Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə125/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   121   122   123   124   125   126   127   128   ...   142

374 

 


375 

İRAQ 

 

Osmanlı imperatorluğu XVI əsrin birinci yarısında Misi-

ri və digər ölkələri işğal edəndən sonra digər Ərəb ölkələrinin 

də işğalını planlaşdırdılar. Nəhayət, XVI əsrin ortalarında Os-

man

lı  imperatorluğu  İraqın  işğalını  reallaşdırdılar.  1534-



1538-

ci illərdə İraq türklər tərəfindən işğal edildi və sonra da 

təxminən  300  il  ərzində  Türkiyə  ilə  İran  arasında  nifaq  və 

naqişə mənbəyinə çevrildi. XVIII əsrin əvvəllərində Tür-



ki

yə zəiflədiyi bir şəraitdə ucqar İraqda osmanlı canişinləri-

nin hakimi

yyəti  möhkəmləndi.  Bağdad  paşası  Həsən  1702-

1723-

cü  illərdə  40  minlik  bir  ordu  yaratmışdı.  Bu  ordunun 



ya

rıdan çoxu yerli ərəblərdən ibarət idi. Həsən bir də gürcü 

kölələrdən ibarət "küləmən" qvardiyası da yaratmışdı. 

 

XVIII əsrin ortalarından etibarən siyasi vəziyyət dəyiş-



məyə başladı və küləmənlər əslində ölkənin imtiyazlı tayfa-

larına çevrildilər. 1780-1802-ci illərdə İraqda hətta mənşəcə 

gürcü  Böyük  Süleyman  hökmranlıq  edirdi.  O,  ingilis  Ost-

Hind kompaniyasının yardımı ilə hakimiyyət başına gəlmişdi. 

Süleyman 

mütərəqqi idarəçilik formalarına görə qüdrətli ha-

kim oldu. XIX əsrin əvvəllərində küləmən-hakimlər 1801-ci 

ildə Kərbəlanı tutan və 1808-ci ildə isə Bağdadı tutmağa ça-

lışan  vahabilərə  qarşı  mübarizə  aparmalı  oldular.  Vahabilər 

ge

ri çəkildikdən sonra Türkiyə sultanı II Mahmud əslində İra-



qın əldə etmiş olduğu muxtariyyətinə son qoymağa çalışırdı. 

1817-


ci ildə şiddətli mübarizə şəraitində Böyük Süleymanın 

yeznəsi  gürcü  Davud  hakimiyyətə  keçdi.  O,  1817-ci  ildən 

1831-

ci ilə qədər Bağdadın paşası oldu.  



Davudun hakimiyyəti bəzi cəhətdən Misirdə Məhəmmə-

dəlinin fəaliyyətinə oxşayırdı. O, küləmənlərin özbaşınalığına 

son qoydu. Öz nizami ordusunu Avropa qaydasında yenidən 

qur


maq  üçün  Davud  ingilis  təlimatçılarını  dəvət  etdi.  Sipa-

hilər nümunəsində təlim alan və hərbi libas geyinən bir neçə 

min  nəfərlik  piyada  hissə  və  güclü  topçu  dəstəsi  yaradıldı. 

Bun


dan  başqa,  Davudun  25  min  nəfərlik  köhnə  tipli  piyada 

və  süvari  dəstələri,  həmçinin  müttəfiq  ərəb  qəbilələrindən 

təşkil olunan dəstələri var idi. 

 

Davud  öz  əyalətinin  gəlirlərini  artırmağa  çalışırdı.  İra-



qın əsas kənd təsərrüfatı məhsulu olan taxıl və xurma ticarəti 


376 

inhisara alınmış, İraqın öz xüsusi çay və dəniz donanması ya-

radılmışdı. Misirdə olduğu kimi, İraqda da Davud pambıq və 

şəkərqamışı yetişdirmək istəyirdi, lakin bundan bir nəticə çıx-

madı. Sonra, Kərbəla və Nəcəfə gedən şiə zəvvarlar üzərinə 

vergi qoyuldu. 

Bu siyasətin özü də dini və siyasi xarakter da-

şıdığına görə gələcəkdə Davud idarəçilik sisteminə qarşı yeni 

problemlər yarada bilərdi və bu problem gözlənilirdi. 

 

İqtisadi və hərbi cəhətdən qüvvətlənən Davud Türkiyə-



dən tədricən ayrılmağa çalışırdı. II Mahmud Ədirnə sülhünə 

görə  təzminat  vermək  üçün  İraqdan  vəsait  istədikdə  Davud 

rədd cavabı verdi və 1830-cu ildə açıqdan-açığa Türkiyə ilə 

əlaqəsini kəsdi. Sultan buna cavab olaraq Əli Rzanın koman-

dan

lığı  altında  İraqa  ordu  göndərdi.  Lakin  Əli  Rza  Mosulu 



tutduqdan  sonra  daha  irəliləməyə  cürət  etmədi.  Davud  öz 

yax


şı hazırlıqlı qoşunları ilə birlikdə onu cəsarətlə Bağdadda 

gözləyirdi. Lakin 1831-ci  ilin  martında  İraqda  dəhşətli  taun 

xəstəliyi baş verdi və bu xəstəlik Davudun ordusunu tələf et-

di. Davudun özü isə türklər tərəfindən əsir edildi. Bütün külə-

mənlərdən  yalnız  dörd  nəfər,  Teylorun  təlim  vermiş  olduğu 

əsgərlərdən isə bir nəfər sağ qaldı. Taun xəstəliyi yalnız Əli 

Rzanın  qoşunlarının  dayandığı  dağlıq  və  şimal  rayonlarına 

sirayət etməmişdi. Taun xəstəliyi təhlükəsi sovuşduqdan son-

ra,  türk  sərkərdəsi  asanlıqla  Bağdadı  işğal  etdi. Davud isə 

1850-


ci ildə Türkiyədə əsirlikdə vəfat etdi. Onun hakimiyyə-

tinin 


süqutundan sonra İraqın nisbi müstəqillik dövrü (1702-

1831) başa çatdı. 

 Viranedici y

ürüşlər nəticəsində ölkə xarabazarlığa çev-

ri

lib dağılmışdı. Bağdadda 150 min əhalidən yalnız 20 min, 



Bəsrə də isə 80 min əhalidən 5 min adam sağ qalmışdı. Tarla-

lar səhraya çevrilmişdi, bellənib becərilməyən xurma bağları 

məhv olurdu, iqtisadiyyatda köçəri və yarımköçəri qəbilələrin 

ibtidai təsərrüfatının nisbəti artmışdı. İraq o dərəcədə zəiflə-

mişdi ki, bir il sonra, yəni 1832-ci ildə Türkiyənin məğlubiy-

yətlərindən  bəhrələnə  bilmədi,  yəni  iqtisadi,  hərbi  qüdrətini 

bir yerə cəmləşdirmək imkanından uzaq idi. 

 

Ölkənin  müdafiə  qüdrətinin  bərpası  zərurəti  meydana 



çıxdığına  görə  1848-ci  ildə  Bağdadda  VI  ordu  korpusunun 

qərargahı  yaradıldı.  İraqlıların  bir  hissəsi  türk  ordusunda 




377 

xidmətə həvəs göstərirdi və onlar ixtisaslı zabitlər olurdular. 

Lakin bir müddətdən sonra ərəb mənşəli zabitlərə münasibət 

dəyişdi. Sonralar türk ordusundakı ərəb zabitlərinin əksəriy-

yəti İraqdan çıxaraq məcburi mühacirət etməli oldular. 

 

XIX əsrin 60-cı illərində İngiltərənin Şərq siyasəti daha 



da fəallaşdı. Artıq 60-cı illərdə ingilis kapitalı İraqda öz möv-

qeyini 


möhkəmlədirdi və ingilis kompaniyası Dəclə çayında 

Bəsrə ilə Bağdad arasında gəmi nəqliyyatını təşkil etdi. Bəs-

rədən Hindistana müntəzəm surətdə gəmilər gedib-gəlirdi. İn-

gilislər  Ost-Hind  teleqraf  xəttini  İraqdan  keçirdilər  ki, ope-

rativ idarəçilik sistemi yaransın. 

 1869-1872-

ci  illərdə  İraqın  canişini  olmuş,  Türkiyənin 

görkəmli dövlət xadimi Midhət paşanın fəaliyyəti və islahat-

ları İraq tarixində görkəmli rol oynadı. Belə ki, ilk əvvəl Mid-

hət paşa inzibati idarələri yeniləşdirdi. O, iraqlıları idarə işlə-

rinə cəlb etmək istəyirdi. Əsas şəhərlərdə şəhər şuraları yara-

dıldı.  Bundan  başqa  Midhət  paşa  Türkiyə  hüquq  islahatını 

İraqda  da  həyata  keçirərək  Avropa  nümunəsində  yeni  məh-

kəmələr təşkil etdi. 

Midhət paşa Bağdadda yun və çit fabrikləri, gön zavodu 

açdı. VI hərbi korpus İraqın özündə hazırlanan geyimlə təchiz 

edil

məyə başlandı. Bağdadın yaxınlığında ilk buxar dəyirma-



nı işləməyə başladı, silah-sursat zavodu tikildi. Midhət paşa 

veyş kanalı vasitəsilə Bəsrə, İstanbul və London arasında 



mün

təzəm gəmi nəqliyyatı təşkil etdi və bu məqsədlə Avro-

padan  gəmilər  satın  aldı.  Ticarəti  genişləndirmək  üçün bir 

sıra tədbirlər həyata keçirildi ki, iraqlılar üçün yeni iş yerlə-

rinin açılması, xalqın həyat şəraitinin yaxşılaşması nəticəsin-

də  xalqın  hakimiyyətə  münasibətini  dəyişdirdi,  hakimiyyətə 

qarşı  yerli  xalqda  əvvəllər  mövcud  olan  antoqonist münasi-

bətin dəyişməsinə şərait yaradıldı. 

 

Midhət paşa daxili büdcəni zənginləşdirmək məqsədilə 



başqa hakimlərdən fərqli olaraq vergiləri, cərimələri artırma-

dı, əksinə xeyli güzəştlər etdi. O, boş qalan, əkilib-biçilməyən 

torpaqlar haqqında sərəncam verdi. Yeni vəsait əldə etmək və 

əyalətin büdcəsini artırmaq məqsədilə Midhət paşa boş qalan 

dövlət torpaqlarını açıq şəkildə hərraca çıxardı. Xurma məh-

su

lunun  onda  bir  hissəsinin  alınması  daimi  pul  vergisi  ilə 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə