf etməkdə 
olan ölk
ələrin gömrük tarif siyasətində baş verən mühüm dəyişik-
likl
ər bu problemə də bir qədər ətraflı  yanaşmağı tələb edir. Bu 
zaman elektron, informatika v
ə  hesablama, proqram təminatı, 
telekommunikasiya, informasiya xidm
ətinin inkişafı bu istiqamət-
d
ə  gömrük tarif siyasətinin yenidən qurulmasını zəruri etmişdir. 


109
 
 
Eyni zamanda, beyn
əlxalq münasibətlərdə  beynəlxalq iqtisadi 
ittifaqların  və  beynəlxalq iqtisadi təşkilatların  rolu  daha  da  art-
mışdır.  Bununla əlaqədar iqtisadi ədəbiyyatda göstərilir ki, artıq 
beyn
əlxalq iqtisadi əməkdaşlığın  3  mərkəzi  –  ABŞ,  Avropa 
İttifaqı, Yaponiya yaranmışdır.  
İnkişaf  etmiş  dövlətlərin tarif ticarət siyasətində  mühüm 
addımlardan  biri  də  ayrı-ayrı  mallara  qarşı  idxal  rüsum  dərəcə-
l
ərinin aşağı salınması ilə müşahidə olunmuşdur. Məsələn, 1935-
ci ild
ən 1961-ci ilə qədər müddətdə bir sıra mallara qarşı rüsumlar 
xeyli  aşağı  salınmışdır:  kimyəvi birləşmələrə,  yağ  və  boyalara 
qarşı  təxminən 3 dəfə, metal məmulatlarına  qarşı  3  dəfə, kənd 
t
əsərrüfatı xammalına və ərzağa qarşı təxminən 4 dəfə və s.  
İkinci  Dünya  müharibəsindən sonra həmin  inkişaf  etmiş 
ölk
ələrin gömrük tarif siyasətinin mühüm xüsusiyyətlərindən biri 
d
ə ondan ibarətdir ki, gömrük rüsumlarının ümumdövlət büdcəsi 
g
əlirlərindəki  payı  xeyli  aşağı  düşmüşdür.  XX  əsrdə  gömrük 
rüsumları, demək olar ki, bütün dövlətlərdə ümumidövlət büdcə-
sinin 
əksər hissəsini təşkil  edir:  1899-cu ildə  Rusiyada 17, Fin-
landiyada 1888-1889-cu ill
ərdə 37, ABŞ-da 1889-cu ildə 58; Bra-
ziliyada 1888-ci ild
ə  57, Almaniyada 1888-1889-cu illərdə  34, 
İtaliyada 1887-1890-cı  illərdə  16, Fransada 1888-ci ildə  12, 
İngiltərədə 23 faiz təşkil etmişdir.  
Qeyd etm
ək  lazımdır  ki,  müstəqilliyini yenicə  əldə  etmiş 
Az
ərbaycan Respublikası timsalında təhlil göstərir ki, 1994-2002-
ci ill
ərdə dövlət büdcəsinə daxil olan gömrük ödənişləri büdcənin 
g
əlir hissəsinin formalaşmasında xüsusi çəkisi 1994-cü ildə 3,2 , 
1995-ci ild
ə 4,3 faiz olduğu halda, 1998-ci ildə 24,1, 1999-cu ildə 
23,7, 2000-ci ild
ə 20,1, 2001-ci ildə isə 22,1 faiz təşkil etmiş və 
2002-ci ild
ə  1994-cü ilə  nisbətən 7 dəfə  artmışdır.  2002-ci ildə 
dövl
ət büdcəsinə 921,8 milyard manat və ya 1997-ci illə müqayi-
s
ədə  2,2 dəfə  çox gömrük vergi və  rüsumları  köçürülmüşdür. 
Büdc
ə  gəlirlərində  gömrük vergi və  rüsumlarının  xüsusi  çəkisi 
1997-ci ild
əki 16,7 %-dən 2002-ci ildə  təxminən 22,4 faizə 
qalxmışdır.  


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə