Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə120/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   116   117   118   119   120   121   122   123   ...   142

359 

1854-


cü  ildə  Səid,  torpaq  siyahılarında  yazılmış  bütün 

əraziləri nəsli torpaq elan etdi. 1858-ci ildə isə o bu torpaqları 

girova qoymağa və satmağa icazə verdi. 1871-ci ildə İsmayı-

lın verdiyi qanuna görə xəzinəyə torpaq vergisinin altı mislini 

verənlər torpaq üzərində gələcəkdə tam mülkiyyət hüququ və 

verginin  yarısının  azaldılması  hüququ  alırdı.  "Müqabələ  qa-

nunu" adlanan bu qanun 

torpaq üzərində xüsusi mülkiyyətin 

möhkəmlənməsinə səbəb oldu ki, bunun da əsasən iki növü, 

yəni xırda kəndli və mülkədar mülkiyyəti yaranırdı. Öz sahəsi 

üzərində  mülkiyyət  hüququ  alan  fəllahlarda  kənd  təsərrüfatı 

istehsalını  genişlətmək  üçün  müəyyən  maraq  oyanırdı.  Am-

ma, etiraf etmək lazımdır ki, xalqa qarşı edilən belə mütərəq-

qi  tədbirlər  heç  də  müsbət  bəhrəsini  vermirdi.  Ona  görə  ki, 

bir tərəfdən ədalət bərqərar edilsə də digər bu mütərəqqi prin-

siplər varlı və imtiyazlı təbəqələr tərəfindən pozulurdu. Odur 

ki, t

orpağın qiyməti sürətlə artır, torpaq əmtəəyə çevrilir, tor-



paq  alveri  başlanırdı.  Kənd  və  şəhər  varlıları  müflisləşən 

kəndlilərin torpaq sahələrini satın alır və şəhər varlıları kənd 

mülkədarına  çevrilirdilər.  50-70-ci  illərdə  mülkədar  sinfinin 

yeni təbəqəsi meydana çıxdı. Bunlar feodal qaydası ilə deyil, 

pulla torpaq alan, 

mənşə etibarilə əsasən misirli mülkədarlar 

idi.  Eyni  zamanda  Məhəmmədəlinin  dövründə  torpaq  almış 

mülkədarlar da hüquq və mövqeyini möhkəmlədərək, öz ma-

li

kanələrinin tam mülkiyyətçisinə çevrilirdi. Düzdür xüsusiy-



yətçiliyə  şərait  yaradılırdı,  amma  ədalətsizliyin  bərpası 

naminə! 


 Paralel olaraq d

igər mütərəqqi islahat vergi islahatı idi. 

Səid,  vergi sistemi  sahəsində  də  islahat  keçirdi.  O,  ellik  zə-

manəti ləğv etdi və hər bir torpaq sahibindən ayrılıqda vergi 

alınmağa  başlandı.  Vergisini  ödəyən  varlı  kəndli  artıq  öz 

tavanasız qonşusu üçün vergi vermirdi. Bu tədbir fəllahların 

təbəqələşməsini  asanlaşdırırdı,  yəni  zəhmət  çəkən  bəhrəsini 

görməyə başladı. 

Belə ki, artıq 50-70-ci illərdə Misirin kənd təsərrüfatında 

böyük müvəffəqiyyətlər əldə edildi. O dövrün rəsmi məluma-

tına görə ümumi uzunluğu 13,5 min kilometr olan 112 kanal 

çəkilmişdi.  Əkin  sahələri  1852-ci  ildəki  4,1  milyon  fəddan-




360 

dan 1877-

ci ildə 4,7 fəddana çatmışdı. Suvarma il boyu geniş 

tətbiq  edilməyə  başlanmışdı.  Bu  dövrdə  pambıqçılıq  sürətlə 

inkişaf edirdi. 1850-ci ildə 365 min kantar pambıq məhsulu 

götürüldü. Ölkədə şəkər qamışı istehsalı da xeyli artmışdı. 

Amma 

Misirdə sənaye hələ də ləng inkişaf edirdi. Çünki 



Avro

pa sənayesinin maneəsiz rəqabəti qarşısında yerli səna-

yenin 

imkanı az idi. Buna baxmayaraq onlarla şəkər zavodu 



açılmışdı ki, bu zavodlar da İsmayılın müəssisələri idi. Bun-

dan başqa toxuculuq, gön və kağız fabrikləri açılmışdı. 1873-

cü ildə həmin müəssisələrdə 20 min fəhlə işləyirdi. 

 

Nəqliyyat və rabitə vasitələri tikintisi geniş vüsət almış-



dı. İlk dəmir yolu olan Qahirə-İsgəndəriyyə yolu 1856-cı ildə 

işə salınmışdı. 1880-ci il üçün 1,8 min kilometrdən artıq də-

mir  yolu  çəkilmişdi.  İsgəndəriyyə  limanı  genişləndirilib 

dərinləşdirilmişdi.  Bundan  başqa  min  kilometrlərlə  teleqraf 

və telefon xətti çəkilmişdi. 

 

Nəticə  etibarilə  xarici  ticarətin  həcmi  olduqca  artdı. 



1850-

ci  ildən  1880-ci  ilədək  idxalat  1,6  milyon  funtdan  6,5 

milyon funta qədər, ixracat isə 2 milyondan 13 milyon funta 

çatmışdı. 

Əhalinin artması da ölkənin iqtisadi inkişafını göstərirdi. 

Belə ki, Misirin əhalisi 1848-ci ildə 4.542 min olduğu halda, 

1882-

ci  ildə  6.804  minə  çatmışdı.  Qahirənin  əhalisi  artaraq 



375 minə, İsgəndəriyyənin əhalisi isə 231 minədək artmışdı. 

 

İsmayılın hakimiyyəti dövründə Misirin Türkiyədən ası-



lılığı  xeyli  azaldıldı  və  müstəqilliyi  genişləndi.  Yeni  paşa 

1867-


ci  ildə  sultandan  xədiv  ləqəbi  almışdı  ki,  bu  da  onun 

im

periya  canişinlərindən  yüksəkdə  durduğunu  göstərirdi. 



1873-

cü ildən isə Misir "əyalət" əvəzinə "dövlət" adlanmağa 

başladı. İsmayıla, öz ordusunu istədiyi qədər artırmağa icazə 

verildi. 

Bu fürsətdən və daxili imkanlardan səmərəli istifadə 

edilərək Misir ordusu artırılıb, 80 min nəfərə çatdırıldı.  

 60-70-

ci illərdə daxili siyasi həyat bir qədər də avropa-



laşdırıldı. Fransız nümunəsində mülki və cinayət qanun mə-

cəllələrinin qəbul edilməsi, dünyəvi məhkəmələrin və vəkillər 

ida

rəsi yaradılmasının böyük əhəmiyyəti var idi. Dini məhkə-



mələr  yalnız  ailə-nigah  işlərinə  baxırdı.  Hakim  türk  sülaləsi 


361 

öz ərəb təbəələrinə bir sıra güzəştlərə getməli oldu. Səidin və 

İsmayılın  hakimiyyəti  illərində  misirlilərin  əvvəlki  illərdən 

fərqli olaraq orduda zabit olmasına icazə verilirdi. 70-ci illə-

rin ikinci yarısında ordunun kiçik zabitləri, əsasən ərəblərdən 

ibarət idi. Bunlarla yanaşı, 1866-cı ildə məşvərətçi nümayən-

dələr palatası yaradılmışdı ki, bu nümayəndələr də Misir cə-

miy


yətinin varlı, yuxarı təbəqələri tərəfindən seçilirdi. Nəha-

yət,  1870-ci  ildə  türk  dili  əvəzinə  ərəb  dili  rəsmi  dil  elan 

edildi. Misir

də ərəbləşmə prosesi genişləndi. 

 Eyni zamanda h

ərbi-iqtisadi  gücün  artması  nəticəsində 

İsmayıl  yeni  işğalçı  yürüşlər  təşkil  etdi.  1870-ci ildə  Misir 

qo

şunları  Sudanın  içərilərinə  doğru  irəlilədi.  Eyni zamanda 



Misir 

qoşunları Qırmızı dəniz sahillərindən Somali ərazisinə 

soxuldu

. Bərbərə, Zeylə və hazırda Həbəşistana aid olan Hə-



rər də xədivin hakimiyyəti altına keçdi. Bu sonuncu işğallar 

həbəşlərlə qanlı və o qədər də müvəffəqiyyətli olmayan mü-

ha

ribəyə səbəb oldu. Əlbəttə, Avropa dövlətləri Misirin sürət-



li inkişafını istəmirdi. Məhz bu səbəbdən süni münaqişələr tö-

rədilməsi  Misirin  iqtisadi  siyasi  və  hərbi  cəhətdən  zəiflədil-

məsi məqsədi güdürdü. 

 

Avropa kapitalının Misirdə hegemonluğu 



   

Bu dövrdə Misirin inkişafı ona görə diqqəti cəlb edirdi 

ki, bu 

inkişaf xarici kapital tərəfindən ölkənin qarət edilməsi-



nin sür

ətlənməsinə baxmayaraq sistemli şəkildə baş verirdi və 

hakim təbəqə üçün maraqlı idi. Xarici kapitalistlər Misir xal-

qının olduqca böyük potensial imkanlara malik olduğunu əsas 

götürərək  bu  işə  var  qüvvələri  ilə  başlamışdılar.  göstərirdi. 

Yəni ölkəni alban mənşəli paşalar idarə etsələr də onların Mi-

si

rə, misirlilərə qayğı göstərməsi o qədər də onları maraqlan-



dırmırdı, onların başlıca marağı varlanmaq idi. Lakin, bu da 

fakt idi ki, t

ədricən  assimilyasiyaya  uğrayan  gəlmələr  yerli 

xal


qa yuxarıdan aşağı baxmırdılar. Müstəmləkəçilər və onla-

rın  həmfikirləri  Misirin  tərəqqisi  yolunda  ən  mühüm  maneə 

olaraq qalmaqda 

idi. Misirin Türkiyədən asılılığı azalıb müstə-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə