Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə126/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   122   123   124   125   126   127   128   129   ...   142
    Bu səhifədəki naviqasiya:
  • SURİYA

378 

əvəz  edildi.  Kənd  təsərrüfat  kreditini  inkişaf  etdirmək  üçün 

Midhət paşa xüsusi xəzinələr təşkil etdi. 

 

İraqda Avropa nümunəsində ilk mülki və hərbi məktəb-



lər açıldı, çoxlu sənət məktəbləri yaradıldı. Bağdadda ilk qə-

zet çıxmağa başladı ki, bu da milli mədəniyyətə, milli şüurun 

formalaşmasına müsbət təsir göstərdi. 

 

Böyük şəhərlərdə hərbi xəstəxanalar, Bağdadda isə həm 



də mülki vətəndaşlar üçün böyük bir xəstəxana yaradıldı və 

su kəməri çəkilməsinə başlandı. Bu haqda mətbuatda fasilə-

lərlə məqalələr dərc edilirdi. Odur ki, İraqa su çəkilişi ilə əla-

qədar mətbuat yazırdı ki, "Əsrlər boyu su problemi ilə yaşa-

yan  İraq  xalqı  Midhət  paşanın  xeyirxahlığı  nəticəsində  ob-

razlı şəkildə desək, cənnətə qovuşdu". 

Midhət paşanın fəaliyyəti İraqda bəzi orta əsr qalıqları-

nın  aradan  qaldırılmasına  və  ötüb keçməsinə  kömək  etdi. 

L

akin bununla bərabər hakim türk millətçisi olan Midhət paşa 



Türkiyə  imperiyasının  əsarətdə  saxladığı  xalqların  milli  hü-

quq


larını tanımaq səviyyəsinə yüksəlməyə qadir deyildi. Ca-

ni

şinin əsas cəza zərbəsi əvvəllər vergidən və hərbi xidmətə 



çağırışdan azad olan qəbilələrin üzərinə düşdü. Canişin hərbi 

mükəlləfiyyət  məsələsinə  çox  ciddi  münasibətdə  olduğuna 

rə onların üzərinə çoxlu vergi qoydu, fəllahlar kimi bədəvi-



ləri də türk ordusunda hərbi mükəlləfiyyət daşımağa məcbur 

etdi və qəbilələri tərksilah olundu. Midhət paşa bəzi despotik 

qaydaları tətbiq etməklə özünü nüfuzdan saldı. Bütün bunlara 

cavab olaraq öz istiqlaliyyəti uğrunda mübarizə aparan ərəb 

qəbilələrinin  üsyanları  baş  verirdi.  Midhət  paşa  tabe  olma-

yan


ları güllələyir və sürgün edirdi. O, hətta üsyançı Şəmmar 

qəbilələrini darmadağın edərək onların şeyxini də edam etdir-

di.  Bu  hadisələrdən  sonra  İraq  ərəbləri  Midhət  paşaya  düş-

məncəsinə yanaşırdılar. Bu səbəbdən İraqda Osmanlı despo-

tik  idarəçilik  sisteminə  qarşı  ümumi  narazılıq  güclənməkdə 

və yeni mərhələyə daxil olmaqda idi. Bunula yanaşı, Midhət 

paşa bəlkə də dərk etmirdi ki, idarəçilik sisteminin ən mütə-

rəqqi  yolu  ədalətli  idarəçiliklə  xalqın  rəğbətini  qazanmaqdı. 

Despotik üsul isə ölkəni tənəzzülə sürüklənməsidir. 



379 

SURİYA 

 

 

Hələ    XV  əsrin  sonu  və  XVI  əsrin  əvvəllərində  bir  çox 



xalqlar  və  dövlətlər  imperiyaların  istilasına  məruz  qalmışdı. 

İmperiyaların  müstəmləkələr  uğrunda  qızğın  rəqabət  apardığı 

dövrdə  1516-cı  ildə  Suriya  Osmanlı  türkləri  tərəfindən  işğal 

edilmişdi. O zaman Suriya tərkibinə daxil olan Dağlıq Livan və 

Fələstin  yerli  feodal  hakimlər  köhnə  qaydada  olduğu  üçün 

vəzifələrində  qaldı  və  onlar  türk  sultanının  vassalları  oldu. 

Suriyanın  qalan  yerləri  isə  üç  vilayətə  bölünüb  bilavasitə  Os-

manlı  dövləti  tərəfindən  idarə  edilirdi.  Suriya  ərəbləri  türklərə 

qarşı  dəfələrlə  üsyan  qaldırdı.  XVIII  əsrin  ortalarında  Şimali 

Fələstin  və  Cənubi  Livan  ərəbləri  osmanlı  işğalçılarına  qarşı 

uzun sürən mübarizə apardılar. XVIII əsrin axırlarında başlanan 

bu üsyan 

nəhayət  məğlub  edildi.  Bu  mübarizəyə  ərəblərin 

içərisindən  çıxmış  yerli  xalqın  nümayəndəsi  Dahir  Ömər  baş-

çılıq edirdi. Üsyana həmçinin ərəb feodalları  qoşulsa da, əsas 

aparıcı  qüvvə  kəndlilər  və  bədəvilər  idi.  Türkiyə  1775-ci  ildə 

Dahir Öməri çox çətinliklə məğlub etdi. Bundan sonra Cənubi 

Suriyada türk paşası Cəzzarın istibdadçı rejimi yarandı və tam 

30  il  sürdü.  Bu  dövr  şiddətli  feodal  irticası  dövrü  başlandı. 

1788-


ci  ildə  Cəzzarın  razılığı  ilə  yerli  Şihabilər  sülaləsinin 

nümayəndəsi II Bəşir Dağlıq Livanın əmiri oldu. 1799-cu ildə 

Cəzzar ingilis donanmasının yardımı ilə Napoleonun Fələstinə 

yürü


şünü  dəf  etdi.  1804-cü  ildə  Cəzzar  öləndən  sonra  onun 

terror və qarətə əsaslanan feodal dövləti parçalandı. 1804-1831-

ci illərdə Dəməşq, Trablis və Əkkənin türk paşaları öz qoşunla-

rına  arxalanaraq  hökmranlıq  etdilər.  Livanda  II  Bəşir  digər 

feodal tayfalarını məhv edərək, onların əmlakını əlinə keçirdi və 

öz  hakimiyyətini  möhkəmlətdi.  II  Bəşir  1825-ci  ildə  druz 

feodallarının hərbi koalisiyasını amansızcasına darmadağın etdi. 

Bundan  başqa,  həmin  dövrdə  Avropa  kapitalistləri  Suriyaya 

soxulur və burada kapitulyasiya rejimindən istifadə edərək onu 

öz malları üçün satış bazarına çevirməyə başlayırlar. 

XIX əsrin birinci rübündə Misir hakimi Məhəmmədəli-

nin oğlu yenidən işğalçılıq həvəsinə düşdü. O, düşünürdü ki, 

Suriyanın işğalı Misir üçün xeyli mənfəət gətirə bilər. Odur 

ki,  1831-

ci  ilin  payızında  Misir  hökmdarı  Məhəmmədəlinin 



380 

oğlu İbrahim Suriyaya soxuldu. O, 1832-ci ilin mayında Ək-

kəni aldı, iyunun 13-də isə Dəməşqə daxil oldu. Əhali osman-

lı zülmünə qarşı mübarizədə İbrahimi öz xilaskarı hesab edib, 

onu sevinclə və rəğbətlə qarşıladı. 1832-ci ilin iyulunda Misir 

ordusu türklər üzərində iki dəfə parlaq qələbə çaldı və bütün 

Suriyanı  işğal  etdi.  Nəticədə  1833-cü  ilin  mayında  Türkiyə 

ölkənin idarə edilməsini rəsmən Məhəmmədəliyə həvalə etdi. 

İbrahim isə Suriyada Məhəmmədəlinin canişini oldu. 

 

İbrahim Suriyada ən vacib sahə olan strateji sahədə inzi-



bati sistemi yenidən qurdu, o möhkəm mərkəzləşdirmə siya-

səti yeridərək mütləq hakimlik iddiasında idi. Amma İbrahi-

min ideyalarının əksinə olan hadisələr baş verdi. Suriya ma-

hal


lara bölündü və bunlar İbrahimin təyin etdiyi qubernator-

lar tərəfindən idarə edilirdi. Eyni zamanda misirlilər tərəfinə 

keçən  II  Bəşir  Dağlıq  Livanda  öz  hakimiyyətini  mühafizə 

edib 


saxladı. 

Misir canişini obyektiv olaraq mütərəqqi xarakter daşıyan 

bir  sıra  tədbirlər  həyata  keçirdi.  Feodal  hərc-mərcliyi  və 

iğtişaşlarına son qoyuldu. İbrahim türklərin hakimiyyəti dövrün-

də  xristianlar  üçün  qoyulmuş  həqarətli  məhdudiyyətləri  ləğv 

etdi,  ölkədə  tolerantlığa  şərait  yaratdı  və  onların  da  qanunun 

himayəsi  altında  olmasını  təmin  etdi.  O,  ölkənin  kənd 

təsərrüfatını yüksəltməyə çalışır, taxıl əkini sahələrini genişlən-

dirirdi.  İbrahim  heyvandarlığı  inkişaf  etdirmək  məqsədilə 

Antakya  yaxınlığında  böyük  bir  nümunəvi  maldarlıq  ferması 

təşkil etdi. Bununla yanaşı o, özbaşına cərimə və vergi alınma-

sına  qarşı  mübarizə  aparırdı.  Bundan  başqa o, yoluxucu 

xəstəliklərə  qarşı  karantinlər  düzəltdi,  poçt-rabitə  xidmətini 

qaydaya saldı. Bir çox ibtidai məktəblər, o cümlədən Dəməşqdə 

600  şagird  üçün,  Hələbdə  400  şagird  üçün  məktəb  və 

Antakyada  üç  orta  məktəb  açılmışdı.  Canişin,  xristian  mis-

sionerlərinə  də  icazə  verdi  ki,  məktəblər  açsınlar.  O,  bu yolla 

xa

lq maarifi işini yaxşılaşdırmaq ümidində idi. Missionerlər isə 



Beyrutda 

qızlar üçün ilk məktəb açdılar və mətbəə təşkil etdilər. 

 

Lakin  bu  səmərəli  tədbirlərin  ölkə  həyatına  dərin  təsir 



göstərməsi üçün vaxt yox idi. Əhali Misir hakimiyyətinin mənfi 

cəhətlərini  daha  çox  hiss  etməkdə  idi.  Məhəmmədəli  daim 

Türkiyə ilə yeni müharibə təhlükəsi şəraitində idi və buna görə 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə