Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə122/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   118   119   120   121   122   123   124   125   ...   142

365 

də qeyri-adi bir gücə çevrilməkdə idi. Lakin Avropa dövlət-

ləri bunu da kifayət hesab etməyərək 1876-cı il noyabrın 18-

də xədivi yeni bir qanun imzalamağa məcbur etdilər. Həmin 

qanuna əsasən ölkənin bütün gəlirləri üzərində nəzarət etmək 

üçün ingilis nəzarətçisi və ölkənin bütün xərcləri üzərində nə-

za

rət  etmək  üçün  fransız  nəzarətçisi  təyin  edildi.  Beləliklə, 



ikili nəzarət adlanan sistem (1876-1882) tədricən formalaşdı-

rıldı. Bir nəfər misirli həmin sistemi belə bir istehzalı məsəllə 

qiy

mətləndirmişdir:  "Siz  heç  görmüsünüzmü  ki,  itlə  pişik 



birlik

də siçanı gəzməyə aparsınlar?" 

İkili nəzarət” kreditorların nəfinə fəllahlardan ən aman-



sız bir surətdə zorla vergi toplanılmasını da öz funksiyalarına 

da

xil  etmişdilər. Misirin amansızlıqla  qarət  edilməsi  nəticə-



sində  1878-ci  ildə  ölkədə  kütləvi  aclıq  baş  verdi.  Belə  bir 

dəhşətli aclıq çoxdan idi ki, görünməmişdi. Dövlət gəlirləri-

nin 

2



3

 

hissəsindən çoxu xarici banklara gedirdi. Misirdə icti-



mai  işlərə, məktəblərə,  orduya  ayrılan  xərclər  insafsızcasına 

talan edilir, mədaxil və məxaricə nəzarət yox idi. 

Qərb dövlətlərinin təzyiqi altında 1878-ci ilin avqustun-

da Misirdə nazirlər kabinəsi yaradıldı və buraya iki nəfər də 

avropalı daxil edildi. İngilis Vilson maliyyə naziri vəzifəsini, 

fransız  nümayəndəsi  isə  ictimai  işlər  naziri  vəzifəsini  tutdu. 

Onların hər ikisinin hər hansı bir məsələdə veto hüququ (hər 

hansı bir qanun və ya tədbiri ləğv etmək və ya dayandırmaq 

ququ) var idi. Buna görə də Misirdə bu yeni hökumətə haq-



lı olaraq "Avropa hökuməti" deyirdilər. 

Misirdəki mövcud vəziyyətdən elə görünürdü ki, İngiltə-

rə və Fransa heç bir müqavimətə rast gəlmədən Misirə tama-

milə  yiyələnmişlər.  Misirin  hakim  feodal  dairələri  Avropa 

döv

lətləri qarşısında açıqdan-açığa təslim olmuşdular. Lakin 



ölkədə milli oyanış başlanmışdı, gənclər xalqın sərvətinin ta-

lan edilməsilə nəhayət ki, barışmırdılar. Odur ki, müstəmlə-

kəçilər heç də özləri qətiyyən gözləmədən nəhayət, Misir xal-

qının  müqavimətinə  rast  gəldilər.  Bu  kütləviləşməkdə  olan 

milli-

azadlıq hərəkatı və istismarçı təbəqələrə qarşı çevrilmiş 



xalq narazılıqları idi. 

 


366 

Mədəniyyət 

 

Qədim Misir dilinin, yazısının yaranması, tarixinin, mədə-



niyyətinin  və  arxeoloji  aidələrinin  kompleks  şəkildə  öyrənil-

məsi şərqşünaslığın bir sahəsidir. Qədim Misir abidələrini oxu-

muş, Misir dilinin qrammatikası və filologiyasının əsasını qoy-

muş F.Şampalyonun adı ilə bağlıdır. Ebers T, Mariyeto, U.Pik-

ze, Flenders,  F

.Şampalyonun ardıcılları idi. Rusiyada Misirin 

tədqiqinə XIX əsrin I yarısında başlanmışdı. V.Qolonişşev, B. 

Turayev, İ.Volkov, V.Strevve və başqaları Misirin elm və mə-

dəniyyətinin inkişafına böyük töhfələr vermişlər. Məhəmməd-

əlinin  hakimiyyəti  dövründə  xalq  maarifi  sahəsində  islahat 

keçirilmişdi. 1818-ci ildə ilk dünyəvi məktəb açılmışdı və bu-

rada Avropa 

təhsilinin ilk bilikləri verilirdi. Bir qədər sonra bir 

sıra ibtidai, orta və xüsusi məktəblər açıldı. Lakin bu məktəb-

lərdə çox cüzi miqdarda uşaq təhsilə cəlb olunmuşdu. 1822-ci 

ildə  Bulakda  ilk  mətbəə  təşkil  edildi  və  1828-ci  hökumətin 

rəsmi orqanı olan ilk qəzet çıxmağa başladı. 

Abbasın  hakimiyyəti  dövründəki  fasilədən  sonra  50-



70-

ci illərdə yenidən dünyəvi hökumət məktəbləri açıldı. Bu 

məktəblərdə  minlərlə  şagird  oxuyurdu.  1873-cü  ildə  qızlar 

üçün ilk məktəb açıldı. Bir sıra ali məktəblər bərpa edildi və 

yeni  ali  məktəblər  yaradıldı  (politexnik,  tibb,  hüquq,  peda-

qoji, 


kənd təsərrüfatı məktəbləri). Eyni zamanda bir sıra hərbi 

məktəblər  də  açıldı.  60-70-ci  illərdə  yaradılan  Qədim  Misir 

mu

zeyi,  ərəb  incəsənəti  muzeyi  və  Qahirədəki  xədiv  kitab-



xanası əhəmiyyətə malik olmaqla xalqın elmi-mənəvi zəngin-

liyinin 


inkişafında, həmçinin mühüm mədəni rol oynadı. 

Ərəb  dilində  xüsusi  şəxslər  tərəfindən  ilk  qəzetlər  təsis 

olundu. İndiyədək nəşr olan ən köhnə Misir qəzetlərindən biri 

"Əl-əhram"  qəzeti  1875-ci  ildən  dərc  olunmağa  başladı. 



Abdulla  Nədim  və  Yaqub  Sənan  kimi  görkəmli  publisistlər 

formalaşdı. 70-ci illərin əvvəllərində Yaqub Sənan ərəb dilin-

də tamaşa göstərən ilk teatr dəstəsi təşkil etdi. Yaqub Sənanın 

özünün yazdığı pyeslər o qədər müvəffəqiyyət qazanmışdı ki, 

Yaqub Sənana Misirin Molyeri deyirdilər. Sənan siyasi möv-

zulara  müraciət  edir,  Misirin  işlərinə  müdaxilə  edən  ingilis-

ləri tənqid edirdi. Ən başlıcası isə milli ənənələr saxlanılmaq-

la ölkədə müasirləşmə prosesi gedirdi. 




367 

SUDAN 

 

Sudan sözünün ərəbcə mənası qaralar, zəncilər ölkəsi de-



məkdir.  Afrikanın  şimal-şərqində  yerləşən  bu  dövlət  Qırmızı 

dəniz sahilindədir və Misir , Liviya, Çad, Mərkəzi Afrika res-

pub

likası, Zair, Uqanda, Keniya və Efiopiya ilə həmsərhəddir. 



  

Tarixi  məlumatlara  görə  Sudan  ərazisində  məsgunlaş-

ma  daş  dövrünə  təsadüf  edir.  Bu  ərazidə  Xartum  mədəniy-

yətinin əlamətləri mövcuddur. 

Sudan ərazisinin xeyli hissəsi qədimdə Kuş ölkəsi e.ə. X 

əsrdən Nubiya, qədim misirlilərə qohum sami-hami və kuşit 

tayfaları ilə ittifaq yaratmışdılar. E.ə VIII əsrdə isə bu ərazidə 

Hapata dövləti yarandı. Amma IV əsrin əvvəllərində Sudanı 

Aksum padşahlığı işğal etdi və VII əsrdən etibarən xristianlıq 

geniş yayılmağa başladı. Digər ölkələr kimi VII əsrdən etiba-

rən ərəb işğallarının başlanması nəticəsində Sudan da ərəb iş-

ğalına məruz qaldı. Bu ölkəyə əvvəlcədən gələn ərəb müha-

cir

ləri Sudanda yerli camaatın adət-ənənələrini, psixologiya-



sını öyrəndikdən sonra ərəb missionerləri islam dinini yayma-

ğa başladılar. Ərəblərin Sudanda apardığı təbliğat öz bəhrə-

sini verdi. VII əsrdən XIV əsrə qədər gedən proseslər nəticə-

sin


də ərəblər Sudan xalqının nəinki dini-ideoloji dünya goru-

şünü, eyni zamanda ictimai-siyasi mövqeyini, həyat tərzini də 

dəyişdirə  bildilər.  XIV  əsrdən  başlayaraq  Sudanda  inzibati 

idarəçilik  sistemi  dəyişdirildi  və  sultanlıqlar  yaradıldı.  Bu 

pro

ses XVI əsrdə başa çatdırıldı. Belə sultanlıqların yaradıl-



ması  əslində  ölkədə  mərkəzləşdirilmiş  dövlətin  yaradılması-

nın qarşısını almaq məqsədi daşıyırdı. Bununla yanaşı Suda-

na qarşı daima işğalçılıq siyasəti yeridən qonşu dövlətlər Su-

da

nın  təsir  dairəsinə  salınmasında  maraqlı  idilər.  Bu  qonşu 



dövlətlərdən  Sudana  qarşı  istilaçılıqda  ən  çox  iddialı  olan 

Misir idi. Eyni zamanda Sudanın şimalında və şərqində gedən 

daxili  siyasi  proseslər  Sudanın  işğalına  zəmin  hazırlayırdı. 

Nil çayının qolları hövzəsində yerləşən Sudan coğrafi şəraiti-

nə  və  torpaqlarının  münbitliyinə  görə  digər  regionlardan 

fərqlənirdi. Qırmızı dənizdən Qvineya körfəzinə qədər ərazini 

Suda

n (Qaralar ölkəsi) adlandıran ərəblər uzun müddət bu öl-



kəyə sistemli şəkildə mühacirət edərək öz təsir dairəsinə sala 

bilmişdilər.  XIII  əsrdən  Sudanın  istila  edilməsi  özünün son 

həddinə çatdı və bu ölkənin istilasında yenə də misirlilər daha 

çox fəallıq göstərdilər. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə