Ş.Şəkərəliyev Z. A.Şəkərəliyeva



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix20.09.2018
ölçüsü1,21 Mb.
#69517
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

110
 
 
Bütün bunlar gömrük tarifinin fiskal funksiyasının Azərbay-
can Respublikası praktikasında hələlik kifayət qədər mühüm yer 
tutduğunu bir daha təsdiq edir. Bu isə Azərbaycan Respublikası-
nın xarici ticarət əlaqələrinin kəskin surətdə artması ilə izah edilə 
bil
ər. Fiskal funksiyanın digər dövlətlər praktikasında əhəmiyyətli 
xüsusi  yer  tutduğu  qeyd  edilir.  Məsələn, Rusiya gömrüyündə 
onun h
əlledici  rola  malik  olduğu  göstərilir. Digər dövlətlərin 
praktikasının təhlili ilə məsələni bir qədər ətraflı izah edək. Belə 
ki, büdc
ənin gəlir hissəsinin formalaşmasında Rusiya Federasiya-
sında  gömrüyün  payı  hər bir rublda 38 qəpik,  ABŞ-da ümumi 
federal büdc
ə gəlirlərində bir faiz, Avropa Birliyi ölkələrində isə 
bu göst
ərici 18-25 faiz arasında variasiya edir.  
Müst
əqil dövlət kimi Azərbaycan  Respublikasının  xarici 
ticar
ət  əlaqələrinin vəziyyəti  haqqında  daha  tam  təsəvvür  əldə 
etm
ək üçün 2004-2014-cü illərdə xarici ticarət balansına və 2001-
2004-cü ill
ər ərzində dövlət büdcəsinin gəlir hissəsinin formalaş-
ma
sında gömrük ödənişləri və onun xüsusi çəkisi xeyli artmışdır. 
Bu is
ə  sonda  xalqın  maddi  rifahının  yaxşılaşması  üçün  xeyli 
v
əsaiti ayırmağa imkan vermişdir.  
Gömrük tarif münasib
ətlərinin tənzimlənməsinin prinsipləri 
tarif mexanizmini reqlamentl
əşdirən  normaların  məcmusudur. 
Buna gör
ə  də  tarif münasibətlərinin tənzimlənmə  prinsiplərinin 
araşdırılması olduqca vacibdir. 
Gömrük qanunvericiliyinin prinsipl
əri hüquqi tənzimetmə-
nin 
əsas  başlanğıcıları  kimi  gömrük  işi  sahəsində  bütün  sonrakı 
norma yaradıcılığının əsasını təşkil edir. Azərbaycan Respublikası 
gömrük qanunvericiliyind
ə  bununla  əlaqədar  bir  sıra  mühüm 
prinsipl
əri fərqləndirmək olar. Məsələn, Azərbaycan Respublikası 
gömrük s
ərhədində malların və nəqliyyat vasitələrinin keçirilməsi 
zamanı  dövlət və  ictimai təhlükəsizliyin mühafizəsi prinsipi. 
Bununla 
əlaqədar müddəalar Azərbaycan  Respublikası  Gömrük 
M
əcəlləsinin 19-cu maddəsində əks olunmuşdur. Həmin maddə-
nin 1-ci hiss
əsində  göstərilir ki, dövlət təhlükəsizliyinin, ictimai 
yaşayışın, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlı-


111
 
 
ğının, heyvanların və bitkilərin, ətraf mühitin, Azərbaycan xalqı-
nın və xarici ölkə xalqlarının bədii tarixi və arxeoloji sərvətlərinin 
mülkiyy
ət hüququnun, o cümlədən intellektual mülkiyyət obyekt-
l
ərinin, gətirilən malların Azərbaycan istehlakçılarının mənafeyi-
nin  qorunması  baxımından  və  dövlətin  başqa  maraqları  nəzərə 
alınaraq Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq 
müqavil
ələr əsasında ayrı-ayrı malların və nəqliyyat vasitələrinin 
ölk
əyə gətirilməsi və  ya ölkədən aparılması qadağan edilə bilər. 
Bundan  başqa  Azərbaycanın  iqtisadi  maraqlarının  qorunması 
prinsipi olduqca vahid prinsipdir. Beyn
əlxalq öhdəliklərinin 
yerin
ə  yetirilməsi, suverenliyinin iqtisadi əsaslarının  müdafiəsi, 
daxili bazarın qorunması baxımından, həmçinin xarici dövlətlərin 
v
ə onların ittifaqlarının Azərbaycan şəxslərinin mənafeyinə zərər 
vuran  ayrı-seçkilik və  digər iqtisadi siyasət  aksiyalarına  cavab 
t
ədbiri kimi Azərbaycan Respublikası qanunvericilik aktlarına və 
beyn
əlxalq müqavilələrinə  uyğun  surətdə  malların  və  nəqliyyat 
vasit
ələrinin ölkəyə  gətirilməsi və  ölkədən  aparılması  üzrə 
m
əhdudiyyətlər müəyyən edilə bilər.  
Gömrük tarif münasib
ətlərinin tənzimlənməsi mexanizmin-
d
ə əsas başlanğıc kimi bir sıra digər müddəaları, məsələn, vahid 
gömrük 
ərazisi prinsipini qeyd etmək olar. Azərbaycan Respubli-
ka
sı  gömrük  ərazisi quru ərazisindən, daxili sulardan, Xəzər 
d
ənizinin (gölünün) Azərbaycana məxsus bölməsindən (o cümlə-
d
ən onda yerləşən  adalar,  süni  adalar,  qurğular  və  tikililər) və 
onların üzərindəki hava məkanından ibarətdir. Bu müddəalar 20 
iyun 1995-
ci il tarixli «Gömrük tarifi haqqında» AR Qanununda 
da 
əks olunmuşdur. Gömrük tarif münasibətlərinin tənzimlənmə-
sind
ə bununla əlaqədar digər əsas prinsipləri də qeyd etmək olar. 
M
əsələn, vahid gömrük siyasəti prinsipi, vahid gömrük rüsum 
d
ərəcələri prinsipi və s. Bununla əlaqədar «Gömrük tarifi haqqın-
da» Az
ərbaycan  Respublikası  Qanununun  3-cü maddəsində 
göst
ərilir ki, bu qanunda nəzərdə  tutulan hallar istisna olmaqla, 
gömrük rüsum d
ərəcələri ölkənin gömrük sərhəddindən mal 


112
 
 
keçir
ən hüquqi və  fiziki  şəxslərdən, sövdələşmə  növlərindən və 
dig
ər amillərdən asılı olaraq dəyişdirilə bilməz.  
Qeyd etm
ək  lazımdır  ki,  gömrük  tarif  münasibətlərinin 
t
ənzimlənməsində ilkin prinsip kimi qanunçuluq prinsipini xüsusi 
qeyd etm
ək olar. Qanunçuluq prinsipi gömrük tarif münasibətləri-
nin t
ənzimlənməsinin əsas prinsiplərindən olub, tarif mexanizmi-
nin demokratik xarakterliyini t
əmin edir. Gömrük tarif siyasətinin 
formalaşdırılması  və  daha da təkmilləşməsi mərhələsində  bu 
prinsipin mahiyy
əti, ilk növbədə  gömrük qanunları ilə müəyyən 
edilmiş  normalara  əməl  olunmasına  yönəlmişdir.  Qanunçuluq 
prinsipi gömrük qanunvericiliyi m
ənbələri sisteminin qaydaya 
salınmasına  imkan  yaradır.  Gömrük  tarif  siyasətinin realizə 
m
ərhələsində qanunçuluq prinsipi xarici ticarət fəaliyyəti sferasın-
da hüquq qaydasının əsasını təşkil edir.  
Qanunçuluğun digər bir tələbi  gömrük  orqanlarının fəaliy-
y
ətində bu prinsipdən irəli gələn müddəalara əməl edilməsindən 
ibar
ətdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 
415-ci madd
əsində  göstərilir  ki,  gömrük  orqanlarının  vəzifəli 
şəxsləri üzərlərinə düşən vəzifələri yerinə yetirərkən qanunverici-
liyi, beyn
əlxalq müqavilələri rəhbər tutur və  birbaşa  rəislərinə 
tabedirl
ər. Qanunçuluq prinsipində  fərqləndirilən ikinci mühüm 
əlamət  qanunçuluq ideyasıdır  ki,  bu  da  xarici  ticarət dövriyyəsi 
iştirakçılarının  hüquq  düşüncəsində  gömrük tarif tənzimlənməsi 
münasib
ətlərinin bütün subyektləri tərəfindən  hüquqa  uyğun 
davranışın məqsədə müvafiqliyi və zəruriliyinin formalaşdırılma-
sıdır.  
Gömrük tarif münasib
ətlərinin ikinci mühüm prinsipi kimi 
aşkarlıq və açıqlıq prinsipini göstərmək olar. Bu prinsip gömrük 
tarif siyas
ətinin bütün mərhələləri üzrə  onun  formalaşması  və 
realiz
əsi prosesinin açıqlığını əks etdirir. Gömrük tarif siyasətinin 
realiz
əsində bu prinsipə əməl edilməsi gömrük rüsumları ödəyi-
cil
ərinə  tarif  mexanizmi  hüquqi  bazasının  vəziyyəti barədə  tam 
m
əlumatlanmağa imkan verir. Bu prinsipin təmin edilməsi bir sıra 
hüquqi t
ələblərə  əməl edilməsini nəzərdə  tutur ki, bunlardan ən 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə