Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə130/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   126   127   128   129   130   131   132   133   ...   142

390 

lün


müşdü, hər vilayətin başında Əbdülqədirin canişini durur-

du.  Onlar  həm  hərbi,  həm  də  mülki  hakimiyyəti  həyata  ke-

çirirdi. Əmir türklərin dövründə geniş yayılmış olan və dövlət 

idarəçiliyinə zərbə vuran vəzifə satılmasını ləğv etdi. Əbdül-

qədir  vəzifəsindən  sui-istifadə  edənlər  əleyhinə  mübarizə 

apa


rır və özü də tamamilə təmənnasızlıq nümunəsi göstərirdi. 

Maraqlı səslənsə də bir çox mənbələrdə göstərilirdi ki, onun 

dem

ək olar ki, şəxsi əmlakı yox idi və tamamilə təmənnasız, 



tamahsız adam idi, sadə həyat tərzi keçirirdi. Məhz, bu səbəb-

dən xalq onu seçirdi. 

Əbdülqədirin fəaliyyəti yerli feodalların çoxunun narazı-

lığına və müqavimətinə səbəb oldu. Onların bir çoxu fransız-

lara qarşı mübarizə aparsa da, əmirin nüfuzu və hakimiyyəti-

nin 


güclənməsindən  qorxurdular,  əmirin  kəndlilər  və  sıravi 

çərilərlə sıx ittifaqı, onların xoşuna gəlmirdi. Feodal və qə-



bi

lə  ixtilafları  əlcəzairliləri  zəiflədir,  müstəmləkəçilərə  hiylə 

işlətmək imkanı verirdi. 

Əbdülqədirin  öz  ölkəsində  böyük  nüfuzu  qonşu  dövlət-

lərə də yayılırdı. 1835-ci ilin yayında fransızlar yenidən Əb-

dülqədirə  qarşı  müharibəyə  başladılar.  İyunun 28-də  Məqdə 

yaxınlığında əmir Əbdülqədir fransızları məğlub etdi. Amma 

əlavə  qüvvə  alan  fransızlar  1835-ci  ilin  dekabrında  paytaxt 

Məsqərəyə  soxulub  buranı  dağıtdılar  və  dəniz  sahilinə  tərəf 

geri  çəkildilər.  Əbdülqədir  Qərbi  Əlcəzairdə  hakimiyyəti  öz 

əlində  saxladı.  Şərqi  Əlcəzairin  hakimi  bəy  Əhməd  1836-cı 

ilin noy


abrında  fransızların  Konstantinanı  tutmaq  cəhdlərini 

dəf etdi. Elə bir məqam idi ki, fransız generalları, hətta qo-

şunlarını  Əlcəzairdən  çıxarıb  aparmaq  istəyirdilər.  1837-ci 

ilin  mayında  Fransa  Əbdülqədirlə  yenidən  sülh  bağlayıb, 

Mərkəzi  Əlcəzairdə  də  onun  hakimiyyətini  tanıdı.  Bəy  Əh-

məd təkbaşına hərəkət edirdi. Fransızlar ora xeyli qüvvə gön-

dərib 1837-ci ilin oktyabrında Konstantinanı da aldılar. Avro-

pa dövlətlərindən ən çox Fransa Əlcəzairdə müstəmləkəçilik 

siyasəti yeridirdi. Eyni zamanda Fransaya qarşı həm Avropa 

dövlətləri, həm də Osmanlı dövləti rəqib idilər. Belə bir şə-

raitdə  müstəmləkələr  uğrunda  gedən  mübarizədə  Fransanın 

ən güclü rəqibi isə hələ də Türkiyə idi. 




391 

1839-


cu  ilin  iyulunda  fransızlar  yenidən  Əbdülqədirə 

qarşı hücum təşkil etdilər. Əlcəzairdə olan fransız qoşunları-

nın  sayı  sürətlə  artırdı.  Rəsmi  məlumata  görə  1839-cu  ildə 

burada 54 min, 1847-

ci ildə isə 107 min fransız əsgəri var idi. 

1840-


cı ilin axırlarında bu orduya Byujo komandanlıq edirdi. 

Fransız ordularının sayca və texnika cəhətdən üstünlüyü Əb-

dül

qədirə bir neçə ağır zərbə endirməyə imkan verdi. 1841-ci 



ilin mayında fransızlar Taqdemti alıb dağıtdılar, sonra Məs-

qərəni  tutdular,  Boxar  və  Səydəni  dağıtdılar.  Onlar  əkinləri 

yan

dırır, xurma bağlarını qırırdılar. Əmirin son qalası Səbdə 



1842-

ci ildə tutuldu. 

 

Məcburiyyət  qarşısında  qalan  Əbdülqədir  partizan  mü-



ba

rizəsi taktikasına keçərək, fransızlara qarşı şiddətli müqavi-

mət göstərirdi. Lakin qüvvələr arasındakı fərq çox böyük idi. 

1844-


cü ildə əmir Mərakeş ərazisinə çəkilməyə məcbur oldu. 

Sultan  Əbdülrəhman  fransızların  təklifini  rədd  edərək  onu 

fransızlara təslim etməkdən boyun qaçırdı. Buna cavab olaraq 

fransızlar dənizdən və qurudan Mərakeşə hücum etdi. Fransız 

donanması 1844-cü il avqustun 6-da Tanjeri, avqustun 15-də 

isə Moqadoru bombardman etdi. Avqustun 14-də İsli çayında 

general  Byujo  sultanın  oğlanlarının  komandanlığı  altındakı 

ordunu darmadağın etdi. Belə bir şəraitdə fransız-ingilis mü-

na

qişəsi  də  hazırlanmaqda  idi.  İngiltərə-Fransa  ziddiyyətləri 



yeni mərhələyə daxil oldu. 

 

Nəhayət,  Fransa  hegemonluğuna  qarşı  ingilislərin  mü-



da

xiləsi fransızları geri çəkilməyə məcbur etdi. Lakin sultan 

vəd  verdi  ki,  Mərakeşdə  Əbdülqədirə  fəaliyyət  göstərməyə 

icazə verməyəcək. Lakin əmir mübarizəni dayandırmağa razı 

deyildi.  O, 1845-

ci ildə Əlcəzairə qayıtdı. Bu zaman burada 

yeni  üsyan  başlanmışdı.  Bu  üsyanın  rəhbərlərindən  biri  Bu 

Maza idi


.  Əbdülqədir  komandanlığı  yenidən  öz  üzərinə  gö-

türdü. Fransız komandirləri vəhşilik etməkdə bir-birilə yarışa 

girirdilər. İnsanlığa yaraşmayan hallardan biri də o idi ki, pol-

kovnik Pelisye Nekmari mağaralarında min nəfər ərəbi tüstü 

ilə boğdu. Byujonun əmrilə 18 xüsusi təqib dəstəsi 1846-cı il 

ərzində  Əbdülqədiri  tutmaq  üçün  ezam  olunmuşdu.  1847-ci 

ilin aprelində Bu Maza təslim oldu. Əbdülqədir mərakeşlilə-

rin yardımına ümid bağlayırdı. Lakin sultan qorxurdu ki, əmir 




392 

onu 


Fransa ilə yeni müharibəyə sürükləyər və buna görə də 

açıq xəyanət edərək fransızlarla birlikdə Əlcəzair üsyançıla-

rına qarşı çıxdı. Mərakeş və fransız qoşunları tərəfindən mü-

ha

sirəyə  alınan  əmir  1847-ci  ilin  axırlarında  təslim  oldu. 



Fransız  komandanı  ona  azadlıq  verməyi  vəd  etmişdi.  Lakin 

əmir  Əbdülqədiri  1852-ci  ilə  qədər  əsir  saxladılar.  Sonra  o, 

Dəməşqə köçdü. 1860-cı ildə xristian qırğını zamanı Əlcəzair 

qəhrəmanı orada xristianların köməyinə gələrək, min beş yüz 

adamın həyatını xilas etdi. Əbdülqədir nəhayət 1883-cü ildə 

vəfat etdi. 

 1851-1857-

ci illərdə müstəmləkəçilər Kabiliyyə bərbər-

lərinə  qarşı  müharibə  etdilər.  Yalnız  altı  illik  mübarizədən 

sonra bu regionun da 

müqaviməti qırıldı.  

Fransız  müstəmləkəçiləri  hələ  öz  istilaçılığının  ilk  illə-

rin

dən Əlcəzairi müntəzəm surətdə qarət etməyə başlamışdı-



lar. Onlar yerli əhalinin ən yaxşı torpaqlarını əlindən almış-

dılar. 1844-cü ildə kabillərə təklif olundu ki, torpaq sahibliyi 

ququ verən sənəd təqdim etsinlər. Əlbəttə, onların belə sə-



nədi yox idi. Bundan istifadə edərək fransızlar yüz min hek-

tarlarla torpa

ğı  müsadirə  etdilər.  İkinci  imperiya  dövründə 

torpaqların qarəti daha da artdı. Misal üçün, 1863-cü ildə ve-

rilən qanuna əsasən hər bir tayfanın torpaqları fərdi qaydaya 

bölünməli idi. Amma bölgü zamanı hökumət orqanları ərəb-

lərin 2 milyon hektardan çox torpağını mənimsədi. 

 

Əlcəzairdə  geniş  torpaq  sahibləri  meydana  çıxandan 



sonra 

Əlcəzairə də kütləvi şəkildə fransız kolonistləri gəlmə-

yə başladı. Ölkədə kapitalist kompaniyalarının və mülkədar-

ların  əlində  olan  çox  böyük  malikanələr,  habelə  yeni, daha 

müasir 

tipli fermalar yarandı. 



 

İri  fransız  torpaq  sahibləri  torpaqdan  məhrum  edilmiş 

əlcəzairli kəndliləri, bir qayda olaraq, kapitalist üsullar ilə de-

yil, feodal üsulları ilə şiddətli istismar edirdilər. Eyni zaman-

da Əlcəzairdə avropalı fəhlə və ziyalılardan ibarət olan müəy-

yən  təbəqə  əmələ  gəlirdi.  Bunu  da  qeyd  etmək  lazımdır  ki, 

1848-

ci ildən etibarən fransız inqilabçıları müntəzəm surətdə 



Əlcəzairə  sürgün  edilirdi.  Demokratik  fikirli  inqilabçıların 

Fransa  imperializmi  haqqında  xatirələri  məhz  Əlcəzairdə 

formalaşırdı. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə