Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə127/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   123   124   125   126   127   128   129   130   ...   142

381 

İbrahim öz silahlı qüvvələrini artırmalı və istehkamlar tikdirməli 

olurdu. 

Əlbəttə,  bu  cür  hərbi  işlərə  çoxlu  vəsait  xərclənirdi. 

Əlavə vəsaitlər əldə etmək üçün o, yeni can vergisi qoydu, vergi 

yığılması  işində  ellik  zəmanət  qaydası  tətbiq  etdi.  İnhisarlar 

sistemi  Suriyaya  da  yayıldı.  İpək  və  pambıq  üçün  qoyulmuş 

inhisar əməli surətdə həyata keçirilirdi. Əhalini yol və istehkam 

tikint

isinə  cəlb  edirdilər  və  bu  işlər  mövsümi  və  icbari idi. 



Bu

nunla yanaşı, İbrahim ordunun sıralarını artırmaq üçün hərbi 

xidmətə  çağırışa  başladı.  Bütün  əhalinin  tərksilah  edilməsi 

haqqında İbrahimin əmri də çox narazılıqla qarşılanırdı. 

1834-

cü  ildə  Nabulusda  bunun  ardınca  nüsəyrilərin  üs-



ya

nı baş verdi. Bu üsyanlar qəddarlıqla yatırıldı və 180 kənd 

yandırıldı. 1837-ci ilin axırlarında druzlar ayağa qalxdı. Onlar 

Hauran vilayətində hakimiyyətə qarşı bir ildən artıq mübarizə 

apardılar.  Onlara  qarşı  vuruşmalarda  İbrahim  15  min  əsgər 

itirdi ki, bu da Türkiyə ilə bütün müharibə dövründəki tələfat-

dan çox idi. Buna baxmayaraq, İbrahim tam qələbə əldə edə 

bilmədi, druzların öz qanun-qaydaları əsasında yaşamaq hü-

quq

larını  tanımağa,  onları  hərbi  qulluğa  çağırışdan  azad  et-



məyə məcbur oldu. Başqa yollarla da müqavimət göstərilirdi. 

Uzun  müddət xalq İbrahimin qəddar rejiminə qarşı çıxdı və 

a

ltı  il  ərzində  İbrahim  orduya  35  mindən  artıq  adam  səfər-



bərliyə ala bilmədi. Halbuki, 100 minə qədər adam Türkiyəyə 

və  bədəvilərin  yanına  qaçmış,  dağlarda  gizlənmişdi.  Suriya-

nın işğalı Məhəmmədəliyə baha başa gəldi. Suriyanın gəlir-

lərinin olduqca artırılmasına və 70 milyon piastra çatdırılma-

sına baxmayaraq, hər halda bu gəlirlər azlıq edirdi və Misir 

xəzinəsi  hər  il  İbrahimə  30-40  milyon  piastr  əlavə  vəsait 

verməli olurdu. 

1833-1840-

cı illərdə Məhəmmədəli ilə Türkiyə arasında 

müharibə getdiyi zaman Suriyada həlledici hərbi əməliyyatlar 

genişləndi.  1839-cu il iyunun 26-da  İbrahim  Nəzib  yaxınlı-

ğında türk qoşunlarını məğlub etdi. Belə bir şəraitdə ingilislər 

türklərin  köməyinə  gəldi.  1840-cı  ilin  payızında  ingilis  do-

nan


ması Suriya sahillərinə yan alaraq oranı atəşə tutdular və 

Beyruta, Trablisə, Əkkəyə, Səydəyə ingilis desantları çıxarıl-

dı.  Suriyalılar  dərhal  ümumxalq  üsyanına  başladı.  Onların 

zərbələri altında İbrahimin 70 minlik ordusu tamamilə dağı-




382 

dıldı. 1840-cı ilin axırlarında misirlilər 40 mindən artıq adam 

tələfat  verərək  Suriyanı  tərk  etməli  oldu,  əvəzində  isə  Suri-

yanı türk qoşunları işğal etdi. 

 Bununla da S

uriya  geriyə,  türk  əsarəti  və  feodal  hərc-

mərcliyi  dövründəki  vəziyyətə  qaytarılmış  oldu.  Bununla 

yanaşı, Suriyanın daxili işlərinə İngiltərə və Fransanın qarış-

ması yenidən açıq xarakter aldı. İngiltərə druz feodallarından, 

Fransa isə maronitlərdən istifadə edirdi. 

Buna  cavab  olaraq  satqınçılıqda  ittiham  edilən  II  Bəşir 

Türkiyə  tərəfindən  hakimiyyətdən  kənar  edildi  və  druz  feo-

dal

ları 20-ci illərin ortalarında əmirin zorla almış olduğu öz 



yerlərini  geri  qaytarmaq  uğrunda  mübarizəyə  başladılar. 

Livand


a şiddətli feodal müharibəsi başlandı. Türkiyə bundan 

istifadə  edərək  1841-ci  ilin  axırlarında  Şəhabilər  sulaləsini 

qəti  surətdə  məğlub  etdi  və  özünün  despotik  idarə  rejimini 

Livana da yaymağa və tətbiq etməyə təşəbbüs göstərdi. Lakin 

İngiltərə və Fransanın təzyiqi altında Türkiyə hökuməti 1843-

cü ildə Livanı qubernator başda olmaqla Şimali və druz qu-

bernatoru 

başda olmaqla Cənubi Livana böldü. Druz feodal-

ları öz malikanələrinə yiyələndilər. Buna cavab olaraq Cənu-

bi Livan maronitləri onlara qarşı üsyan etdi. Bu üsyan əvvəl-

cədən  qəsdən  hazırlanmışdı  və  üsyançıların  şüurunun  zəif 

olması nəticəsində maronitlərin bu çıxışı maronitlərlə druzlar 

arasında  qırğına  çevrildi.  Təhlükəli  antifeodal  hərəkatını  və 

mil


li qırğını yatırmaqda Türkiyə druz feodallarına kömək et-

di. 


Hərəkat silah gücünə yatırıldı.  

1858-


ci ildə Şimali Livanda yeni, daha böyük antifeodal 

üsyan başlandı. Burada maronit kəndlilər maronit feodalları-

na qarşı çıxış etdilər. Üsyanın rəhbəri istedadlı təşkilatçı, də-

mirçi 


işləyən Tənyus Şahin idi. O, dərhal silahlı dəstələr ya-

rat


dı və onun yaratdığı silahlı dəstələr türk qoşunlarının hü-

cumlarını dəf etdilər. Azad edilmiş vilayətdə 1859-cu ildə Şa-

hin  başda  olmaqla  kəndli  respublikası  yaradıldı  və  Türkiyə 

bunu tanımağa məcbur  oldu. Üsyanın müvəffəqiyyətləri bü-

tün  feodal  sinfində,  habelə  xarici  müstəmləkəçilərdə  çox 

böyük təşvişə səbəb oldu. 

Üsyançılara qarşı mübarizə üçün sınaqdan çıxmış təxri-

bat  hazırlandı,  bu  təxribat  dini nifaq salmaq metodu  idi. 




383 

1860-


cı ildə  Livanda  iri  müsəlman  feodallarının  qızışdırdığı 

yeni maronit 

druz qırğını başlandı. Qırğının təşkilində Suri-

yanın  işlərinə  müdaxilə  etmək  üçün  bəhanə  axtaran  fransız 

imperatoru III Napoleonun və Türkiyə hökumət orqanlarının 

da əli var idi. Öz həmdinlərinin yardımına gələn Şahin druz-

lar  tərəfindən  məğlub  edildi  və  ağır  tələfat  verdi.  Yayadək 

qırğın  Suriyanın  başqa  rayonlarını  da  bürüdü.  Türkiyə  mə-

mur

larının xəbərdarlığı və hətta iştirakı ilə 1860-cı il iyulun 



9-

da Dəməşqdə xristianların qırğını baş verdi və 5 min adam 

məhv  edildi.  Bu  hadisələr  hər  yerdə  coşqun  qəzəb  oyatdı. 

Nəhayət,  ölkədə  baş  alıb  gedən  qırğınların  dayandırılması 

məqsədilə İstanbul hökuməti işə qarışmaq qərarına gəldi. Bu 

problemlə  əlaqədar  hökumət  təsirli  tədbirlər  gprdü,  hətta 

silaha əl atmalı oldu və ələ keçən müqəssirləri və hətta mü-

qəssir olmayanları da edam edərək qırğını dayandırdı. Lakin 

III Napo

leonun da Suriyaya maraqları hələ də qalmaqda idi. 

O,  1860-

cı  ilin  sentyabrında  fransız  qoşunlarını  Livana  ye-

ritdi. Maronit feodal

ları  fransızlardan  hərtərəfli  yardım  aldı 

və  1861-ci  ildə  Şahini  qəti  surətdə  məğlub  edərək  onun 

hərəkatını məğlubiyyətə uğratdılar. 

Fransa 

Livanda möhkəmlənə bilmədi. İngiltərənin təzyi-



qi altında 1861-ci ilin iyununda Fransa öz qoşunlarını Livan-

dan çıxardı. Türkiyə Livana muxtariyyət vəd etməyə məcbur 

oldu. 1864-

cü  ildə  elan  edilən  Üzvi  nizamnaməyə  əsasən 

Dağlıq  Livanda  muxtar  sancaq  yaradıldı.  Bu  kiçik  mahal 

(Bey


rut  buraya  daxil  deyildi)  Türkiyənin  təyin  və  Avropa 

dövlətlərinin təsdiq etdiyi xristian qubernator tərəfindən idarə 

olunurdu.  Vergilərin  yığılması  və  nizam-intizamın  gözlənil-

məsi  onun  ixtiyarında  idi.  Yerli  əhalidən  toplanan  jandarm 

dəstəsi  onun  sərəncamında  idi.  Qubernator  nəzdində  seçkili 

inzibati şura yaradılmışdı. Amma Livanda ciddi bir dəyişiklik 

baş vermədi, əksinə bununla xaricilərin Livana müdaxiləsinə 

əlverişli şərait yaradırdı. Eyni zamanda bu Nizamnamə Liva-

na nüfuz etmək üçün müstəmləkəçilərə əlavə imkanlar verdi. 

Lakin  Nizamnamə  eyni  zamanda  livanlılar  üçün  müəyyən 

dəyişikliklərə səbə oldu və türklərin hakimiyyətini xeyli zəif-



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə