X.Ə. Bayramzadə



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə30/39
tarix23.11.2017
ölçüsü5,13 Kb.
#12114
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

 
92
təhlükəsizlik orqanlarının fəaliyyətini təmin etmək məqsədi ilə 
əsaslı normativ hüquqi baza yaradılmış, milli maraqların xarici 
və daxili təhdidlərdən qorunması istiqamətində mühüm 
tədbirlər həyata keçirilmişdir. 
        Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial və 
digər sahələrdə sürətli inkişafı və dünya birliyinə inteqrasiyası 
milli təhlükəsizlik sisteminin müasir dövrün tələblərinə  və 
beynəlxalq standartlara uyğun qurulmasını  zəruri edir. Qlobal 
və regional təhlükəsizliyin təmin edilməsində ölkəmizin 
iştirakı, milli təhlükəsizliyə  təhdid-lərin aşkarlanması  və 
qarşısının alınması 
təhlükəsizlik orqanlarının yeni 
texnologiyalardan və informasiya-kom-munikasiya 
sistemlərindən, son elmi nailiyyətlərdən geniş istifadə etməsini, 
əməkdaşlarının peşəkarlığının artirilma-sını 
və digər 
dövlətlərin xüsusi xidmət orqanları ilə  tərəf-daşlıq 
münasibətlərinin inkişaf etdirilməsini şərtləndirir. 
        Kəşfiyyat və  əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin 
mühafizəsi, habelə aqressiv separatizm, terrorizm və transmilli 
mütəşəkkil cinayətkarlıqla mübarizə  və milli maraqların digər 
təhdidlərdən qorunması sahəsində  təhlükəsizlik orqanlarının 
fəaliyyətini daha da təkmiləş-dirmək, maddi-texniki bazasını 
və əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə 
qərara alınmışdır: 
Azərbaycan Respublikasında milli təhlükəsizlik 
orqanlarının fəaliyyətinin təkminləşdirilməsinə dair dövlət 
proqramı (2007-2011-ci illər) təsdiq edilsin.   
Kəşfiyyat  və    əks-kəşfiyyat  fəaliyyətini  tənzimləyən 
normativ  hüquqi  aktda  həmin  fəaliyyətin  həyata  
keçirilməsinə  nəzarət  məsələsi  əks  olunmuşdur.  Qeyd  
olunur  ki,  xüsusi xidmət  orqanları  tərəfindən  öz  vəzifələrini 
lazimi  səviyyədə yerinə    yetirilməsi,  kəşfiyyat və  əks-
kəşfiyyat tədbirlərinin təşkili və keçirilməsi  zamanı 
qanunçuluğa  əməl  olunması    məqsədilə  kəşfiyyat və  əks-
kəşfiyyat fəaliyyətinə idarədaxili və idarədənkənar  nəzarət  
həyata  keçirilir.   


 
93
Kəşfiyyat  və    əks-kəşfiyyat  fəaliyyətinə  idarədaxili  
nəzarəti Azərbayсan  Respublikası  qanunveriсiliyi  ilə  
müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində  bu  fəaliy-yətin  
subyektləri  həyata keçirilir. 29 iyun 2004 il tarixdə  qəbul 
edilmiş 7 avqust 2004 tarixdə mətbuatda dərc edildiyi gündən 
qüvəyə minmiş    “Kəşfiyyat və  əks-kəşfiyyat fəaliyyəti 
haqqında” Azərbaycan Respublikasının qanunu 22 maddəsi 
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə nəzarətdən bəhs olunur. 
      Xüsusi  xidmət orqanları  tərəfindən öz vəzifələrinin lazımı 
səviyyədə yerinə yetirilməsi,  kəşfiyyat və  əks-kəşfiyyat 
tədbirlərinin təşkili və keçirilməsi zamanı qanun-çuluğa  əməl 
olunması  məqsədilə  kəşfiyyat və  əks-kəşfiyyat fəaliyyətinə 
idarədaxili və idarədənkənar nəzarət həyata keçirilir. Kəşfiyyat 
və  əks-kəşfiyyat fəaliyyətinə idarədaxili nəzarəti Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş 
səlahiyyətlər çərcivəsində bu fəaliyyətin subyektləri, 
idarədənkənar nəzarəti isə Azərbaycan Respublikasının 
Prezdenti həyata kecirir. Kəşfiyyat və  əks-kəşfiyyat fəaliyyəti 
subyektləri müəyyən olunmuş qaydada Azərbaycan 
Respublikasının Prezdentinə öz fəaliyyətləri  barədə mütəmadi 
hesabat verirlər. Kəşfiyyat və  əks-kəşfiyyat fəaliyyəti 
subyektlərinin rəhbərləri məlumatların etibarlılığına, 
obyektifliyinə  və Azərbaycan Respublika-sının Prezdentinə 
vaxtında catırılmasına görə  şəxsi məsuliyyət daşıyırlar.  Əks 
Kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiqinə 
nəzarətin həyata kecirməsi “Əməliyyat-axtarış  fəaliyyəti 
haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. 
Əks Kəşfiyyat fəaliyyə tinin təşkili, taktikası, üsulları  və 
vasitələri, o cümlədən bu subyeklərə kömək edən  və ya etmiş 
şəxslər barədə  məlumatlar bu fəaliyyətin subyektləri 
rəhbərlərinin və Azərbaycan Respublikasının Prezdentinin 
nəzarəti istisna olmaqla, digər nəzarətin predmetinə daxil 
deyildir. 
31 mart 2004-cü il tarixdə təsdiq olunmuş Azərbaycan 
Respublikasının  Milli Təhlükəsizlik Nazirliyi Haqqında 


 
94
Əsasnamədə  əməliyyat axtatrış  fəaliyyətini həyata kecirən 
Milli Təhlükəsizlik Nazirliyinin subyekt kimi hüquq və 
vəzifələri öz əksini tapmışdır. Əsasnamədə qeyd edilir ki, Milli 
təhlükəsizliyin təmin edilməsi məqsədi ilə  kəşfiyyat,  əks-
kəşfiyat və  əməliyyat-axtarış  fəaliyyətini təşkil edir və  həyata 
keçirir, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat 
və ibtidai istintaq aparır; Kəşfiyyat, əks-kəşfiyat və əməliyyat-
axtarış  fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, 
əşyaların və digər informasıya mənbələrinin  əməliyat uçotunu 
aparır,  əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata 
alır;  Əməliyyat-axtarış  tədbirlərinin keçirilməsinə dair 
məhkəmə  qərarlarını, istintaq orqanlarının qərarlarını  və ya 
cinayət işləri üzrə yazılı tapşırirqlarını, habelə  əməliyyat-
axtarış  fəaliyyətinin subyeklərinin qərarlarını yerinə yetirir; 
Əməliyyat-axtarış 
fəaliyyətinin digər subyeklərinin 
səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri 
hallarda təxirəsalınmaz tədbirlər kecirməklə  həmin orqanları 
dərhal məlumatlandırır və onlara lazımı kömək göstərir; maddi 
və maliyyə vəsaitlərinin uçotunu təşkil edir, onların istifadəsinə 
nəzarət edir, struktur bölmələrin fəaliyyətini yoxlayır və 
təftişini həyata keçirir; Milli təhlükəsizliyin təmin olunması, 
səlahiyyətləri daxilində cinayətlərin aşkarlanması, 
qabaqlanması, qarşısının alınması  və açılması  məqsədi ilə 
kəşfiyyat, əks-kəşfiyat, və bununla  əməliyyat-axtarış və digər 
tədbirlərin planlaşdırmaq, həyata kecirmək və bununla bağlı 
məsələləri həll etmək; Dövlət sirrinin mühafizəsi, vəziyyəti, 
hərbi obyektlərə  gələn  əcnəbilər və  vətəndaşlığı olmayan 
şəxsləri müşahidə etmək, silah və sursatın, talanması  və ya 
onların istifadıəyə yararsız vəziyyətə gətirilməsı, hərbi təlimlər, 
hərbi texnika və  sılahın sınaqdan kecirilməsi, qoşunların və 
hərbi hissələrin dislokasıyası yerlərinin dəyişdirilməsi barədə 
Silahlı Qüvvələr və başqa silahlı birləşmələrdən məlumat 
almaq; Könüllülük və konspirasiya əsasında milli təhlükəsizlik 
orqanlarına kömək edə bilən  şəxslərlə  məxfi  əməkdaşlıq 
münasibətləri qurmaq; Əməliyyat- məlumat, Əməliyyat-sorğu, 
axtarış  məlumatlarının və digər informasıyaların, hesabatların 


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə