Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə128/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   124   125   126   127   128   129   130   131   ...   142

384 

lətdi. Antifeodal mübarizə də öz nəticələrini verdi. Sinfi mü-

ba

rizənin son həddə çatması nəticəsində nizamnaməyə əsasən 



feodal imtiyazları və kəndlilərin təhkimli vəziyyəti ləğv edil-

di. 


Həmçinin Nizamnamə verilməsinə baxmayaraq xalq hərə-

katı dayanmadı. Türkiyə xidmətində olan erməni Davud paşa 

ilk  qubernator  təyin edildi.  Lakin  xalq  kütlələri yerli  quber-

nator təyin olunmasını tələb edir və əcnəbiyə vergi vermək-

dən boyun qaçırırdılar. Maronit zadəganlarının bir hissəsinin 

də qoşulduğu üsyan baş versə də, lakin Davud bu üsyanı ya-

tırdı. Ölkədə sərəncamlar, əmr və qərarlar verməklə mövcud 

vəziyyəti düzəltmək mümkün deyildi. Odur ki, ölkədə hələlik 

stabillik əldə edilməsi mümkün deyildi. 

Ölkədəki gərginliyə baxmayaraq 60-70-ci illərdə Suriya-

nın  iqtisadi  həyatında  bir  qədər  yüksəliş  oldu.  O  zaman  Su-

riyada 1,5 milyon əhali yaşayırdı. Kənd təsərrüfatı məhsulları 

istehsalı çoxalır, xarici ticarət artır, əlaqələr genişlənməkdə idi. 

 

Ölkədə ictimai-siyasi gərginliklərə baxmayaraq Osmanlı 



hökuməti erməni qubernatorun vasitəçiliyi ilə bir sıra dəyişik-

liklərə nail oldu. Ölkədə mədəni dirçəliş prosesi başlandı. Öl-

kənin mədəni tərəqqisində məşhur maarifçilər Yazıcı və Bus-

tani mühüm rol oynadılar. Nəsif Yazıcının oğlu şair İbrahim 

Yazıcı öz şeirlərində ərəbləri hər cür əsarətdən xilas olunma-

ğa çağırırdı. O, 70-ci illərin axırlarında yaranan gizli cəmiy-

yətin  rəhbərlərindən  biri  olmuşdu.  Cəmiyyət  Beyrutda,  Də-

məşqdə, Trablisdə və Səydədə eyni vaxtda gizli vərəqələr ya-

yılmasını  təşkil  etdirdi.  Bu  vərəqlər  Türkiyə  əsarətinə  qarşı 

əzilən xalqı üsyana çağırırdı. Vərəqələrdə Suriyaya istiqlaliy-

yət  verilməsi,  maarif  işlərinin  genişləndirilməsi,  senzuranın 

və azad fikri məhdudlaşdıran buxovların ləğv edilməsi tələb-

ləri  irəli sürülürdü. Bu vərəqələr  ölkədə  milli  şüur  oyatdı, 

xalqın  yaddaşında  dərin  izlər  buraxdı.  Lakin  ölkədə  kütləvi 

hərəkat  üçün  şərait  hələlik  tam  formalaşmamışdı.  Osmanlı 

im

periyasında  şiddətli  irtica  Suriyanın  tezliklə  azad  olacağı 



ümi

dindən məhrum edirdi. 1883-cü ildə 100-ə yaxın cəmiy-

yət  öz  fəaliyyətini dayandırdı.  Osmanlı  imperiyasının  müs-

təmləkəçilik siyasəti daha da gücləndirildi. 




385 

MƏQRİB (ŞİMALİ AFRİKA) 

 

 

Afrika qitəsinin Misirdən qərbdə və Böyük səhradan şi-



malda yerləşən şimal-qərb hissəsinə Avropada "Şimali Afri-

ka" 


adlandırırlar. Ərəblər isə özləri bu yerlərə Məqrib (Qərb) 

deyir


lər. Məqrib təxminən indiki Mərakeşi, Əlcəzairi, Tunisi 

və Liviyanı əhatə edir. 

 

İspaniya ilə uzun sürən müstəmləkəçilik uğrunda müba-



ri

zədən sonra Osmanlı imperiyası XVI əsrdə Əlcəzair, Tunis 

və Trablis üzərində öz ali hakimiyyətini möhkəmlətdi. Bu öl-

kələrin dəniz-sahili şəhərlərində hakim sinif, Məqribdə məs-

kən salmış türkiyəlilərdən, başlıca olaraq yeniçərilərdən iba-

rət idi. Daxili rayonlarda yerli ərəb-bərbər feodalları və qəbilə 

rəhbərləri hökmranlıq edirdilər.  

 Amma 


Məqribdə  Türkiyənin  hakimiyyəti  o  qədər  də  

möh


kəm  deyildi.  Bu  onunla  izah  olunurdu  ki,  Osmanlı  qo-

şunları digər ərəb ölkələrində, məsələn, Misirdəki hərbi, iqti-

sadi  siyasəti  Məqribdə  tətbiq  edə  bilməmişdilər.  Çünki  bu 

regionda Osmanlı dövlətinin mənafeyini qoruyan, ona xidmət 

edən qüvvələrin əksəriyyəti etnik qruplar idilər. Odur ki, Əl-

cəzairin hakimi 1671-ci ildən etibarən Dey idi. Onu yeniçər 

ko

mandirləri  ömürlük  seçirdilər.  Tunisdə  1705-ci ildən  eti-



barən Hüseynilər sülaləsindən olan bəylərin nəsli hakimiyyəti 

möhkəmlənmişdi. Bunlar yeniçərilər içərisindən çıxmışdılar. 

Trablisdə 1711-ci ildən etibarən nəsli şəkildə Qaramanlı pa-

şaları hökmranlıq edirdilər. Bunlar da əslində mənşəcə yeni-

çərilərdən  ibarət  idilər  və  Türkiyənin  Şimali  Afrikada  müs-

təmləkəçilik  mənafelərini  onlar,  yəni  etnik  qruplar  qoruyur-

dular.  Ona  görə  də  Osmanlı  imperatorluğunun  bu  regionda 

strateji mövqeləri o qədər də möhkəm deyildi. 

 

Odur  ki,  mərkəzi  hakimiyyətin  zəif  olması  nəticəsində 



siyasi pərakəndəlik müşahidə olunurdu. Sülalə başçıları sui-

istifadə üçün daima məqam gözləyirdilər. Məhz bu səbəbdən 

b

urada hakimiyyət uğrunda sülalələr arasında mübarizə yeni 



mərhələyə daxil olmuşdu. Bu sülalələrin bəzi nümayəndələri 

xalqa arxalanmırdı. Onlar ingilislərlə türklər arasında münasi-

bət qurmaqda seçim edirdilər ki, bu siyasət də ikili siyasət idi. 

Lakin, 


XVI əsrdə həm Osmanlı imperiyasının, həm də Portu-


386 

qaliyanın  hücumlarını  dəf  edərək  öz  istiqlaliyyətini  saxlaya 

bilmiş Mərakeşin vəziyyəti başqa idi. XVII əsrin ortalarında 

Mərakeşdə  Filalilər  (və  ya  Həsənilər)  sülaləsindən  sultan-

şəriflər hakimiyyətə gəlmişdi. 

 

XVIII əsrin axırları üçün Portuqaliya Mərakeşdə öz da-



yaq  məntəqələrini,  koloniyalarını  hələ  də  saxlaya  bilmişdi. 

İspanlar isə şimal sahillərində iki şəhəri – Seuta və Melilyanı 

tutmuşdular  və  burada  hələlik  müstəmləkəçilik  siyasətini 

davam etdirirdi

lər. 

 X

VIII əsrin axırlarında Məqrib yenidən müstəmləkə si-



ya

səti obyektinə çevrildi. Məqriblilərin üz-üzə gəldiyi və isti-

laçılığa cəhd göstərən ilk kapitalist dövlətlərindən biri dəABŞ 

idi. A


merika  ticarətinin  Aralıq  dənizində  quldurlardan  zərər 

çəkdiyini bəhanə edən gənc Amerika kapitalizmi Şimali Afri-

ka sahillərini öz nəzarətinə tabe etməyə çalışırdı. XVIII əsrin 

90-


cı  illərində  ABŞ  Tunisə  qarşı  müharibəyə  başladı.  Bəy 

Həmmudə inadla müqavimət göstərirdi. Tunis dənizçiləri isə 

Amerika  donanmasını  xeyli  tələfat  verməyə  məcbur  etdilər. 

Bütün bunlara baxmayaraq 1799-

cu  ilin  martında  Tunislə 

Amerika 


arasında əsarətli müqavilə imzalandı. Tunis Birləş-

miş  Ştatların  ticarət  gəmilərinə  hücum  etməməyi  öhdəsinə 

götürürdü 

və amerikanlar bunun üçün Tunisə bac-xərac ver-

məli idilər. Amerika konsulu İton Tunisdə bundan başqa heç 

bir  güzəşt  əldə  edə  bilməyib,  diqqətini  Trablisə  yönəltdi. 

Trablis paşası Yusif Qaramanlı tələb etdi ki, amerikanlıların 

öz gəmilərini Trablis dəniz quldurlarının hücumundan qoru-

maq üçün ona verdiyi bac-

xərac artırılsın. Amerikanlılar rədd 

cavabı verdikdə, Yusif Birləşmiş Ştatlara müharibə elan etdi. 

Trablislilər Amerikanın onlara qarşı göndərdiyi "Filadelfiya" 

hərbi gəmisini ələ keçirdilər. Bundan sonra, yəni 1803-cü ildə 

Trablis sularına Amerika eskadrası göndərildi. Amerika hərbi 

gəmiləri şəhəri blokadaya aldılar. Türk feodallarının başladığı 

bu  müharibənin  bütün  ağırlığı  ərəb  əhalisi  üzərinə  düşdü. 

Ame

rika  gəmilərinin  kapitanları  amansızlıqla  hərəkət  edir, 



müdafiəsiz sahilləri bombardman edir, ərəb ticarət gəmilərini 

batırır, qarətkarlıqla məşğul olurdular. 1804-cü ilin fevralında 

"Filadelfiya"  gəmisi  Amerika  komandiri  Deketor  tərəfindən 

qəsdən  məhv  edildi.  Konsul  İton  Yusifin  qardaşı  Həmidin 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə