396
Vaxtilə qüdrətli bir dövlət olan Mərakeş sultanlığı XIX
əsrdə uzun sürən böhrana düçar olmuşdu. Sultan Sliman
(1792-
1822) tabe olmayan qəbilələrə qarşı fasiləsiz mühari-
bələr aparırdı. Slimanın bütün tədbirlərinin müvəffəqiyyətsiz-
liyə uğradığı bir şəraitdə, o 1822-ci ildə vəfat etdi. Yeni sul-
tan
Abdürrəhman da (1822-1859) Mərakeş daxilində üsyanla-
ra qarşı arasıkəsilmədən mübarizə aparırdı. Ölkədə qeyri-
stabil şərait davam etdiyinə görə Abdürrəhman da Əlcəzair
məsələsində bitərəf qalmadı və onun siyasəti Əbdülqədir üzə-
rinə xəyanətkarcasına hücum etməsilə nəticələndi. Lakin heç
də bu siyasət onu Fransanın güclü zərbələrindən və müstəm-
ləkə siyasətindən xilas edə bilmədi. Amma kapitalist dövlət-
ləri arasındakı ziddiyyətlər sultana kömək etsə də, lakin bu
dövlətlər Mərakeşə qarşı öz təzyiqini dayandırmırdı. ABŞ
prezidenti Cekson 1836-
cı ildə sultanı yeni bir saziş bağla-
mağa məcbur etdi ki, buna görə də amerikalılara Mərakeşdə
eks
territorialıq hüququ verilirdi. 1856-cı ildə İngiltərə də Mə-
rakeşdən belə güzəşt qopardı. Bundan başqa ingilislər Mə-
rakeşlə ticarət müqaviləsi bağladılar və ingilislər üçün çox əl-
verişli olan bu sazişə görə, 10 faizdən artıq gömrük rüsumu
alnmamalı idi. Beləliklə, XV əsrin sonu XVI əsrin əvvəllərin-
də Avropa dövlətləri arasında başlanan müstəmləkəçilik rəqa-
bəti uzun müddət davam edən müharibələrə səbəb olsa da bu
müstəmləkəçilik müharibələrində qalib çıxan Fransa müstəm-
ləkə ərazilərinə malik olandan sonra özünün sənayesində,
iqtisadiyyatında sürətli inkişafa nail oldu.
Bu haqda zənci tarixçisi E.Dyubba yazırdı ki, Fransa
müs
təmləkəçiləri Afrikada qarətçiliklə məşğul olarkən bu re-
gion
dan yalnız qızıl, gümüş və digər zinət əşyalarını talayıb
aparmışlar. Təqribi hesablamaya görə, Afrikadan Fransaya
təkcə 1637-ci ildən etibarən daşınan qızıl XVII əsrin sonu
XVIII
əsrin əvvəllərinədək 45 tondan çox olmuşdur. Digər
zənci mütəfəkkiri P.Lümumba Fransanın Afrikadakı qarətçi-
lik fəaliyyətindən bəhs edərək yazırdı ki, "Fransa müstəmlə-
kəçilərinin Afrikada tökdükləri qan hesabına topladıqları ləl-
cəvahirlə büllur saraylar ucaltdılar. Bu sarayların bünövrəsi
Afrika xalqlarının qanı bahasına qoyulmuş və ucaldılmışdır.
O, dövrdən bir neçə yüzilliklər keçsə də bu büllur saraylardan
qan qoxusu gəlir". Bir daha obyektiv nəticəyə gəlmək olur ki,
397
Avropa dövlətlərinin "sürətli" inkişafının bir çox səbəbləri
var idi və bu səbəblərdən biri də soyğunçuluq, talançılıq,
ekspansiyaçılıq siyasəti olmuşdur.
Avropa dövlətlərinə müstəmləkələr uğrunda rəqabəti
XIX əsrin ikinci yarısında yeni mərhələyə daxil oldu. 1859-
cu ilin noyabrında İspaniya Mərakeşə hücum etdi. 44 minlik
ispan
ordusu Şimali Afrikaya gətirildi. 1860-cı ilin fevralında
is
panlar Tətuanı aldılar. Martın 23-də mərakeşlilər bir daha
yenidən məğlub oldular, lakin İngiltərənin müdaxiləsi nəticə-
sin
də Tanjerə hücum dayandırıldı. 1860-cı il aprelin 26-da
bağlanan müqaviləyə əsasən Mərakeş, İfni rayonunda İspani-
yaya konsessiya, həmçinin 100 milyon rial təzminat verməyi
öhdəsinə götürdü.
Sultan Həsən (1873-1894) Şərif dövlətinin dağılmasının
qarşısını almağa çalışırdı. Onun bütün hakimiyyət illəri qi-
yam
çı feodallara və Atlas bərbərlərinə qarşı müharibələrdə
keç
mişdi. O, ordunu genişləndirdi, məhzəni (sultan hökumə-
ti) yenidən təşkil olundu. Xarici siyasət sahəsində Həsən
müs
təmləkəçilər arasındakı ziddiyyətlərdən istifadə etməyə
çalışırdı. 1880-ci ildə 12 dövlətin Madrid konfransında onun
nüma
yəndəsi xaricilərin Mərakeşdə mülkiyyət əldə etmək hü-
qu
qunu təsdiq etdi. Lakin rəsmi sənədləşmə olsa da sultan
ölkədə onların mühüm və strateji mövqelər tutmasına yol ver-
mirdi
və bu siyasət mütərəqqi hal idi.
1894-
cü ildə Sultan Həsən vəfat edən zaman Mərakeş di-
gər dövlətlərlə müqayisədə xeyli inkişaf etmiş, zahirən vahid
və müstəqil bir dövlət idi. Lakin hərbi tədbirlər və məharətli
dipl
omatiya ölkənin möhtac olduğu problemlərin hələlik həll
etmək iqtidarında deyildi. Həmçinin keçirilməyən hələ də hə-
yata keçirilməyən islahatları heçnə əvəz edə bilməzdi. Odur
ki, ölkədə hələ də feodal və qəbilə çəkişmələri aradan qaldı-
rılmamışdı. Mərakeşdə mövcud ictimai-iqtisadi və siyasi və-
ziy
yət bir müddətdən sonra yenidən gərginləşdi. Varlanmaq
ehtirasları coşduqca sinfi düşmənçilik də artırdı. Ölkədə hələ
də tayfa düşmənçiliyi qalmaqda idi və bu mürtəce xüsusiyyət
xarici qəsbkarlara qarşı xalqın birləşməsinə imkan vermirdi.
Mərakeş yenə də geridə qalmış, orta əsr, feodal ölkəsi idi və
tezliklə işğalçıların müstəmləkə əsarətinə düçar oldu.
398
İstifadəsi zəruri hesab edilən ədəbiyyat siyahısı
Əhmədov V. XVII əsrin birinci yarısında İngiltərənin
Şərq siyasəti. Bakı, 1998.
Mahmudov Y.M.
Azərbaycan diplomatiyası. Bakı, 1996.
Mahmudov Y.M.
Azərbaycanın Avropa ölkələri ilə
əlaqələri. Bakı, 1986
Onullahi S.M. XIII-XVII
əsrlərdə Təbriz şəhərinin tarixi.
Bakı, 1982
Алиев Л.Б. Южная Индия. Социалъно-экономичес-
кая история XIV-XVIII в.в М., 1964.
Антонова К.А. Английские завоевания Индии в
XVIII
веке. М., 1958.
Ашрафин К.З. Аграрный строй Северной Индии
(XIII –
сер. XVIII в.). М., 1965.
Бедняк И.Я. Япония и период перехода к империа-
лизму. М., 1962.
Белинский А.Б. Националъное пробуждение Индо-
незии. М., 1965.
Бокшанин А.А. Китай и страны южных морей в XIV-
XVI
в. М., 1968.
Века не равной борбы (Националъно-освободителъ-
ное движение в Азии и Африке). Отв. Ред. Никифоров
Б.Н. М., 1967.
Всемирная история. Т. 3,4. М., 1957-1958.
Всемирная история. Т. V, VI, VII. М., 1958-1960.
Гейдаров М.Х. Города и городское ремесло Азер-
байджана XIII-XVII вв. Баку, 1982.
Гордон-Полонская Л.Р. Мусулъманские течения в
общественной мысли Индии и Пакистана. М., 1968.
Горнунг М.Б., Лепец Ю.Т., Олейников И.Н. история
открытия и исследования Африки. М., 1973.
Губер А.А. Филиппинская Республика 1989 г. И
американский империализм. Изд. 2. М., 1961.
Губер А.А., Ким Г.Ф., Хейфец А.Н. Новая история
стран Азии и Африки. М., 1975.
Dostları ilə paylaş: |