Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə129/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   125   126   127   128   129   130   131   132   ...   142

387 

yardımı və vasitəçiliyi ilə Trablisdə münaqişə salmaq fikrinə 

düşdü. O, Misirdə muzdla tutulmuş dəstələr toplayıb, 1805-ci 

ilin mayında Kirenaikanın mərkəzi Dərnə şəhərini bombard-

man edərək oranı da tutdu. 1805-ci ilin iyulunda amerikalılar 

Trablis şəhərinə hücum etməyə hazırlaşırdılar. Qeyri-bərabər 

hərbi qüvvənin sonu nə ilə nəticələnəcəyindən düzgün qərar 

qəbul  edən  və  hərbi  məğlubiyyətin  qaçılmaz  olduğunu  dərk 

edən Yusif sülh istədi. 

Ceffersonun rəhbərlik etdiyi Amerika hökuməti belə bir 

uzaq müstəmləkənin saxlanılmasının çox mürəkkəb iş olma-

sını və baha başa gəlməsini nəzərə alaraq İtonun, Deketorun 

və başqa müstəmləkəçilərin planlarına tərəfdar çıxmadı. ABŞ 

hökumətinin tərəddüdlərinə baxmayaraq nəticədə tərəflər ara-

sında  sülh  müqaviləsi  bağlandı.  Bu  müqavilənin  şərtlərinə 

rə Trablis Amerika gəmilərinə hücum etməməyi öhdəsinə 



götürür,  hər  hansı  bir  bac-xərac  almaqdan  imtina edirdi. 

Ame


rika ilə bağlanan sülh müqaviləsinin digər şərtlərinə görə 

Dərnə Yusifə qaytarıldı. 

1812-

ci ildə İngiltərə ilə ABŞ arasında müharibə başlan-



dıqda Tunis, Trablis və Əlcəzair Amerika gəmilərinə yenidən 

hücum  etməyə  başladılar.  Müharibədən  sonra,  yəni  1815-ci 

ildə Şimali Afrikaya Deketorun komandanlığı altında yenidən 

eskadra  göndərildi.  Amerika  eskadrasına  qarşı  dəniz  vuruş-

ma

sında məşhur dəniz qulduru Həmidunun komandanlıq et-



di

yi Əlcəzair donanması məğlubiyyətə uğradı və Həmidu özü 

də öldürüldü. 1815-ci il iyulun 7-də Əlcəzair deyi amerikan-

lardan bac-

xərac almaqdan imtina etməli oldu. Deketor Tunis 

üzərinə  yeni  və  ağır  şərtlərdən  ibarət  təzminat  qoya  bildi. 

Bundan başqa, Əlcəzair, Tunis və Trablis müharibə dövründə 

Amerika ticarətinə vurduqları zərəri ödəməli idilər. 

 

Nəticə etibarilə Birləşmiş Ştatlar Məqribdə müstəmləkə 



əldə  edə  bilməsə  də,  Məqrib  dövlətləri  xeyli  zəiflədi.  Bir  il 

sonra İngiltərə onlara qarşı işğalçılıq yürüşünə başladı. Lord 

Eksmautun koman

danlığı  altında  ingilis-holland  eskadrası 

1816-

cı  il  avqustun 26-27-də  Əlcəzair  şəhərini  top  atəşinə 



tutdu və bombardman etdi. Əlcəzairlilər qeyri-bərabər döyüş-

də 7 min adam itirdi, onların donanması yandırıldı və isteh-

kamları dağıdıldı. Eksmautun tələbi ilə dey xristianların qul 



388 

halına salınmasını ləğv etdi. Avropalı əsirləri geri qaytardı və 

müharibə xərcini ödəməyi öhdəsinə götürdü. Eksmaut Tunis-

dən və Trablisdən də buna bənzər güzəştlər almağa müvəffəq 

oldu. 1817-

ci ildə Mərakeş sultanı ABŞ və Avropa dövlətləri-

nin 

təzyiqi  altında  dəniz  quldurluğunu  qadağan  etməyə  və 



hətta Mərakeşin hərbi donanmasını ləğv etməyə məcbur oldu. 

Tunis  donanmasına  gəlincə,  buna  axırıncı  zərbə  Navarində 

vuruldu. Tunis donan

masını buraya Türkiyə sultanı çağırmış-

dı.  XIX  əsrin  30-cu  illərinin  əvvəllərində  Məqrib  dövlətləri 

dənizdən edilə biləcək hücum qarşısında müdafiəsiz və tama-

milə aciz qaldılar. 

 

Məqrib haqqında bir çox Avropa dövlətlərinin, o cüm-



lədən Fransanın daha geniş işğalçılıq planı var idi. Nəhayət, 

1827-


ci  ildən  etibarən  Fransa  hökuməti  Əlcəzairi  blokadaya 

almağa başladı. 1830-cu il iyunun 14-də Əlcəzair ərazisinə 37 

minlik  fransız  ordusu  çıxarıldı.  Axırıncı  dey  Hüseyn  başda 

olmaqla ha

kim feodal dairələri işğalçı Fransanın qoşunları ilə 

vu

ruşmaya davam gətirə bilməyib təslim oldu. Fransızlar iyu-



lun 5-

də Əlcəzair şəhərini işğal etdi və buradakı dövlət xəzi-

nəsini ələ keçirdilər. Fransızların etirafına görə, Əlcəzair xə-

zi

nəsində 49 milyon franka qədər pul var idi. Qarətdən sonra 



Dey  və  2,5  min  türk  mənşəli  iş  adamı  Türkiyəyə  sürgün 

edildi  ki, bura

da  Əlcəzairi  türklərdən  təmizləmək  məqsədi 

güdülürdü. 

Fransızların  hücumu  zamanı  Şimali  Afrika  dövlətləri 

ara


sında  əsla  birlik  yox  idi,  bu  da  fransız  qəsbkarlarının  iş-

ğalçılıq əməliyyatını asanlaşdırdı. Belə bir şəraitdə Mərakeş 

sul

tanı  Əbdülrəhman  hərc-mərclikdən  istifadə  edərək  Tləm-



səni  tutdu.  Onun  qoşunları  Medeyeyə  qədər  irəlilədi.  Lakin 

öz  qarətləri  və  ədəbsizlikləri  ilə  əlcəzairliləri  özlərindən  çə-

kindirdi. 1832-

ci ildə Əbdülrəhmanın quldur dəstələrində qi-

yam baş verdi. O biri tərəfdən Fransa ilə toqquşma təhlükəsi 

də  var  idi  və  buna  görə  Əbdülrəhman  öz  qoşunlarını  Əlcə-

zair

dən çıxardı. 



Mərakeşlilər çıxıb getdikdən sonra, Qərbi Əlcəzair qəbi-

lələri Əbdülqədiri özlərinə rəhbər seçdilər. Qədim ərəb tayfa-

sının  nümayəndələrindən  olan  Əbdülqədir  1807-ci  ildə  ana-

dan  olmuşdu.  Əbdülqədir  klassik  müsəlman  təhsili  almış, 




389 

ərəb ədəbiyyatını gözəl bilirdi və özü də istedadlı bir şair idi. 

O, 

bir çox ölkələri gəzmiş, Məkkə və Misirdə olmuşdu. Əb-



dülqədir bacarıqlı təşkilatçı və qorxmaz döyüşçü kimi dərhal 

özünü göstərdi. Bununla belə o alicənab və safqəlbli, təvazö-

kar bir adam idi və özü də çox sadə həyat tərzi sürürdü. O, 

1832-


ci  ildə  komandan  oldu  və  ona  əmir  titulu  verildi.  Öz 

xal


qının fransızlar tərəfindən müstəmləkə əsarətinə alınması-

nı  heç  cür  qəbul  etmək  istəməyən  Əbdülqədir  fransız  işğal-

çılarına  qarşı  xalq  üsyanına  başçılıq  etdi.  Əlcəzairin  istiqla-

liy


yətini müdafiə edən Əbdülqədir heç də köhnə rejimi bərpa 

etmək istəmirdi. O, Əlcəzairdə yeni ərəb dövləti yaratmaq, is-

la

hatlar  keçirmək,  feodal  və  qəbilə  pərakəndəliyini  ləğv  et-



mək istəyirdi. Əbdülqədir Əlcəzairin xalq kütlələrinə, kəndli 

və köçərilərinə arxalanırdı. Kiçik ərəb feodallarının bir hissəsi 

də ona kömək edirdi. Əbdülqədir Mərakeşlə yaxşı münasibət 

sax


lamağa çalışaraq özünü sultan Əbdülrəhmanın canişini (xə-

lifəsi) adalandırırdı və xütbə namazlarında onun adını hörmətlə 

xa

tırlamağı tövsiə etdi. Bunun sayəsində Əbdülqədir sultandan 



dəfələrlə silah, at və pul ala bilmiş, onun etimadını qazanmışdı. 

Lakin 


Fransa  Əlcəzairdə  öz  işğallarını  davam etdirirdi. 

Əlcəzirdən sonra müstəmləkəçilər sahil boyunca başqa şəhər-

ləri, o cümlədən Oran, Müstəqənəm, Buji, Bon şəhərlərini də 

tutdular.  Lakin  daxili  rayonlarda  Əbdülqədir  onlara  şiddətli 

müqavimət göstərirdi. İki il davam edən vuruşmalardan sonra 

Fransa,1834-

cü ildə əmirlə müqavilə bağladı. Oran və Müstə-

qənəm  şəhərlərindən  başqa,  bütün  Qərbi  Əlcəzairdə  onun, 

yəni Əbdülqədirin hakimiyyəti tanındı. Əbdülqədir geniş bir 

ərazinin hakimi oldu və yeddi ilə yaxın buranı öz hakimiyyəti 

altında saxlayaraq idarə etdi. 

 

Fransa ilə müvəqqəti razılaşma baş tutduqdan sonra Əl-



cəzairdə müəyyən quruculuq işlərinə başlanıldı. Ölkə sənaye-

si

nin  inkişafı  ön  plana  çəkildi.  Ən  başlıcası  ağır  sənaye  işə 



salındı və Əbdülqədir metaləritmə emalatxanaları təşkil etdi. 

T

op və barıt hazırlanmasını, strateji məhsullar buraxılmasını 



qay

daya  saldı  və  toxuculuq  manufakturası  açdı.  Bütün bun-

larla yanaşı əmir, könüllülük əsasında nizami ordu yaratdı ki, 

hərəsində 1.200 nəfər adam olan alaylara bölünürdü. 1839-cu 

ildə onun 4 belə batalyonu var idi. Ölkə səkkiz vilayətə bö-



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə