Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

113
 
 
mühümü bütün gömrük 
tarif  normalarının  kütləvi informasiya 
vasit
ələrində nəşr edilməsidir.  
Qeyd etm
ək lazımdır ki, gömrük qanunvericiliyinin icrasına 
n
əzarət Azərbaycan  Respublikası  gömrük  orqanlarına  həvalə 
edilmiş  digər qanunvericiliyinin əsas müddəaları  haqqında  qısa 
ara
yışlar kütləvi tanışlıq  üçün  Azərbaycan Respublikası  gömrük 
orqanlarının yerləşdiyi yerlərdə təqdim edilir.  
Aşkarlığın  təmin  olunmasının  digər bir tərəfi  gömrük  işi 
üzr
ə  Azərbaycan  Respublikası  gömrük  orqanının  səlahiyyətinə 
aid dig
ər məsələlər üzrə  məsləhətvermə  xidmətləridir. Gömrük 
tarif münasib
ətlərinin tənzimlənməsində  aşkarlığın  və  açıqlığın 
t
əmin edilməsinin əsas istiqamətlərindən biri də düzgün olmayan 
m
əlumatlara görə  məsuliyyət məsələlərinin tənzimlənməsidir. 
Bel
ə ki, 388-ci maddənin 1-ci hissəsində göstərilir ki, Azərbaycan 
Respublikası  gömrük  orqanları,  Azərbaycanda  gömrük  işini 
aparan müvafiq elmi-t
ədqiqat və  tədris müəssisələri bu fəslin 
müdd
əalarına görə qanunvericiliyə uyğun məsuliyyət daşıyır.  
Beyn
əlxalq münasibətlər sistemində  dövlətlərin  gömrük 
tarifi  haqqında  məlumatların  yayılmasının  əsası  1890-cı  ildə 
qoyulmuş  Gömrük  Tariflərinin dərc edilməsi üzrə  Beynəlxalq 
İttifaqın əsas məqsədini təşkil edir. Təşkilat 1890-cı il tarixli göm-
rük tarifl
ərinin dərc edilməsi üzrə Beynəlxalq İttifaqın yaradılma-
sı haqqında Beynəlxalq Konvensiyaya müvafiq olaraq yaradılmış-
dır.  Gömrük  tariflərinin operativ dərci məqsədilə  Brüsseldə 
müxt
əlif dövlətlərin  gömrük  qaydaları  və  gömrük tariflərinin 
t
ərcümə  və  dərc edilməsi üzrə  Beynəlxalq  Büro  yaradılmışdır. 
H
əmin təşkilat ingilis, fransız, alman, ispan və italyan dillərində 
gömrük tarifl
əri bülletenini nəşr etməklə dövlətlərin gömrük tarifi 
haqqında bütün məlumatları yayır. Təşkilat həmçinin zəruri hesab 
etdiyi dill
ərdə də müvafiq nəşrlər buraxa bilər. 
Gömrük tarif t
ənzimlənməsində  mühüm prinsiplərdən biri 
kimi 
ədalətli gömrük tarif prinsipini də  irəli sürmək olar. Qeyd 
etm
ək lazımdır ki, ədalətli gömrük tənzimlənməsi prinsipi göm-
rük siyas
ətinə  əsaslanır.  Ədalətli gömrük tarif münasibətləri 


114
 
 
t
ənzimlənməsi prinsipi ilk növbədə  gömrük  sferasında  inzibati 
özbaşınalığın və həddindən artıq yüksək, ədalətsiz vergilərin ödə-
nilm
əsinin qarşısını alır. Lakin, bunun tarif münasibətləri tənzim-
l
ənməsinin  proteksionist  funksiyası  ilə  heç bir əlaqəsi yoxdur. 
Ona gör
ə də bu hallardan qaçmaq üçün qanunvericilik iqtisadiy-
yatda fövq
əladə  vəziyyət  şəraitində  tənzimetmənin dəqiqliyinin 
t
əmin  olunması  üçün  gömrük  rüsumları  ölçülərinin dəyişmə 
h
əddini müəyyən etməlidir.  
Dövl
ətlərin gömrük tarif münasibətləri sahəsində fəaliyyət-
l
ərinin  əlaqələndirilməsi gömrük tarif sahəsində  dövlətlərin 
əməkdaşlığı  prinsipini  irəli sürməyə  imkan verir. Bu prinsip 
beyn
əlxalq hüquqi təbiətə malikdir və mahiyyətcə ayrı tədqiqatın 
predmetidir. Lakin gömrük tarif münasib
ətlərinin tənzimlənməsi 
zamanı  bu problemə  toxunmamaq mümkün deyil. Belə  ki
beyn
əlxalq səviyyədə  gömrük tarif siyasətinin  əlaqələndirilməsi 
milli gömrük tarif mexanizmin
ə həlledici təsir göstərir. Gömrük 
tarif sah
əsindəki  əməkdaşlıq  isə  universal, regional və  ikitərəfli 
s
əviyyədə formalaşır və inkişaf edir.  
İlk növbədə, universal səviyyədə gömrük tarif münasibətlə-
rinin 
əlaqələndirilməsini nəzərdən keçirək. Bu əməkdaşlıq QATT 
ç
ərçivəsində formalaşıb və özündə beynəlxalq ticarətin ümumta-
nınmış  qaydalarını  əks etdirir.  Sonradan QATT-ın  Uruqvay 
raundunda onu dig
ər sahədə mühüm təşkilat ÜTT əvəz etmişdir.  
Az
ərbaycan  Respublikası  ÜTT-də  müşahidəçi statusunda 
iştirak edir və hal-hazırda həmin təşkilata tam üzv qəbul olunması 
istiqam
ətində mühüm fəaliyyət həyata keçirir. ÜTT-yə dövlətlərin 
üzv q
əbul olunması üçün ilk növbədə xüsusi işçi qrupu yaradılır 
ki, bu da üzv q
əbul olunan dövlətin iqtisadi mexanizminin və 
ticar
ət siyasi rejiminin ətraflı  təhlili məqsədini güdür. Bundan 
sonra yeni q
əbul olunacaq dövlətlə məsləhətləşmələr və danışıqlar 
başlayır.  Danışıqlar  əsasən ÜTT üzvlərinə  yeni qəbul olunacaq 
dövl
ət tərəfindən onun bazarlarına malların və xidmətlərin daxil 
olmasını  təmin edən güzəştlər təqdim edilməsi ilə  müəyyənləş-
dirilir. Qeyd etm
ək lazımdır ki, gömrük sistemində daha əlverişli 


115
 
 
rejim dövl
ətin iqtisadi siyasətinin mühüm prinsiplərindən biri 
kimi çıxış edir. Daha əlverişli rejim müqavilə qaydasında müəy-
y
ən edilir və  müəyyən məhdudlaşma  tətbiq dairəsinə  malikdir. 
Bel
ə  ki, daha əlverişli  rejim  adətən ticarət  əlaqələrinin tənzim-
l
ənməsi üçün nəzərdə tutulur. 
BMT-nin Beyn
əlxalq Hüquq Komissiyası tərəfindən hazır-
lanmış və 30 maddədən ibarət «Daha əlverişli klauzula haqqında 
madd
ələr  layihəsi»nin 5-ci maddəsində  deyilir  ki, daha əlverişli 
dövl
ət rejimi benifisiya qəbul edən dövlətə və ya onunla əlaqədar 
olan şəxslərə və əşyalara, benifisiar dövlətin üçüncü dövlətə və ya 
h
əmin üçüncü dövlətlə müəyyən əlaqədə olan şəxslərə və əşyalara 
veril
ən rejimdən az əlverişli olmayan rejimdir.  
 Daha 
əlverişli  rejimin  tarixinə  müraciət etsək, o, əsasən 
ticar
ət müqavilələri ilə  formalaşmışdır.  Daha  əlverişli  rejim 
QATT-ÜTT f
əaliyyətinin  əsas məzmununu təşkil  edir.  Belə  ki, 
Tarifl
ər və  Ticarət üzrə  Baş  Sazişdə  göstərilir  ki,  iştirakçı  döv-
l
ətlər xarici ticarət fəaliyyətində və gömrük sferasında bir-birinə 
daha 
əlverişli şərait yaratmalıdırlar. Sonradan bu rejim QATT-ın 
Uruqvay raundunda 15 aprel 1994-cü il M
ərakeş  sazişi  ilə 
yaradılan ÜTT-nin əsas fəaliyyət prinsipi kimi mövcud olmaqda 
davam  etmişdir.  Belə  ki, daha əlverişli  rejim  şərtsiz xarakter 
daşıyır  və  ÜTT-yə  daxil olan ölkələr onu tam həcmdə  tətbiq 
etm
əlidirlər.  
Dövl
ətlərin gömrük xidməti sahəsində beynəlxalq əməkdaş-
lığının  zəruri  şərti beynəlxalq müqavilənin dövlətdaxili qanun-
vericilikd
ə üstünlüyə malik olmasıdır.  
Bel
ə ki, bu münasibətləri daha da inkişaf etdirərək Azərbay-
can  Respublikası  Gömrük  Məcəlləsinin 4-cü maddəsində  qeyd 
edilir ki, beyn
əlxalq iqtisadi inteqrasiyanın inkişaf etdirilməsi və 
möhk
əmləndirilməsi üçün digər dövlətlərlə  gömrük  ittifaqları, 
s
ərbəst  iqtisadi  zonalar  yaradır,  gömrük məsələləri üzrə  beynəl-
xalq  hüquq  normalarına  uyğun  sazişlər  bağlayır.  Daha  sonra 
m
əcəlləninn 6-cı maddəsində göstərilir ki, dövlətlərarası müqavi-
l
ələrdə müəyyən edilən qaydalar bu məcəllə və gömrük işi haq-


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə