Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə132/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   128   129   130   131   132   133   134   135   ...   142

396 

 

Vaxtilə qüdrətli bir dövlət olan Mərakeş sultanlığı XIX 



əsrdə  uzun  sürən  böhrana  düçar olmuşdu. Sultan Sliman 

(1792-


1822)  tabe  olmayan  qəbilələrə  qarşı  fasiləsiz  mühari-

bələr aparırdı. Slimanın bütün tədbirlərinin müvəffəqiyyətsiz-

liyə uğradığı bir şəraitdə, o 1822-ci ildə vəfat etdi. Yeni sul-

tan 


Abdürrəhman da (1822-1859) Mərakeş daxilində üsyanla-

ra  qarşı  arasıkəsilmədən  mübarizə  aparırdı.  Ölkədə  qeyri-

stabil  şərait  davam  etdiyinə  görə  Abdürrəhman  da  Əlcəzair 

məsələsində bitərəf qalmadı və onun siyasəti Əbdülqədir üzə-

rinə xəyanətkarcasına hücum etməsilə nəticələndi. Lakin heç 

də bu siyasət onu Fransanın güclü zərbələrindən və müstəm-

ləkə siyasətindən xilas edə bilmədi. Amma kapitalist dövlət-

ləri  arasındakı  ziddiyyətlər  sultana  kömək  etsə  də, lakin bu 

dövlətlər  Mərakeşə  qarşı  öz  təzyiqini  dayandırmırdı.  ABŞ 

prezidenti Cekson 1836-

cı  ildə  sultanı  yeni  bir  saziş  bağla-

mağa məcbur etdi ki, buna görə də amerikalılara Mərakeşdə 

eks

territorialıq hüququ verilirdi. 1856-cı ildə İngiltərə də Mə-



rakeşdən  belə  güzəşt  qopardı.  Bundan  başqa  ingilislər  Mə-

rakeşlə ticarət müqaviləsi bağladılar və ingilislər üçün çox əl-

verişli olan bu sazişə görə, 10 faizdən artıq gömrük rüsumu 

alnmamalı idi. Beləliklə, XV əsrin sonu XVI əsrin əvvəllərin-

də Avropa dövlətləri arasında başlanan müstəmləkəçilik rəqa-

bəti uzun müddət davam edən müharibələrə səbəb olsa da bu 

müstəmləkəçilik müharibələrində qalib çıxan Fransa müstəm-

ləkə  ərazilərinə  malik  olandan  sonra  özünün  sənayesində, 

iqtisadiyyatında sürətli inkişafa nail oldu. 

 

Bu  haqda  zənci  tarixçisi  E.Dyubba  yazırdı  ki, Fransa 



müs

təmləkəçiləri Afrikada qarətçiliklə məşğul olarkən bu re-

gion

dan yalnız qızıl, gümüş və digər zinət əşyalarını talayıb 



aparmışlar.  Təqribi  hesablamaya  görə,  Afrikadan  Fransaya 

təkcə  1637-ci  ildən  etibarən  daşınan  qızıl  XVII  əsrin  sonu 

XVIII 

əsrin  əvvəllərinədək  45  tondan  çox  olmuşdur.  Digər 



zənci mütəfəkkiri P.Lümumba Fransanın Afrikadakı qarətçi-

lik fəaliyyətindən bəhs edərək yazırdı ki, "Fransa müstəmlə-

kəçilərinin Afrikada tökdükləri qan hesabına topladıqları ləl-

cəvahirlə  büllur  saraylar  ucaltdılar.  Bu  sarayların  bünövrəsi 

Afrika xalqlarının qanı bahasına qoyulmuş və ucaldılmışdır. 

O, dövrdən bir neçə yüzilliklər keçsə də bu büllur saraylardan 

qan qoxusu gəlir". Bir daha obyektiv nəticəyə gəlmək olur ki, 



397 

Avropa  dövlətlərinin  "sürətli"  inkişafının  bir  çox  səbəbləri 

var  idi  və  bu  səbəblərdən  biri  də  soyğunçuluq,  talançılıq, 

ekspansiyaçılıq siyasəti olmuşdur.  

Avropa  dövlətlərinə  müstəmləkələr  uğrunda  rəqabəti 

XIX əsrin ikinci yarısında yeni mərhələyə daxil oldu. 1859-

cu ilin noyabrında İspaniya Mərakeşə hücum etdi. 44 minlik 

ispan 


ordusu Şimali Afrikaya gətirildi. 1860-cı ilin fevralında 

is

panlar  Tətuanı  aldılar.  Martın  23-də  mərakeşlilər  bir  daha 



yenidən məğlub oldular, lakin İngiltərənin müdaxiləsi nəticə-

sin


də  Tanjerə  hücum  dayandırıldı.  1860-cı  il  aprelin  26-da 

bağlanan müqaviləyə əsasən Mərakeş, İfni rayonunda İspani-

yaya konsessiya, həmçinin 100 milyon rial təzminat verməyi 

öhdəsinə götürdü. 

Sultan Həsən (1873-1894) Şərif dövlətinin dağılmasının 

qarşısını  almağa  çalışırdı.  Onun  bütün  hakimiyyət  illəri  qi-

yam

çı  feodallara  və  Atlas  bərbərlərinə  qarşı  müharibələrdə 



keç

mişdi. O, ordunu genişləndirdi, məhzəni (sultan hökumə-

ti)  yenidən  təşkil  olundu.  Xarici  siyasət  sahəsində  Həsən 

müs


təmləkəçilər  arasındakı  ziddiyyətlərdən  istifadə  etməyə 

çalışırdı. 1880-ci ildə 12 dövlətin Madrid konfransında onun 

nüma

yəndəsi xaricilərin Mərakeşdə mülkiyyət əldə etmək hü-



qu

qunu  təsdiq  etdi.  Lakin  rəsmi  sənədləşmə  olsa  da  sultan 

ölkədə onların mühüm və strateji mövqelər tutmasına yol ver-

mirdi 


və bu siyasət mütərəqqi hal idi. 

1894-


cü ildə Sultan Həsən vəfat edən zaman Mərakeş di-

gər dövlətlərlə müqayisədə xeyli inkişaf etmiş, zahirən vahid 

və müstəqil bir dövlət idi. Lakin hərbi tədbirlər və məharətli 

dipl


omatiya ölkənin möhtac olduğu problemlərin hələlik həll 

etmək iqtidarında deyildi. Həmçinin keçirilməyən hələ də hə-

yata keçirilməyən islahatları heçnə əvəz edə bilməzdi. Odur 

ki, ölkədə hələ də feodal və qəbilə çəkişmələri aradan qaldı-

rılmamışdı. Mərakeşdə mövcud ictimai-iqtisadi və siyasi və-

ziy


yət  bir  müddətdən  sonra  yenidən  gərginləşdi.  Varlanmaq 

ehtirasları coşduqca sinfi düşmənçilik də artırdı. Ölkədə hələ 

də tayfa düşmənçiliyi qalmaqda idi və bu mürtəce xüsusiyyət 

xarici qəsbkarlara qarşı xalqın birləşməsinə imkan vermirdi. 

Mərakeş yenə də geridə qalmış, orta əsr, feodal ölkəsi idi və 

tezliklə işğalçıların müstəmləkə əsarətinə düçar oldu. 




398 

İstifadəsi zəruri hesab edilən ədəbiyyat siyahısı 

 

Əhmədov  V.  XVII  əsrin  birinci  yarısında  İngiltərənin 



Şərq siyasəti. Bakı, 1998.  

Mahmudov Y.M. 

Azərbaycan diplomatiyası. Bakı, 1996. 

Mahmudov Y.M. 

Azərbaycanın  Avropa  ölkələri  ilə 

əlaqələri. Bakı, 1986 

Onullahi S.M. XIII-XVII 

əsrlərdə Təbriz şəhərinin tarixi. 

Bakı, 1982 

Алиев  Л.Б.  Южная  Индия.  Социалъно-экономичес-

кая история XIV-XVIII в.в М., 1964. 

Антонова  К.А.  Английские  завоевания  Индии  в 

XVIII 

веке. М., 1958. 



Ашрафин  К.З.  Аграрный  строй  Северной  Индии 

(XIII – 


сер. XVIII в.). М., 1965. 

Бедняк  И.Я.  Япония  и  период  перехода  к  империа-

лизму. М., 1962.  

Белинский  А.Б.  Националъное  пробуждение  Индо-

незии. М., 1965. 

Бокшанин А.А. Китай и страны южных морей в XIV-

XVI 

в. М., 1968. 



Века  не  равной  борбы  (Националъно-освободителъ-

ное  движение  в  Азии  и  Африке).  Отв.  Ред.  Никифоров 

Б.Н. М., 1967. 

Всемирная история. Т. 3,4. М., 1957-1958. 

Всемирная история. Т. V, VI, VII. М., 1958-1960. 

Гейдаров  М.Х.  Города  и  городское  ремесло  Азер-

байджана XIII-XVII вв. Баку, 1982. 

Гордон-Полонская  Л.Р.  Мусулъманские  течения  в 

общественной мысли Индии и Пакистана. М., 1968. 

Горнунг М.Б., Лепец Ю.Т., Олейников И.Н. история 

открытия и исследования Африки. М., 1973. 

Губер  А.А.  Филиппинская  Республика  1989  г.  И 

американский империализм. Изд. 2. М., 1961. 

Губер  А.А.,  Ким  Г.Ф.,  Хейфец  А.Н.  Новая  история 

стран Азии и Африки. М., 1975. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə