Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə124/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   120   121   122   123   124   125   126   127   ...   142

371 

vahabilər  Ərəbistanın  digər  əyalətlərini  də  birləşdirmək 

uğrunda mübarizəyə keçdilər. 80-ci illərdə onlar Həsayə so-

xuldular. 1798-

ci  ildə  vahabilər  Bağdad  paşası  tərəfindən 

buraya göndərilmiş qoşunları məğlub etdi. Fars körfəzi sahil-

lərində yaşayan qəbilələr də onlara qoşuldu. Vahabilər 1808-

ci ildə İraqa yürüş etdi, 1802-1805-ci illərdə Məkkə və Mədi-

nə  də  daxil  olmaqla  Hicazı  işğal  etdilər.  Üçüncü  mərhələdə 

vahabilər  hərəkatı  Türkiyəyə  qarşı  azadlıq  üsyanı  xarakterli 

çıxışlar etdilər. 1805-ci ildə onlar Bağdad paşasını tam məğ-

lu

biyyətə  uğratdılar  və  1808-ci  ildə  Dəməşq-Hələb-Mosul-



Bağdad  xəttinə  çıxdılar.  Suriya  və  İraqda  Türkiyənin  haki-

miy


yəti üçün real təhlükə yaranırdı. Bu təhlükə bir də ona gö-

rə ciddi şəkil alırdı ki, bu zaman rus qoşunları Dunayda türk 

qo

şunlarını ağır məğlubiyyətə uğratmaqda idi. Sultan II Mah-



mud 

kömək  üçün  Misir  canişini  Məhəmmədəliyə  müraciət 

et

mişdi. 


 

Avropa  silahı  ilə  silahlanmış  Misir  qoşunları  1811-

1818-

ci  illərdə  vahabilərə  qarşı  müharibə  apararaq,  1818-ci 



ildə Dariya şəhərini tutub dağıtdılar. İngiltərə, vahabi əmirli-

yi

nin məğlubiyyətindən sonra Şimali Oman sahilləri ərəbləri-



nə divan tutmaq üçün ora hərbi təcavüz etdi. Buradakı şeyx-

lər 1820-ci ildə ingilislərlə onları ingilis protektoratına çevi-

rən sazişlər bağlamağa məcbur oldu. 

Bu dövrdə  müxtəlif cəhdlərə baxmayaraq Məhəmmədəli 

Ərəbistanda  öz  hakimiyyətini  möhkəmlədə  bilmədi.  Artıq 

1820-


ci ildə Nəcd ərəbləri Türkiyə-Misir hakimiyyətinə qarşı 

üsyan qaldırdı və bu üsyan 20 il davam etdi. Üsyanın gedişin-

də vahabilər dövləti yenidən bərqərar edildi. Nəhayət, 1840-

cı ildə Misir qoşunları Ərəbistanı tərk etməli oldu. 

 Hicazda 

isə Həşimilər hakimiyyətə qayıtdı. Yeni siyasi 

dəyişikliklər nəticəsində Nəcddə və Həsada vahabilər dövləti 

möhkəmləndi.  1843-1867-ci  illərdə  burada  Səudilər  sülalə-

sin

dən  əmir  Feysəl  hökmranlıq  edirdi.  Əmirliyin  yeni  pay-



taxtı  Riad  şəhəri  oldu.  Feysəlin  hakimiyyəti  dövründə  idarə 

işləri  xeyli  mərkəzləşdirildi.  Vahabilər  ideologiyası  ən  sərt 




372 

tədbirlərlə həyata keçirilirdi. Xüsusi dini komissarlar dini eh-

kam

lara riayət edilməsinə Riad şəhərində əhalinin hətta şəxsi 



həyatına  da  nəzarət  edirdilər  və  görünməmiş  despotik  idarə 

sistemi yaradılmışdı. 

Ağır vergi sistemi, bürokratin inzibati idarəçilik sistemi 

yaradilsa da, amma 

ölkədə  vahid  idarəçilik  sistemi  yox  idi. 

Nəcddə torpaqlar azad xırda əkinçilərin əlində idi. İri torpaq 

sahiblərinə az təsadüf edilirdi. Geniş xurma bağları və çoxlu 

mal-


qara  sürülərinə  malik  olan  Feysəlin  özü,  onun  ailəsi  və 

ən  yaxın  adamları  iri  torpaq  sahibləri  idi.  Bütün  əkinçilik 

məhsulunun onda bir hissəsini hökumət əhalidən vergi şəklin-

də  alırdı.  Ticarət  üzərinə  yüksək  gömrük  qoyulurdu.  Lakin 

bəzən  məhsulun  üçdə  birinə  qədərini  təşkil  edən  fövqəladə 

vergilər və zorakılıq yolu ilə alınan "peşkəşlər" əhalini ən çox 

ən çox narazi salır və istismara məruz qoyurdu. 

 

Siyasi  əsarət  və  vergi  zülmü  üsyanlara  səbəb  olurdu. 



Nəticədə  1862-1863-cü  illərdə  Əneyzə  şəhərində  böyük 

üsyan baş verdi. 

 

Nəcdin  şimal  hissəsində,  Cəbəl  Şəmmar  vilayətində 



Riadın vassalları olan İbn Rəşid tayfasının hakimiyyəti möh-

kəmləndi. 1847-1868-ci illərdə Cəbəl Şəmmara görkəmli ha-

kim Tələl başçılıq edirdi. Onun hakimliyi dövründə  Şəmma-

rın paytaxtı Hail böyük ticarət-sənət mərkəzinə çevrildi. Tələl 

ticarətə  himayə  edir  və  başqa  dini  cərəyanlara toxunmamaq 

si

yasəti yürüdürdü. Nəcddə hökm sürən ağır dini və siyasi nə-



zarət Şəmmarda müşahidə olunmurdu. Tələl hətta Şəmmarın 

Türki


yə müstəmləkəçiliyindən azad olaraq ölkənin istiqlaliy-

yətinə müstəqilliyinə müvəffəq olmuşdu. 

Feysəlin vəfatından sonra 1867-ci Nəcddə daxili mühari-

bə başlandı və vahabilər əmirliyi olduqca zəiflədi. 

 

Tənzimat  nəticəsində  bir  qədər  möhkəmlənən  Osmanlı 



imperiyası XIX əsrin 70-ci illərində Ərəbistanı yenidən işğal 

etməyə başladı. İraq canişini Midhət 1871-ci ildə vahabilərin 

torpaqlarına soxulub Həsanı işğal etdi. O, indiyədək müstəqil 

olan Küveyt şəhərinin şeyxini, öz sultanının ali hakimiyyətini 




373 

tanımağa məcbur etdi. Lakin onun daxili muxtariyyəti saxla-

nıldı. XIX əsrin 80-ci illərində türklər artıq Həsada öz daimi 

qarnizonlarını yerləşdirib saxlayırdılar. Növbəti hücum Qətə-

rə edildi və Qətərin işğalından sonra Qətər şeyxi Türkiyənin 

vas


sallığını  qəbul  etdi.  Türkiyə  1872-ci  ildə  Süveyş  kanalı 

va

sitəsilə Yəmənə qoşun çıxartdı və onun əsas şəhərlərini iş-



ğal  etdi.  Hicazda  Türkiyənin  mövqeyi  möhkəmləndi.  Hətta 

Məkkə şəriflərini İstanbul hökuməti təyin edir və dəyişdirirdi. 

Artıq  İstanbul  hökuməti  80-ci  illərin  əvvəllərində  Hicazda 

daimi türk qarnizonları saxlayırdı. 

 

Türklər  Cəbəl  Şəmmarın  hakimi  Əmir  Məhəmmədi 



(1872-

1897) öz tərəfinə çəkdilər. Onun hakimiyyəti dövründə 

Rəşidilər sülaləsi əvvəlki mövqeyini dəyişərək xalqdan uzaq 

olan hakim 

feodal dəstəsinə çevrilirdi. Ərəblərin qəddar qəni-

mi olan 


Osmanlı imperiyasının vassallığını Məhəmmədin qə-

bul etməsi  də bunu aşkar göstərdi. 1885-ci ildə Məhəmməd 

Tür

kiyənin yardımı ilə Nəcdi tutub, vahabilər dövlətini süqu-



ta uğratdı. 

Avropa dövlətləri, o cümlədən İngiltərə Ərəbistan uğrun-

da daima Osmanlı imperiyası ilə rəqabət aparırdı. Bu səbəb-

d

ən  ingilis  işğalçıları  da  arasıkəsilmədən  Ərəbistana hücum 



edir

dilər. İngiltərə Lahec sultanının qoşunları ilə vuruşmadan 

sonra, 1839-

cu ilin yanvarında Ədəni işğal etdi. 1861-ci ildə 

Bəhreyn üzərində ingilis protektoratı quruldu. Süveyş kanalı 

çəkildikdən sonra (1859-1869-cu illər) Cənubi Ərəbistandakı 

da

yaq məntəqələrinin əhəmiyyəti olduqca artdı. 1863-1882-ci 



illərdə Ədən müstəmləkəsinin ərazisi genişləndirildi. İngiltərə 

1886-


cı ildə Soqotra adası üzərində, 1888-ci ildə isə Həzrə-

mau


tun sahil boyunca öz protektoratını yaratdı. 

Beləliklə, XIX əsrin axırlarında dünyanın, xüsusilə birlə-

şə  bilməyən  xalqların  dövlətlərinin  bölüşdürülməsi  layihəsi 

artıq hazır idi. Birinci dünya müharibəsinin başlanması dün-

yanın bölüşdürülməsi üçün beynəlxalq imperializmə əlverişli 

şərait yaradır. 



 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə