Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə123/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   119   120   121   122   123   124   125   126   ...   142

368 

ŞƏRQİ SUDAN 

 

 

Ərəb mənbələrində hələ qədim dövrlərdən etibarən qeyd 



olunurdu  ki,  Misirdən  cənubda,  Qırmızı  dənizdən  Qvineya 

kör


fəzinə qədər olan geniş əraziyə "Sudan" ("Qaralar ölkəsi") 

deyirdilər. İndiki Sudan dövləti həmin ərazinin şərq hissəsin-

də, əsasən Nil və onun qolları hövzəsində yerləşir. 

1275-


ci ildə Misir məmlüklərinin istilaçı yürüşləri Şima-

li  Sudana  ərəb  təsiri  üçün  şərait  yaratdı.  XV  əsrdə  Sudanda 

Dərfur  və  Sənnar  sultanlıqları  meydana  çıxdı.  XIX  əsrin 

əvvəllərində Dərfur Ağ Nilin qərbində, Sənnar isə Ağ Nil ilə 

Mavi Nil arasındakı ərazidə yerləşirdi. 

1819-1823-

cü illərdə Şimali Sudan Misir hökmdarı Mə-

həmmədəlinin qoşunları tərəfindən işğal olundu və Donqola, 

Sənnar, Kordofan vilayətləri də Məhəmmədəliyə tabe edildi. 

1822-ci 


ildə  Xartumun  əsası  qoyuldu  və  bu  şəhər  Sudanın 

pay


taxtı elan edildi. İşğalçılar tədricən Qırmızı dəniz və Hə-

bəşistan hüdudlarına çatdılar və yeni qaydalar tətbiq edildi. 

Türk-

Misir məmurları Sudana daxil olduqdan sonra əha-



li

ni amansızcasına istismar etməyə başladılar. Oturaq qəbilə-

lərə, xüsusilə şiddətli zülm edilirdi. Bunlar üzərinə çoxlu ver-

gilər  qoyuldu.  Bu  vergilərin  yığılması  kəndlərə  hərbi  yürüş 

xarakteri  daşıyır,  hər  cür  fırıldaq,  zorakılıq  və  özbaşınalıqla 

həyata keçirilirdi. Nəticədə çoxlu sudanlılar qul edildi. Qulla-

rı  iri  ərəb  qəbiləsi  baqqarlar  və  onların  hərbi  dəstələri  əldə 

edir


di. İmtiyazlı vəziyyətdə olan baqqarlar nisbətən az vergi 

verirdi. Onların şeyxləri ən iri quldar idi. 

 

Təxmini  hesablamaya  görə  artıq  1839-cu  ilədək  200 



min 

sudanlı qul edilmişdi. Qullar Misirə göndərilir, buradan 

da 

dünya qul bazarlarına, Yaxın Şərqin başqa ölkələrinə satı-



lırdı. Qulun qiyməti çox ucuz idi. Hətta bir qoşa lülə tüfəngə 

6-8 qul almaq olurdu. 

Bu misilsiz qarət və terror, hüquqsuzluq hər yerdə işğal-

çılara  qarşı  ümumi  nifrət  doğururdu,  təsərrüfat  həyatını  po-

zur

du. Qul  alverçilərindən xilas olmaq üçün qəbilələr başqa 



yerlərə köçüb gedirdilər.  

Misir  xədivi  İsmayılın  dövründə  Sudana  yeni  işğalçı 

yürüşlər təşkil edildi. Xədivin qulluğunda olan ingilis Bekker 

1869-1873-

cü  illərdə  Cənubi  Sudan  vilayətlərini  işğal  etdi. 

Bəhr-əl-Qəzəl  və  Ekvatoriya  adlanan  iki  yeni  əyalət  təşkil 




369 

edil


di. Sudanın ən iri qul alverçisi və torpaq sahibi paşa rüt-

bəsi almış Zübeyrin dəstələri 1874-cü ildə Dərfuru işğal etdi. 

 

Avropa müstəmləkəçilərinin Sudana soxulması 70-ci il-



lərdə daha da gücləndi. Onlar Misir məmurları sifətilə, əslin-

də isə xədivdən və onun nazirlərindən asılı olmayaraq müstə-

qil  hərəkət  edirdilər.  Xüsusilə  1876-cı  ildə  Misir  üzərində 

Av

ropa dövlətlərinin ikili nəzarəti qoyulduqdan sonra Sudan-



da yüksək vəzifələrin çox hissəsi onların əlinə keçdi. İngilis 

Qordon 1877-

ci ildə bütün Sudanın general-qubernatoru oldu. 

O,  burada qeyri-

məhdud  hakimiyyətə  və  müstəqil  büdcəyə 

malik idi. Avropalı məmurlar, kapitalistlər və tacirlər gündən-

günə daha çox axışıb Sudana gəlirdi. 1881-ci ildə Sudanda 20 

min avropalı var idi və onlar Sudanda məsgunlaşaraq böyük 

imtiyaz sahiblərinə çevrilirdilər. 

XIX əsrin 70-ci illərin ikinci yarısında yerli qəbilə şeyx-

ləri və qul alverçiləri ilə yeni hökumət orqanları arasında ixti-

laflar 


baş verdi. Hökumət orqanları "köləliyə qarşı mübarizə" 

bayrağı altında çıxış edib Sudanın istismarını öz əlinə keçir-

məyə çalışırdı. Zübeyr paşa Qahirəyə gəldikdə o, ev həbsinə 

alındı və yalnız 1900-cü ildə Sudana qayıtdı. Zübeyrin oğlu 

Süleyman 1878-

ci ildə üsyan qaldırdı. Ona qarşı Qordon və 

Qordonun köməkçisi Cessi mübarizə aparırdılar. 1879-cu ilin 

yayında Qordon istefaya çıxdı. 1880-ci ilin mayında Cessi üs-

yançıları məğlub etdi və Süleymanı ələ keçirib güllələdi. 

Ölkədə  cəhalət  hələ  də  mövcud  olduğu  üçün  Türkiyə-

Misir  və  avropalıların  hakimiyyətinə  qarşı  xalq  kütlələrinin 

narazılığı dini mübarizə forması almaqda idi. Dini təbliğatçı 

Məhəmməd  Əhməd  xalq  hərəkatının  məfkurəçisi  və  rəhbəri 

oldu. O, 1871-

ci  ildə  Ağ  Nildəki  Əbba  adasını  özü  üçün 

mərkəz edib Ənsariyyə adlı yeni müsəlman təriqəti yaratdı və 

təbliğata  başladı.  Onun  tərəfdarları  ənsarlar,  buradan  bütün 

Sudana yayılaraq əhalini üsyana qaldırırdılar. 

 

Misirin  siyasi  və  iqtisadi  böhranı  nəticəsində  80-ci 



illərin əvvəllərində Qahirə hökumətinin Sudanda hakimiyyəti 

xeyli 


zəifləmişdi. Avropa müstəmləkəçiləri ilə Sudan şeyxləri 

və qul alverçiləri arasındakı mübarizə siyasi böhranın dərin-

ləşməsinə səbəb oldu. Bütün bunlar ənsarların işini asanlaş-

dırırdı. Bununla yanaşı Sudanda istilaçıların rəqabəti güclən-

dik

cə ölkədə istismar artırdı ki, bu da milli-azadlıq hərəkatını 



sürətləndirməkdə idi.  


370 

ƏRƏBİSTAN 

 

 

Ərəbistan aşağıdakı tarixi-coğrafi əyalətlərə bölünürdü: 



Hicaz  (qərb),  Yəmən  (cənub-qərb),  Həzrəmaut  (cənub), 

O

man (cənub-şərq), Nəcd (mərkəz) və Həsa (şərq). 



 

XVI əsrdə dağınıq ərəb knyazlıqları türk istilalarının tə-

si

ri  altına  düşdü.  Həşimilər  sülaləsindən  olan  Məkkə  şərifi 



nüllü olaraq özünü Türkiyənin vassalı elan etdi. 1538-ci il-

də Yəmənə türk donanması gəldi. Osmanlı qarnizonları orada 

bir neçə məntəqədə məsgən saldı və yalnız 1642-ci ildə bura-

dan  çıxarıldı.  Amma  Həsa  əyaləti  rəsmən  Türkiyənin  haki-

miy


yətini tanıdı. Bundan sonra Həsada türk idarəçilik sistemi 

gücləndirildi. 

 

XVIII əsrin ikinci yarısında mərkəzi Məqsət də olmaqla 



Omanda müstəqil və güclü sultanlıq yarandı. Oman Şərqi Af-

rikada Z


ənzibar  da  daxil  olmaqla,  böyük  bir  ərazini  özünə 

tabe etdi. Bu dövrdə Oman geniş dəniz ticarətinə malik idi və 

xeyli inkişaf etmişdi. 

1744-


cü ildən etibarən Nəcddə digər dini-siyasi cərəyan, 

vahabilər dini-siyasi hərəkatı inkişaf etməyə başladı. Hərəka-

tın məfkurəçisi Məhəmməd ibn Əbdülvahab müsəlman dini-

nin inkişafı gedişində dinə əlavə olmuş ehkamları rədd edə-

rək  ibtidai islama  qayıtmağı  təbliğ  edir,  məişətdə  sadəliyə 

doğru  çağırırdı.  Xatırlamaq  zəruri  olardı  ki,  632-ci  ildə 

Məhəmmədin  vəfatından  sonra  islama  dair  66  min  hədis 

yazılmışdı.  Bu  hədislər  içərisində  təhriflər  də  var.  Nəcdin 

kiçik  feodallarından  biri  Dariya  şəhərinin  əmiri  Məhəmməd 

ibn  Səuid,  habelə  Nəcdin  çoxlu  azad  əkinçiləri,  sənətkarları 

və  tacirləri  ona  tərəfdar  çıxdılar.  Vahabilər  hərəkatı  siyasi 

cəhətdən  bir  neçə  mərhələ  keçmişdi.  Ən  əvvəl  onlar  öz 

qarşılarında  Nəcdi  birləşdirmək  vəzifəsini  qoymuşdular. 

Va

habilər nəzəriyyəsini qəbul etməyən və Türkiyənin vassalı 



Həsa əmirləri ilə yaxınlaşan Nəcd feodallarına qarşı şiddətli 

mübarizədən  sonra  1773-cü  ildə  Nəcdin  birləşdirilməsi 

vəzifəsi  yerinə  yetirildi.  Hərəkatın  ikinci  mərhələsində 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə