Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə118/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   114   115   116   117   118   119   120   121   ...   142

353 

yük inhisarçı tacir idi. Bəzi inhisarlar yüksək qiymətlə ayrı-

ayrı şəxslərə verilirdi. Bir nəfər levantlı tacir 1826-cı ildə hət-

ta içməli Nil suyunu yüksək qiymətlə ona iltizama verilməsi-

ni təklif etmişdi. Məhəmmədəli isə az qala buna razı olmuş-

du. L


akin qəzəblənən və az-çox insafı olan hərbi nazir Lazoğ-

lu bu acgöz 

taciri Nildə batırmaq əmri vermişdi və bu hadisə 

xalq tərəfindən rəğbətlə qarşılanmışdı. 

İnhisara qarşı narazılığın son dərəcə artdığını nəzərə ala-

raq, Məhəmmədəli 1832-ci ildə kəndlilərin buğda, qarğıdalı, 

arpa və paxla bitkilərini azad surətdə sərf etməsinə icazə ve-

rib, qalan məhsullar üzərində inhisarı saxladı. 

Eyni zamanda b

ütün xarici ticarət dövlət inhisarında idi. 

Məhəmmədəlinin hakimiyyəti dövründə xarici ticarət 8 dəfə 

artmışdı. 1836-cı ildə əslində ixracatın 95 faizi, idxalatın isə 

4

0  faizi  paşanın  ixtiyarında  idi.  Yəni  ölkədə  gəlir  təxminən 



birinci şəxsin və yaxud onun tayfasının əlində cəmləşmişdi. 

1816-


cı ildə Məhəmmədəli ölkəyə gətirilən digər məmu-

lat


ların da satışını inhisara aldı. Bu qayda ölkə daxilində is-

teh


sal  edilən  sənətkarların  məhsullarına  da  şamil edildi. Sə-

nətkarlar  bütün  məhsulu  dövlət  qiymətilə  məmurlara  təhvil 

verməli  olurdular.  Sənətkarların  xeyli  hissəsi  müflisləşdi  və 

onlar fabrik fəhlələrinə çevrildilər. 1818-ci ildə ilk toxuculuq 

fabrikləri yaradıldı. Nəticədə 1837-ci ildə 29 çit, ipək, yun və 

kətan  fabriki  fəaliyyət  göstərməyə  başladı.  Bu  fabriklərin 

nəzdində  boyaqxanalar  da  düzəldilmişdi.  Şəkər  və  yağ  za-

vodları,  kağız  fabriki  açılmışdı.  Ordunun  ehtiyaclarını  ödə-

mək  üçün,  Qahirə  qalasında  köhnə  silah  emalatxanaları  ge-

nişləndirilmiş, yeni silah, barıt, kükürd zavodları yaradılmış-

dı. İsgəndəriyyədə tərsanələr yaradılmış və burada hərbi gə-

milər düzəldilirdi. Artıq 1831-ci ildə eskadra gəmisi (mükəm-

məl silahlandırılmış iri hərbi gəmi) tikilib qurtardı. Bu gəmi-

nin 136 topu və 1.000 nəfərlik şəxsi heyəti yəni, komandası 

var idi. Çay gəmiləri hazırlayan müəssisələr də var idi. Səna-

yeni təmin etmək üçün 1820-ci ildə Bulakda metaltökmə za-

vo

du  açılmışdı.  Burada  maşınlar,  alətlər,  əyirici  və  toxucu 



d

əzgahlar,  hətta  buxar  mühərrikləri  hazırlanır  və  təmir 

edilirdi.  



354 

Sənaye  müəssisələri  demək  olar  bütünlüklə  dövlətin 

əlində  idi.  Az  miqdarda  olan  xüsusi  kapitalistlər  də  adətən 

döv


lətdən öz işlərini qurmaq üçün maddi yardım alırdı. Am-

ma bu gənc sənayenin buraxdığı məhsulun maya dəyəri çox 

yüksək idi. Zavodların və fabriklərin feodal müdiriyyəti hö-

küməti aldadır, xəzinədən külli miqdarda vəsait  mənimsəni-

lirdi və öz ətaləti ilə istehsalın inkişafını ləngidirdi. Ümumiy-

yətlə  sənaye  mənfəət  vermirdi,  ona  arasıkəsilmədən  kömək 

etmək,  onu  xarici  rəqabətdən  qorumaq  lazım  gəlirdi.  Misir 

sənayesi 1841-ci ilədək hələ lazımınca möhkəmlənmədiyi bir 

vaxtda 1838-ci il ingilis-

türk ticarət sazişi Misirin hərbi-iqti-

sadi 

məğlubiyyətinə  istiqamətləndirilmişdi.  Bu  saziş  inkişaf 



etmiş Avropa sənayesinin ucuz malları üçün ölkənin qapıla-

rını geniş açırdı. 40-cı illərdə müəssisələr xarici rəqabətə tab 

gətirməyərək bir-birinin  ardınca bağlanırdı. 1844-cü ildə isə 

axırıncı sənaye müəssisələri bağlandı. Məhəmmədəlinin yan-

lış siyasətinin ona vurduğu zərbədən sonra o, özünü düzəldə 

bilmədi. Sənətkarlıq və kustar istehsal müəyyən dərəcədə öz 

mövqeyini  saxlamış  olsa  da,  1882-ci  ildə  sexlər  fəaliyyətini 

dayandırmışdı.  

 Halbu ki, 1840-

cı  ildə  yeni  sənaye  müəssisələrində  35 

mindən çox fəhlə işləyirdi. İlk vaxtlar bunlar sabiq sənətkar-

lardan 


ibarət idi. Sonralar isə kəndliləri icbari qaydada fabrik-

lərə göndərməyə başladılar. Məhkəmə cəzası verilən adamları 

da  buraya  göndərir  və  islah  işlərinə  cəlb  edirdilər.  Fəhlələr 

f

abrik  nəzdindəki  yataqxanalarda  yaşamalı  idi  və  onlar fab-



rik

dən kənara çıxa bilməzdi. Fəhlələrin qaçmasına yol vermə-

mək üçün onların bədənlərinə xüsusi nişanlar həkk etdirilirdi. 

Fəhlələr  hərbi  intizama  tabe  edilmişdi.  Onları  tez-tez döy-

məklə cəza verirdilər. Əmək haqqı onlara adətən natura şək-

lində verilirdi. Bu təhkimli fəhlələrin əmək məhsuldarlığı son 

dərəcə  aşağı  idi.  Bəzi  hallarda  fəhlələr  içərisində  iğtişaşlar 

baş verirdi. Məsələn, 1826-cı ildə Əsyütdə 600 fəhlə maşın-

ları sındırmış və fabriki yandırmışdılar. 

 

İslahatların məhdud xarakter daşımasına və feodal-təh-



kimçilik  qaydalarının  qalmasına  baxmayaraq,  ümumiyyətlə 

XIX  əsrin  birinci  yarısında  Misir  öz  iqtisadi  inkişafında 




355 

nəzəri cəlb edəcək müvəffəqiyyətlər qazanmışdı. Bu, əhalinin 

artmasında  da  özünü  göstərirdi.  Əvvəlki  illərlə  müqayisədə 

1800-


cü  ildə  Misirin  əhalisi  2.460  min  nəfər  olduğu  halda, 

1847-


ci ildə 4.476 min nəfərə çatmışdı. 1800-cü ildə İsgəndə-

riyyədə 15 min nəfər əhali olduğu halda, 1848-ci ildə 143 mi-

nə çatmışdı. Qahirədə təqribən 260 min nəfər əhali yaşayırdı. 

 

Məhəmmədəli digər islahat xarakterli tədbirlərlə yanaşı 



i

nzibati sistemi də yenidən qurmağa nail oldu. İdarə sistemi-

nin başında mütləq hakimiyyət hüququ olan və geniş imtiyaz-

lara malik olan 

paşa dururdu. Misir əyalətlərə, mahallara və 

rayonlara bölünmüşdü. Yeni idarə aparatı paşa tərəfindən tə-

yin edilən adamlardan ibarət olub, bütünlüklə ondan asılı idi 

və onun əmrlərini həyata keçirirdi. İdarəçilikdə mütərəqqi hal 

on

dan  ibarət  idi  ki,  əvvəlki  feodal  hərc-mərcliyi  əvəzinə, 



mərkəzləşmiş idarə sistemi yaradılmışdı. Yerlibazlığa, tayfa-

baz


lığa,  qohumbazlığa  ümumiyyətlə  proteksionizmin  bütün 

formaları  qadağan  edilmişdi.  Bu  haqda  Misirə  səyahət  edən 

Lenu Furje yazırdı ki, “Məhəmmədəlinin islahatlarına ən də-

yərlisi  istedadlı  gənclərə  yolun  açılması  idi.  Bunun  nəticə-

sində Avropa təhsilli milli  kadrlar yetişdi”. 

 

Məhəmmədəlinin fəaliyyətində dövlət və xalq üçün zə-



ruri olan 

hərbi islahat ən mühüm yer tuturdu. Amma onun ilk 

qoşunları  muzdla  tutulan  alban  və  türk  əsgərlərindən  ibarət 

idi. Onlar sayca çox az olub, Avropa qay

dasında hər hansı bir 

təlim keçilməsi təşəbbüslərinə qarşı müqavimət göstərirdilər. 

Məhəmmədəli  tədricən  fəllahların  orduya  çağrılması  fikrini 

reallaşdırdı. Bu fövqəladə bir yenilik idi. Çünki fəllahlar əsr-

lərdən  bəri  hərbi  xidmətə  cəlb  olunmurdu.  Onların  müqavi-

mət göstərməsinə baxmayaraq 20-ci illərin ortalarında fəllah-

larından  ibarət  ilk  nizami  hərbi  hissələr  yaradıldı.  Ordunun 

komanda  heyəti  türklərdən,  albanlardan,  çərkəslərdən, kürd-

lərdən,  lazlardan  ibarət  idi  və  bunlara  Napoleon  ordusunun 

sa

biq zabitləri təlim keçirdi. Bu zabitlər Məhəmmədəli tərə-



fin

dən  muzdla  işə  götürülmüşdü.  Az  bir  müddətdə,  yəni 

1839-

cu ildə ordunun sayı 200 min nəfərə çatdırılmışdı. Bun-



dan başqa, 30-dan çox hərbi gəmidən ibarət olan donanmada 

20  min  adam  qulluq  edirdi.  Məhəmmədəlinin  ordusundakı 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə