Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə119/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   115   116   117   118   119   120   121   122   ...   142

356 

daxili  qaydaların  tamamilə  təhkimçilik  qaydalarına  bənzər 

olmasına  baxmayaraq,  o  zaman  üçün  bu  böyük  ordu  Yaxın 

Şərqdə  ciddi  döyüş  qüvvəsi  idi.  O zaman Məhəmmədəli 

Fransa müxbi

ri  ilə  söhbətində  əbəs  yerə  deməmişdir  ki, 

"Döv

lətin  dayağı  xalq,  xalqın,  vətənin,  dövlətin  dayağı  isə 



ordudur". 

 

Məhəmmədəlinin xarici siyasəti 

  

Misirin  daxili  iqtisadi,   



siyasi və mədəni inkişafı xarici 

siya


sət sahəsində Məhəmmədəli üçün xeyli imkanlar yaratdı. 

O, yeni 


ərazilər işğal etməyə çalışır və bu məqsədlə də fasilə-

siz is


tilaçı müharibələr aparırdı. Bu müharibələr Misirin mə-

nafeyi


nə  uyğun  deyildi.  Qədim  dövlətçilik  tarixindən  artıq 

bəllidir  ki, daxildə  stabillik  olmasa,  xalq  hakimiyyətdən  na-

razı olsa daima hakimiyyət üçün təhlükə mövcud olacaqdır. 

Çünki xal

qın hiddətindən və intiqam hissindən xilas olmadıq 

üçün 


daxili stabillik başlıca şərtlərdəndir. Hakimiyyət daxildə 

öz əhalisinə inam, etibar bəsləməsə gec-tez həmin dövlət xa-

ri

ci müdaxiləyə məruz qalır. Misirdə də Məhəmmədəli məm-



lükləri,  ölkənin  ziyalı  təbəqələrini  təqib  etdiyinə,  zindanlara 

saldırdığına görə, ən başlıcası isə mənşəcə misirli olmadığına 

görə sosial dayağı az idi. Hərbi-siyasi hakimiyyətini, müha-

fizəsini yalnız etnik qruplara etibar etmişdir ki, onlar da yerli 

xalqdan  çox  az  idilər  və  istənilən  vaxt  ölkəni  tərk  edib  ona 

nasib ölkədə məsgunlaşan bilərdilər. Misir qarşısında du-



ran yeganə real vəzifə, despotik Osmanlı imperiyasının asılı-

lığından  qurtarmağa  nail  olmaq  idi.  Bu  siyasət  isə  olduqca 

təhlükəli idi və buna Misir hazır deyildi. Amma sonralar is-

tiq


laliyyət üçün məqam yetişdi və Məhəmmədəli Misiri Tür-

kiyə  imperiyasının  tərkibindən  qoparmağa  müvəffəq  oldu. 

L

akin hər halda tam istiqlaliyyət qazana bilmədi. O, diqqətini 



Misirdən  xaricdəki  yerləri  işğal  etməyə  verib  hərbi-iqtisadi 

qüvvələrini pərakəndə halına saldı. 

Türkiyə  sultanının  tapşırığı  ilə  Məhəmmədəli  1811-

1818-


ci illərdə Ərəbistan yarımadasında ərəblərə qarşı müha-

ribə apardı. Bu zaman ərəblər Türkiyə zülmü əleyhinə vahabi 




357 

dini-


siyasi  nəzəriyyəsi  bayrağı  altında  geniş  mübarizə  apa-

rırdılar. Beləliklə, Məhəmmədəli XIX əsrin əvvəllərində Os-

manlıların təhriki ilə Sultan II Mahmud başda olmaqla, ərəb 

azadlıq hərəkatına ağır zərbələr vurdu. 1819-1823-cü illərdə 

Misir qo

şunları Sudanın xeyli hissəsini fəth etdilər. Yenə də 

Sultan 

II Mahmudun tapşırığı ilə Məhəmmədəli 1823-1827-ci 



illərdə üsyan etmiş yunanlara qarşı müharibə apardı. Bu mü-

haribə Navarində Misir donanmasının məhv edilməsi və Mi-

sir qo

şunlarının Yunanıstandan çıxarılması ilə başa çatdı. 



 

Hərbi uğurlardan sonra Məhəmmədəli xeyli arxayınlaş-

dı və 1831-ci ildə Məhəmmədəli Türkiyə sultanı ilə açıq mü-

ba

rizəyə başladı. İki il yarımlıq vuruşmalardan sonra Məhəm-



mədəli Suriya və Kilikiyəni aldı. Lakin ilhaq edilən əyalətlər 

Məhəmmədəli üçün əbədi səadət deyil, üsyan və kütləvi itaət-

sizlik 

mənbəyi  oldu.  Suriya  ərəbləri  Məhəmmədəlinin  oğlu 



İbrahimi əvvəllər xilaskar kimi qarşılasa da, lakin bir az sonra 

qo

yulan yeni vergilər, orduya səfərbərlik, icbari əmək mükəl-



ləfiyyəti,  əhalinin  tərksilah  edilməsi  xalqı  Misir  hakimlərin-

dən çəkindirdi. Suriyada Misir əleyhinə üsyanlar başlandı. İn-

gil

tərə başda olmaqla Avropa dövlətlərinin yardım etdiyi Tür-



ki

yə  ilə  ikinci  müharibə  zamanı  (1839-1840)  suriyalıların 

güc

lü  üsyanı  İbrahimin  ordusuna  qəti  zərbə  vurdu  və  ona 



böyük tələfat verib Misrə geri çəkilməyə məcbur etdi. 1841-

ci  ildə  Məhəmmədəli  Sudandan  başqa,  işğal  etdiyi  bütün 

yerlərdə hakimiyyətini bərpa etdi. Amma onun ordusu 18 min 

nəfərədək  azaldıldı.  Məhəmmədəlinin  hərbi  məğlubiyyəti 

hərbi uğurlarından çox oldu. Məhəmmədəlinin məğlubiyyəti-

nin 


ən mühüm səbəblərindən biri başqa ölkələrin ərəbləri ilə 

kəskin ixtilaf, yerli xalqlara etinasız yanaşma, hədsiz varlan-

ma, tamah

karlıq və yerli xalqa yuxarıdan aşağı baxmaq idi. 

 

Bütün bunların obyektiv nəticəsi idi ki, Məhəmmədəli-



nin xarici siyasəti müvəffəqiyyətsizliklə nəticələndi və yalnız 

bircə müsbət nəticəsi oldu ki, 1841-ci ildə Türkiyə Məhəm-

mədəlinin nəsli hakimiyyəti altında Misirin daxili muxtariy-

yətini tanıdı. Misir üzərində Türkiyənin hakimiyyəti qəti su-

rətdə sarsıdı. Lakin Türkiyənin nəzarəti altından çıxan Misir 

Avropa dövlətlərinin asılılığına düşürdü. 1841-ci ildən sonra 




358 

Avropa k


apitalının Misrə soxulması qüvvətləndi. Xarici kapi-

ta

lın sürətlə Misrə soxulması nəticələrindən biri də Misir sə-



na

yesinin dağılması oldu. Misir yarımmüstəmləkəyə, kapita-

list dövlətlərin aqrar-xammal bazarına çevrilməsi ilə tərəqqi-

nin son mərhələsi, yəni tənəzzül mərhələsinə daxil oldu. 

 

Misir XIX əsrin 50-70-ci illərində 

  

1849-


cu  ildə  Məhəmmədəli  vəfat  etdi  və  onun  vəfatın-

dan sonra 

onun nəvəsi hakimiyyətə gəldi və I Abbas paşa ol-

du. Onun ha

kimiyyəti dövründə islahatlardan əvvəlki qayda-

la

ra qayıtmaq təşəbbüsü edildi. Amma Abbas Məhəmmədəli-



nin siyasətinə zidd hərəkət edirdi. O, 1849-cu ilədək qalmış 

olan bütün fabrikləri və məktəbləri bağlatdırdı. I Abbas Mə-

həmmədəlinin dövründəki vergi və mükəlləfiyyətləri saxladı. 

Bu da ölkənin xalqın mənafeyi üçün və məhsuldar qüvvələri-

nin inkişaf etdirilməsinə deyil, öz sarayına və yaxın adamları-

na əlverişli şərait yaratmaq üçün atılan addım idi. Səriştəsiz 

və meyxanapərəst yeni paşa, həmçinin Osmanlı imperiyasına 

sadiq olduğunu nümayiş etdirirdi. I Abbas 1851-ci ildə Qahi-

rə-İsgəndəriyyə dəmir yolu çəkilməsini ingilislərə konsessiya-

ya verdi. Bu 

Misirdə ilk xarici konsessiya idi. Lakin Məhəm-

mədəlinin ənənələri əsasında tərbiyələnmiş hakim sinfin əksə-

riy

yəti Abbasın siyasətinə rəğbət göstərmirdi. Onu xarici döv-



lətlərə  satqınlıqda  və  rüşvət  verərək  hakimiyyətini  möhkəm-

ləndirməkdə günahlandırırdılar. Odur ki, 1854-cü ilin yayında 

I Abbas gecə vaxtı sarayda öldürüldü. Abbasdan sonra Misirin 

hakimləri Məhəmmədəlinin oğlu və  nəvəsi  Səid  (1854-1863) 

v

ə  İsmayıl  (1863-1879)  oldular.  Onların  hakimiyyəti  ölkənin 



iqtisadiyyatının  xeyli  yüksəliş  dövrünə  təsadüf  edir.  Tədriclə 

sarsılan feodal-təhkimçilik qaydaları kapitalist əlaqələrinin ilk 

rüşeymləri ilə əvəz olunurdu və eyni zamanda ümummisir ba-

zarı  da  inkişaf  edir  və  şəhərlər  artırdı.  İnhisarlar  sistemi  və 

ölkənin  iqtisadiyyatı  üzərində  malikanə-təhkimçilik  nəzarəti 

aradan qalxırdı. Səid və İsmayılın keçirdiyi islahatlar bütün bu 

prosesləri sürətlənirirdi. Yəni, keçirilən islahatlar şəxsi mənafe 

deyil, ümumxalq mənafeyi güdürdü. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə