Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə121/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   117   118   119   120   121   122   123   124   ...   142

362 

qilliyi  artsa  da,  ölkənin  Avropa  kapitalistlərinin  əsarəti  altına 

düşməsi getdikcə daha da sürətlənməkdə idi.  

 

Nəzərə almaq lazımdır ki, 1840-cı il hərbi məğlubiyyət-



dən  sonra  Misir  daim  hərbi  müdaxilə  təhlükəsi  altında  idi. 

Buna 


görə də Avropa dövlətləri bir çox güzəştləri diplomatik 

yolla, öz konsulları vasitəsilə qoparırdılar. Məhz bu səbəbdən 

1841-1876-

cı illərdə Misirdə idarəçilik sisteminə "konsulluq 

erası" adı vermişdi. 

 

Bununla yanaşı Misirin əsarət altına alınmasında Süveyş 



kanalının  çəkilməsi  mühüm  rol  oynadı.  Fransız  kapitalisti 

Lesseps Süveyş kanalını qazdırmaq və istismar etməyi 1854-

cü ild

ə Səiddən konsessiyaya götürdü. Son dövrlərdə Səid və 



onun ətrafındakılar Misirin mənafeyilə az maraqlanırdı və bu-

na görə Lesseps onlara son dərəcə əlverişsiz şərtlər qəbul et-

dir

di. Bu şərtlərə görə Misir pulsuz olaraq ərazi və fəhlə qüv-



vəsinin beşdə dörd hissəsini verir, tikinti sahəsinə şirin su ka-

nalı  çəkirdi və  digər  sosial  təchizatları  təmin  edirdi.  Süveyş 

ka

nalı qazıldıqdan sonra 99 il müddətinə Lessepsin yaratdığı 



kompaniyanın  ixtiyarına  keçməli  idi.  Kanalın  istismarından 

əldə  ediləcək  gəlirin  85  faizi  həmin  kompaniyaya  və  yalnız 

15 faizi Misirə çatırdı ki, bu da ən ədalətsiz bölgü idi.  

 

Konsessiya müqaviləsinə müvafiq olaraq Lesseps 1858-



ci il dekabrın 15-i üçün kompaniya səhmlərinin yayılmasını 

başa çatdırmalı idi. Kompaniyanın səhmləri 200 milyon frank 

məbləğində  (8  milyon  funt)  müəyyən  edilmişdi.  Səhmlərin 

bir 


hissəsini  Səid  aldı.  Lesseps  səhmlərin  52  faizini  dərhal 

Pa

risdə  sata  bildi.  İngiltərə  ümumiyyətlə  bu  tədbirdə  iştirak 



etməkdən boyun qaçırdı və hətta Şərqdə Fransanın nüfuzunun 

artmasından ehtiyat edərək bu tədbiri hər vasitə ilə pozmağa 

çalışırdı. Belə bir şəraitdə konsessiyanın baş tutmaması təhlü-

kəsi ortaya çıxdı. Bunu görən Lesseps öz "dostu" Səidin ona 

vermiş olduğu imzalı və möhürlə təsdiq edilmiş ağ blankları 

paşanın  adından  doldurdu  və  çatışmayan  məbləği  də  onun 

üzərinə qoydu. Yalnız belə bir saxtakarlıqla səhmlərin yayıl-

ması başa çatdırıldı və kompaniya "qanuni" fəaliyyət göstə-

rən  müəssisə  elan  edildi.  Bundan  xəbər  tutan  Səid  əvvəlcə 

tədiyyələri ödəmək istəmədi, lakin sonra bununla razılaşdı və 




363 

beləliklə, çoxlu təcili tədiyyələr Misir dövlətinin üzərinə düş-

dü. Nəhayət, 1859-cu ildə işə başlandı. Kanalı icabri qaydada 

Misir  kəndliləri  çəkirdilər.  Zorla  səfərbərliyə  alınmış  Misir 

k

əndliləri susuz səhrəda nəzarətçilərin şallağı altında işlədilir, 



hər  cür  məhrumiyyətlərə  məruz  qalaraq  ölürdülər.  10  ildən 

sonra,  yəni  1869-cu  il  noyabrın  17-də  kanalın  açılışı  elan 

edildi

. Kanal Misirə 8 milyon funta (200 milyon frank), bütün 



Avropa  səhmdarlarına  isə  cəmi  5,5 milyon funta (140 mln 

fran


ka)  başa  gəldi.  Buna  baxmayaraq  kanalı  məhz  Avropa 

səhmdarları  idarə  etməyə  başladılar.  Tarixi  ədalətsizliyin  ən 

böyük mənası da bunda idi. 

Süveyş kanalının çox böyük beynəlxalq əhəmiyyəti var 

idi. Marks S

üveyş  kanalını  Şərqə  böyük  yol  adlandırmışdı. 

La

kin  kanalın  çəkilməsi  Misir  xalqına  çox  böyük  qurbanlar 



bahasına başa gəldi. XIX əsrin 60-cı illərində bir Misir ziyalı-

sı  mətbuatda  öz  fikrini  belə  ifadə  etmişdi:  "Süveyş  kanalı 

çəkilərkən orada minlərlə misirlinin qanı axıdılmışdır. İndi də 

onların narahat ruhları başımız üzərində dolaşmaqdadır. Gö-

rəsən I Abbasın ruhu xəcalət çəkirmi?" 

Hələ I Abbasın hakimiyyəti dövründən və onun səmərə-

siz xərcləri nəticəsində Səidə 100 milyon frank daxili borc və 

tama


milə boş xəzinə irs qalmışdı. Buna görə də yeni paşa ən 

va

cib  xərcləri  ödəmək  üçün  təcili  surətdə  4,5  milyon  frank 



miq

darında daxili istiqraz buraxdı. Süveyş kompaniyası qar-

şısındakı  öhdəlikləri  yerinə  yetirmək  üçün  Səid  artıq,  xaric-

dən borc almağa məcbur oldu. Səid ölən zaman Misirin 400 

milyon frankdan çox (16 milyon funt) borcu var idi. O

nun xə-


ləfi  isə  hələ  üstəlik  Süveyş  kompaniyasına  borclarını  da 

verməli idi.  

Süveyş  kanalının  çəkilməsi  və  başqa  lüzumsuz  tikinti 

işləri  Misirin  borca  düşməsində  həlledici  rol  oynadı.  Lakin 

Mi

sirin  qarət  edilməsi  heç  də  bununla  bitmirdi.  Avropa  iş-



bazları konsul məhkəmələri vasitəsilə də Misirdən çoxlu qı-

zıl,  gümüş  və  zinət  əşyaların  aparırdılar.  Xaricilərdən ibarət 

olan  konsul  məhkəmələri  istər  cinayət  işi  olsun,  istərsə  də 

mülki iş bir qayda olaraq qapalı şəkildə keçirildi. Məhkəmə 

prosesinə  milli  kadrlar  buraxılmırdı.  Ölkədə  kapitulyasiya 



364 

hüquqlarından  istifadə  edən  hər  bir  xarici  təbəənin  Misir 

höku

məti ilə ixtilafı baş verdikdə bu işlərə öz ölkəsinin kon-



sul məhkəməsində və öz ölkəsinin qanunları əsasında müza-

ki

rə etdirmək ixtiyarı var idi. Konsullar həmişə öz həmvətən-



lərinə kömək göstərirdi və xarici təbəələr hər bir bəhanədən 

istifadə  edərək  Misirə  qarşı  məhkəmə  iddiaları  qaldırırdı. 

Yalnız 1863-1867-ci illərdə Misir hökuməti konsul məhkəm-

ləri qərarlarına əsasən xaricilərə 72 milyon frank pul ödəmiş-

di və bu haqda heç kimə hesabat verilmirdi. 

Bütün bu borclar təxirə salınmadan ödənilməli idi, bun-

lar

dan boyun qaçırılması Misirə silahlı müdaxilə qorxusu tö-



rədirdi. Büdcə gəliri çatışmırdı, hər cür ağır şərtlərlə xaricdən 

pul borc almaq lazım gəlirdi. Xarici borcların özü də borcun 

faizinin 

artması mənbəyinə çevrilirdi. 

1875-

ci ildə Misirin maliyyə vəziyyəti o qədər çıxılmaz 



oldu ki, İsmayıl Misirə bu qədər baha başa gələn Süveyş ka-

nalı səhmlərinin öz payını bütün səhmlərin 44 faizini cəmi 4 

milyon funta İngiltərəyə satdı. Lakin bu tədbir də xədivi xilas 

edə bilmədi və 1876-cı il aprelin 6-da İsmayıl borcların ödə-

nil

məsini dayandırmağa məcbur oldu. Bir qədər sonra 1880-



ci ildə Misirin borcu 90 milyon funt məbləğində (2,5 milyard 

frank)  olduğu  müəyyən  edildi.  Bu  siyasət  uzunmüddətli 

düşünülmüş Avropa dövlətlərinin Misir üzərində hegemonluq 

siyasəti idi. 

 

İkili nəzarət 

 

Misirin  əsarət  altına  alınması  prosesi  1876-cı  ildə  yeni 



mərhələyə  daxil  oldu.  Avropa  dövlətləri  bilavasitə  Misirin 

da

xili işlərinə qarışmağa başladılar. Bunu onlar "qəyyumluq" 



adlandırırdılar. 

  1876-


cı il mayın 2-də İsmayıl dövlət borcu xəzinəsi ya-

ra

dılması  haqqında  qanun  imzalamağa  məcbur  oldu.  Həmin 



xəzinə İngiltərə, Fransa, İtaliya və Avstriya-Macarıstanın ko-

mis


sarları tərəfindən idarə edilirdi. Kreditorları təmin etmək 

üçün ayrılan dövlət gəlirləri həmin xəzinəyə daxil olmalı idi. 

Xəzinənin öz qulluqçuları var idi və bu xəzinə dövlət içərisin-



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə